Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Sintaqm anlayışı: cümlənin sintaqmatik üzvlənməsi



Yüklə 79,27 Kb.
səhifə23/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   20   21   22   23   24   25   26   27   28
Dilçiliyə giriş cavablar

39.Sintaqm anlayışı: cümlənin sintaqmatik üzvlənməsi
Sintaksisə aid yazılan əsərlərdən məlum olduğu kimi, bu elm sahəsi həm söz birləşmələri, həm də cümlələrlə məşğul olur. Buna görə də sintaksisi həm söz birləşmələri, həm də cümlə haqqında elm hesab etmək doğrudur. Bununla əlaqədar olaraq sintaksisin sintaqmatik əlaqələr, sintaqmlar haqqında elm sahəsi kimi başa düşülməsi mümkündür.
Dilçilikdə sintaqm üç mənada işlənir. Hər şeydən əvvəl, o, fonetik vahid hesab olunur və ritmika, intonasiya qrupu, nitq təqtisi mənasında işlənir. Ikincisi, sintaqm müəyyən bir ibarənin sintaktik üslubi üzvlənməsi (seqmentasiya) nəticəsi mənasında işlənir ki, bu halda o, üslubi vahid kimi başa düşülür. Üçücüsü, onun sintaktik vahid olmasıdır. Sintaktik vahid kimi, sintaqm təyin və təyinolunandan ibarət ikiüzvlü struktur mənasına malikdir.
Sintaksisin vahidi olmaq etibarilə həmin sintaqmlar: 1. Predikativ; 2. Qeyri-predikativ sintaqımlar qrupuna bölünür.
Predikativ sintaqmlar cümlələrə uyğun gəlir. Onlar, bir qayda olaraq, kommunikativ səciyyə daşıyır.
Qeyri-predikativ sintaqmlar isə söz birləşmələrini əhatə edir. Onlar, adətən, nominativ səciyyədə olur.
Məlum olduğu kimi, qeyri-predikativ sintaqmlar atributiv, obyektiv və relyativ olmaqla üç yerə bölünür. Atributiv sintaqmlar yanaşma əlaqəsi ilə yarnan sintaqmlardır; obyektiv sintaqmlar idarə əlaqəsi ilə düzəlir; relyativ sintaqımlar isə xarici yanaşma əsasında formalaşır.
40.Cümlənin əsas qütbləri (mübtəda və xəbər qütbləri).
Cümlə bir-birindən fərqli məna və vəzifəyə malik müxtəlif mövqeli sözlərdən düzəlir ki, bunlara cümlə üzvləri deyilir.
Cümlə üzvləri özlərinin mənalarına, vəzifələrinə və mövqelərinə görə baş və ikinci dərəcəli üzvlərə bölünür. Baş üzvlər (mübtəda və xəbər).
Mübtəda: - cüttərkibli cümlənin elə elə bir baş üzvüdür ki, qrammatik cəhətdən cümlənin digər üzvlərindən asılı olmayıb, adlıq halda olub, əlaməti xəbərlə müəyyən olunan əşyanı bildirir.
Mübtəda isim, şəxs əvəzliyi, təyini söz birləşməsi və məsdər tərkibi ilə, həmçinin substantivləşən digər nitq hissəsi və söz birləşməsi ilə, eləcə də bunları əvəz edə bilən sual əvəzlikləri ilə ifadə olunur.
Mübtəda quruluşca sadə və mürəkkəb olur.
Sadə mübtədalar: - leksik vahidlərə, başqa sözlərə, yəni nitq hissələri ilə ifadə olunan mübtədalardan ibarətdir.
Mürəkkəb mübtədalar: - sintaktik vahidlərlə, daha doğrusu, təyini söz birləşmələri, məsdər və feili sifət və s. tərkiblərlə ifadə olunan mübtədalardan ibarətdir.
Xəbər: - Qrammatik cəhətdən yalnız mübtədadan asılı olub, mübtədanın ifadə etdiyi əşyanın əlamətini bildirir, adətən, feilin şəkilləri ilə, həmçinin, adlarla və ad birləşmələri ilə ifadə olunur.
Xəbər öz ifadə vasitələrinə görə iki yerə ayrılır: 1. Feili xəbər; 2. Ismi xəbər.
Feili xəbərlər yalnız feillə ifadə olunur.
İsmi xəbərlər: – təsriflənən fieldən başqa, digər nitq hissələri və söz birləşmələri ilə ifadə olunan xəbərlər ismi xəbər adlanır. Beləliklə, ismi xəbərlər isim, sifət, say, əvəzlik, məsdər, feili sifət, həmçinin, təyini söz birləşmələri, məsdər və feili sifət tərkibləri və s. ilə ifadə olunur.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə