Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Verbal (sözlü) və qeyri verbal ünsiyyət vasitələri



Yüklə 79,27 Kb.
səhifə13/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   9   10   11   12   13   14   15   16   ...   28
Dilçiliyə giriş cavablar

18. Verbal (sözlü) və qeyri verbal ünsiyyət vasitələri
İnsanlar arasında ünsiyyətin reallaşmasının ən mühüm vasitəsi dildir. Dil vasitəsilə həyata keçirilən ünsiyyət sözlü (verbal) ünsiyyət adlanır.
Dil insanlar arasında ən mühüm ünsiyyət vasitəsi olsa da, yeganə ünsiyyət vasitəsi deyildir. Nitq vasitəsilə gerçəkləşən ünsiyyət mülahizə, sual, cavab, replika və s. kimi vasitələrlə həyata keçirilir. Bununla belə, ünsiyyətin qeyri-verbal vasitələri də mövcuddur.
Ünsiyyət mübadiləsində xüsusi rol ynayan qeyri-verbal ünsiyyət vasitələri
1.Mimika – yunanca “mimos” sözündən götürülmüş, simanın dəyişdirilməsi, təqlid deməkdir. Mimika sifət əzələlərinin dinamik ifadəsi kimi özünü göstərir. Qaş, göz, yanaq, dodaqlar və s. sifətin bu və ya digər dərəcədə local mimika sahələridir. Ekman tərəfindən müəyyən edilmişdir ki, mimikanın 7 əsas sifət konfiqurasiyası var. Onlar müvafiq olaraq yeddi emosiyanı ifadə edirlər. Sifətin ən ifadəli əlamətləridodaqla qaş (ağız ilə göz) sahəsində yerləşir. Bu sahəyə əsas mimika sahəsi dyilir. Mimika insanın sifətinin təkrarolunmaz fəaliyyətini əks etdirir. Onun əsas funksiyası sifətin ekspressiyalarında insanın –emosiya və hisslərini ifadə etməklə şərtlənir.
Son zamanlar vizual ünsiyyət – (gözlərin təması) problem diqqəti daha çox cəlb edir. Gözlərin, görünən, özünəməxsus “əlifbası” var Anatomik baxımdan gözlər nə qədər müxtəlif olsalar da, onların kodları, başqa sözlə, psixosemantikası baxışların, necə deyərlər, rəqsində açıqlanır.
2.İntonasiya ünsiyətin başlıca akustik vasitəsidir. Ünsiyyət prosesində kommunikatorun resipientə münasibəti biavasitə onun intonasiyasında əks olunur. Onun ekspressiv – emosional funksiyası önəmlidir. İntonasiyanın bu funksiyası xüsusi məntiqi vurğu, pauza və s. akustik vasitələrlə qaynaqlanır.
3.Kinesika - “bədən hərəkətlərinin dili” kimi meydana çıxır. İnformasiya mübadiləsində onun kodları jestlər vasitəsi ilə açıqlanır.
4.Proksimika – (latınca proximity – yaxınlıq deməkdir) insanın şəxsi məkanı kimi ünsiyyıt prosesində özünəməxsus rol oynayır. İnsan bu məkanı özününkü hesab edir və hətta onu bir növ fiziki bədəninin davamı sayır. Ünsiyyət prosesində ya kimisə özümüzə yaxın buraxırıq, hətta qolumuza gətirməsinə imkan veririk, ya da kimisə özümüzə yaxın buraxmırıq – şəxsi məkanın hüdudları ünsiyyət prosesində subyektiv olaraq belə müəyyən olunur. Bu yolla insan başqa adamlarla özü arasında ünsiyyət üçün intiutiv ölçülərlə əlverişli və ya münasib olan özünəməxsus psixoloji məsafə yaradır. “Yaxınlıq-uzaqlıq”, “istilik-soyuqluq” psixoloji məkanın emosional parametrləri belədir.



Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə