Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Sait və samitlərin fərqləndirilməsində əsas meyarlar- ?



Yüklə 79,27 Kb.
səhifə11/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   7   8   9   10   11   12   13   14   ...   28
Dilçiliyə giriş cavablar

14. Sait və samitlərin fərqləndirilməsində əsas meyarlar- ?
Fonetika dilçilik elminin danışıq səsləri barədə bəhs edən bölməsidir. Danışarkən tələffüz olunan səslər danışıq səsləri adlanır.  Danışıq səsləri fərqli xüsusiyyətlərinə görə iki növə bölünür: sait səslər, samit səslər. Saitlər ağız boşluğunda sərbəst və maneəsiz tələffüz olunur. Buna görə də onlar aydın şəkildə və avazla səslənir. Saitlərin daha bir xüsusiyyəti heca əmələ gətirməsidir. Samitlərin tələffüzündə isə ağız boşluğunda müxtəlif maneələr olur. Hecanın yaranmasında iştirak etmir. Daha çox sətirdən sətrə keçərkən mühüm rol oynayır. Samitlər vurğu qəbul etməyən səslərdir. Vurğunu sadəcə sait səslər qəbul edə bilir.
Azərbaycan əlifbasında 9 sait var. I saiti yeganə saitdir ki, Azərbaycan dilində onunla başlanan söz yoxdur. Yaranma vəziyyətinə görə saitlər üç yerə bölünür:
1. Dilin üfüqi vəziyyətinə görə:
Qalın saitlər: a,ı,o,u.
İncə saitlər: e,ə,i,ö,ü.
2. Dodaqların vəziyyətinə görə:
Dodaqlanan saitlər : o, u, ö, ü.
Dodaqlanmayan saitlər : a, e, ə, i, ı.
3. Alt çənənin vəziyyətinə görə:
Açıq saitlər: a, e, ə, o, ö.
Qapalı saitlər: ı, i, u, ü.
Azərbaycan dilində 25samit səs, 23samit hərf vardır. Samit səslər səs tellərinin iştirakına görə iki növə bölünür:
1.Kar samitlər 2.Cingiltili samitlər.
Yeganə samit səs [ğ] dır ki, geç bir sözün əvvəlində işlənmir.
Kar samitlər təkcə küydən əmələ gəlir və onların tələffüzündə səs telləri iştirak etmir. Cingiltili samitlərin tələffüzündə isə səs telləri iştirak edir və onlar küydən və avazdan ibarət olur.

15. Fonemin differensial və inteqral əlamətləri
Dildə ən azı bir cüt fonemi fərqləndirən əlamətə fərqləndirici (relevant, distinktiv, differensial, əsas) əlamət deyilir. Məsələn: /bir/- /pir/; -diz/ - /düz/; /baş/ - /qaş/ və s. Yuxarıdakı misallarda fonemlər bir əlamətə görə gərqlənirlər: kar – dodaq və qeyri-dodaq əlamətləri. Sözlərin fərqlənməsi iki əlamətə və hətta başqa-başqa fonemlərə görə də həyata keçirilə bilər. Məsələn, /baş/ - /yaş/. /b/ -fərqli əlamətlər: dodaq, kipləşən-partlayışlı; /j/ dlortası və novlu. Amma /baş/- /xaş/ minimal cütlərində ortaq əlamət samitlikdir. Yerdə qalan əlamətlər fərqlidirlər: /b/ - dodaq, kipləşən-partlayışıl, cingiltili; /x/ diarxası, novlu, kar.
Lakin fonemlər danışıq aktında bir sıra variantlarda çıxış edir ki, dil daşıyıcısı bunları hiss etmir və fərqinə varmır. Məsələn, /gºül/, /dºüz/, /tºül/ sözlərində /gº, dº, tº/ fonemləri dodaqlanmaya məruz qalırlar. Və norma səviyyəsində bu mütləq xarakter daşıyır. Bu əlamətlər mövqedə qazanılmış əamətlərdir və həmin mövqeni tərk etdikdə o əlamət də həmən itir. Bu sanki mövqenin onun üzərinə qoyduğu möhürdür. Bu cür əlamətlərə dilçilik elmində inteqral əlamətlər deyilir. Azərbaycan dilində /nənə/ və /manqa/ sözlərində /ã/ və /ə͂/ burunlaşır. Lakin bu həmin saitlərin burun samitlərindən əvvəl işlənməsilə bağlıdır. Azərbaycan dilində saittlərə burun əlaməti xas deyildir. Bu inteqral, yəni mövqedə qazanılmış əlamətdir.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə