Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə10/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   56

edərək daim ideal mütəxəssis olmağa can atmalı, müştəriləri 
isə  onun  maşın  deyil,  canlı  insan  olduğunu  nəzərə 
almalıdırlar.  Sinxron  tərcümə  ilə  bağlı  digər  bir  çətinlik  dil 
sistemləri  arasındakı  fərqlərlə  əlaqədardır.  Misal  üçün 
Azərbaycan  dilindən  ingilis  dilinə  tərcümə  edərkən  xəbəri 
eşitmək üçün tərcüməçi cümlənin sonunu gözləməlidir. Əgər 
tərcüməçi  fəhmlə  həmin  xəbərin  nədən  ibarət  olacağını 
bilməsə,  ingilis  dilində  mübtədadan  sonra  gələn  xəbəri 
qrammatik cəhətdən formalaşdıra bilməz. Məlumdur ki, fəhm 
də tərcüməçini aldada bilər, onun keçmiş biliyi də bəzən ona 
kömək  etməyə  bilər.  Kontekstin  əksinə  olaraq,  məruzəçinin 
fikri  reallıqdan  fərqli  də  ola  bilər.  Eləcə  də  ingilis  dilində 
tamamlıq xəbərdən sonra gəldiyi üçün Azərbaycan dilinin söz 
sırasını (mübtəda+tamamlıq+xəbər) pozmamaq üçün tərcümə 
zamanı  yenə  də  cümləni  axıradək  dinləmək  lazım  gəlir. 
Deməli,  burada  sinxron  tərcümə  tipoloji  baxımdan  yaxın 
dillərdəkindən daha mürəkkəb xarakter alır. Təbii ki, ləngimə 
artır. Tələbələrə haşa salmaq lazımdır ki, sinxron tərcümədə, 
məruzəçinin  dediyi  cümlə  ilə  onun  tərcüməsi  heç  də  həmişə 
eyni  zamanda  başlamır  və  eyni  zamanda  qurtarmır.  Adətən 
sinxron tərcüməçi natiqdən 2 və ya 3 söz geri qalır ki, bu da 
məqbul sayılır. Ə.sas olan cümlədəki hər bir söz deyil: ifadə 
olunan fikir tərcümə olunur. Bu, sinxron tərcüməçiyə lüzumsuz 
informasiyanı ixtisar etməyə, ən qısa söz və ifadələr işlətməyə
ümumiləşdirmə  aparmağa,  uzun  cümlələri  bölərək  sadə 
cümlələr şəklində tərcümə etməyə imkan və ixtiyar verir. Elmi 
ədəbiyyatda  göstərildiyi  kimi,  «hesablamalara  görə  vaxtın 
yalnız  42  faizini  natiqlə  tərcüməçi  eyni  zamanda  danışır,  12 
faizini onların hər ikisi susur, 18 faizini yalnız natiq danışır, 28 
faizini isə yalnız tərcüməçi danışır» (24, 37). 
Tələbələri  elə  öyrətmək  lazımdır  ki.  dillərin  qrammatik 
quruluşu  ilə  əlaqədar  baş  verən  ləngiməni  kompensasiya 
etmək  üçün  məruzəçinin  çıxışındakı  ən  qı.sa  fasilələrdən  də 
məharətlə istifadə edə bilsinlər. Doğrudur, tərcüməyə 
33 


başlamazdan  əvvəl  tələbələr  ardıcıl  tərcümə  etməyi 
bacarmalıdır, lakin dərslərdə ilk vaxtdan tələbələrə tərkibində 
çox cüzi naməlum sözlər olan, yaxud informasiya cəhətdən çox 
da  ağır  olmayan  mətnləri  sinxron  tərcümə  etmək  tapşırıla 
bilər.  Bunun  üçün  Böyük  Britaniyada  və  ya  ABŞ~da  çap 
olunmuş ingilis dili dərsliklərinin kasetlərindən istifadə etmək 
olar.  Növbəti  mərhələdə  isə  kabinə  sistemi  olmasa  da, 
özümüzün və ya .xarici həmkarlarımızın səsi ilə lentə yazılmış 
mətnlərlə  işləmək  yaxşı  nəticələr  verər.  Bu  baxımdan 
şəhərimizdə keçirilən konfrans və seminarların materialları da 
tərcüməçilərin  hazırlığında  dəyərli  töhfə  .sayıla  bilər,  çünki 
bu, tələbələri təcrübədə qarşılaşacaqları bir çox çətinliklərlə, 
eləcə də yeni terminlər və biliklərlə tanış edər. Onlar özlərini 
.süni  şəraitdə  deyil,  tədris  məq.sədi  ilə  tərtib  olunmuş 
materiallarla  işlədikləri  fərqli,  müəyyən  qədər  real  bir 
vəziyyətdə hiss edə bilərlər. 
Deyilənlərlə  əlaqədar  olaraq  gələcək  sinxronçularla 
iş bir neçə istiqamətdə aparılmalıdır: onlar öz ana dili ilə 
birlikdə xarici dili də mükəmməl bilməli, həm də bu dildə 
gözəl nitqə malik olmalı; ayrı-ayrı ixtisas sahələri üzrə öz 
lüğət bazalarını artırmalı, bilik toplamalı, imkan daxilində 
müntəzəm məşq etməlidirlər. 
Mövzuya aid tapşırıq: 
«Sinxron  tərcüməçi  hazırlığı  təcrübəsindən»  adlı 
mətni  oxuduqdan  sonra  sinxron  tərcüməyə  hazırlıqda 
hansı məşqlərin gərəkli olduğunu söyləyin. 
34 


2.7. SİNXRONÇULARIN BEYNƏLXALQ 
TƏCRÜBƏSİNDƏN 
Sinxron  tərcüməçi  hazırlığı  təcrübəsindən,  eləcə  də 
tapşırığa  daxil  etdiyimiz  «Sinxron  tərcümənin  qızıl  qay- 
daları»dan  da  göründüyü  kimi,  sinxron  tərcüməçi  hazırlığı 
müəyyən bacarıq və vərdişlərə yiyələnməyi, həmçinin konkret 
qaydalara  əməl  etməyi  tələb  edir.  Bu  baxımdan  «Qızıl 
qaydalar»da təsbit olunmuş fikirlər, eləcə də bizim 2007-ci ilin 
payızında  Ottava  Universitetinin  Tərcümə  və  Dil-  manclıq 
məktəbində  müşahidə  etdiyimiz  sinxron  tərcümə  dərslərində 
götürdüyümüz 
qeydlər 
dilmanclığın 
bu 
formasına 
yiyələnməyə çalışan tələbələr üçün faydalı ola bilər. 
2007-ci ilin sentyabrında Ottava Universitetində sinxron 
tərcümə məşğələlərini aparan müəllimlər Gila Şpercr və Piter 
Duqlasın  bir  neçə  dərsini  müşahidə  etdik.  Qeyd  etmək 
lazımdır  ki,  orada  tərcümə  dərslərini  praktik  olaraq  tərcümə 
fəaliyyətilə  məşğul  olan  müəllimlər  deyir.  Dərslər  sinxron 
kabinələrlə  təchiz  olunmuş  laboratoriyada  keçilir.  Hər  bir 
kabinədə  qulaqcıq  və  mikrafonla  yanaşı,  tələbələrin 
səsyazması  üçün  maqnitafon  və  yazılı  sənədləri  oxumağa 
imkan  verən  elektrik  lampası  quraşdırılmışdır.  Dərslərdə 
sinxron  tərcümədən  əvvəl  tələbələr  günün  materialı  ilə  tanış 
olur,  məşq  üçün  müəyyən  təmrinlər  yerinə  yetirir,  bəzi 
mətnləri  əvvəlcə  hədəf  dildə  başqa  sözlərlə  ifadə  edərək 
oxuyurdular.  Eyni  zamanda,  kabinədə  təreümə  məşqlərindən 
əvvəl,  tələbələr  yazılı  materialın  üzərində  işləyərək  çətin 
sözləri ayırd edir və müəllimin iştirakı ilə mətni təhlil edirdilər. 
Burada  yazılı  mətnin  şifahi  tərcüməsinə  də  xeyli  diqqət 
ayrılırdı.  Müəllimlərin  söylədiklərindən  və  müzakirə  olunan 
materiallardan aydın oldu ki, məşğələ materiallarının mövzusu 
cari məsələləri, maliyyə, kənd təsərrüfatı, ədliyyə, büdcə kimi 
sahələri əhatə edir. 
35 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə