Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Fonemin variantlarının növləri



Yüklə 79,27 Kb.
səhifə7/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   2   3   4   5   6   7   8   9   10   ...   28
Dilçiliyə giriş cavablar

8.Fonemin variantlarının növləri
Fonem variantları danışıq səslərinin müxtəlif morfemləri bir-birindən fərqləndirə bilməyən növüdür. Dildə leksik və qrammatik mənaların əmələ gəlməsində iştirak edən fonemləri bəzən onun mürəkkəb variantı əvəz edir. Bu zaman məsələyə heç bir xələl gəlmir. Azərbaycan dilində sait və samit fonemlərin bu cəhətdən müxtəlif variantlarına rast gəlirik. Məsələn, saat, maaş sözlərində iki müstəqil a fonemi əvəzinə tələffüzdə onların bir uzun variantı (a) işlənir. Yaxud bağlayıcı, saxlayır, ağlayır sözlərindəki ikinci hecaların a fonemi tələffüzdə ı variantı ilə əvəz olunur. Şübhəsiz, bu əvəzolunma mənaya heç bir xələl gətirmir, əksinə, nitq ədəbi tələffüz baxımından daha da cilalanır. Qeyd etmək lazımdır ki, fonem variantları ədəbi dilin formalaşmasında köməkçi rol oynamaqla yanaşı, şivə və dialekt tələffüzündə də fəal iştirak edir.
9. Distribusiya, əlavə distribusiya və məhdud distribusiya.
Distributiv istiqamətin banisi sayılan Z.Hərris dil vahidlərini onların paylanması və əhatə qaydalarını öyrənməklə müəyyənləşdirir və buna da əsasən nail olur. Dilin fonemləri və morfemləri məna fərqləndirə bilmələrinə görə deyil, mümkün əhatələrin hamısı mənanın iştirakı olmadan danışıq zəncirinin parçalanması və bu zaman alınan seqmentlərin distribusiyası ilə dəqiqləşdirilir.
Z.Hərris dilçinin qarşısında aşağıdakı vəzifələrin durduğunu qeyd edir:
1.tədqiqatın ilkin mərhələsində ən kiçik dil vahidləri aşkar edilməli və danışıq axınından ayrılmalıdır;
2.ayrılmış vahidlər müəyyən fonem və morfem qruplarında ümumiləşdirilməlidir, yəni onların dildə paylanması aşkar edilməlidir;
3.distributiv təhlil nəticəsində müəyyən edilmiş qrupların hər biri öz çərçivəsində geniş təsvir olunmalıdır.
Distribusiya substitusiya yolu ilə açılır. Məsələn, /dəng/ və /zəng/ sözlərində /d/ və /z/ samitləri bir-birini əvəz etməklə yeni vahidlərin yaranmasına səbəb olur. Z.Hərrisin tətbiq etdiyi üsulun üstünlüyü ondadır ki, o, mənanı nəzərə almır və bütün təhlil xüsusiyyətlərini əhatə edir.
Əlavə distribusiya prinsipi. Danışıq axınında fonem variantlarla təmsil olunur. Bu variantlar isə bir-birini istisna edən mövqelərdə reallaşırlar. Məsələn, Azərbaycan dilində /tala/-/tələ/-/tük/-tuş/-/tilə/- /toz/ - /törəmə/ və s.
Nümunələrdən məlum olur ki, /t/ fonemi reallaşdığı mövqe və fonetik əhatədən asılı olaraq müxtəlif cür səslənir. Onların hamısı işlənməsinə görə bir-birlərini istisna çalarlıqlar olduğundan onlara eyni fonemin variantları kimi yanaşmaq olar.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə