Dilçilik ( Cavablar). Dilçiliyin başqa elmlərlə əlaqəsi


Morfemlərin əsas növləri: kök, affikslər, sıfır morfem



Yüklə 79,27 Kb.
səhifə15/28
tarix25.01.2023
ölçüsü79,27 Kb.
#99282
1   ...   11   12   13   14   15   16   17   18   ...   28
Dilçiliyə giriş cavablar

21. Morfemlərin əsas növləri: kök, affikslər, sıfır morfem
Morfologiya dil sistemində fonologiyadan sonra ikinci yerdə gə­lən səviyyədir. Onun vahidi morfem adlanır. Morfem nə ifadə, nə də məna pla­nın­da özü kimi kiçik hissələrə bölünməyən ikitərəfli dil vahididir.
Sözün tərkibi kök, əsas və şəkilçi morfemdən ibarətdir. Kökə kök morfem, əsasa əsas morfem, şəkilçiyə şəkilçi morfem deyilir.
Dilin kök morfemləri 5 qrupa bölünür:

  1. Dəyişməz kök morfemlər. Məsələn: Azərb.d. /at/, /it/; alm.d. /fRü/ “früh” (tezdən); ing.d. /kəet/ “cat” (pişik) və s.

  2. Dəyişməz kök morfemlər + sıfır morfem.

  3. Dəyişən kök morfemlər + şəkilçi morfem.

  4. Dəyişən kök morfemlər + sıfır morfem. Məsələn: İng.d. /fu:t/ “foot” - /fi:t/ “feet” (ayaq-ayaqlar); Azərb.d. /uzun – uzan/ sə s.

Danışıq aktında yerindən asılı olaraq morfemlər seqmentsuperseqment olaraq iki yerə bölünürlər. Seqment morfemlər də özlüyündə aşağıdakı qruplara bölünür:

  1. Kök və ya sərbəst morfemlər. Məsələn: /at/, /it/, /ət/, /kəl/ və s.

  2. Qeyri-kök və ya affiks morfemlər. Buraya önşəkilçilər və şəkilçilər daxildir.

Bunları bəzən qrammatik morfemlər də adlandırırlar. Flektiv dillər (rus, alman, ingilis və s. ) belə morfemlərlə zəngindir. Azərbaycan dilində yalnız alınmalarda önşəkilçili morfemlərə rast gəlmək olur. Məsələn: /antimilli/, /bivəfa/, /anormal/ və s.
Sözün paradiqmində (məs: Azərb.d. hal qarşılaşmalarında) adlıq, qeyri-müəyyən yiyəlik və qeyri-müəyyən təsirlik hallarının göstəricisi yoxdur. Bunlara dilçilik elmində sıfır morfem deyilir.
Əksər dillərdə isimlərin təkində də göstərici yoxdur, onu bildirmək üçün sıfır morfemdən istifadə edirlər.
Sıfir morfem bütövlükdə dil işarələrinin ikili təbiətinə ziddir. Çünki belədə ikitərəflilik, yəni siqnifikans yoxla, sıfırla ifadə olunur. Amma semiotik baxımdan bunu başa düşmək olar. İşarənin olmaması nədənsə xəbər verir.


Yüklə 79,27 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə