Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Leksikoqrafiya lüğətçilik haqqında elm kimi; 34.Lüğətlərin tərtib prin¬sipləri: əlifba sırası və söz yuvası prinsipi



Yüklə 79,27 Kb.
səhifə21/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   17   18   19   20   21   22   23   24   ...   28
Dilçiliyə giriş cavablar

33. Leksikoqrafiya lüğətçilik haqqında elm kimi; 34.Lüğətlərin tərtib prin¬sipləri: əlifba sırası və söz yuvası prinsipi.
Dilçiliyin leksikoqrafiya şöbəsi lüğətləri öyrənir. Leksikoqrafiya yunan mənşəli sözdür. Mənası isə “lüğət yazıram” deməkdir. Lüğətlərin növləri, quruluşu, tərtibi prinsipləri və s. xüsusiyyətləri məhz leksikoqrafiyada öyrənilir.
Müxtəlif dil vahidləri müəyyən qaydada düzülür və izah olunur. Bu da lüğət adlanır.
Lüğətçiliyin tarixi çox qədimdir. Lüğətlərin tərtibi ilə hələ eradan əvvəlki dövrlərdə də məşğul olmuşlar. İlk lüğət nümunəsi qədim Yunanıstanda meydana çıxmışdır.
Lüğətlərin quruluşu və tərtib prinsipləri.
Lüğətlər quruluşuna görə bir-birindən fərqlənir. Belə ki, bəzi lüğətlərdə sözlər izah olunur, bəzilərində isə onların düzgün yazılışı və tələffüzü göstərilir və s. Onların tərtibində iki üsuldan istifadə olunur. Bunlar aşağıdakılardır:
Yuva üsulu: - İlə tərtib olunmuş lüğətdə eyni kökdən olan sözlər bir baş söz ətrafında izah olunur. Buna yuva üsulu deyilir. Bunun müsbət cəhəti odur ki, sözlərin qohumluğu asanlıqla müəyyənləşdirilir. Mənfi cəhəti isə odur ki, bu lüğətlərdən istifadə edərkən lüğətlər üzərində saatlarla iş aparmaq lazım gəlir.
Əlifba üsulu: - dedikdə sözlərin əlifba sırası ilə düzülüb, izah olunması başa düşülür. Bu qəbilədən olan sözlərin məna fərqlərini açmaq, izah etmək məqsədi ilə lüğətlər əlifba üsulu ilə tərtib olunur. Demək olar ki, lüğətlərin tərtibində daha çox əlifba üsuluna üstünlük verilir.
35. Lüğətlərin növləri: izahlı, tərcümə, tezlikli, frazeoloji və sahə lüğətləri
Lüğətlərin müxtəlif növləri vardır: izahlı, tərcümə, frazeoloji, sahə lüğətləri və s.
İzahlı lüğətlər: - burada sözün bütün mənaları aydınlaşdırılır. Azərbaycan dilinin izahlı lüğətlərinin əsas məqsədi dilin lüğət tərkibində olan sözlərin bütün məna incəliklərini izah etmək, aydınlaşdırmaqdır. İzahlı lüğətlər öz məqsəd, vəzifə və xarakterlərindən asılı olaraq müxtəlif ola bilir.
1.Bütün dilin izahlı lüğəti;
2.Ədəbi dilin izahlı lüğəti;
3.Ayrı-ayrı şair və yazıçıların dilinin izahlı lüğəti;
4.Ayrıca bir əsərin dilinin izahlı lüğəti.
Sahə lüğətləri: - bu və ya digər sahələrə həsr olunmuş ensiklopediyadır. Bu ensiklopediyada bu və ya digər sahələrə aid məlumatlar olur. Məs: “Fəlsəfə ensiklopediyası”, “Tibb ensiklopediyası” və s.
Azərbaycan dilinin frazeoloji lüğətləri: - Frazeoloji vahidlərə aid leksikoqrafik iş frazeoloji lüğət adlanır. Belə lüğətlərin obyekti frazeoloji birləşmələrdir.
Frazeoloji lüğətlərdə əsas məsələ frazeoloji vahidlərin mənasını açmaq və izah etmək, dildə onların işlədilməsini real göstərmək və üslubi xüsusiyyətlərini verməkdir. Bu lüğətlərdə frazeoloji birləşmələrə aid göstəricilər verilməlidir. Alınma frazeoloji birləşmələrin mənbəyi göstərilməlidir. Mənası aydın olmayan frazeoloji birləşmələrə aid izahat verilməlidir.
Tərcümə lüğətləri: -bu lüğətlər özgə dili mükəmməl öyrənmək və bir dildən başqa dilə tərcüməni asanlaşdırmaq üçün yaranan lüğətdir.
Tərcümə lüğətləri iki yerə bölünür:
1.İkidilli tərcümə lüğətləri;
2.Çoxdilli tərcümə lüğətləri.
İkidilli tərcümə lüğətlərin ən geniş yayılmış növüdür. Bu lüğətin əsas məqsədi sözün dəqiq tərcüməsini təmin etməkdən ibarətdir.
İkidilli tərcümə lüğətlərinin aid olduğu dilləri nəzərə almaqla onları Azərbaycanca - rusca, Azərbaycanca – ingiliscə və s. lüğətlərə bölmək olar.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə