Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Dillərin genealoji təsnifatı



Yüklə 79,27 Kb.
səhifə25/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   20   21   22   23   24   25   26   27   28
Dilçiliyə giriş cavablar

44. Dillərin genealoji təsnifatı.
Təbii dillərin dəqiq sayı bəlli deyildir. Bəzən bir dilin müxtəlif dialektləri və ya ayqı-ayrı dillərlə əlaqədə olduğumuzu təyin etməkdə çətinlik çəkirik. 1982-ci ildə SSRİ EA-nın “Dünyanın dil və dialektləri” sörğu kitabında 30 min linqvonimə (dillərin adları) rast gəlinir və ümumilikdə 8 min dilin olduğu göstərilir. Amerika Yay İnstitutu (Summer İnstitute of Linquistics) siyahısında 6700dil qeyd edilir. Geneoloji təsnifat dilləri qohumluq dərəcələrinə görə qruplaşdırır, dillərin qohumluğu “addımlar” vasitəsilə təyin edilir. Məsələn, mənbələrdə müasir rus dilinin ulugerman dilindən 3 addım - ümumhindavropa – ümumslavyan – qədim rus – böyük rus addımları ayırır.
Dillərin genoloji təsnifatında A.A.Reformatski 20 dil ailəsini, Y.S.Maslov 22 dil ailəsini, S.A.Burlak və S.A.Starostina isə 11 makrodil (nostratik, afraziy, sinoqafqaz, çukot-kamçatka, avstriya, amerind, avstraliya, koysan, nil-saxara, konqo-kordofan, hind-sakit okean) aillələrini fərqləndirirlər. Bu dil ailələrinə canlı dillərlə yanaşı ölü dillər də daxil edilmişdir. Ən böyük dil ailəsi hind-Avropa dilləri ailəsidir.
I. Hind-Avropa dilləri
1. Hind qrupu (96-dan artıq canlı dil daxildir) – hindi və urdu (ümumi adı - hindustanı), urdu, benqal, nəncab, laxnda, sindxi, racastani, qucarati, nepal, bixari, kaşmir, oriya, assam və s. (ölü dillər – vediq, sanskrit,pali, prakrit və s.);
2. Iran qrupu – fars, dəri, puştu, bəluq, tacik, osetin, talış, tat, kürd, xəzərboyu (gilyan, mazandaran dialektləri), pamir, və s. (Ölü dillər – avesta, pəhləvi, əskifars, midiya, parfyan, soqdi, skif, horəzm, baktri, sak və s.);
3. Slavyan qrupu – şərq yarımqrupu – rus, ukrayn, belorus, qərb qrupu – polyak, çex, slovak, yuxarı- aşağı lujitski (Almaniya), cənub yarımqrupu – boqlar, makedon, serb, horvat, sloven. Cənub qrupuna ölü köhnəslavyan (qədim bolqar) dili daxildir.
4. Baltika – litov, latış, latqal (ölü dilər – qədim prus və yatvyaşk və kurş dilləri);
5. German dilləri qrupu: şimali-german qrupu – dat, norveç, island, faryor, qərbi-german qrupu – ingilis, niderland (flamandla birlikdə), afrikaans (Hollandiyalı burların CAR-dakı danışdıqları niderland dilinin bir növü), friz, alman, idiş və s. (ölü dillər – qot, ostqot, burqund və s.);
6. Roman dil ailəsi: fransız, provansal, italyan, ardin, ispan, qal, katalan, portuqal, rumın, moldav, makedon, retroroman, kreol dillər (haiti, mavriki, süyşel və s. dillərlə birləşmədə yaranan dillər), ölü dillər (latın, osk, umbr və b.);
7. Kelt dilləri ailəsi: hoydel qrupu – irland, şotland, (ölü dil - men), Britt yarımqrupu – breton, uels (valli), (ölü dil – korn), qall yarımqrupu – qall dili;
8. Yunan dilləri ailəsi: yeni yunan, (ölü dillər – qədim yunan, orta yunan, vizantiya);
9. Alban qrupu: alban dili;
10. Erməni dil qrupu – erməni dili;
11. Hett-luvi dil ailəsi: bu dil ailəsi yalnız ölü dillərdən ibarətdir – hett. Luvi, palay. Kariy, lidi, liki və s.;
12. Tohar dilləri ailəsi: Tohar A (turfan, karaşar – Cin ərazisində), Tohar B – kuçan və s.

Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə