Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Dilçilik və antropologiya



Yüklə 79,27 Kb.
səhifə2/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   2   3   4   5   6   7   8   9   ...   28
Dilçiliyə giriş cavablar

Dilçilik və antropologiya:
Antropologiya – insanın əmələ gəlməsi haqqında elmdir. Burada insanın irqi xüsusiyyətlərindən, məkan və zamanla əlaqədar olaraq insan quruluşunun dəyişilməsindən bəhs edilir. Dilçilik bəzi problemləri antropologiyanın köməyi ilə həll edir. Bunlardan biri nitqin əmələ gəlməsidir. Antropologiyanın nailiyyətləri əsasında dillə irqin əlaqəsinin olmadığı aydınlaşdırılır. Bu məsələnin işıqlandırılmasında da dilçilər antropoloqlarla müştərək iş aparmaq nəticəsində doğru fikrə gələ bilmişlər. Dilçiliklə antropologiyanın müştərək həll etdiyi problemlərə əsasən elmdə antropoloji dilçilik anlayışı yaranmışdır.
Antropoloji dilçilik termini müxtəlif mənalarda işlənir. Mövcud ölkə və milli dilçiliklərin əksəriyyətində bu anlayış dilçiliklə antropologiyanın birgə fəaliyyəti nəticəsində yaranmış nailiyyətləri əhatə edir.
Dilçilik və fiziologiya
Fiziologiya – insan və heyvan bədəninin quruluş və fəaliyyətini öyrənən elmdir. Məlumdur ki, nitq prosesində insanın bir sıra üzvləri – əsəb sistemi, hiss və danışıq orqanları fəaliyyət göstərir. Bütün bunların hər biri müəyyən fizioloji quruluşa malikdir. Bu üzvlərin quruluş və fəaliyyəti haqqında elmi fizioloji təsəvvür əldə etmək dilçi üçün çox vacibdir. Dilçi bu sahəyə dair biliyi anatomiya və fiziologiyadan mənimsəyir.
Dilçilik və fizika
Fizika – təbiət hadisələrinin ümumi qanunauyğunluqları, materiyanın hərəkət qanunları, ümumi xassələri və quruluşu haqqında elmdir. Bu elmdə fiziki hadisələr öyrənilir. Fiziki hadisə geniş anlayışdır, buraya təbiətin bir sıra hadisələri aiddir.
Fizikanın tədqiq etdiyi hadisələrdən biri də təbiətdə mövcud olan səslərdir. Dilçilik dilin səslərini öyrənərkən fizikanın akustika sahəsinin nailiyyətlərindən də istifadə edir, bunun nəticəsində hər iki elm arasında əlaqə yaranır. İnsan və səs probleminin həllində dilçilik bir sıra elmlərlə, o cümlədən fizika ilə əlaqəyə girir. Fizikanın müəyyən etdiyinə görə, səs maddənin titrəməsi nəticəsində əmələ gəlir. Təbiətdəki hadisələr çox rəngarəng və son dərəcə mürəkkəbdir. İnsan nitqini təşkil edən səslərin də hər biri, təbiətdəki səslər kimi, ümumi və özünəməxsus əlamətlərə malikdir. Dilçilikdə danışıq səslərinin yaranma mənbəyi, səbəbi, yayılma mühiti və s. məsələlər tədqiq olunur. Bu məsələlərin dəqiq elmi tədqiqi fizikanın akustika bəhsinin köməyi ilə başa çatır.
Akustika (yunanca akustikos – eşitmə) fizikanın səs hadisələrini və onların digər fiziki hadisələrlə qarşılıqlı təsirini öyrənir. XIX əsrdə Avropa alimi Helmholts nitq səslərinin fiziki təbiətini öyrənmişdir. Sonralar bu sahədəki tədqiqatların inkişafı akustik dilçilik termininin meydana gəlməsinə səbəb olmuşdur. Həmçinin dilçilər səs dalğası, səs rəqsi, tembr, vurğu, intonasiya, sintaqm, səs tonu, səs gücü və s. onlarca belə dil hadisəsinin mahiyyətini eksperimental fizikanın köməyi ilə mənimsəyir və ondan istifadə edə bilirlər. Müasir Azərbaycan dilinin fonetik quruluşunda səslərin akustik xüsusiyyətlərini eksperimental fizikanın son nailiyyətləri əsasında daha dərindən öyrənməyə ciddi ehtiyac duyulur və s.


  1. Yüklə 79,27 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə