Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Neologizmlər və internasionalizmlər (beynəlmiləl sözlər)



Yüklə 79,27 Kb.
səhifə20/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   16   17   18   19   20   21   22   23   ...   28
Dilçiliyə giriş cavablar

29. Neologizmlər və internasionalizmlər (beynəlmiləl sözlər)
Neologizmlər: - Bu söz qədim yunan sözü olub mənası “yeni” deməkdir.
Neologizmlər ictimai həyatın, elmin, texnikanın, mədəniyyətin və s. inkişafı ilə bağlı olaraq yaranır.
Neologizmlər əmələ gəlmə yoluna və mənbələrinə görə dilin daxili imkanları hesabına, başqa dillərdən söz almaq yolu ilə, yaxud fərdi üslubi şəkildə yarana bilir. Bunları nəzərə alaraq neologizmləri belə qruplaşdırmaq olar:
1.Dilin daxili imkanları hesabına yarananlar. Məs: azadlıq, yeddillik və s.
2.Başqa dillərdən söz almaqla yarananlar. Məs: biznes, menecer və s.
3.Ümumi şəkildə yaranan neologizmlər. Məs: respublika, orbit və s.
4.Fərdi üslubi neologizmlər şairin, yazıçının, alimin yaradıcılığında yaranmış neologizmlərdir.
Azərbaycan dilinin leksik tərkibindəki alınma sözlər işlənmə dairəsinə, məna və mahiyyətinə görə iki yerə bölünür: 1. Adi alınma sözlər; 2. Beynəlmiləl alınma sözlər.
Adi alınma sözlər – ancaq keçdiyi və mənsub olduğu dillərdə bu və ya başqa anlayışı ifadə edən alınma sözlərə deyilir.
Beynəlmiləl alınma sözlər – müxtəlif sistemli bir sıra dünya dillərində işlənib elmə, texnikaya, siyasətə, mədəniyyətə və incəsənətə aid anlayışları ifadə edən sözlərdir. Məs: kommunizm, kapitalizm, balet, elektrik və s.
Bu və ya digər dil vahidinin beynəlmiləl söz adlandırılması üçün onun işləndiyi dillərin sayına, bundan başqa dillərin eynisitemli, yoxsa müxtəlifsistemli olmasına münasibətdə dilçi alimlərin fikirləri ayrılır. Bəzi dilçilərin fikrincə bir sözün beynəlmiləl leksikaya daxil olması üçün o, ən azı üç müxtəlif sistemli dildə forma və məzmunca uyğun şəkildə işlənməlidir, digərlərin fikrincə isə beynəlmiləl sözlər dünyanın bütün mədəni dillərində işlənməlidir.
30. Dilin leksik tərkibinin zənginləşmə yolları
Ümumi arxaizm, neologizmlər və s. Haqqında yazılacaq.
31. Frazeologiya frazeoloji birləşmələr haqqında elm kimi; 32. Frazeoloji vahidlərin növləri: frazeoloji birləşmələr, uyuşmalar, qovuşmalar, ifadələr.
Frazeologiya yunan sözüdür. Pharis “ifadə”, loqos “elm” deməkdir. Dildə olan bütün sabit söz birləşmələrinin, bölünməz ifadə və ibarələrin məcmusuna frazeologiya deyilir. Bir sözlə, frazeologiya dildə olan frazeoloji birləşmələrin məcmusudur. Frazeologiya iki mənada işlənir: həm dildə olan frazeoloji birləşmələrin məcmusu mənasında, həm də frazeoloji birləşmələrdən bəhs edən elm mənasında.
Frazeologiyada olan hər bir ifadə, ibarə frazeoloji vahid adı ilə öyrənilir. Ona görə də dildə hər hansı mənanı ifadə edən hər bir sabit birləşməyə, bölünməz ifadə və ibarələrə frazeoloji vahid deyilir.
Frazeoloji söz birləşmələri onları əmələ gətirən sözlərin məna və qrammatik cəhətdən qovuşma dərəcəsinə görə 3 tipə bölünür.
1)Frazeoloji qovuşma; 2) Frazeoloji birlik; 3) Frazeoloji uyuşma.
Frazeoloji qovuşma dedikdə, ayrı-ayrı sözlərin müstəqil mənalarından asılı olmayaraq, bütövlükdə birləşmənin ümumi bir mənası olan sabit birləşmə başa düşülür. Bu o deməkdir ki, bütün sözlərin öz müstəqil mənalarından ayrılması nəticəsibdə əmələ gələn, bölünməz söz birləşmələrinə frazeoloji qovuşma deyilir. Məs: topa tutmaq, bel bağlamaq və s.
Frazeoloji birliyi əmələ gətirən sözlərdən birinin mənasının zəif hiss olunması əsasdır. Frazeoloji birliklər məna cəhətdən bölünməz olurlar.
Frazeoloji uyuşma: - Bu qəbilədən olan frazeoloji sabit birləşmələrdə birləşmələrin tərkibindəki sözlərdən biri öz mənasında işlənir, qalan hissəsi isə asılı vəziyyətdə olmaqla yaranır.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə