Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi



Yüklə 79,27 Kb.
səhifə27/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   20   21   22   23   24   25   26   27   28
Dilçiliyə giriş cavablar

46. Dillərin areal təsnifatı
Dillər arasında areal ümumiliyin təzahürü son dərəcə rəngarəng, miqyaslı isə olduqca genişdir. Ən geniş yayılmış və elementar hal – bir dilin digərindən söz mənimsəməsidir. Məsələn, rus, ukrayın və belarus dillərində “şkola”, sloven dilində “şola”, ingilis dilində “Schoole”, polyak dilində “szkolo”, fransız dilində “Ekole”, türk dlində “okul” və s.
Dillərin geniş və uzun davam edən areal təsiri dərin struktur xarakterli oxşar əlamətlərin inkişafına gətirib çıxarır. Çoxəsrli konvergent proseslər dillərin areal ümumiliyini – dil ittifaqlarını (termin – N.S.Trubeskoya məxsusdur) yaradır.
Bir tərəfdən dillərin geneoloji yaxınlığı, digər tərəfdən areal yaxınlığı konkret dillərin taleyində bir-birinə qarşı duran faktorlardır. Məhz qohum olmayan dillərarası ilişgilər, areal təsirlər qohum dillərin həqiqi genetik yaxınlığının zəifləməsinə səbəb olur.
47. Dillərin sosial tipologiyası: Beynəlxalq və regional dillər
Sosiolinqvistikada dövlətlərarası və etniklərarası funksiyasından asılı olaraq dillərin 5 kommuni­kativ rütbəsi fərqləndirilir. Piramidanın zirvəsində dünya dilləri adlandırılan 6 dil, piramidanın təməlində isə yüzlərlə yazı sistemi olmayan və məişət səviyyəsində istifadə olunan dillər dayanır.
Dünya dilləri.
Bu dillərə BMT-nin işlək dillərinə daxil olan 6 dil (ing., ərəb, fr., rus, ispan, çin) daxildir. Lakin dünya dilləri klubu dəyişkəndir. Məsələn, IV əsrə qədər yunan dili, daha sonralar latın dili dünya dili rolunda çıxış etmişdir. XVI-XVII əsrlərdə ilk dünya dili kimi portuqal dili, sonralar onu sıxışdıran fransız dili, daha sonra isə onu sıxışdıran ingilis dili olmuşdur.
Beynəlxalq dillər.
Bu dillər beynəlxalq və etniklərarası ünsiyyətdə istifadə edilir. Bu cür dillər bəzi dövlətlərdə dövləti və rəsmi statusa malik olurlar. Məsələn: portuqal (Portuqaliya, Braziliya və s.); malay-indonez (Malay arxipelaqı ölkələri, Filippin və s.), vyetnam – 51 milyon (Kamboca, laos, Tailand və s.), suaxili (Tanzaniya, Keniya, Uqanda və s.), (suaxilini bəzən linqva franka adlandırılar 50 milyon).
Dövlət dili
Bir ölkədə ərazisində əsas dil funksiyası yerinə yetirən və dövlət və rəsmi statusa malik dildir. Məsələn, xindi Hindistanda. Tay (Tailandın rəsmi dili, litva (Litviyada) və s.
Regional dillər
Bu dillər etniklərarsı dillərdir, lakin onların dövlət və rəsmi statusu olmur. Məsələn, tibet dili (4 milyon). Bu dil Tibet avtonom vilayətində istifadə edilir. Nigeriyanın 3 əsas xausa, yoruba, iqbo dilləri. Bu ölkədə 80 milyon əhali 200 dildə danışır.
Yerli dillər.
Adətən bu dillər yazısız və məişət səviyyəsində istifadə edilir. Sayca bu dillər çoxluq təşkil edirlər.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə