Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Affikslərin əsas növləri - prefikslər, infikslər, postfikslər (suffiks və şəkilçilər)



Yüklə 79,27 Kb.
səhifə16/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   12   13   14   15   16   17   18   19   ...   28
Dilçiliyə giriş cavablar

22. Affikslərin əsas növləri - prefikslər, infikslər, postfikslər (suffiks və şəkilçilər).
Postfikslər söz kökündən sonra işlənən şəkilçilərə deyilir. Azərbaycan dilində bütün sözdüzəldici və sözdəyişdirici şəkilçilər söz kökündən sonra işlənir. Məsələn, məhsul-dar-lıq, uşaq-lar, çiçəklik, məktəb-in direktor-u və s. Bu misallarda məhsul, uşaq, çiçək, məktəb, direktor söz kökləri, -dar, -lıq, -lar, -lik, -in, -u sözdüzəldici və sözdəyişdirici şəkilçilərdir.
Prefikslər söz kökündən əvvəl işlənən şəkilçilərə deyilir. Dünyanın bir çox dillərində, o cümlədən rus dilində şəkilçilərin bu tipi geniş yayılmışdır.
Azərbaycan dilində söz kökü əvvəlində şəkilçi gələn “nasaz”, “naxoş”, namünasib”, “natamam”, “nagüman”, “naümid”, “bivəfa”, “bihəya”, “biqeyrət” və s. fars dilindən alınma sözlərdir. Onlar həmin qrammatik formada Azərbaycan dilinin leksikasına daxil olmuşdur. Prefikslər Azərbaycan dilinin qrammatik quruluşuna uyğun gəlmir.
İnfikslər söz kökünün ortasında işlənən şəkilçilərə deyilir. Bu şəkilçilər, əsasən, flektiv dillər üçün xarakterikdir. Türk dillərində, o cümlədən Azərbaycan dilində şəkilçinin söz kökü daxilində işlənməsinə rast gəlinmir.
23. Dilin leksik səviyyəsi. Leksem anlayışı.
Danışanın məqsədi kommunikativ vahid kimi mənalı söyləmin yaradılmasından ibarətdir. Belə bir vahidin yaranması prosesində adlandırma (nominasiya) aktı mühüm əhəmiyyət kəsb edir. Bu aktın icra edilməsində dil daşıyıcısı ya onun yaddaş resursunda olan hazır nominativ vahidlərdən istifadə edir, ya yeni vahidlər yaradır, bəzəndə digər dillərdən mənimsəyir. Bu dil işarələri vasitəsilə ayrı-ayrı təcrübə elementlərini təmsil edən (fiziki obyektlər, əşyaların xüsusiyyətləri, hərəkət, vəziyyət, əşyalar arasında münasibətlər və s.) realilər adlandırırlar. Qeyd edək ki, əsil dil işarələri morfem və leksemdir. Söz və ya morfemlə ifadə olunan məna müvafiq işarənin məzmunundur. İşarənin maddi eksponenti söz və morfemin səslənməsidir. Bəzi hallarda eksponent sıfıra bərabər ola bilər. Məsələn, Azərbaycan dilində təkliyin eksponenti yoxdur: kitab + O, lakin cəmlik ifadəsinin eksponenti (lar və ya lər-dir).
Y.S.Maslov orfoqrafik və aksent sözləri fərqləndirir. O, orfoqrafik söz dedikdə ikiboşluq arasındakı fonem ardıcıllığını nəzərdə tutur - səhər, yelkən, pəncərə və s. Lakin bəzi hallarda söz köməkçi sözlərlə (xüsusi vurğuya malik olmayan, vurğu daşıyan sözə soldan və ya sağdan qoşulan sözlərdir.Dilçilikdə bunlara klitiklər deyilir. Əsas sözə soldan qoşulanlar proklitiklər. sağdan qoşulanlar isə enklitiklər adlandırılır. Azərbaycan dilində enklitiklər üstünlük təşkil edir). Aksent sözdə bir vurğulu+ bir vurğusuz söz (rus dilində - v şkolu, iz qoroda, k utru, Azərb. dilində məktəb üçün, sənə qədər, ona sarı) vahid bütöv kimi tələffüzedilir və onların arasında fasilə müşahidə edilmir.
Dilin leksikonunun aşkar edilməsi leksem təhlildən keçir. Leksem təhlilin əsas məqsədi, ilk növbədə, morfem və söz, söz və söz birləşməsi, söz və söz arasındakı xətti sərhədlərin təyin edilməsi, ikincisi, söz və onun varianrları (söz eyniyyəti problemi) arasında sərhədin təyinindən ibarətdir. Təhlil proseduru 3 mərhələdən ibarətdir.

  • söyləmin, invariant, abstrakt sözlərə (leksemlərə) uyğun gələn, danışıqda onarın təmsilçisi kimi çıxış edən kəsiklərə (lekslərə) üzvlənməsi;

  • ayrılan lekslərin leksem statusunun təyin edilməsi, yəni hansı leksin hansı leksemi təmsil etdiyinin müəyyənləşdirmək (müqayisə olunan lekslər bir leksemin variantları, yoxsa müxtəlif leksemlərin reallaşmasıdır).

  • Leksemlərininventarlaşdırılması.




Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə