Morq küçəsində qətl



Yüklə 288,51 Kb.
Pdf görüntüsü
səhifə1/10
tarix26.10.2017
ölçüsü288,51 Kb.
#6704
  1   2   3   4   5   6   7   8   9   10


 

 

 

 

 

Edqar Allan Po 

 

 

vivo-book.com



 

 

Morq küçəsində qətl 




vivo 

Morq küçəsində qətl 

 

4 | 



s ə h i f ə

 

 



 

 

 



 

Edqar Allan Po  

« Morq küçəsində qətl » 

hekayə 

 

 



 

PDF hazırladı - Nizami Əlisoy (lisoynizami@gmail.com) 

 

 



 

©Vivo-Book.com |Bakı - 2015 

 

 


vivo 

Morq küçəsində qətl 

 

5 | 



s ə h i f ə

 

 



 

 

 



*** 

Dəniz pəriləri necə mahnılar oxudular, yaxud Axilles qadın-

lar arasında gizlənəndə özünə hansı adı uydurdu − bunlar dolaşıq 

suallardır və burada nə isə bir müəmma var.  

Ser Tomas Braun 

  

İnsan zəkasının həyat hadisələrini təhlil etmək qabiliyyəti az 

öyrənilir. Biz insanın qabiliyyətinə yalnız gördüyü işin nəticəsinə 

görə  qiymət  veririk.  Məlumdur  ki,  qeyri-adi  istedadlı  bir  adam 

üçün təhlil etmək bacarığı əsl həzz mənbəyidir. Güclü adam qüv-

vəsiylə  qürrələnib,  əzələlərini  işlətməyə  vadar  edən  təmrinlərdən 

ləzzət aldığı kimi, analiz edən şəxs də mənəvi fəaliyyətində dolaşı-

qları açması ilə öyünür, onun istedadını fəaliyyətə gətirən ən əhə-

miyyətsiz məşğuliyyətindən həzz alır. O, tapmacalar, müəmmalar 

və başsındırmaların vurğunudur. Çətin məsələlərin həllində müəy-

yən  bacarıq  nümayiş  etdirir.  Bu  da  adi  zəka  sahibi  üçün  az  qala 

qeyri-təbii görünür. Məhz müəyyən metod sayəsində bu cür key-

fiyyət başqalarına bəşər övladının duyma qabiliyyətinin möcüzəsi 

təsirini bağışlayır.  

Mühakimə etmə qabiliyyəti riyazi savadın, xüsusilə də onun 

ali bölməsi sayəsində xeyli möhkəmlənir. Bu bölmə yalnış olaraq 

əməliyyatın  əks  təsiri  üzündən,  necə  deyərlər,  “parexcellence” 

analiz  adlanır.  Bununla  belə,  hesablamaq  öz-özlüyündə  analiz 

etmək  deyildir.  Məsələn,  şahmatçı  analizə  cəhd  göstərməyərək, 

hesablama aparır. Buradan belə bir nəticə çıxır ki, zehn üçün son 

dərəcə  xeyirli  olan  şahmat  oyunu  haqqında  təsəvvür  tam  anlaşıl-

mazlıq üzərində dayanır. Mən heç də elmi əsər yazmıram, sadəcə 

olaraq təsadüfi müşahidələrimin nəticəsində yazmaq istədiyim, bir 



vivo 

Morq küçəsində qətl 

 

6 | 



s ə h i f ə

 

 



qədər  qeyri-adi  görünən  hekayətimə  müqəddimə  verirəm.  Buna 

görə də, fürsətdən istifadə edərək bildirirəm ki, çox da çətin olma-

yan dama oyunu daha dərindən düşünməyi tələb edir, zehni inkişaf 

etdirmək  üçün  xəyali  incəlikləri  olan  şahmat  oyununa  nisbətən 

daha  mürəkkəb  və  faydalı  məsləhətlər  verir.  Şahmatda  fiqurların 

müxtəlif və qəribə gedişləri var. Bu mürəkkəblik (bildiyimiz kimi 

tez-tez olur) səhvən dərinlik kimi qəbul edilir. Burada bütün diq-

qət oyuna  yönəldilir.  Diqqətin  bir  anlığa  zəifləməsi  səhvə  gətirib 

çıxarır  və  ya  məğlubiyyətlə  nəticələnir.  Şahmatda  münkün  olan 

müxtəlif gedişlər eyni dərəcədə qiymətlidir. Buna görə də səhvlər 

getdikcə  artır  və  on  oyundan  doqquzunda  diqqətini  daha  yaxşı 

cəmləşdirən şahmatçı qalib gəlir. Dama oyununda isə əksinə olur.  

Burada  gedişlərin  məhdud  və  az  variantı  var.  Səhv  etmək 

ehtimalı  azalır,  diqqət  bir  o  qədər  rol  oynamır.  Fərasətli  oyunçu 

müvəffəqiyyət qazanır. Əyanilik üçün gəlin bir dama oyununu tə-

səvvürümüzə  gətirək.  Burada  damaların  sayı  dörddür  və  heç  bir 

diqqətsizliyə yol verilmir. Aydındır ki, burada qələbəni (oyunçular 

bərabər  səviyyəli  olduğundan),  beynini  var  qüvvəsi  ilə  işə  salan 

oyunçu incə bir gedişlə əldə edə bilər.  

Adi imkanlardan  məhrum  olan şəxs çalışır ki, rəqibinin fi-

kirlərini öyrənsin, dərhal özünü onun yerində hesab edir, çox vaxt 

bir baxışdan yeganə yolu (bəzən ən sadəsini) seçir, bu da onu səhv 

hesablamaya  sövq  edir.  Vist  kart  oyunudur,  insanın  hesablama 

qabiliyyətinə  onun  təsiri  çoxdan  məlumdur;  bu  da  məlumdur  ki, 

böyük zəka sahibləri vistə qarşı izaholunmaz dərəcədə meyl göstə-

riblər,  şahmata  isə  əhəmiyyətsiz  bir  əyləncə  kimi  məhəl  qoyma-

yıblar. Buna şübhə ola bilməz ki, heç bir başqa oyun analiz üçün 

bu qədər qabiliyyət tələb etmir.  

Dünyada  ən  yaxşı  şahmatçı  yalnız  şahmatçı  olaraq  qalır, 

halbuki vistdə məharətli oyun insan fəaliyyətinin daha vacib sahə-

lərində qələbə çalmaq bacarığı ilə birləşir, burada zəka ilə yarışır. 



vivo 

Morq küçəsində qətl 

 

7 | 



s ə h i f ə

 

 



“Məharətli  oyun”  dedikdə  kamilliyin  ali  dərəcəsini  nəzərdə  tutu-

ram; bu vaxt, oyunçu qələbəyə gətirib çıxaran bütün fəndlərə yiyə-

lənmiş  olur.  Bu  fəndlər  nəinki  saysız-hesabsızdır,  eyni  zamanda 

rəngarəngdir,  insan  fkirlərinin  elə  dərinliklərində  özünə  məskən 

salır ki, orta qabiliyyətli oyunçu üçün əlçatmaz olur. Kim diqqətlə 

müşahidə edirsə, yaxşı da yadında saxlayır. Beləliklə də, diqqətini 

bir  yerə  cəmləyən  şahmatçı  vist  oyununda  qələbəyə  daha  çox 

ümid  bəsləyə  bilər,  çünki  Hoylun*  təlimatı  (sadə  oyun  mexaniz-

minə  əsaslanır)  hamı  tərəfindən  kifayət  dərəcədə  başa  düşülür. 

Möhkəm  yaddaşı  olmaq,  təlimatda  göstərilən  qaydalara  əməl  et-

mək visti yaxşı oynamaq üçün hamının vacib hesab etdiyi məsələ-

lərdir. Ancaq analiz edən şəxsin bacarığı məhz təlimatda nəzərdə 

tutulmayan hüdudlarda özünü büruzə verir. O, öz-özlüyündə say-

sız-hesabsız  nəticələr  çıxarır  və  müşahidələr  aparır.  Onun  oyun-

daşı da, bəlkə belə hərəkət edir. Rəqiblərin bir-birini öyrəndikləri 

müddətdə əldə edilmiş məlumatdakı müxtəliflik, çıxarılmış nəticə-

lərin  doğruluğundan  çox,  aparılmış  müşahidələrin  keyfiyyətində 

özünü  göstərir.  Əsas  məsələ  nəyi  müşahidə  etməkdir.  Oyun  əsas 

məqsədi olmasına baxmayaraq özünü heç nə ilə məhdudlaşdırmır, 

uzaq  göstərişlərdən  belə  çəkinmir.  O,  rəqibinin  üzünün  ifadəsinə 

fikir  verir,  kartları  əlində  necə  tutmasına  diqqət  yetirir,  kozırın 

kozır  və  valetin  valetdən  sonra  çıxmasını  çox  vaxt  oyundaşının 

baxışlarından başa düşür. Oyun davam etdikcə onun hərəkətlərini 

izləyir,  üzünün  cizgilərində  bir-birini  əvəz  edən  peşmançılıq,  ya 

sevinc, əminlik, ya təəccüb ifadə edən dəyişiklik görür və saysız-

hesabsız  nəticələr  çıxarır. Rəqibin  kartları  stolun  üstündən  özünə 

tərəf çəkdiyini görəndə onun sonrakı kartları da götürəcəyini anla-

yır,  kartın  necə  atıldığından  başa  düşür  ki,  rəqibi  hiylə işlədir  və 

gedişi gözdən pərdə asmaq üçün edib. Təsadüfi və ya diqqətsizlik 

üzündən deyilmiş bir söz, təsadüfən düşmüş və ya açılmış kart (bir 

qayda olaraq ehtiyatla və sakitcə gizlədilir), vurulmuş kartların he-



Yüklə 288,51 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə