Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Semiotika işarələr haqqında elm kimi



Yüklə 79,27 Kb.
səhifə6/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   2   3   4   5   6   7   8   9   ...   28
Dilçiliyə giriş cavablar

Semiotika işarələr haqqında elm kimi

Semiotika (yunanca semeiotikon – işarə, əlamət) – təbiət və cəmiyyətdəki işarələr sistemi haqqında elmdir. Semiotika öz tədqiqat materialını biologiya, kibernetika, psixologiya, pedaqogika, ədəbiyyatşünaslıq, cəmiyyətşünaslıq və başqa elmlərlə yanaşı, həm də dilçilikdən götürür. Bu elmin aldığı elmi nəticələrdən, eyni zamanda, həmin elmlər yaradıcı şəkildə istifadə edir. Beləliklə, başqa elmlər kimi, dilçilik də bilavasitə semiotika ilə möhkəm əlaqəyə girir.
Dil öz daxili quruluşuna görə işarələr sistemindən ibarətdir. Buna görə də o, başqa işarələr sisteminə yaxınlaşır və birlikdə işarələr sisteminin ümumi nəzəri məsələləri ilə məşğul olan semiotikanın obyektinə çevrilir. Semiotikanı ilk dəfə bir elm kimi F.De.Sössür xarakterizə etmiş və bu gələcək elmin adını da o vermişdir. O, həm də dilçiliklə semiotikanın əlaqəsi probleminə toxunmuşdur.
Semiotika bir elm kimi çox gəncdir. Lakin onun tədqiqat obyekti olan təbiətdə və insan cəmiyyətindəki işarələr sistemi çox qədimdir. Keçmişdə işarələr nəzəriyyəsi ilə riyaziyyat məşğul olurdu. Müasir dövrdə semiotik tədqiqatlara kibernetika daha çox nüfuz etmişdir.
E.Benvenist, L.Prieto (Fransa), U.Kuriloviç, Y.Pelts, V.Martınov, Y.S.Stepanov və başqaları öz tədqiqatlarında dilin tədqiqini başlıca olaraq ümumi semiotik qanunauyğunluqlara isnad etmişlər.
7. Fonem nəzəriyyəsi tarixindən
Dünya dillərini bir-birindən fərqləndirən əsas elementlərdən biri və başlıcası fonemlər sistemidir. Dildə mövcud olan fonemlər kəmiyyətcə, keyfiyyətcə və mövqecə bir sistem təşkil edir. Hər bir dilin özünəməxsus fonemlər sistemi vardır. Dünya dilləri sait və samitlərin kəmiyyət və keyfiyyətinə görə bir-birindən fərqlidir. Məsələn, abxaz dilində 60 fonemdən 58-i samit, 2-si (a, i) saitdir. Azərbaycan dilində 33 fonemdən 9-u sait, 24-ü samitdir. Bunlardan başqa, hər bir dilin özünəməxsus sait və samitlər sistemi vardır. Bu sistemdə sait və samitlər keyfiyyətcə sonsuz dərəcədə müxtəliflik təşkil edir. Məsələn, ərəb, fars dilləri üçün uzun saitlər xarakterik olduğu halda, Azərbaycan dilində saitlər bu cür səciyyəvi deyildir. Buna görə də Azərbaycan dili leksikasında uzun saitlər olan sözlər alınma hesab edilir. Ümumiyyətlə, dilin fonemlər sistemi onun mənşəyinin tədqiqində çox mühüm rol oynayır.
Bir dilin özünəməxsus sait və samitlər sistemi vardır. Bu sistemdə sait və samitlər keyfiyyətcə sonsuz dərəcədə müxtəliflik təşkil edir. Məsələn, ərəb, fars dilləri üçün uzun saitlər xarakterik olduğu halda, Azərbaycan dilində saitlər bu cür səciyyəvi deyildir. Buna görə də Azərbaycan dili leksikasında uzun saitlər olan sözlər alınma hesab edilir. Ümumiyyətlə, dilin fonemlər sistemi onun mənşəyinin tədqiqində çox mühüm rol oynayır.
Fonemlərin zəif mövqeyi dedikdə, sait və samit fonemlərin tələffüzündə öz yerini fizioloji-akustik keyfiyyətcə başqa fonemə verməsi nəzərdə tutulur. Azərbaycan dilində bu, samitlərin əvəzlənməsində özünü göstərir. Məsələn, qonaq, yarpaq, dörd, mürəkkəb, toqqa və s. sözlərdə q-x, d-t, k-g əvəzlənmə fonemlərin mövqeyinə misal ola bilər. Dünya dillərində bu fonetik hadisə müxtəlif formada özünü göstərir. Məsələn, rus və alman dillərində söz sonunda kar və cingiltili samit fonemlər, bir qayda olaraq, zəif mövqeyə malikdir. İngilis və fransız dillərində isə əksinə, söz sonundakı samitlər güclü mövqe tutur .

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə