Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Fonetikanın aspektləri (artikulyatir, akustik və perseptiv)



Yüklə 79,27 Kb.
səhifə9/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   5   6   7   8   9   10   11   12   ...   28
Dilçiliyə giriş cavablar

11. Fonetikanın aspektləri (artikulyatir, akustik və perseptiv).
Klassik fonetika hər bir səsdə 3 aspekti ayırırdı – lakin danışıq üzvlərinin fəaliyyəti səslərin yaranmasının əsas səbəbi hesab edilirdi. Elə buna görə də danışığın artikulyator tərəfi birinci, akustik aspekti isə danışıq üzvlərinin hərəkətinin nəticəsi olduğundan ikinci hesab edilirdi. Bu fikirlə razılaşmayan akustiklər hesab edirdilər ki, onların mahiyyəti meydana gəlməsindən daha vacibdir.
Məlumdur ki, bu və ya digər aspektin primatının təyin edilməsi fonetika elminin elmlər arasında yerinə birbaşa təsir edən məsələdir. Hələ F.De.Sössür qeyd edirdi, baxım elmin obyektini müəyyən edir. E.F.Yörgensen isə dil səslərinin hərtərəfli tədqiqi üçün hər 3 aspektin – artikulyator, akustik, perseptiv vacib məsələdir.
Fonetika dar mənada dilin səs vahidlərinin fiziki (akustik) və bioloji (artikulyator + persepriv (dərketmə)) aspektlərdə araşdırılması ilə məşğul olur. Bəzən fonetikanı artikulyator (səslərin yaranması), akustik (səslərin fiziki xüsusiyytələri) və auditiv fonetika (səslərin qəbul edilib dərk edilməsi) və s. kimi fərqləndirirlər.
İ.A.Boduen de Kurtene antropofonika və psixofonetikanı fərqləndirir və birincinin insan səs­lərinin fiziki hadisə kimi öyrənən, ikincisi isə dil səslərini psixi hadisə kimi öyrənməli olduğunu qeyd edirdi. Onun üçün fonem psixi mahiyyətdir, səs (fon) isə onun bu və ya digər formada təzahürüdür.
Akustik fonetika səsin akustik cəhətlərini öyrənir. Buraya səs mənbəyi, səs dalğası, səs amplitudası, dalğa uzunluğu, səs tezliyi, tembr, səsin gücü və s. kimi cəhətləri daxildir., Səsin akustik cəhətləri dedikdə, habelə onun uzanması, qısalması və s. kimi keyfiyyətləri də nəzərdə tutulur. Müasir aparatlardan kimoqramların, assiloqramların, palatoqramların köməyi ilə danışıq səslərinin akustik keyfiyyətləri öyrənilir.
12. Dilin əsas səviyyələri və onların əsas vahidləri
Dil sisteminin yarımsistemlərinə dil səviyyələri deyilir. Dil səviyyələri barədə Y.S.Stepanov yazır: “Səviyyə son illər dilçilikdə ən müxtəlif, çox vaxt bir-birinə zidd mənalarda işlənən sözlərdən biridir”. О, “ümumi dilçiliyin əsasları” kitabında səviyyələri belə izah edilir: “Dil sisteminin müvafiq eyni adlı vahidi olan hissəsinə dil səviyyəsi deyilir”.
Dilçilikdə dil səviyyələrini bazisli və bazissiz olaraq 2 yerə ayırırlar. Öz xüsusi vahidi olanlara bazisli, xüsusi vahidi olmayanlara isə bazissiz səviyyə deyilir.
Dilin modelləşdirilməsi aşkar edilmiş dil vahidlərinin müvafiq hiyerarxik səviyyələr (lay, qat, stra­tum, yarus) üzrə yerləşdirilməsini tələb edir. Səviyyələr ideyası dil sisteminin hiyerarxik struk­tu­runu təxmin edir, bir səviyyənin vahidlərinin digər səviyyələri üzərində dominantlığını, yəni bir vahi­din digərinə tabeliyini təmin edir. A.A.Reformatski dil sisteminin səviyyələrini aşağıdakı kimi verir
Seqmentasiya (üzvlənmə) inteqrasiya
Sintaktik səviyyə (cümlə)
Leksik səviyyə (leksem)
Morfoloji səviyyə (morfem)
Fonoloji səviyyə (fonem)
Daha aşağı səviyyənin vahidləri yuxarı səviyyənin vahidlərinin tərkibinə inteqrantlar kimi daxil olur. Məsələn, fonemlər morfemlərin, morfemlər leksemlərin, leksemlər isə cümlənin inteqrantları kimi çıxış edirlər. İnteqrasiya formadan məzmuna gedən yoldur. Seqmentasiya (üzvlənmə) isə yuxarı səviyyə vahidlərinin aşağa səviyyələrinin vahidlərindən təşkil olunması, və yaxud teallaşdığı məkandır. Seqmentasiya zamanı mənalı vahiddən formaya doğru hərəkət edilir. Seqmentasiya zamanı əldə olunan vahidlərə seqmentlər, inteqrasiya zamanı əldə olunan vahidlərə inteqrantlar deyilir.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə