Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


İşarə nəzəriyyəsi və işarənin öyrənilməsinin aspektləri- sintaktik, semantik və praqmatik



Yüklə 79,27 Kb.
səhifə10/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   6   7   8   9   10   11   12   13   ...   28
Dilçiliyə giriş cavablar

13. İşarə nəzəriyyəsi və işarənin öyrənilməsinin aspektləri- sintaktik, semantik və praqmatik.
Dil insanların ünsiyyətə girmək məqsədilə istifadə etdikləri (dünyadakı situasiyalar, öz fikirləri, hisləri, yaşantıları, planları, niyyətləri və s.haqqında) rəngarəng işarələri sistemindən biridir. İşarələr adlandırdıqları və işarə etdikləri predmetləri əvəz edirlər. İşarə informasiyanın ötürülməsində istifadə edilən maddi obyektdir. İşarə sistemlərini öyrənən elmi semiotika adlandırırlar.
Semiotika haqqında ilk fikirlərə sofistlərdə (miladdan əvvəl V əsr) və Platonda (428-384) rast gəlinir. Platon “Kratil” danışığın mahiyyətini açır. Sofistlər isə forma ilə məna arasındakı əlaqənin aydın dərk edirdilər. Semiotikanın çiçəklənməsi dövrü kimi Q.Laybnisin, Y.herderin,V.fon Humboldtun yaradıcılığını göstərirlər. XIX əsrdən sonra dilçilikdə semiotika problemləri gündəmə gəlir.Semiotikanın əsas pronsipləri amerikan alimi Ç.S.Pirs tərəfindən işlənib hazırlanmışdır.Əalik semiotikanın nəzəri əsaslarının metodlarının sahmana salınması Ç.U.Morrissin “İşarə, dil və davranış” əsərində öz əksini tapmışdır.
Hər bir işarə konkret işarə situasiyası “semiozis” çərçivəsində bu və ya digər predmet, hadisə, fakt, vəziyyətlə özünün denotatı kimi aiddir. Semiotikada nəyinsə işarə keyfiyyətində fəaliyyət prosesinə semiozis deyilir. Semiozis prosesinin strukturu 3 tərkibdən ibarətdir:

  1. işarə vasitəsi – işarə kimi çıxış edən obyekt və ya hadisə;

  2. desiqnat – işarənin işarə etdiyi, ifadə etdiyi nəsnə;

  3. interpretator və ya istifadəçi – işarədən istifadə edən.

Bunlara istinadən Ç.Morris semiotikada 3 aspekti fərqləndirməyi təklif edirdi: sintaktika, semantika və praqmatika. Sintaktika dil işarələri arasındakı əlaqələri, semantika işarələrin mənasını, praqmatika isə işarə və ondan istifadə edənlər arasındanı münasibətləri öyrənir. Ç.Morrisə görə, dil bu terminin tam semiotik mənasında işlədilməsi sintaktik, semantik və praqmatik qaydalarla müəyyən edilən işarələr sisteminin istənilən subyektlərarası məcmusudur.
Lakin qeyd etmək lazımdır ki, müasir semiotokada 3 deyil 7 aspekt fərqləndirilir. Bunlar aşağıdakılardır:
-semantika – işarənin formasının mənaya münasibəti;
- denotatika – işarənin işarə olunan predmetə münasibəti;
-morfetika – işarələrin formal-struktur xüsusiyyətləri;
-sintaktika – işarə sistemində işarələrin bir-birinə münasibəti;
-sintaqmatika – kommunikasiya mətnində işarələrin qarşılıqlı münasibətləri;
- evolyutika (təkamül) – işarənin mənşəyi və tarixi inkişafı;
-praqmatika – “işarə və istifadəçinin” münasibətləri.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə