Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Dil işarələr sistemi kimi/ 5. Dil işarələrinin səciyyəvi xüsusiyyətləri



Yüklə 79,27 Kb.
səhifə5/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   2   3   4   5   6   7   8   9   ...   28
Dilçiliyə giriş cavablar

4.Dil işarələr sistemi kimi/ 5. Dil işarələrinin səciyyəvi xüsusiyyətləri.
Müasir dilçiliyin ən vacib problemlərindən biri dilin işarəviliyidir. Ümumi olaraq cəmiyyətdə işarələrin yaranması, onların ictimai-fəlsəfi, estetik səciyyəsi, simvolik çalarları və s. problemlərə dair elmi ədəbiyyatda müxtəlif ideyalar mövcuddur. İşarələrin əlamətlərindən biri onun rəmziliyidir. Məsələn, “uşağın əlində göyərçin” şəkli sülh rəmzi, azərbaycanlılarda dəsmal ayrılıq; səməni həyat, yaşayış; od paklıq, müqəddəslik rəmzi kimi tanınmışdır.
Dilin işarəviliyi məsələsi dilçi alimlərin nəzərini çoxdan cəlb etmişdir. Bu sahədə V.Humboldt, A.A.Potebnya, F.F.Fortunatov kimi məşhur dilçilərin hər birinin özünəməxsus xüsusi ideyaları olmuşdur. Humboldt öz fəlsəfi görüşlərinə uyğun olaraq sözü əşyaların işarələri kimi götürür. A.Potebnya sözün işarəsiz məna bildirmədiyini göstərərək üç elementi özündə cəmləşdirdiyini qeyd edir: səs, məna və işarə.
Dilçilikdə sözün hansı tərkib hissəsinin – ayrı-ayrı səslərin, yoxsa bütövlükdə sözün dil işarəsi hesab edilməsi də mübahisəli olmuşdur . Əslində, dil sistemində sözün səslənməsi ilə mənası bir-biri ilə qarşılıqlı əlaqədədir. Ona görə də dilin işarəviliyi dedikdə dil vahidlərinin işarələrdən ibarət olduğunu söyləmək daha düzgün olar. Burada səs işarələri (fonem), kök işarələri (leksem), şəkilçi işarələri (morfem) daxildir. Bütün bunlar isə dildə bütövlükdə işarələr sistemini əmələ gətirir.
Dil işarələri də bəzən süni xarakter ala bilir. Bu o halda olur ki, müəyyən insan qrupu tərəfindən süni dillər yaradılır. Tarixdə belə dillərdən biri esperanto adı ilə məlumdur. 1887-ci ildə polyak həkimi Zemenqof tərəfindən həmin beynəlxalq dil yaradılmış və çap olunmuşdur. Sonralar həmin həkim “doktor Esperanto” adı ilə tanınmışdır.
Ümumiyyətlə, təbiət və cəmiyyətdə mövcud olan işarələri xarakterinə görə aşağıdakı növlərə ayırmaq olar: a) siqnal işarələri; b) əlamət işarələri; c) simvol işarələri; ç) qrafik işarələr; d) dil işarələri.
Bunlardan əlamət işarələri təbii, siqnal, simvol, qrafik və dil işarələri isə süni işarələrdir. Təbii işarələr təbiət hadisələri, süni işarələr cəmiyyət hadisələri haqqında məlumat verir. Dil işarələri cəmiyyətdə ən geniş yayılmış və inkişaf etmiş sistemə malikdir. Dil işarələri bütövlükdə ona görə sistem təşkil edir ki, onlar bir-biri ilə zəncirvarı surətdə bağlıdır. Çünki dilin hər hansı bir sistemində baş verən dəyişiklik digər sistemə də öz təsirini göstərir.


  1. Yüklə 79,27 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə