АМЕА-nın Xəbərləri (biologiya və tibb elmləri), cild 72, №1, səh. 69-73 (2017)
69
Örtülü Şəraitdə Bəzi Dekorativ Lian Bitkilərinin Bioekoloji
Xüsusiyyətləri Və Becərilməsi
A.D. Mehralıyev, Z.B. İslamova*
AMEA Mərkəzi Nəbabtat Bağı, Badamdar yolu, 40, Bakı AZ1004, Azərbaycan; E-mail: z.islamova@mail.ru
Məqalədə örtülü şəraitdə becərilən bəzi dekorativ lianların (Hoya cornosa (L.f.) R.Br., Tetrastigma
voinierianum (Baltet) Pierre ex Gagnep, Jasminum sambac (L.) Ait.) bioekoloji xüsusiyyətləri, böyümə
və inkişaf dinamikası, aqrotexnikası öyrənişmişdir. Aparılmış tədqiqatlar nəticəsində daxili interyer-
lərin şaquli yaşıllaşdırılmasında istifadə edilmək üçün ən perspektivli lian bitki növləri müəyyən
edilmişdir.
Açar sözlər: Örtülü şərait, lian bitkiləri, bioekologiya, vegetativ çoxaldılma, aqrotexnika
GİRİŞ
Bitkilərin, o cümlədən lianların bioekoloji xü-
susiyyətlərinin, böyümə və inkişafının hər tərəfli
öyrənilməsinin nəzəri və praktiki əhəmiyyəti vardır.
Lianlar, bitkilər aləmində xüsusi bioloji xüsusiyyətə
malik olan bitki qrupudur. Bu qrupa daxil olan bitki
növlərinin gövdəsi sərbəst şəkildə dik dayana bil-
mir. Buna görə də onlar müxtəlif vegetativ orqanla-
rın – bığcıqların, hava köklərin, yarpaq saplaqları-
nın və s. vasitəsilə hər hansı bir dayağa istinad
edərək böyüyür və inkişaf edirlər.
Lian qrupuna daxil olan bitkilərin bir çox növ-
ləri tropik və subtropik mənşəli olduğundan, onlar
əsasən örtülü şəraitdə becərilir. İntroduksiya şə-
raitində bu bitkilərin bioloji və ekoloji xüsusiyyət-
lərinin hərtərəfli öyrənilməsi, lianlardan daxili in-
teryerlərin şaquli yaşıllaşdırılmasında istifadə edil-
məsi üçün ən perspektivli və davamlı növlərin se-
çilməsinə imkan yaradır.
MATERİAL VƏ METODLAR
Tədqiqat işləri Abşeronda örtülü şəraitdə (oran-
jereya və istixana) yerinə yetirilmişdir. Tədqiqat
obyekti kimi aşağıdakı növlər seçilmişdir: ətli hoya
– Hoya cor-nosa (L.f.) R.Br., Vuane tetrastiqması
– Tetrastigma voinierianum (Baltet) Pierre ex Gag-
nep., sanbak jasmini – Jasminum sambac (L.) Ait.
Bitkilərin vegetativ çoxaldılması T.V.Xromo-
vanın (Хромова, 1980), fenoloji müşahidə Rusiya
Baş Botanika Bağının əməkdaşları tərəfindən ha-
zırlanmış metodikaya (Методика фенологических
наблюдений в Ботанических садах СССР, 1979),
əsas zoğların böyümə dinamikası isə A.A.Molça-
nov və B.N.Smirnovun metodikasına (Молчанов,
Смирнов, 1967) əsasən öyrənilmişdir.
NƏTİCƏLƏR VƏ ONLARIN MÜZAKİRƏSİ
Ətli hoya (Hoya carnosa (L.f.) R.Br.) – Apo-
cynaceae Juss. fəsiləsinin Asclepiadoideae R.Br. ex
Burnett yarımfəsiləsinin Hoya R.Br. cinsinə aid
olub, 3-6 m-ə qədər uzana bilən odunlaşmış gövdə-
yə malik, həmişəyaşıl sukkulent tipli sarmaşan lian
bitkisidir. Zoğları yarımoduncaqlaşmış, yaşılımtıl-
boz rənglidir, yarpaqları qalın-ətli, tünd-yaşıl rəngli
olub zoğ üzərində qarşı-qarşıya düzülmüşdür. Xoş
ətirli çiçəkləri zoğ üzərində adətən sallaq şəkilli çə-
tirdə toplanmışdır (şəkil 1). Yaz, yay və payız ayla-
rında çiçəkləyir. Çiçək tacının diametri 1,5 sm-ə qə-
dər olub beşüzvlü, ağ, mumşəkillidir, tacın mərkəzi
çəhrayı rənglidir. Çiçəkləmə dövründə bitki olduq-
ca gözəl və dekorativ görünür. Hoyanın çiçəklərin-
dən ifraz olunan nektar şirin maye damcısı forma-
sında onun səthində toplanaraq bitkiyə xüsusi de-
korativ görünüş verir.
Hoya cinsinin adı ingilis botaniki T.Hoyanın
şərəfinə adlandırılmışdır. Cinsin təxminən 200 nö-
vü məlumdur. Kulturada yarpağının forma və rəngi-
nə görə fərqlənən çoxlu bağ formaları vardır.
Təbiətdə ətli hoyaya Şərqi Hindistanda, Çinin
cənubunda, Tayvanda, Vetnamda, Malayziyada,
Avstraliyada və Sakit okean adalarında rast gəlinir
(Сааков, 1983). Əsasən rütubətli subtropik meşə-
lərdə bitir. 1802-ci ildən kultura şəraitində deko-
rativ otaq bitkisi kimi becərilir.
Ətli hoya əsasən dekorativ bitki kimi yaşayış,
ictimai və istehsalat binalarının daxili interyerlərini
yaşıllaşdırılmasında uğurla istifadə edilə bilər. İsti
və işıqsevən bitki olduğundan onu yaz, payız, qış
ayları cənub-şərq və cənub-qərb, yay ayları isə şi-
mal-qərb tərəfdə olan pəncərə və eyvanlarda yerləş-
dirmək daha məqsədəuyğundur. Aparılmış fenoloji
müşahidələrin nəticəsi göstərmişdir ki, ətli hoyanın
becərildiyi otağın, oranjereya və istixanaların tem-
peraturu qış aylarında +10°-dən aşağı düşdükdə və
yay ayla-rında uzun müddət birbaşa düşən günəş
Mehralıyev və İslamova
70
şüalarının təsirindən yarpaqları saralır və bitkinin
dekorativliyi, inkişafı zəifləyir və çiçəkləmə prosesi
dayanır. Əgər bitki qış dövründə 14-16°C tempera-
turda saxlanılarsa il ərzində bir neçə dəfə bol çiçək-
ləyər. İsti və işıqsevən bitki olan ətli hoya havanın
rütubətinin 30-40%, əkildiyi substratın rütubəti isə
orta dərəcədə (50-60%) olduqda normal böyüyür və
inkişaf edir.
Şəkil 1. Hoya carnosa R.Br.- çətir çiçək qrupu.
Ətli hoya vegetativ üsulla (qələmlə) çoxaldıl-
mışdır. Bu məqsədlə ana bitkinin 2 və ya 3 illik
zoğlarından 2-3 buğumdan ibarət (12-15 sm uzun-
luqda) olan yaşıl qələmlər kəsilmişdir. Kəsilmiş hər
qələmin üzərində bir və ya iki yarpaq saxlanılmaq
şərti ilə qalan yarpaqlar kəsilərək təmizlənmişdir.
Hazırlanmış qələmlər torf və qum qarışığında (1:2
nisbətdə) ibarət olan substrata basdırılmışdır. Əkin
zamanı qələmlərin 2/3 hissəsi substrata basdırılır,
yarpaqlı olan bir hissəsi isə çöldə saxlanılmalıdır.
Bu cür əkilmiş qələmlər az sulanmaq şərti ilə on-
lara tez-tez su çilənir.
Ətli hoyadan interyerlərin şaquli yaşıllaşdır-
ılmasında perspektivli sarmaşan dibçək və ampel
bitkisi kimi geniş istifadə etmək mümkündür.
Vuane tetrastiqması (Tetrastigma voinieri-
anum (Baltet) Pierre ex Gagnep.) - Vitaceae Juss.
fəsiləsinin Tetrastigma (Miq.) Planch.cinsinə aid
olub, həmişəyaşıl, gövdəsi oduncaqlıdırmaşan lian-
dır (şəkil 2). İri yarpaqlarının uzunluğu 25 sm-ə
qədər olub, beşdilimlidir. Yarpağın üst hissəsi ha-
mar, tünd yaşıl, alt hissəsi qırmızımtıl-boz rəngli,
tükcüklüdür (Сааков, 1983).
Çiçəkləri xırda, gümüşü ağ rəngli olub, yarpaq
qoltuğunda yerləşən çoxçiçəkli qalxanşəkilli çiçək
qrupunda toplanmışdır. Meyvəsi yumru, şirəli, gilə-
meyvəşəkillidir. Vətəni Avstraliya, Hindistan, Cə-
nubi və Cənubi-şərqi Asiyanın rütubətli tropik me-
şələri hesab olunur.
Şəkil 2. Tetrastigma voinierianum (Baltet) Pierroex
Gagnep –ümumi görünüşü.
Abşeronda örtülü şəraitdə çiçəkləsə də, meyvə
əmələ gətirməsi müşahidə olunmamışdır. Qidalı
torpaqlarda becərildikdə və aqrotexniki qulluq şə-
raitində (zoğların dayaq üzərinə vaxtında yönəldil-
məsi, yan zoğların vaxtındabudanması, optimal su-
varılma və qida gübrələrinin verilməsi və s.), bir
vegetasiya dövründə 10 m-ə qədər uzana bilir. Ona
görə də əsasən orajereyalarda, qış bağlarında və
geniş işıqlı aynabəndlərdə becərilməsi məsləhətdir.
Belə geniş becərilmə şəraitində yan budaqları 3-4
istiqamətdə xüsusi dayaqlar üzərinə istiqamətlən-
dirməklə, bu bitkidən daxili interyerlərin dekorativ
tərtibatında ekzotik element kimi uğurla istifadə
etmək mümkündür.
Vuane tetrastiqmasının əsas zoğunun inkişaf
dinamikası müxtəlif qida tərkibli torpaq mühitində
öyrənilmişdir (cədvəl 1).
Cədvəl 1. T. voinierianum növünün Abşeronda örtülü şəraitdə vegetativ zoğunun illik inkişaf dinamikası
(2014-2015-cü illər).
Ölçmələrin aparıldığı
tarix
Qidalı torpaqda
Adi (zəif qidalı) torpaqda
Artım, sm
Ümumi, sm
Artım, sm
Ümumi, sm
30.01
5,0±1,0
5,0±1,0
–
–
28.02
7,0±1,0
12,0±1,0
5,0±1,0
5,0±1,0
30.03
10,0±2,0
22,0±2,0
8,0±1,0
13,0±1,0
30.04
18,0±2,0
40,0±2,0
15,0±2,0
28,0±2,0
30.05
225,0±3,0
265,0±3,0
70,0±3,0
98,0±2,0
30.06
275,0±3,0
540,0±3,0
80,0±2,0
178,0±2,0
30.07
200,0±3,0
740,0±3,0
60,0±2,0
238,0±2,0
30.08
150,0±4,0
890,0±4,0
20,0±1,0
258,0±1,0
30.09
70,0±3,0
960,0±3,0
10,0±1,0
268,0±1,0
30.10
15,0±2,0
975,0±2,0
5,0±1,0
273,0±1,0
30.11
5,0±0,1
985,0±2,0
3,0±1,0
276,0±1,0
30.12
–
985,0±2,0
–
276,0±1,0
Örtülü Şəraitdə Bəzi Dekorativ Lian Bitkilərinin
71
Cədvəl 1-dən göründüyü kimi bu növ qida
maddələrinə çox tələbkardır. Belə ki, əsas zoğun il-
lik boy artımı qidalı torpaqlarda 985 sm olduğu hal-
da, adi (zəif qidalı) torpaqlarda 276 sm olmuşdur.
Sambak jasmini (Jasminum sambac Ait.) -
Oleaceae Lindl. fəsiləsinin Jasmineae tribinin Jas-
minum L. cinsinə aid olub, həmişəyaşıl, çoxillik
sarmaşan bitkidir. O, hər hansı dayağa dolanaraq və
ya dırmanaraq 4-6 m-ə qədər uzana bilir. Dayaq tət-
biq etmədən, uzanan zoğları mütəmadi kəsərək, bit-
kiyə dibçəkdə sallanan kol forması da vermək olur.
Zoğları zərif-yumşaq tükcüklüdür. Dayağa dolanan
zaman tükcüklər köməkverici vasitə rolunu oyna-
yır. Yarpaqlar açıq-yaşıl rəngli, qısasaplaqlı, yu-
murtavarı, 2,5-10,0 sm uzunluqda olub, səthi de-
mək olar ki, hamar və parlaqdır. Çiçəkləri xırda ağ
rəngli, 5-7 ləçəkli, 3-6 ədədi bir yerdə olmaqla çə-
tir-şəkilli formada olub, olduqca ətirlidir (şəkil 3).
Yəni, becərildiyi binada onun ətri dərhal hiss olu-
nur. Bir çiçək 20 günə qədər yaşayır. Lakin bu
müddətdə yeni çiçəklər formalaşdığından, bitkinin
üzəri mart ayından dekabr ayına qədər çiçəklə örtü-
lü olur. Bitki təbii halda Asiyanın tropik və subtro-
pik zonalarında yayılmışdır (Головкин, Чеканова,
Шахова и др., 1989).
Şəkil 3. Jasminum sambac Ait.-ın çiçəyi.
Sambaк jasmini əsasən interyerin floristik di-
zaynında dekorativ və ətirli bitki kimi becərilir. Ey-
ni zamanda çiçəklərinin təmiz halda və qara çayla
birlikdə dəmlənməsi ətirli içki kimi çox əhəmiy-
yətlidir. Bu məqsədlə həm təzə, həm də qurudulmuş
çiçəklərdən istifadə edilə bilir.
Sarmaşan bitki olduğundan sambak jasmini
üçün mütləq dayaq sistemi qurulmalıdır. Dayaq
sistemi istifadə məqsədindən asılı olaraq müxtəlif
quruluşda – kvadrat, rombşəkilli, ikiqollu və s. ola
bilər.
Sambak jasmini işıqsevən bitkidir. Becərildiyi
yerdə azacıq kölgəli şərait olduqda zoğun böyümə
zonası saralaraq inkişafdan qalır. Bununla belə, yay
aylarında, xüsusilə günorta saatlarında birbaşa bit-
kinin üzərinə düşən günəş şüası da onun inkişafına
mənfi təsir edir.
Mülayim-isti (25-30°C) temperatur şəraitində
daha intensiv inkişaf edib böyüyür. Müşahidələri-
miz göstərir ki, becərildiyi şəraitdə temperatur
35°C-dən yuxarı qalxdıqda bitkinin inkişafı zəif-
ləyir. Qış aylarında becərildiyi binanın temperaturu
15-16°C saxlanılmalıdır, əks halda, yəni temperatur
yüksək olduqda bitkinin inkişafı dayanır. Belə olan
halda, yaz-yay aylarında onun çiçəkləməsi zəifləyir.
Rütubətə tələbkardır. Apardığımız müşahidələr
göstərir ki, becərildiyi mühitdə havanın nisbi rütu-
bəti yüksək –65-75% arasında olduqda bitki inten-
siv çiçəkləyir. Rütubət aşağı düşdükdə isə çiçəklə-
mə intensivliyi azalır, əmələ gəlmiş çiçəklər isə tez
tökülür. Havanın rütubət rejimini saxlamaq üçün
yaz-yay aylarında bitkinin üzərinə tez-tez su çilən-
məlidir. Eyni zamanda becərildiyi torpağın da rütu-
bəti normal olmalıdır. Qış aylarında isə suvarmalar
azaldılmaqla, bitkilər mülayim temperaturlu otaq-
larda saxlanılmalıdır.
Cədvəl 2. Jasminum sambac növünün örtülü şəraitdə qələmlərlə çoxaldılması.
M
a
te
ria
l
Qələmlərin xüsusiyyətləri
q
əl
əml
ər
in
ə
k
in
va
xtı
q
əl
əml
ər
in
sa
yı
o
y
a
n
m
a
k
all
ü
sü
n
fo
rm
al
aşm
ası
k
ök
lə
rin
ə
m
əl
ə
g
əlm
əsi
b
itm
iş
q
əl
əml
ər
in
sa
yı
%
-l
ə
ya
şı
u
zu
n
lu
ğu
(sm
)
d
ia
m
etr
i
(m
m
)
tu
m
u
rc
u
q
la
rın
sa
yı
(ə
d
əd)
tu
m
u
rc
u
qa
ra
sı
m
əsa
fə
(sm
)
O
d
u
n
ca
q
la
ş-
m
ış
q
əl
əm
2
12-14
8-10
3-4
4-5
10.IV
10
05.V
10.V
25.V
6
60
2
12-15
8-10
3-4
4-5
20.VIII
10
10.IX
20.IX
05.X
5
50
Y
aşıl
q
əl
əm
1
12-15
4-5
3-4
4-5
20.VIII
10
05.IX
–
10.IX
8
80
Mehralıyev və İslamova
72
Sambak jasmini qida maddələrinə də tələb-
kardır. Bitki torf qarışdırılmış qidalı torpaqlarda be-
cərilməklə bərabər, yaz və yay mövsümündə ayda
iki dəfə olmaqla kompleks gübrələrlə (N, P, K,) və
mikroelementlərlə (dəmir, mis, sink və s.) gübrə-
lənməlidir. Bitki bu cür gübrələndiyi halda onun
daha yaxşı inkişaf etdiyi və bol çiçəklədiyi müşahi-
də olunur.
Sambak jasmini əsasən vegetativ yolla – zoğ-
ların əyilərək basdırılması və qələmlə çoxaldılır
(cədvəl 2).
Zoğların əyilərək basdırılması üsulu ilə çoxal-
dılmada yan zoğlardan bir ədədi seçilir və zoğun
torpağa basdırılacaq hissəsi yarpaqlardan təmizlə-
nir. Eyni vaxtda qidalı torpaq və qum (1:1 nisbətin-
də) doldurulmuş dibçək ana bitki becərilən dibçəyin
yanında yerləşdirilir və yarpaqdan təmizlənmiş zoğ
əyilərək həmin dibçəyə basdırılır. Yeni əkilmiş bit-
ki tez-tez suvarılmaqla, 25-30 gündən sonra ana bit-
kidən ayrılaraq müstəqil bitki kimi becərilir.
Qeyd etmək lazımdır ki, bu cür çoxaldılmada
istixananın temperaturu 20-25°C arasında olduqda
daha effektli nəticə əldə olunur. Qələmlərlə çoxal-
dılma zamanı yazda oduncaqlaşmış, yayda isə həm
oduncaqlaşmış, həm də yaşıl zoğlardan istifadə
olunmuşdur. Qələmlər 3-4 buğumdan ibarət olan
12-15 sm uzunluğunda kəsilərək hazırlanmışdır.
Hazırlanmış qələmlər çay qumu qarışdırılmış yar-
paq çürüntülü (1:1) substrata əkilir. Qələmlər əkil-
miş yeşiyin üzəri şüşə ilə örtülüb temperaturu 18-
20°C olan istixanalarda saxlanılır və mütəmadi su
çilə-nərək suvarılır. Bu şəraitdə qələmlər 40-45 gün
müddətində kök əmələ gətirirlər.
2 saylı cədvəldən göründüyü kimi, ən yüksək
nəticə avqust ayında yaşıl qələmlərlə çoxaldılma
zamanı əldə olunmuşdur. Kök vermiş birillik qə-
ləmləri daimi yerlərinə köçürmək olar. Daimi yerin-
də sambak jasmininə qulluq, bitki üçün dayaq sis-
teminin qurulmasından, mütəmadi suvarılmasından,
gübrələnməsindən, bitkinin interyerə uyğun forma-
ya salınmasından ibarətdir.
Öyrənilən bitkilərdə xəstəlik müşahidə olun-
mamışdır. Lakin, bir sıra zərərverici həşəratlar
(qanlı mənənə, unlu yastıca və ağqanad) müşahidə
olunmuşdur.
Ziyanvericilərə qarşı mübarizə məqsədilə qoz
yarpağının, acı bibər meyvəsinin və dəlibəngin yar-
paq və ya meyvəsinin suda qaynadılmış sabunlu
məhlulundan istifadə edilmişdir.
Bu məqsədlə qoz və ya dəlibəng bitkisinin 1 kq
yarpağı və yaxud acı bibərin 200 q meyvəsi 10 litr
suda 30 dəqiqə qaynadılmış və üzərinə 200 q xam
sabun əlavə olunur. Hazırlanmış məhlul soyuduq-
dan sonra süzülmüş və bu məhlulun 1 litri 10 litr
suya qarışdırılaraq bitkilərin üzərinə çilənmişdir.
ƏDƏBİYYAT
Головкин, Чеканова, Шахова и др. (1989)
Комнатные растения: Справочник. М.: Лесн.
пром-сть, 431 с.
Методика фенологических наблюдений в Бо-
танических садах СССР (1979) М.: ГБС АН
СССР, вып. 113, с. 3-8.
Молчанов А.В., Смирнов Б.В. (1967) Методи-
ки изучения прироста древесных растений. М.:
Наука, 99 с.
Сааков С.Г. (1983) Оранжерейные и комнатные
растения и уход за ними. Л.: Наука, 621 с.
Хромова Т.В. (1980) Методические указания по
размножению интродицированных дре-весных
растений черенками. М.: ВАСХНИЛ, 45 с.
Биоэкологические Особенности Некоторых
Декоративных Вьющихся Растений, Выращенных в Закрытых Условиях
А.Д. Мехралыев, З.Б. Исламова
Центральный Ботанический Сад НАНА
Статья посвящена изучению в закрытых условиях биоэкологических особенностей, динамики роста и
развития, агротехники выращивания некоторых декоративных лиан ( Hoya cornosa (L.f.) R.Br.,
Tetrastigma voinierianum (Baltet) Pierre ex Gagnep, Jasminum sambac (L.) Ait.). В результате проводи-
мых исследований были выявлены наиболее перспективные виды лиановых растений для использо-
вания в вертикальном озеленении внутренних интерьеров.
Ключевые слова: Закрытый грунт, лиановые растения, биоэкология, вегетативное размножение,
агротехника
Örtülü Şəraitdə Bəzi Dekorativ Lian Bitkilərinin
73
Growing And Bioecological Features Of
Some Ornamental Lian Plants Under Closed Conditions
A.D. Mehraliyev, Z.B. Islamova
Central Botanical Garden, Azerbaijan National Academy of Sciences
Bioecological features, dynamics of growth and development, agrotechnics of some decorative lianas (Hoya
cornosa (L.f.) R.Br., Tetrastigma voinierianum (Baltet) Pierre ex Gagnep, Jasminum sambac (L.) Ait.) have
been studied under closed conditions. As a result of the research the most promising types of liana plants
were identified, for use in the vertical gardening of interiors.
Keywords: Closed ground, lians, bioecology, vegetative propagation, agrotechnics
Dostları ilə paylaş: |