Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə12/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   56

verbal  (sözsüz)  ünsiyyət  vasitələrinin  istifadəsinə  qarşı  daha 
çox  həssaslıq  hiss  olunur.  Sinxron  tərcümənin  bu  tərzində 
geyim,  ətir,  əl-qol  jestləri,  üz  ifadələri,  digər  şəxslərlə  arada 
olan məsafə və s. məsələlər xüsusi diqqət tələb edir. 
Beləliklə, peşəkar tərcüməçidən nə gözlənilir? 
Mövzuya aid tapşırıqlar: 
1.
 
Çox təcrübəli bir sinxronistin sinxron köşk 
sifariş etmək istəyən şəxsin sualına cavabını oxuyub 
dilimizə tərcümə edin və belə köşkdə lazımi şəraitin 
nədən ibarət olduğunu söyləyin. 
Before  trying  to  order  this  equipment,  I  need  to 
advise  you  about  one  very  important  feature  which 
must  be  included  in  the  equipment.  The  interpreter 
needs headphones and microphone. When you order it
it must be very clear that the interpreter will listen to 
the  audience  through  his/her  headphones  and  not 
directly from the conference room. The interpreter will 
also need to speak in his/her own microphone. Be very 
clear: most companies say that their equipment is OK 
but when it comes to using it, it is not possible because 
the  interpreter  has  no  possibility  to  listen  to  the 
speakers  through  headphones.  Direct  sound  from  the 
audience requires  more  concentration and after  a few 
hours it becomes unbearable and very stressful. I have 
just had this experience and most colleagues will refuse 
such working conditions. 
2.
 
Yuxarıdakı  mətni  oxuduqdan  sonra 
sinxron tərcümənin hər üç tərzini müqayisə edin. 
40 


3.
 
PEŞƏKAR TƏRCÜMƏÇİ 
3.1. TƏRCÜMƏÇİYƏ LAZIM OLAN 
KEYFİYYƏTLƏR 
Peşəkar tərcüməçi olmaq üçün nə lazımdır? 
Kanadada  İcma  Dilmanclığı  üzrə  Xidmətlərin  Milli 
Standartlarında  peşəkar  tərcüməçiyə  belə  tərif  verilir: 
«Peşəkar  tərcüməçi  (dilmanc)  ardıcıllıq  və  dəqiqliklə 
tərcümə  edə  bilən.  Fəaliyyət  Standartlarına  və  Etik 
prinsiplərə  riayət  edən,  2  dildə  rəvan  danışan,  eləcə  də 
müvafiq təlimi-təcrübəsi olan şəxsdir» (22, 12). 
Tərcüməçi  iş  prosesində  bəhs  olunan  hadisələrə  qarşı 
neytral  mövqedən  çıxış  etməli,  lal-karlar  üçün  olan  sinxron 
tərcüməni  çıxmaq  şərtilə,  bütün  qalan  hallarda  görünməz 
olmağa çalışmalıdır. Onu dinləyənlər dilmancın şəxsi rəyi ilə 
maraqlanmır,  məhz  məruzəçinin  fikrini  tutmaq  üçün 
tərcüməyə  qulaq  asırlar.  Odur  ki,  tərcüməçi  məruzəçinin 
dediklərinə  nəyisə  özündən  əlavə  etməkdən  çəkinməlidir. 
Əgər  tədbirin  keçirildiyi  məkanda  olanlar  xarici  dildə 
söylənilmiş fikrə tərcümə zamanı müvafiq reaksiya verirlərsə, 
müəyyən  jestlərlə  fikrə  münasibətlərini  bildirirlərsə,  hansısa 
zarafatın  tərcüməsi  dinləyiciləri  güldürürsə,  bu  artıq 
tərcüməçinin uğuru sayılır. 
Dəniel Jilə görə, tərcüməçi  kamilliyi  özündə aşağıdakı 
komponentləri birləşdirir: 
1)
 
işçi dillərin mükəmməl bilgisi 
2)
 
sahə üzrə kifayət qədər biliyə malik olma 
3)
 
tərcümə vərdişlərinə, texnikasına yiyələnmə 
4)
 
dünya bilgisi (13, 4-5). 
«Bilik»  dedikdə  tərcüməçidən  aktiv  dili  tam  bilmək 
tələb olunur. O, passiv dili  də dərindən bilməlidir. Çox vaxt 
mütəxəssisdən Universitet dərəcəsi və ya buna bərabər 
41 


diplom tələb olunur. Hərtərəfli ümumi bilik və cari hadisələri 
dərk etmə də əsas sayılır. Tərcüməçinin mövzu üzrə biliyinə də 
böyük  önəm  verilir.  Belə  ki,  müəyyən  sahədə  işləmək  üçün 
həmin sahə üzrə ümumi biliyə, müəyyən təcrübə və ya təhsilə 
malik olmaq lazımdır. Burada tərcüməçinin həmin sahədə elmi 
dərəcə və diplomunun olması əsas deyil; o, müəyyən kurslara 
getməklə, 
həmin 
sahə 
üzrə 
çalışmaqla 
və 
ya 
özünümaarifləndirmə yolu ilə bilik və təcrübə toplaya bilər. 
Təsadüfi deyil ki, BMT dilmancları qarşısında qoyulan 
tələblərdən  biri  məhz  ondan  ibarətdir  ki,  orda  işləyəcək 
dilmanc azı 3 BMT dilini mükəmməl bilməli və onun dil bilgisi 
siyasi, iqtisadi, hüquqi və bədii mövzuları əhatə elməlidir. 
Keyfiyyətli iş üçün tərcüməçidən müəyyən bacarıq tələb 
olunur.  O,  faktları  təhlil  edib  başa  düşməli,  vəziyyətə  və 
danışığa  dərhal  uyğunlaşmağı  bacarmalı,  sürətli  reaksiyaya, 
incə fəhmə malik olmalıdır. Tərcüməçi fikrini toplaya bilməli, 
əsəblərini  cilovlamağı  bacarmalı,  gözəl  səsə  və  natiqlik 
vərdişlərinə,  yüksək  intellektə  malik  olmalı,  nəzakəti  və 
diplomatlıq qabiliyyətilə seçilməlidir. 
Tərcüməçinin  fiziki  sağlamlığının,  habelə  xarakterinin 
iifin keyfiyyətinə təsiri varını? 
Tərcüməçi  və  dilmanclarm  linqvislik,  mədəniyyətlə 
bağlı və ayrı-ayrı ixtisas sahələri üzrə bilikləri, peşə vərdişləri 
ilə  yanaşı,  möhkəm  sağlamlığı  və  güclü  iradəsi  olmalıdır. 
Möhkəm sağlamlıq tərcüməçiyə qısa zaman kəsiyində böyük 
həcmli  tərcümə  işini  yerinə  yetirmək  imkanı  verir.  Yazılı 
tərcümə söz və termin axtarışında cild-cild lüğətlərlə işləmək 
deməkdir.  Şifahi  tərcümə  isə  bəzən  saatlarla  təbii  ehtiyacları 
ödəmək  imkanı  olmadan  tərəfləri  diqqətlə  izləyib  onların 
fikrini  qarşı  tərəfə  hədəf  dildə  çatdırmağı  nəzərdə  tutur. 
Tərcüməçilərin  peşəkar  davranış  qaydalarından  olan  dəqiqlik 
eyni  bir tərcüməni dəfələrlə səbirlə nəzərdən keçirməyi  tələb 
edir. Tərcüməçi tədbirin 
42 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə