Baki universitetiNİn xəBƏRLƏRİ №1 Humanitar elmlər seriyası



Yüklə 230,03 Kb.
Pdf görüntüsü
tarix07.07.2018
ölçüsü230,03 Kb.
#53711


 

44 


BAKI UNİVERSİTETİNİN XƏBƏRLƏRİ 

№1    

 

Humanitar elmlər seriyası   

 

2013 

 

 

 

 

47.71 Xalq yaradıcılığı. UOT 398; 801.8 

47.09 Ədəbiyyat tarixi. UOT 82 (091) 

 

TƏCNİS ŞEİR ŞƏKLİNİN Q.ZAKİR YARADICILIĞINDA YERİ 

 

N.Q.XƏLİLOV 

Bakı Dövlət Universiteti 

nizami.xalilov@bk.ru 

 

Q.Zakirin  yaradıcılığında  aşıq  şeirinin  başqa  şəkilləri  ilə  bərabər,  təcnis  forması  da 



hüm yer tutur. Şairin təcnisləri məna və məzmununa, bütövlükdə aydınlığına, xalq ruhuna 

yaxınlığına,  fikir  dərinliyinə,  obrazlılıq  dərəcəsinə  görə  fərqlənir.  O,  şeirlərində  gözəllikdən 

danışanda belə mövzuya və məzmuna, şəxsi hisslərinə maraqlı ictimai mənalar aşılamağa ça-

l

ışır.  

 

Açar  sözlər:  Q.Zakir,  yazılı  poeziya,  aşıq  poeziyası,  Aşıq  Ələsgər,  Aşıq  Alı,  təcnis, 

folklorşünas 

  

Təcnis aşıq şeirinin ən çətin və ustalıq tələb edən formalarından biridir. 



Azərbaycan xalq şeirini və yazılı poeziyamızı gözəlləşdirən, poetik fikrin daha 

mənalı, cazibədar və canlı ifadə olunmasına səbəb olan amillərdən biri də cinas 

qafi

yələrdir. Cinas qafiyə seçmək, tapmaq zəngin söz ehtiyatına malik olmaq, 



dili in

cəliklərinə  qədər  bilmək  və  ondan  məharətlə  istifadə  etməyi  bacarmaq 

deməkdir.  Bu  da  sözün  məna  çalarlarına,  cinaslarda  gizlənən  məna  yükünə 

dərindən bələdlik və söz ustalığı tələb edir. Şair gərək omonim sözlərin məna 

fərqlərini  zərgər  dəqiqliyi  ilə  müəyyənləşdirə,  virtuoz  söz  biliciliyi  nümayiş 

etdirə  bilə.   Ustad  sənətkarlar  təcnislərini  anlaşıqlı  bir  dildə  söyləməyi 

bacarmalı,  həmçinin  düşündürməli,  məzmuna  xələl  gətirmədən  yaddaqalan 

lövhələr yarada bilməlidirlər. Aşıq sənətində və yazılı poeziyamızda təcnis ya-

ratmaq  əsil sənətkarlıq, böyük  ustalıq  hesab  olunmuşdur.  XVII  əsrin  qüdrətli 

söz ustalarından biri olan Xəstə Qasımın  fikrincə, təcnisi hər aşıq, hər şair ya-

za bil

məz, o, təcnis yaradıcılığını sənətdə “söz hünəri” hesab etmişdir: 



Xəstə Qasım, sözün yetir tamama, 

Gün batan, gün doğan gələr salama. 

Nə alim işidi, nə də üləma

Təcnis mənasının çox hünəri var (1, 66). 




 

45 


Mükəmməl  fəlsəfi-estetik  mənaya,  zərif  insani  duyğuların  tərənnümünə 

usta


lıqla yanaşan  şairlərimiz  məzmunla  yanaşı,  şeirin  forma  probleminə  də 

həmişə  həssaslıqla  yanaşmış,  bu  istiqamətdə  də  ciddi  axtarışlar  aparmış, 

səmərəli nəticələr əldə etmişlər. Bu prosesi tədqiqatlarında izləyən folklorşünas 

Elxan  Məmmədli yazır:  “Bu  səbəbdən  şifahi  və  yazılı  poeziyamızda  onlarca 

şeir şəkilləri meydana gəlmişdir. Aşıq poeziyamızda bu gün də yaşamaqda olan 

bayatı, gəraylı, qoşma, cığalı təcnis, divani, müxəmməs və s. bu kimi işlək şeir 

şəkilləri məhz dədə ozanlarımızın, ustad aşıqlarımızın poetik forma axtarışla-

rından xəbər verir. Bir sıra şeir şəkillərində təsadüf etdiyimiz cinas qafiyələr də 

belə axtarışların məhsuludur. İlk parlaq nümunələrinə bayatılarımızda təsadüf 

etdiyimiz cina

slı şeirlər onu yaradanların poetik kəşfidir” (2, 3).  

Poetik  kəşf  səviyyəsində  qəbul  edilən  təcnislərdə  şairlər  həm  də  insanı 

yeni bilik

lərlə zənginləşdirir, şeirin məna çalarları üzərində düşündürməyə va-

dar edir, din

ləyici  və  oxucunun  dünyagörüşünü  artırır.  Həmçinin  burada, 

mühüm bir şərt də var. Təcnis qafiyələrdə gərək tam orijinal olasan, səndən əv-

vəl işlənmiş təcnis qafiyələr, sözlər təkrar edilməməlidir. İstənilən qafiyədən və 

ya  rədifdən  şairlərin  hamısı  zaman-zaman  istifadə  etmişlər  və  edəcəklər  də... 

Amma təcnis-qafiyə orijinal olmalıdır, şairin tapıntısıdır, sözün poetik kəşfidir. 

Əksər şeir formalarında – qəzəl, qəsidə, müxəmməs, rübai, divani, gəraylı, qoş-

ma, bayatı və s. bu kimi şeir şəkillərində,  təcnis qafiyələrdən istifadə etməklə 

ya

zılan  çoxlu  nümunələr  var.  Lakin  xalq-aşıq,  o  cümlədən  yazılı  ədəbiyyatda 



təcnis  qafiyələrdən  ən  çox  bayatı,  gəraylı,  qoşma  şeir  şəkillərində  istifadə 

edildiyindən, təcnis adı çəkiləndə ilk olaraq bu şeir şəkilləri yada düşür... 

Şübhəsiz, yazılı poeziyamızda təcnis yaradan sənətkarlar mükəmməl bir 

şəkildə  xalq-aşıq  poeziyasına  yaxından-yaxın,  doğma  olan  şairlərdir,  özü  də 

tanınmış, məşhur, sənətin zirvəsinə yüksəlmiş şairlərdir. Belə ki, ustad sənət-

karlar,  aşıqlar,  el  şairləri  arasında  təcnis-qoşma,  gəraylı,  müxəmməs,  dodaq-

dəyməz, qıfılbənd və başqa mürəkkəb şeir nümunələrinə bələd olmayan, bun-

lardan yaradıcılığında istifadə edə bilməyənlər dövrün mükəmməl bilik sahibi 

– 

el sənətkarı hesab edilməmişlər. 



Ya

zılı poeziyamızda İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin, Molla 

Vəli  Vidadinin,  Molla  Pənah  Vaqifin  təcnis  aşıq  şeir  formasında  qiymətli 

əsərlər  yazdıqları  məlumdur.  Q.Zakirlə  bir  dövrdə  yaşamış  M.F.Axundzadə 

(Səbuhi),  Əbülqasım  Nəbati,  Məhəmməd  bəy  Aşiq,  Seyid  Məmmədhüseyin, 

Var


xiyanlı Məhəmməd  və  başqaları  da  təcnis-qoşmanın  dəyərli  nümunələrini 

yaratmışlar. Amma yazılı poeziyada XIX əsr şairləri arasında təcnis aşıq şeir 

formasına ən çox müraciət edən və kamil nümunələr yaradan Qasım bəy Zakir, 

aşıqlar sırasında isə Aşıq Ələsgər olmuşdur. 

Bir cəhəti də xatırladaq ki, Qasım bəy Zakirin poeziyasından, lirik yara-

dıcılığından yazan tədqiqatçıların heç biri onun gəraylılarından və təcnis-qoş-

ma

larından  söhbət  açmamış,  təhlilə  cəlb  etməmiş,  sadəcə  adlarını  çəkməklə 



kifa

yələnmişlər. 




 

46 


Qüdrətli  söz  ustadı  olan  Qasım  bəy  Zakir  Sarıcalu  bir-birindən  gözəl, 

fərqli, mürəkkəb məna çalarları ilə zəngin olan on bir təcnis qələmə almışdır. 

Qasım bəy Zakirə qədər təcnis aşıq şeiri formasına heç kim bu qədər hünərlə 

və geniş şəkildə müraciət etməmişdir. Bu təcnislər poetik cəhətdən mükəmməl 

şəkildə  biçimlənmiş,  leksik  cəhətdən  klassik  poeziya  ünsürləri  ilə  xalq 

poeziyası poetikasının qovuşuğunda yaranmışdır: 

Qalmadı bir ovuc qəllə, biz acıq, 

Qurtulubdi bu afətdən o Dizaq. 

Quru yerə zor eyləmiş bir acıq, 

Qəlbimizdən gedən deyil o dizaq. 

  

Qalırmola yarəb, bizə bu damaq, 



Qılınc alıb səg rəqibli bu damaq

Qaragözlüm geyinibdir bu damaq 

Qəmər kimi şölə verir o dizaq. 

  

Qələm alıb əhvalımız yazarıq, 



Qəhbə fələk fitnəsindən yazarıq, 

Qışın zəhmətindən çıxıb yazarıq, 

Qoyun-

quzu cövlan eylər o dizaq. 



  

Qarı düşmən ölsün gedək yasadıq, 

Qayım-qayım dost dərdini yasadıq, 

Qadir Allah yaradıbdır yasadıq 

Qayıtmaram təriqindən o dizaq. 

  

Qoyma rəqib dərgahına yaxınlıq, 



Qəsdi bunu aparmaya yaxalıq, 

Qismət eylə bu Zakirə yaxalıq, 

Qızılgülə sarmaşıbdı o dizaq (3, 226). 

Adətən  təcnislər  üç,  beş  bənddən  ibarət  olur,  lakin  aşıqlar  çox  vaxt  üç 

bəndlik təcnis yaratmışlar. Çünki sözün məna dəyərini, fərqli çalarını tapmaq, 

omonimləri ortaya çıxarmaq  olduqca  çətin  olur.  Hətta  ustad  aşıqlar  belə,  beş 

bənddən ibarət olan təcnislərə az-az müraciət etmişlər. Aşıq Ələsgər kimi saz-

söz ustasının beş bəndlik təcnisi azlıq təşkil edir. Qəribə budur ki, Qasım bəy 

Zak

irin  təcnislərinin  hamısı  beş  bənddən  ibarətdir  və  qoşmanın  ənənəvi 



mükəmməl  biçimindədir.  Q.Zakir  cinas  şeirlərində  böyük  ustalıq  nümayiş 

etdirmiş,  burada  isə  19  cinas-söz  işlətmiş,  “o  dizaq”  sözünün  isə  6  fərqli 

çalarını tapmışdır. Birinci bəndin ikinci misrasında işlənən “o dizaq” yer, mah-

al adıdır, toponimdir. Yenə həmin bəndin dördüncü misrasında “o dizaq” “od 

uzaq” mənasında işlənmişdir. İkinci bənddə “Qəmər kimi şölə verir o dizaq” – 

üzü, dizi ağ mənasındadır; üçüncü bənddə “Qoyun-quzu cövlan edər o dizaq” 

misra

sında  örüşün,  otlağın  uzaqda,  həm  də  geniş  olması  mənasındadır; 




 

47 


dördüncü bənddəki “o dizaq” rədifi “düzəx” ərəb sözünün xalq deyilişi forma-

sındadır və cəhənnəm deməkdir; axırıncı bənddə də şair yenə kamil söz yarada-

raq “o dizaq” sözünü hecaya bö

ləndə  “dü  zağ”,  yəni  “iki  qarğa”  mənasında 

işlətmişdir. 

Təcnisdə işlədilən bütün cinasları təhlil edəsi, açmasını verəsi olsaq, onda 

Q.Zakirin  həm  klassik,  həm  də  milli  ədəbi  dilə  nə  qədər  yüksək  səviyyədə 

bələd olduğunu görərik... Şeirdəki, “acıq”, “damaq”, “yazarıq”, “yasadıq”, “ya-

xalıq”  sözlərinin omonimlərini,  məna  fərqlərini  və  çalarlarını  taparaq  şeirdə 

uyarınca,  yerli-yerində  verməsi  də  Q.Zakirin  aşıq  şeirinin  formalarına,  onun 

poetikasına dərindən bələdliyini nümayiş etdirir. 

Bu təcnisin digər bir orijinallığı da diqqətimizi cəlb etdi. Bu cəhət aşıq 

təcnis  formasına,  ənənəvi  modelinə  Qasım  bəy  Zakirin  gətirdiyi  yeniliklə 

əlaqədardır.  Şair  beş  bəndin  misralarının  hamısını  (20  dəfə)  “Q”  hərfi  ilə 

başlanan sözlərlə, elə bil, süsləmişdir. Bu sözlərin heç biri təkrar olunmur. Bu 

üsul klassik şeir poetikasında mövcuddur. Aşıq sənətində buna hərf üstə təcnis 

deyilir. “Bu formaya ən çox XIX əsrin sonları və XX əsrin əvvəllərində yazıb-

yaradan  aşıqların  yaradıcılığında  rast  gəlirik.  Belə  şeirlərdə  əksər  hallarda 

məzmun  formaya  qurban  verilir”  (131,  446).  Ancaq  Q.Zakirin  təcnisində 

“məzmunun  formaya  qurban  verilməsi”ni  demək  olmaz.  Çünki  Zakirin  hər 

beytinin,  hər  misrasının  məna  çaları  diqqəti  cəlb  edir.  Onu  da  demək  yerinə 

düşərdi ki, yazılı ədəbiyyatda bu formanı aşıq şeirinə, təcnis şeir formasına tət-

biqi

ni ilk və deyəsən, son olaraq Qasım bəy Zakir etmişdir. 



Q.Zakirin təcnislərindən bəhs edərkən görkəmli ədəbiyyatşünas və folk-

lor


şünas  alim  F.Köçərli  yazırdı:  “Təcnislərdə  məna  ləfzən  gözəl  mədhində 

tərtib olunmuş qafiyədirlər və lakin bəzi ləfzlərin tələffüzdə bir-birinə şəbahəti 

və oxşayışı çox isə də, mənaları ayrıdır və bir parası çox çətinlik ilə fəhm olu-

nur. Bu cür kəlamlar şairin vətən dilini yaxşı bilməyinə şəhadət verir. Farsların 

Sədisi  və  rusların  Puşkini  öz  ana  dillərinin  ustadı  və  xaliqi  mənzələsində 

olduğu  kimi,  Zakir  də  Azərbaycan  türklərinin  ustadi-lisanı  olmağa  haqlıdır. 

Dilimizin  hər  qisim  üslub  və  şivəsinə  və  tərzi-mükaliməsinə  bələd  və  aşina 

olduğu mütəəddid əsərlərindən görünür” (4, 415). 

Ümumiyyətlə, Q.Zakirin təcnis qoşmaları onun digər aşıqsayağı əsərləri 

kimi zəngin həyat müşahidələrinin və dərin biliyinin, savadının bədii-məntiqi 

nəticələri kimi səslənir, insanı düşündürür, bəzi hallarda məzmunun hikməti ilə 

hey


rətləndirir, onun idrakına, şüuruna təsir edir, mənəvi aləmini saflaşdırır. 

Söhbət  ki,  məzmundan  düşdü,  burada  bir  cəhəti  xüsusi  ilə  vurğulama-

lıyıq. Təcnislər, qeyd etdiyimiz kimi, formanın təyinedicisi kimi çıxış edir və 

müəyyən  hallarda  elə  olur  ki,  şair  şeirin  formal  cəhətinə  aludə  olduğundan 

məzmunu, mənanı, hətta poetik məntiqi unudur. Eyni tipli fonemlərdən ibarət 

sözləri  işlətməkdən  ötəri  bəndlərarası,  hətta  misralararası  bağlılıq,  fikir 

ardıcıllığı  pozulur.  Sənətkarın,  şairin  ustalığı  onda  üzə  çıxır  ki,  bunlara  yol 

verməsin,  formal  cəhətlər  xatirinə  şeirin  məzmununa  xələl  gətirməsin, 

məzmunla  forma  arasında  harmoniya  yaransın,  klassik  nəzəri  fikirlə  təsbit 



 

48 


edəsi olsaq, forma və məzmun vəhdətinə nail olunsun. Qasım bəy Zakirin təc-

nis


lərində  bəzən  sıx  rast  gəldiyimiz  ərəb-fars  tərkibli  təcnis  qafiyələri  nəzərə 

almasaq  (əslində  öz  dövründə  bu  element  ustalığın  şərtlərindən  idi  və  ustad 

aşıqlar tərəfindən, məsələn, aşıqların ustadı Aşıq Ələsgər təcnis qoşmalarında 

da  işlənirdi),  onun  şeirlərindəki  bu  məzmun  və  forma  bərabərliyini,  paralel-

liyini, harmoniyasını açıq-aşkar müşahidə edirik: 

Dəli könül, nə düşübsən çöllərə, 

Məgər usanmazsan yar aşiqidi, 

Dost kuyindən gedən deyil bir yana, 

Rəqibi-səgsifət yar aşiqidi (3, 214). 

Təcnis-qoşmanın birinci bəndində lirik qəhrəman eşqinin əlindən çöllərə 

şüb,  yarını  axtarmaqdan  yorulmur,  usanmır.  Amma  onun  yarı  elə  onun, 



yarının  aşiqidir, onunkudur  və  bir  dost  kimi  onun  qapısını  kəsib  durub,  ona 

pənah gətirib, çünki “rəqibi-səgsifət” (it sifət) də onun aşiqidir və ondan əl çək-

mir,  qarşısını  kəsir, onu incidir.  Elə  ona  görə  də  o  öz  yarının,  sevdiyinin 

qapısına  gəlib,  sevgilisi  də  məhəbbətin  halətindən  çöllərə  düşübdür,  yarın 

halından xəbərsizdi... 

Adəm gərək həzz eyləyə həvadən

Xatircəm ol gətirmişəm həvadən, 

Laçın kimi qanad çaldı həvadən, 

Sonanın bağrını yar aşiqidi (3, 214). 

İknci bənddə, lirik qəhrəman sanki ayılır, bu vəziyyətindən peşman olur 

ki, ni

yə çöllərə düşüb, adam gərək məhəbbətindən, sevgisindən (həvadən) həzz 



almağı  bacarsın.  Burada  misranın  dini-mistik  qatı  da  var  ki,  Adəm  peyğəm-

bərlə Həvvanın məhəbbətinə, münasibətinə işarə edir. Bədii fikir öz məntiqi ilə 

davam  edir,  laçına  dönüb havadan  sonasının-yarının  üzərinə  şığımaq  istəyir. 

Bu misrada da ikili fikir yo

zumu var. Həm bu təcnis qafiyədə sonanın, yarın 

üstünə şığımaq da var, həm də, Laçın təki sonanı şığıyıb ovla, onun bağrını-

ürəyini yarıb aç, görəcəksən ki, bu sona aşiqidir, yəni aşiq olubdur... 

Təcnisi sona qədər belə təhlil-təşrihdən keçirsək ardıcıl, biri digərindən 

doğan,  dəmir,  pozulmaz  bədii  məntiq  görəcəyik;  yüksək,  virtuoz  sənətkarlıq 

görəcəyik, məzmunla formanın ahəngini, harmoniyasını görəcəyik... Görəcəyik 

ki, Zakir  –  li

rik qəhrəman elə-belə, gəldi-gedər, yetən qadına-qıza  vurulmaz, 

sevməz.  Onun  yarı  elə  qoşma-təcnis  boyu  təsvir  elədiyi,  mənəvi-əxlaqi, 

sabitqədəm, həm batili, həm zahiri tamlığı, gözəlliyi olan yar olmalıdır: 

Qaş qaradı, xal həbəşi, gözələ, 

Yığ dərdini bu çanıma, gözələ, 

Zakir meyl eyləməz yetən gözələ, 

Bir büllur əndamlı yar aşiqidi (3, 227). 

Təcnis  qoşmanın  son  bəndindəki cinas  qafiyələr  və  bənzətmələr  Qasım 

bəy Zakirin xalq dilinə, aşıq şeir poetikasına çox yüksək dərəcədə bələdliyini 

və biliyini sübut edir. Qarabağın bir sıra bölgələrində “ala göz” ifadəsi ləhcə 

fərqi ilə “ələ göz” (a \\ ə) saitlərinin əvəzlənməsinə rast gəlinir. Məsələn, Alı-




 

49 


kişi // Əlikişi, ayə // əyə, a kişi // ə kişi, Aləmzar // Ələmzar, alma // əlmə və s. 

Q.Zakir birinci misrada

kı “gözələ” sözünü həm “ala göz” mənasında, həm də 

“göz  əladır”  mənasında  işlətmişdir.  İkinci  misradakı  “gözələ”  omonimi  isə 

tamamilə  fərqli  mənadadır.  Qarabağda  hanada  palaz  təkin  toxunan,  dənli 

bitkilər  yığmaq  üçün  işlədilən  iri  çuvallar olur, buna “gözəmə”  də  deyirlər. 

“Gözəmək”  həm  də  müəyyən  bir  şey  yığılmış  torbanın,  çuvalın  ağzını  iynə-

qıyıqla tikmə, hörmə əməliyyatına da deyirlər. Qasım bəy Zakir də “Yığ dər-

dini bu çanıma, gözələ” misrasında yarının dərdini öz canına (can torbasına) yı-

ğıb,  ağzını  da  gözəmək  mənasında  işlədərək,  hiperbolik  bənzətmə  yaratmış, 

həm  də  xalqın  məişətini  dərindən  bildiyini  nümayiş  etdirmişdir.  Deməli, 

“gözələ” təcnis qafiyəsi birinci mənada “ala göz” və ya “əla göz”, ikinci mə-

nada “gö

zələ” – “gözəmək” feli mənasında, üçüncü misrada isə bir başa, müs-

təqim “gözəl” mənasında işlənmiş, sözün zəngin bədii ifadə imkanları aşkar-

lan


mışdır... 

Yazılı poeziyada Qasım bəy Zakiri təcnis-qoşma yaradıcılığı baxımından 

bu gün də heç kim qabaqlaya bilməmişdir. Zakir Ələsgər kimi bu yaradıcılıq 

şəkli  ilə  sənətin  fövqünə  qalxmış,  Füzuli  qəzəldə  hansı  misildə  ustalıq 

göstərmişsə,  qoşma-təcnis  aşıq  şeiri  şəklində  də  yazılı  poeziyada  Qasım  bəy 

Zakir  elə  bir  ustalıq  nümayiş  etdirmişdir.  Məsələn,  qüdrətli  şairin  eyni  rədif 

sözdən “ayağa məni”, “ayağam məni” rədiflərində yazdığı iki təcnis qoşması, 

özü də tamamilə fərqli, orijinal şeirləri var. Bu qəbildən olan fakta bircə Aşıq 

Ələsgərin təcnis-qoşma  yaradıcılığında  təsadüf  olunur.  Belə bir  fakt  əlahiddə 

istedad  və  fitri  qabiliyyət  tələb  edir.  Zakirin  “Ayağa  məni”  rədifli  təcnisinə 

nəzər salaq: 

Dilbər, həsrətindən xəstə düşmüşəm, 

Hicrin qoymaz duram ayağa məni. 

Çulqala zülfünə, basır dərində, 

Qoyma ki, bükələr ayağa məni (3, 215). 

Təsvir edilən vəziyyətin reallığı, poetikliyi, təsirli lövhəsi oxucunu sheri-

nə salır. Təşbihin bədii-poetik gücü, enerjisi adamı heyrətə gətirir: Dilbərinin 

hic


rindən xəstə düşmüş, ayağa qalxmağa belə taqəti qalmamış, ölüm ayağında 

olan  aşiq  görün,  nə  arzulayır?  O,  eşqin  şəhididir.  Şəhidlər kəfənə-ağa bükül-

məz, öz libaslarında basdırılarlar, dəfn olunarlar. Aşiqin libası da dilbərin dər-

di

dir və o istəyir ki, ağ kəfən əvəzinə dilbərinin zülfünə bükülüb basdırılsın... 



Gün camalın yüz min əyib tapdaya

Gürüsnəsən al başını tapdaya, 

Dərdü-ğəmin həddi nədir tapdaya, 

Sən salmasan əgər ayağa məni. 

Birinci  misrada  “əyib  tapdaya”  qafiyəsinin  kodu  olan  məna  belədir  ki, 

camalın  yüz  min  ay  tapıb  əysə  də  yenə  də  sənin  camalını  əvəz  edə  bilməz, 

çünki sənin üzün, camalın Günəşə bənzəyir və Günəş çıxanda yüz min ay olsa 

da, görünməz olacaq. İkinci misrada isə “gürüsnəsən” sözü “kürrük etsən, kür-

rüklənsən” mənasındadır. Körpə uşaq ağrıdan-acıdan ağrıyıb tez-tez ağlayanda, 



 

50 


el arasında “uşaq yaman kürrük edir” deyərlər. Kürrük edən, ağlayan uşağı da 

dayə sakitləşdirər. Şair yarına işarə edir ki, əgər mənim üçün darıxsan, gurus-

nəsən,  düşün,  daşın,  uşaq  dayə  tapdığı  kimi,  sən  də  başına  bir  çarə  qıl,  bir 

vasitəçi tap ki, biz görüşə bilək... Dərddən-qəmdən uzaqlaşaq. Sonrakı misra-

larda  isə  təsvirin  bədii  məntiqi  axarı  belə  tamamlanır  ki,  əgər  sən  mənim 

qədrimi bilsən, ayağa salmasan dərd-qəm məni tapdaya bilməz, mənə güc gələ 

bilməz. Yaxşısı budur ki, bizim dərdimizə çarə edən, bizi ovudan bir dayə tap, 

mən də ayağa düşməyim, əksilməyim, alçalmayım... 

Sonrakı  bəndlərdə  də,  bədii  məntiq  bu  təhər  davam  edir,  şair  orijinal, 

bənzərsiz təcnis qafiyələr vasitəsilə olduqca təsirli, qeyri-adi bədii-poetik löv-

hələr, tutumlu mənalar yaradır və beş bəndlik təcnis-qoşma beləcə tamamlanır: 

Qoşulmadı Zakir nəcamə səndən

Bəhs etmək olurmü nəcamə səndən, 

Nə ücrət istərəm, nəcamə səndən, 

Tək qovma dərindən ayağə, məni (3, 215). 

Bu  bənddə  şair  yarına  bəslədiyi  məhəbbətdən  onsuz  da  bihuşdur, 

hüşiyardır  ona  görə  də  onun  meyə,  şəraba,  şərab  dolu  cama  qoşulmağa  halı 

belə  qalmayıb,  bu  üzdən  mey,  şərab  camı  ona  lazım  olmayıbdır.  Amma, 

eşqindən bihuş olsa da, (kefli adam sirr saxlamaz, danışar) onun haqqında ca-

maata da


nışa,  dərdini  aça  bilmir,  getməyə  də  yeri-yurdu  yoxsa  da,  aşiq 

yarından sığınmağa nə hücrə, nə də came istəyir. Yarı onun ağası, o da onun 

nökəri,  quludur,  təki  eşqinin,  məhəbbətinin  ağası  onu  qapısından  (dər-fars 

sözüdür, qapı deməkdir) qovmasın. Bu təcnisdə “ayağa məni” ifadəsi omonim 

şəklində altı fərqli mənada işlənmişdir. 

Bir faktı qeyd edək ki, Aşıq Ələsgərin də, “A yağa, yağa” dörd bəndlik 

təcnisindəki  omonim  sözlər  qoşmada  təxminən  eyni,  oxşar  mənalarda  işlən-

mişdir:  “Qəssal  qəss  eyləyər  ay  ağa,  ağa”  (“kəfən”  mənasında),  “Sərsəri  tez 

salar ayağa, ayağa” (“alçatmaq”, “ayağa salmaq” mənasında), “Çırağın ki, ila-

hidən a yana, Ehtiyacın nədi a yağa, yağa?!” (“piltənin yağı” mənasında) və s. 

təcnis qafiyələr Q.Zakirin “Ayağə məni” təcnisindəki mənalarla, demək olar ki, 

eynidir... (5, 101).  

İndi  isə  Q.Zakirin  “Ayağam  məni”  rədifli  təcnisinə  nəzər  yetirək.  Şair 

burada əvvəl bəhs etdiyimiz təcnisi cinas qafiyəsindəki “ayağa” sözünə bir “m” 

samiti əlavə etməklə yeni bir deyim tərzi təqdim edir. Bu samitin yarada bilə-

cəyi  məna  çalarları  Q.Zakirin  qələminin  möcüzəsi  və  ecazı  ilə  şaxələnir, 

budaqlanır, pardaqlanır... 

Gül camalın göz yaşımı qurutdu, 

Qoymadı buludtək ayağam məni. 

Əl götürməz, gedər-gedər qayıdı, 

Nə tapdaq eyləyib ayağam məni (3, 216). 

Sonrakı bəndlərdə “Xalq məndən öyrənib ayağam məni” (“ayağ əmmə” 

şərab  içmə  mənsında),  “Demənəm  kimsədən  ayağam  məni”  (“kimsədən 

ayağam”-  kimsədən  əksiyəm  mənasında),  “İmtahan  eyləmiş  ayağam  məni” 




 

51 


(mənim  ağam,  müəllimim  mənasında),  “Yoxsakı  tutubdu  ayağam  məni” 

(“ayağım”-  piyaləm  mənasında)  cinasları  fərqli  bir  tərzdə,  yerli-yerində 

işlətmiş, bu sözlərin məna çalarlarını, demək olar ki, kəşf etmişdir. 

Yenə də, qeyd edək ki, bütün XIX əsr boyu yaşamış ustad Aşıq Alının 

(1801-

1911)  “Ayağı  belə”  rədifli  üç  bəndlik  təcnisində  “Tutubdu  dəstində 



ayağı belə” (“piyalə”), “Olubdu canıma ayağı belə” (“yağı-düşmən”), “Kəsilər 

dostların ayağı belə” (“ayaq”), “Bükələr qəddimə ayağı belə” (“kəfən”) məna-

larında  işlənmişdir.  Hətta  təcnisin  ikinci  bəndindəki  təcnis  qafiyələr  Zakirin 

təcnisindəki qafiyələrlə eyni mənalardadır: 

Dar günümdə yetiş dedim, ay ağa, 

Müxənnətə göydən bala a yağa. 

Bir iyid ki, enə başdan ayağa 

Kəsilər dostların ayağı belə (6, 108). 

Bu,  əslində  kontaminasiya  hadisəsidir.  Aşıq  ədəbiyyatının  yazılı 

ədəbiyyata, yazılı ədəbiyyatın aşıq ədəbiyyatına paralel keçidləridir... 

Burada, yeri gəlmişkən, cinas-qoşmaların çap variantlarındakı bir qrafik 

dəyişikliyə toxunmaq istərdim. Əksər yeni çap variantlarında sözün orfoqrafi-

ya

sını müasirləşdirir, müasir orfoqrafik qaydalarla sözü bölüb təqdim edirlər. 



Məsələn, ilkin çap variantlarında, eləcə də əlyazmalarında “ayağam məni” təc-

nis rədifi bitişik, eyni biçimdə yazılıbdır. “Təcnislər” toplusunda isə bu rədifi 

“a yağam məni”, “aya, ğəm məni”, “ayağ əmməni” “ayağam məni”, “ay ağam 

məni”, “aya ğam məni” qrafik biçiminə salaraq təqdim ediblər. Fikrimizcə bu 

düz deyildir. “Təcnis qafiyə”nin məna sirrinin müəyyən bir qismi onun qrafik 

yazılışında gizlədilib. Onu məna çalarına uyğun tərzdə orfoqrafik şəklə salmaq 

məsələni asanlaşdırır, oxucunun məna üzərində düşünmə funksiyasını azaldır. 

Ona görə də, bu sözləri bir biçimdə saxlamaq, eyni yazılış qaydasında təqdim 

etmək daha məqsədəuyğundur və təcnis-qoşmaların mahiyyətini qorumaqdır... 

 

ƏDƏBİYYAT 

1.

 

X



əstə Qasım (toplayanı və tərtib edəni S.Paşayev). Bakı: Azərnəşr, 2011, 256 s. 

2.

 



Cinaslar (

tərtibçilər M.Aslan, E.Məmmədli). Bakı: Yazıçı, 1985, 151 s. 

3.

 

Q.Zakir. Seçilmiş əsərləri. Bakı: Avrasiya Press, 2005, 400 s. 



4.

 

Köçərli F. Azərbaycan ədəbiyyatı. 2 cilddə, I c. Bakı: Elm, 1978, 593 s. 



5.

 

Aşıq Ələsgər. Əsərləri. Bakı: Şərq-Qərb, 2004, 400 s. 



6.

 

Aşıq Alı. Əsərləri. Bakı: Avrasiya Press, 2006, 192 s.  



 


 

52 


СТИХОТВОРНАЯ ФОРМА ТАДЖНИС В ПОЭЗИИ ГАСЫМ БЕКА ЗАКИРА 

 

Н.Г.ХАЛИЛОВ 

 

РЕЗЮМЕ 

 

В творчестве Гасым бека Закира наряду с другими формами ашугской поэзии, ос-



новное место занимает также форма таджнис. Таджнисы поэта отличаются по смыслу и 

содержанию, в целом, по ясности, близости к народному духу, глубине мысли и степени 

образности. Даже говоря о красоте в своих стихах, он старается привить теме, содержа-

нию и личным чувствам интересные общественные значения. 



 

Ключевые  слова:  Г.Закир, письменная поэзия, ашугская поэзия, ашуг Алескер, 

ашуг Алы, таджнис, фольклористика 

 

 

 

TAJNIS POETIC FORM IN GASIM BAY`S POETRY 

 

N.G.KHALILOV 

 

SUMMARY 

 

In Gasim bay`s creativity  along with the other forms of ashug poetry, tajhnis takes an 



important place. Zakir`s tajhnises  mostly contain the themes of love and admonitions, philo-

sophic thoughts on the world and human. The poet`s tajnises differ by their meaning and con-

tents, generally by clarity, closeness to folk spirit, depth of thoughts and degree of imagery. 

Even describing the beauty in his poems, he tries to inculcate interesting social meanings to the 

theme, contents and personal feelings. 

 

Key words: G.Zakir, written poetry, ashug poetry, tajnis, ashug Alaskar,  Ashug Ali, 

folklore studies 



 

 

 

 

 

Yüklə 230,03 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə