Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Cümlənin intonasiyaya görə növləri; 43.Cümlənin kommunikativ tipləri – nəqli, sual, əmr



Yüklə 79,27 Kb.
səhifə24/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   20   21   22   23   24   25   26   27   28
Dilçiliyə giriş cavablar

41. Cümlənin intonasiyaya görə növləri; 43.Cümlənin kommunikativ tipləri – nəqli, sual, əmr
Məqsəd və intonasiyaya görə cümlələr 4 yerə bölünür:
Nəqli cümlə: - bu cümlələrdə müəyyən bir hadisə, əşya, əlamət və s. haqqında
məlumat verilir. Həm də məlumat adi təsviri yolla gedir, nəql olunur.
Nəqli cümlələr dildə ən çox yayılmış, ümumi qaydalar əsasında qurulur. Dilə məxsus olan söz sırası öz həqiqi və düzgün ifadəsini daha çox bu cümlələrdə tapır.
Nəqli cümlələr dilin ən kütləvi ünsiyət vasitəsi hesab olunur, həm də bunlar başqa cümlə növlərinə nisbətən daha çox işlədilir.
Sual cümləsi: - Sual məqsədi ilə işlədilən cümlələrə deyilir. Danışan sual cümləsi vasitəsilə başqasından müəyyən bir məsələni öyrənmək, müəyyənləşdirmək, bir məsələyə aid onun münasibətini bilmək və s. istəyir.
Sual cümlələrin özlərinə məxsus sual intonasiyası olur. Sual cümlələri əmələ gəlməsinə görə 3 növə ayırırlar:
1.Sual intonasiyası ilə yarananlar;
2.Sual ədatları ilə yarananlar;
3.Sual əvəzlikləri ilə yarananlar.
Əmr cümləsi: - Əmr, xahiş, nəsihət və s. bildirən cümlələrə əmr cümləsi deyilir.
Əmr cümlələrinin xəbərləri, əsasən, feilin əmr forması ilə ifadə olunur. Əmr cümlələrinin xəbəri bəzənfeilin başqa formaları ilə də ifadə olunur. Bu formalar içərisində feilin vacib forması daha fəal çıxış edir.
Əmrin əsas cəhətlərindən biri onun qısalıq tələb etməsidir. Əmr cümlələrində müəyyən məna incəlikləri əmələ gətirmək üçün ədatlardan istifadə edilir.
Nida cümləsi: - hiss, həyəcan bildirən cümlə növü kimi qeyd edilir. Nida cümlələri nəqli, əmr və sual cümlələrinin əsasında yaranır.
Nida cümlələrinin əmələ gəlməsinə kömək edən vasitələrdən biri də nidalardır. Bunlar nida cümlələrinin emosionallığını, təsir qüvvəsini artırır, onların mənalarının müəyyənləşməsinə kömək edir.
42. Cümlədə söz sırası. İnversiya.
İnversiya – bədii üslubda ifadə üsullarından biri, cümlədə sözlərin adi düzülüş qaydasından fərqli bir şəkildə düzülməsi ilə yaradılan bədii ifadə üsuludur. Məs: inversiya yolu ilə yaradılan cümlədə mübtəda xəbərdən sonra, epitet təyin edilən sözdən sonra gəlir və s.
Mübtəda və xəbərin inversiyası cümlənin emosional təsirini artırır, nəticədə tema və rema da yerini dəyişir. Xəbər tema, mübtəda rema kimi çıxış edir. Lakin məntiqi vurğu xəbərin rema funksiyasının mühafizəsinə səbəb ola bilər. Bu cür hallarda tema – rema ardıcıllığı pozulur, xəbər yerini bildirir, emosionallıq güclənir.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə