Dərslikdə peşəkar səviyyədə yerinə yetirilən təreümənin əsasları ali məktəb tələbələrinə təqdim olunmuşdur



Yüklə 1,5 Mb.
Pdf görüntüsü
səhifə20/56
tarix20.09.2018
ölçüsü1,5 Mb.
#69508
növüDərs
1   ...   16   17   18   19   20   21   22   23   ...   56

məlumatın  yayılması  ölkələrarası,  regional,  hətta  beynəlxalq 
münaqişəyə,  aidiyyəti  olan  ölkənin  geriləməsinə,  rəqabətin 
sifarişçinin  əleyhinə  çevrilməsinə,  kəşf  və  ya  ixtiraların 
oğurlanmasına,  biznes  fəaliyyətinin  süqutuna  və  s.  mənfi 
nəticələrə  gətirib  çıxara  bilər.  Göründüyü  kimi,  məxfiliyin 
qorunmasının  müxtəlif  tərcümə  növlərində  fərqli  səbəbləri 
meydana  çıxır.  Məsələn,  texniki  və  kommersiya,  eləcə  də 
elmi-texniki  sənədlərin  tərcüməsində  məxfiliyin  gözlənməsi 
sifarişçi şirkətin uğurunun, bu uğurun səbəbinin rəqabətdə olan 
şirkətlərə  naməlum  qalmasının,  elmi,  texniki  ixtiralarla  bağlı 
«nou-hau»nun  oğurlanmamasmın  təmin  olunması  üçün 
həlledicidir.  Eləcə  də  hansısa  bir  tibbi  sənədin  tərcüməsində 
xəstənin  vəziyyəti  haqqında  məlumatın  gizli  qalması  və  ya 
hüquqi  tərcümədə  məhkəmə  qərarı  oxunanadək  işin  qapalı 
aparılması məxfiliyi tələb edə bilər. Qapalı qapılar arxasında 
keçirilən dövləti əhəmiyyətli rəsmi görüşlərin məzmunu və ya 
dövlətin təhlükəsizliyilə əlaqədar ehtiyatlılıq, yaxud hərbi sirr 
sayılan  sənədlərin  ictimaiyyətdən  müəyyən  müddət  gizli 
saxlanması kimi səbəblər də məsələyə məxfilik yönümündən 
nəzər  salmağa  əsas  verir.  Böyük  siyasətdən  tutmuş  ölkələrin 
daxili  və  xarici  əlaqələrində  müəyyən  mühüm  məqamlar  da 
daxil  olmaqla  həyatın  ən  ani  xırdalıqlarına  qədər  rəngarəng 
mövzuları  əhatə  edən  diplomatik  tərcümədə  bu  məsələ  daha 
ciddi  münasibət  tələb  edir.  Elə  buna  görə  də  diplomatik 
sənədlərin məxfilik dərəcəsinə görə təsnifatı bir zərurət təşkil 
edir:  təsnif  olunmamış  (hər  bir  kəs  üçün  açıq  olan),  təsnif 
olunmuş, etibar olunan, məxfi və gizli sənədlər. Elə sənədlər də 
var  ki,  onlar  “ən  gizli»  adlandırılır.  Belə  sənədlər  bəzən 
tərcüməçilər üçün əlçatmaz sayılır (78). 
Məxfiliyə  təminat  peşə  etikasına  düzgün  əməl 
olunmasına və sifarişçinin məxfilik tələbinə riayət edilməsinə 
arxalanır. 
Məxfiliyin qorunması hansı ehtiyat tədbirlərini nəzərdə 
tutur? 
67 


Əvvəla, məxfilik tələb olunan hallarda tərcüməçi konkret 
işlə bağlı ona məlum olanları heç kəsə deməməli və onu heç 
kəslə  müzakirə  etməməlidir.  Hətta  ən  yaxın  ailə  üzvləri  və 
dostlarla  ünsiyyətdə  də  o,  tapşırılan  işlə  əlaqədar  məlumatın 
sızmasına  yol  verməməlidir.  İşin  gedişində  ortaya  çıxan 
sualları  tərcüməçinin  məhz  kimə  ünvanlaması  da  məxfiliyin 
qorunmasına  təsir  edə  bilər  (bu  zaman  yalnız  sifarişçiyə  və 
onun razılığı olduqda isə digər şəxslərə sualla müraciət etmək 
mümkündür). 
Söhbət konkret olaraq yazılı tərcümədən getdikdə isə işin 
evdə deyil, məhz sifarişçinin idarəsində yerinə yetirilməsi tələb 
olunarsa,  tərcüməçi  bunu  nəzərə  almalıdır.  Məxfi  sənədlər 
tərcüməçiyə  təqdim  olunduqda  isə  o  öz  iş  şəraitini  elə 
qurmalıdır  ki,  kənar  şəxslər  onun  yazı  masasına  yaxın 
düşməsinlər.  Tərcümə  mətni  kompüterdə  yığıldıqda  da  bunu 
başqalarının görməməsindən ötrü kompüter fayima giriş yalnız 
tərcüməçinin  özü  üçün  mümkün  olmalıdır.  İşin  gedişində 
tənəffüs edən tərcüməçi sənədləri yığışdırmadan öz iş masasını 
bir an da olsun tərk etməməlidir. Proses başa çatdıqdan sonra 
mütərcim  adətən  tərcümə  mətnini  sifarişçiyə  birbaşa  kağız 
üzərində təhvil verdikdən və ya elektron poçt vasitəsilə mətnə 
əlavə  şəklində  göndərdikdən  sonra  özündə  qalan  orijinalı  və 
tərcümənin  qaralama  variantını  başqaları  üçün  əlçatmaz  bir 
yerdə (məsələn, qapalı seyfdə) müəyyən müddət saxlamalıdır. 
Kompüterdə olan material isə disketə köçürülüb bu qayda ilə 
saxlanıla  bilər.  Tərcümə  ilə  bağlı  layihə  həyata  keçdikdən 
sonra,  yəni  yerinə  yetirilən  işlə  əlaqədar  hansısa  problemin, 
sualın  ortaya  çıxmayacağma  tam  əmin  olduqdan  sonra 
tərcüməçi  onda  qalan  bütün  sənədləri  məhv  edib,  kompüter 
disketlərini  pozub  yenidən  formatlaşdıra  bilər.  Burada  bir 
məqamı da unutmaq olmaz ki, cinayət tərkibi olduqda sənədlər 
tərtib  olunduqları  vaxtdan  beş  il  müddətində  (bu  müddət 
ayrı-ayrı  ölkələrin  qanunvericiliyində  fərqlənə  bilər) 
məhkəməyə cəlb oluna bilər. Sifarişçinin tərcüməçidən işi 
68 


yerinə  yetirib  qurtardıqdan  dərhal  sonra  bütün  sənədləri,  o 
cümlədən  orijinal  mətni  təhvil  verməyi  tələb  etməsi 
ümkündür. 
Doğrudur,  ölkəmizin  tərcümə  tarixində  məxfiliyin 
pozulması ilə əlaqədar sensasiya doğuracaq hallar diqqəti cəlb 
etməyib, ancaq peşə ilə bağlı məxfilik məsələsinə münasibət 
Azərbaycan  Respublikasının  bir  sıra  müvafiq  qanunları  ilə 
tənzimlənir. 
Yuxarıda  deyilənlərdən  aydın  olur  ki,  məxfiliyin 
qorunması bir tərəfdən tərcüməçi qarşısında duran peşə tələbi 
olduğu  halda,  digər  tərəfdən  ona  əməl  olunub-  olunmaması 
hüquqi məsələdir. 
Mövzuya aid suallar və tapşırıq: 
1.
 
Tərcümədə 
məxfiliyin 
gözlənməsi 
hansı 
zərurətdən irəli gələ bilər? 
2.
 
Sizcə  hansı  məlumatlar  məxfi  saxlanmalıdır? 
Ayrı-  ayrı  sahələrə  (məs;  tibbə,  məhkəmə  işinə,  hərbə, 
biznesə və s.- ə) aid bir neçə nümunə göstərin. 
3.
 
Yazılı  və  şifahi  tərcümədə  məxfiliyi  necə 
qoruyardınız? 
4.
 
A.Fuentes  Lukun  «An  Approach  to  Diplomatic 
Translation»  adlı  məqaləsindən  verilmiş  parçanı 
«Əlavələr»  bölümündən  tapıb  oxuyun  və  diplomatik 
tərcümədə diplomatik sənədlərin məxfilik dərəcəsinə görə 
təsnifini öyrənin. 
69 


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə