Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Dilin sintaktik səviyyəsinin əsas vahidi (söz birləşməsi, cümlə); 37. Söz birləşməsi və cümlə



Yüklə 79,27 Kb.
səhifə22/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   18   19   20   21   22   23   24   25   ...   28
Dilçiliyə giriş cavablar

36. Dilin sintaktik səviyyəsinin əsas vahidi (söz birləşməsi, cümlə); 37. Söz birləşməsi və cümlə.
Söz birləşməsi və cümlə dilin biri digərindən asılı olmayan, lakin bir-biri ilə çox yaxından bağlı olan sintaktik vahidləridir.
Bunların hər ikisi sözlər əsasında əmələ gəlir. Həm söz birləşmələrində, həm də cümlələrdə real varlıqdan doğan münasibətlər - əşyalar arasındakı, əşyalarla əlamətlər, hərəkətlər və s. arasındakı münasibətlər ifadə edilir.
Sözlərin sırasına görə də söz birləşmələri ilə cümlələr arasında yaxınlıq vardır. Bunların hər ikisində sözlər eyni ardıcıllıqla sıralanır.
Lakin söz birləşməsi və cümlə mahiyyətcə bir-birindən kəskin şəkildə fərqlənir. Bunlar arasındakı əsas fərq onların mənası ilə əlaqədardır. Cümlə bitmiş fikir bildirən nitq vahididir. Söz birləşməsi isə heç bir bitmiş fikir ifadə etmir.
Cümlədə sözlər dinamik xarakter daşıyır, söz birləşməsində isə dinamiklik yoxdur. O, static xüsusiyyətə malikdir.
Cümlə ilə söz birləşmələrini fərqləndirən əlamətlərdən biri də modallıqdır. Modallıq mühüm qrammatik kateqoriyalardan olub, cümlənin əsas əlamətlərindən biri sayılır. Söz birləşmələrində isə modallıq olmur.
Cümlənin imkanları söz birləşməsinin imkanlarından çox-çox genişdir.
Cümlədə xitablardan, ara sözlərdən, nidalardan, ədatlardan və bağlayıcılardan geniş dairədə istifadə olunduğu halda, söz birləşməsində bunlardan istifadə olunmur.
38.Sintaktik əlaqələr və onların növləri.
Söz birləşmələrini və cümlələri əmələ gətirən sözlər arasında həm məna, həm də qrammatik əlaqə olur.
Qrammatik əlaqələr, yəni sintaktik əlaqələr iki yerə bölünür:
1.Tabesizlik əlaqəsi: - Məna və qrammatik cəhətdən bir-biri ilə əlaqədar olan, lakin bir-birindən asılı olmayan, biri digərini aydınlaşdırmayan, bir-birinə münasibətdə eynihüquqlu sözlər və cümlələr arasında olur.
Tabesizlik əlaqəsi həmcins mübtəda, xəbər, tamamlq, zərflik, təyin arasında; həmcins xitablar və tabesiz mürəkkəb cümlənin komponentləri arasında olur.
2.Tabelilik əlaqəsi: - Azərbaycan dilində tabelilik əlaqəsinin işlənmə dairəsi çox genişdir. Bu əlaqə söz birləşməsinin tərəfləri arasında, baş və budaq cümlələri arasında olur.
Sözlər arasında tabelilik əlaqələri konkret ifadə formasından asılı olaraq 3 yerə ayrılır. 1. Uzlaşma; 2. Idarə; 3. Yanaşma əlaqəsi.
Uzlaşma əlaqəsi: - Şəxsə və kəmiyyətə görə olur.
Azərbaycan dilində şəxsə görə uzlaşma daimi xarakter daşıyır və heç vaxt pozulmur. Kəmiyyətə görə uzlaşma isə bir qədər fərqli şəkildə özünü göstərir. Bu fərq birinci və ikinci şəxslərdə, eləcə də üçüncü şəxsin təkində özünü göstərmir. Üçüncü şəxsin cəmində isə vəziyyət dəyişir. Burada tabe edən tərəfin cəm olmasına baxmayaraq, tabe olan tərəf gah cəmlik əlaməti qəbul edərək. onunla uzlaşır, gah da belə bir əlaməti qəbul etmir və kəmiyyətə görə onunla uzlaşmır.
İdarə əlaqəsi: - Əsasən, obyekt və relyativ əlaqəli birləşmələrin tərəfləri arasında olur. İdarə əlaqəsinin əsas xüsusiyyəti bundan ibarətdir ki, burada tabe söz tabe olduğu sözün tələbi ilə ismin bu və ya digər halında durmalı olur. İdarə əlaqəsi ismin halları ilə əlaqədar olduğundan, bu əlaqə əsasında yaranan, birləşmələrin tabe tərəfi hallana bilən, yəni substantiv, ya da müvəqqəti olaraq substantivləşən sözlərdən ibarət olur.
Yanaşma əlaqəsi: - bu əlaqənin yaranması üçün heç bir formal – qrammatik vasitə iştirak etmir. Buna görə də yanaşma əlaqəsinə belə bir tərif verilir: tabelilik əlaqəsində olan iki söz arasında uzlaşma və idarə əlaqələri yoxdursa, bu sözlər arasındakı əlaqə yanaşmadır.
Yanaşma əlaqəsinin iki növü var: 1. Tam yanaşma; 2. Tam olmayan yanaşma.
Tam yanaşma: - Bu elə yanaşmadır ki, burada əlaqədar olan sözlər arasına ya heç bir söz girə bilmir, ya da bunlar arasına elə sözlər daxil ola bilir ki, onlar da tabeedici sözlə yanaşma əlaqəsi saxlasınlar.
Tam olmayan yanaşma: - Burada yanaşan sözlə yanaşılan söz arasına müxtəlif sözlər daxil ola bilər.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə