Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Yazı ünsiyyət vasitəsi kimi və yazının növləri: əşyavi, şəkli (piktoqrafik), ideoqrafik və fonoqrafik



Yüklə 79,27 Kb.
səhifə28/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   20   21   22   23   24   25   26   27   28
Dilçiliyə giriş cavablar

48. Yazı ünsiyyət vasitəsi kimi və yazının növləri: əşyavi, şəkli (piktoqrafik), ideoqrafik və fonoqrafik.
Yazı ünsiyyət prosesində şifahi dildən sonra öz əhəmiyyətinə görə ikinci yerdə dayanır. Yazı xeyli sonra yaranmış və informasiyanın zaman qorunub saxlanması və uzaq məsafələrə ötürmək ehtiyacından törəmişdir. Yazının əcdadı kimi dillə əlaqəsi olmayan mnemonik funksiyalar, yəni bu və ya digər faktların xatırlatmaq, yada salmaq (hadisələr, predmetlərin sayı və s.) istəyindən yaranmışdır. Tədqicən yazıyaqədərki yazı yazıya çevrilməyə başlamışdır. Dil və danışığı fərqləndirdiyimizə anoloji olaraq, yazı sistemini (işarələrin təsviri və onların fəaliyyət qaydaları) və bu işarələrin konkret istifadə aktları və bu zaman yaranan yazılı mətnləri fərqləndirməliyik.
Yazının sələfi kimi, bir tərəfdən, mnemonik işarələr (oymalar, naxışlar və s.), digər tərəfdən, piktoqrafiya olmuşdur. Piktoqrafiyada məlumatın ayrı-ayrı predmetlərin şəkilləri vasitəsilə ötürül­məsində istifadə edilir. Piktoqramlarda həyan səhnələri (ov, yürüş), predmetlər, varlıqlar təsvir edilir. Piktoqramlar əlifba, yəni müəyyən işarələr dəsti ilə əlaqəli deyil, buna görə onlar oxu və yazı ilə əlaqəli deyillər, onlar vasitəsilə predmet və situasiyaları ötürmək üçün dəqiq təsvir etmək lazımdır.
Abstrakt təfəkkür və anlayışların inkişafı nəticəsində daha mütərəqqi yazı formasına ehtiyac yaradır. Artıq piktoqrafiya bu tələblərə tab gətirmir və beləliklə ideoqrafiya yaranır. İdeoqrafiya, yəni “məfhumi yazı” həyatı faktları birbaşa deyil, insanın şüurunda yaranan anlayışların yazıda verilməsini təmin edir. Piktoqrafiyadan ideoqrafiyaya keçid əyaniliyə malik olmayan və şəkli təsvirə gəlmə­yənlərin qrafik təsviri ehtiyacından yaranmışdır. Məsələn, piktoqrafik yazıda göz şəkli insan görmə orqanının bildirirsə, ideoqrafik yazıda isə /görmək, ayıqlıq/ anlamına uyğun gəlir. Ayaq şəkli artıq ayaq mənasında deyil, getmək mənasında istifadə edilir. Şəkil artıq məcazi mənada çıxış edir və bununla da şərti xarakter alır. Yazı ikonikliyini itirir və simvolik, rəmzi xarakter alır. İdeoqramma loqoqramma çevrilir, yəni işarə təkcə məhum üçün deyil, söz və ya sözlərin assosiativ sırası üçün işlədilir. Yazının sürətləndirilməsinə, daha mürəkkəb məzmunun verilməsinə, daha uzun mətnlərin verilməsinə olan ehtiyac rəsmlərin şərti işarələrə - heroqliflərə çevrilməsini şərtləndirmiş oldu.
Yazının ən mütərəqqi növü fonoqrafik yazı hesab edilir. Artıq yazı dili qrammatik quruluş formasında deyil, fonetik cilddə verir. Fonoqrafik yazı yazının sözlər işarəsindən səs kompleksləri işarəsinə çevirmiş oldu. Fonoqrafik yazı sistemində sillaboqramlar, diakritik işarələr, konsonant yazı npvləri fərqləndirilir.
Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə