Azərbaycan yurd biLGİSİ



Yüklə 282,1 Kb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü282,1 Kb.
#57776


Journal of Azerbaijani Studies  

391 


“AZƏRBAYCAN  YURD  BİLGİSİ”  JURNALINDA 

AZƏRBAYCAN-AVROPA ƏDƏBİ ƏLAQƏLƏRİ MƏSƏLƏSİ 

 

Altuntac MƏMMƏDOVA

1

 

(Azərbaycan Milli Elmlər Akademiyası) 

 

GİRİŞ 

 

Azərbaycan  mühacirət  ədəbiyyatşünaslığının  görkəmli  nümayəndələrindən 



biri, dünya miqyasında tanınan məşhur türkoloq Əhməd Cəfəroğlunun çoxşaxəli 

elmi-nəzəri  və  publisistik  fəaliyyətində  təsisçisi  və  baş  redaktoru  olduğu 

“Azərbaycan  yurd  bilgisi”  (AYB)  jurnalı  xüsusi  yer  tutur.  Təsadüfi  deyil  ki, 

alimin  zəngin  irsinin  tədqiqatçıları  AYB-ni  türk  dünyasının  dil,  ədəbiyyat, 

mədəniyyət  məsələlərinin  dərin  araşdırıcısı  olması  etibarilə  yüksək 

qiymətləndirir,  onun bu gün də böyük əhəmiyyətini qeyd edirlər. Azərbaycan 

mühacirət  mətbuatının  tədqiqatçılarından  olan  A.  Tahirli  yazır:  “Əhməd 

Cəfəroğlunun ədəbi-elmi-nəzəri irsi onun bir türkoloq kimi adını əbədiləşdirir. 

Lakin  bu  böyük  qələm  sahibini  Azərbaycan  tarixində  yaşadacaq  daha  bir  şah 

əsəri  var:  “Azərbaycan  yurd  bilgisi”  (AYB)  jurnalı”  (10,  105).  Ə.  Cəfəroğlu 

haqqında  Azərbaycan  mətbuatında  ilk  yazının  müəllifi  olan  V.  Quliyevin  də 

jurnala  verdiyi  qiymət  əlamətdardır:  “Tam  əsasla  30-cu  illərin  “Azərbaycan 

ensiklopediyası” adlandırıla biləcək bu jurnalda Azərbaycan xalqının dili, tarixi, 

etnik mənşəyi, qonşu mədəniyyətlərlə qarşılıqlı əlaqəsi, türk dünyasındakı yeri 

və rolu, musiqisi, folkloru, etnoqrafiyası və s. ilə bağlı onlarla maraqlı faktlarla 

zəngin  məqalələr  dərc  edilmişdir.  Heç  şübhəsiz  ki,  Əhməd  Cəfəroğlu  özünə 

dünya  şöhrəti  qazandıran  əsərləri  yazmasaydı  belə,  təkcə  “Azərbaycan  yurd 

bilgisi”nin  nəşri  onun  adının  elmi-ədəbi  dairələrdə  əbədi  yaşaması  və  gələcək 

nəsillərin onu minnətdarlıqla yad etməsi üçün kifayət idi” (9, 5). 

1932-34-cü  illərdə  36,  1954-cü  ilin  fevral  ayında  isə  daha  bir  nömrəsi  çap 

olunmuş  jurnalın  1984-ci  ildə  İstanbulda  bütün  nömrələrinin  yenidən 

fotofaksimilə  şəklində  nəşr  olunması  onun  aktuallığına,  dəyərini  saxladığına 

dəlalət edir. 

AYB-nin  1-ci  nömrəsində  “Bir  neçə  söz”  sərlövhəli  müqəddimədə  Ə. 

Cəfəroğlu  jurnalın  yaranma  səbəbini  izah  edərək  yazırdı:  “Son  on  il  ərzində 

müxtəlif  sahələrdə  Azərbaycanın  tədqiqinə  ciddi  təşəbbüs  edilməsi  qismən 

yaxşı  nəticələr  vermişsə  də,  mədəniyyətimizin  bir  çox  cəhətləri  hələ  də 

naməlum  olaraq  qalmaqdadır.  Yəni,  tikilmək  istənilən  böyük  binanın  təməli 

hələ  boşluqlarla  doludur.  Məhz  bu  binanın  təməlindəki  böyük  boşluqlar 

AZƏRBAYCAN YURD BİLGİSİ-nin (fərqlənmə Ə. Cəfəroğlunundur – A. M.

yaranmasına səbəb olmuşdur” (1, 3). AYB-nin bu əsas qayəsi ilə yanaşı “elmi 

                                                 

1

 AMEA Nizami adına Ədəbiyyat İnstitutunun doktorantı 




392 

 Altuntac Məmmədova 

münasibətin millətlər arasında gündən-günə sıxlaşması və biri digərini bu vəsilə 

ilə  daha  artıq  tanıya  bilməsi”  (1,  3)  zərurətini  qeyd  edən  Ə.  Cəfəroğlu  jurnal 

vasitəsilə  həm  Azərbaycanın  tarixi,  mədəniyyəti  və  ədəbiyyatı  haqqında 

bilgilərin Avropa ictimaiyyətinə çatdırılmasını, həm də Avropada Azərbaycana 

aid aparılan müvafiq tədqiqatların AYB vasitəsilə intişarını  nəzərdə tuturdu. Və 

xüsusi  olaraq  qeyd  etməliyik  ki,  jurnalda  bu  mövzuda  dərc  olunan  yazıların  

əsas müəllifi də Ə. Cəfəroğlu özü idi. 

Jurnalın bir neçə nömrəsi çapdan çıxandan sonra bu qayəsi baxımından onu 

məmnun  edən  hadisə  baş vermişdi.    “Fransa Musiqi Cəmiyyəti”nin  məcmuəsi 

olan “Revuede Musicologie” (“Musiqişünaslıq jurnalı”) oxucularına Türkiyədə 

AYB  adlı  jurnalın  nəşrə  başlaması,  Azərbaycan  musiqisinə,  aşıq  ədəbiyyatına 

aid  məqalələr  dərc    etməsi  haqqında  məlumat  vermişdi.  “Bir  təşəkkür” 

sərlövhəli kiçik yazıda Ə. Cəfəroğlu “Revuede Musicologie”də çıxan məlumatı 

şərh edərək yazırdı: “Müştərək  elm yolunun yolçusu bulunan məsləkdaşımıza 

göstərdiyi  bu  münasibətə  görə  təşəkkür  edirik.  Düşünürük  ki,  məcmuənin 

sonrakı nömrələrində də bizim yazılara aid məlumatlara rast gələcəyik” (2, 56). 

AYB-də  Azərbaycan-Avropa  ədəbi  əlaqələrinin  işıqlandırılması  bir  neçə 

istiqamətdə  aparılırdı.  Jurnalda  Avropa  ölkələrinin  mətbuatında    Azərbaycan 

dili, ədəbiyyatı və mədəniyyətinə aid dərc olunmuş  yazılar tədqiqat xarakterli 

məqalələrdə  araşdırılır,  Avropa  alimlərinin  bu  mövzuda  əsərləri,  onların 

haqqında  məqalələr  dərc  olunur,  “Təhlil  və  tənqidlər”  guşəsində  müvafiq 

əsərlərə rəy və resenziyalar yazılırdı. 

 

 

1Ədəbi əlaqələrə aid materiallar 



 

Avropada  Azərbaycan  dili  və  ədəbiyyatına  aid  yazılanların  tədqiqinə  dair 

məqalələr  sırasında  ilk  növbədə  Ə.  Cəfəroğlunun  AYB-nin  dörd  nömrəsində 

dərc  olunmuş  irihəcmli  “Şərqdə  və  Qərbdə  Azəri  ləhcəsi  tədqiqləri”  adlı 

fundamental əsərini misal göstərmək olar. 

Ə. Cəfəröğlu bu mükəmməl əsərində İbn Mühənnadan (XIII əsr) başlayaraq 

XX əsrin iyirminci illərinədək  olan dövrdə  Şərq və Qərb, həmçinin rus səyyah 

və tədqiqatçılarının (Ə. Cəfəroğlu onları da Qərbə aid etmişdir) Azərbaycan dili 

və qismən də ədəbiyyatı haqqında  yazdıqlarını  təhlil etmiş, müsbət və mənfi 

cəhətlərini göstərməklə elmi qiymətini vermişdir. 

Ə.  Cəfəroğlu  tədqiqatını  Azərbaycan  dilinin  adı  ilı  bağlı  zəruri  bir  izahla 

başlayaraq yazır: “Avropa elm tədqiqatında bu türk dili sahəsi əvvəllər öz adı 

ilə  anıldığı  halda,  bir  əsrlik  Rusiya  hakimiyyəti  dövründə  rus  üləmasının  da 

təşviqi  ilə  Rusiya  türklərinin  mühüm  kütləsinə  izafə  edilən  “tatar  dili” 

camıəsinə idxal edilmiş və istər-istəməz bugünkü Qafqaz Azəri türkcəsi özünün 

eyni olan İran Azərbaycanı türkcəsindən tamamilə ayırd edilmişdir” (5, 16). 

Qərb  səyyah  və    tədqiqatçılarından  Adam  Oleari  (Adam  Oleari),  D.  F.  M. 

Maqqio (D. F. M. Maggio), Laybnits (Leipniç), L. H. Panduro (L. H. Panduro), 




“Azərbaycan  yurd  bilgisi”  jurnalında Azərbaycan-Avropa ədəbi əlaqələri... 

393 


İ.  Kr.  Adelunq  (İ.  Chr.  Adelung),  F.  Adelunq  (F.  Adelung),  Palmbald 

(Palmbald),  Hammer  (Hammer),  Klaprot  (Klaproth),  Radlov  (Radloff;  Ə. 

Cəfəroğlu  Radlovu  alman  alimi  hesab  edirdi),  Vamberi  (Vambery),  Karl  Foy 

(Karl  Foy),  H.  Ritter  (H.  Ritter),  Banq-Kaup  (Bang-Kaup),  Jan  Deni  (Jan 

Deny), O. Çatskaya və N. K. Dimitriyevin Azərbaycan dili və ədəbiyyatına aid 

yazdıqlarını  araşdıran  Ə.  Cəfəroğlu  qeyd  edir  ki,  ilk  Qərb  səyyahı  Afanasi 

Nikitindən sonra XVII əsr Avropa səyyahlarına qədər iki yüz il ərzində Azəri 

ləhcəsinə    kimsə  təmas  etməmişdir.  XVII  əsrin  30-cu  illərində  Azərbaycanın 

milli  adət-ənənəsinə,  etnoqrafiyasına,  lisanına  təmas  edən  Adam  Oleari 

olmuşdur.  Alimin  qənaətinə  görə,  Olearinin    təsbit  etdiyi    təbir  və  istilahların 

əksəriyyəti  türkcə  olmadığına  və  Qafqaz  Azərbaycanında  artıq  işlənmədiyinə 

görə  yalnız  lüğəvi  əhəmiyyətə  malikdir.  Ancaq  Olearinin  topladığı  coğrafi 

xüsusi isimlərin “çox qiymətli” olduğunu yazırdı. 

Ə.  Cəfəroğlu    Maqqionun  tədqiqatını  yüksək  qiymətləndirərək  göstərir  ki, 

“Əsl Qafqaz Azəri ləhcəsinə təmas edən XVII əsr səyyahlarından italyan  D. F. 

M.  Maqqio  olmuşdur”  (5,  21).  Maqqio  Qafqaz  səfəri  zamanı  Azərbaycanda 

yox, Gürcüstanda olmuşdu. Ancaq yazdığı qrammatika kitabı iki hissədən ibarət 

idi;  birinci  hissədə  gürcü  dilindən,  ikinci  hissədə  isə  “Liber  secundus, 

complectens  Arabum  et  Turcarum  orthographiam  et  turcicae  linguae 

institutionrs”  (“Ərəb  və  türk  orfoqrafiyaları  ilə  və  türk  dili  təsisatları  ilə 

tamamlanmış ikinci kitab”) başlığı altında Qafqaz türkcəsindən bəhs edirdi ki,  

bu  da  Gürcüstanda  yaşayan  azərbaycanlıların  dili  idi.  Kitab  ilk  dəfə  Romada 

“De  propaganda  fide”də  (“Dəqiq  təbliğat”)  nəşr  olunmuşdu.  İkinci  dəfə  isə 

1670-ci  ildə  “Syntagma  linguarum  orientalium,  quae  in  Geirgiae  regionibus 

audiuntur, auctore   D. F. M. Maggio” (“Gürcüstan regionunda danışılan Şərq 

dillərinin sintaqması, müəllif D. F. M. Maqqio”)

 

adı ilə çap edilmişdi. 



Maqqiodan  sonra  XIX  əsrə  qədər  Azəri  ləhcəsi  tədqiqatının  yeni  bir 

durğunluq  dövrü  keçirdiyini  qeyd  edən  Ə  Cəfəroğlu  yazırdı:  “XIX  əsrin 

başlanğıcından  etibarən  müstəqil  bir  araşdırma  mövzusunu  təşkil  edən  Azəri 

ləhcəsindən  bir  əsr  əvvəl  Avropa  mühitində  filosof  Laybnitslə  başlanan  yeni 

lisan tədqiqatı məktəbinin təsiri ilə bəhs olunmuşdu. Lisan tədqiqatlarının dəqiq 

elmlər kimi təsis edilməsi lazım gəldiyi fikrini təməlləşdirən Laybnits

 

müşahidə 



sahəsi  olan  canlı  lisanlar  araştırmasına  başlayınca,  Avropa  Lisan  Tədqiqatı 

sahəsinə  türk  ləhcələri  də  daxil  edilmiş  oldu.  Filosofun  özü  təklif  etdiyi  yeni 

müqayisə  sistemi  vasitəsilə  Avropa  dillərini  aralarındakı  yaxınlıq  əsasında 

təsnif  etdiyi  kimi,  macar,  türk,  fin  və  monqol  dilləri  arasındakı  yaxınlığı  da 

tədqiqləri ilə meydana çıxarmağa müvəffəq oldu” (6, 16). 

Ə.  Cəfəroğlu  tədqiqatını  davam  etdirərək  göstərir  ki,  1786-1787-ci  illərdə 

“Linguarum  toti  us  orbis  vocabularia  comparativa,  Augustissimae,  cura 

collecta”  (“Bütün  dünya  dillərinin  müqayisəli  lüğəti,  Avqist  tərəfindən 

toplanmışdır”) adı ilə nəşr edilib 200 dili ehtiva edən lüğətə məhdud sayda olsa 

da,    Azəri  ləhcəsinə  aid    kəlmələr  daxil  edilmişdi.  Həmin  lüğətin  ikinci 

təkmilləşdirilmiş  nəşri  1791-ci  ildə  dörd  cilddə  çap  olunmuşdu.  L.  H. 



394 

 Altuntac Məmmədova 

Panduronun  1784-cü  ildə  nəşr  edilmiş  “Catalogo  delle  lingue,  conosciute  e 

notizia della loro affinita e diversita” (“Dillərin kataloqu, onların incəlikləri və 

müxtəlifliyi haqqında qeydlər”)

 

adlı əsəri də bu qəbildən idi və məhdud sayda 



Azəri  sözləri  verilmişdi.  Bu  əski  dilçilik  məktəbinin  sonuncu  əsəri  –  İ.  Kr. 

Adelunqun  1806-cı  ildə  Berlində  çap  olunmuş  “Mithridates  oder  allgemeine 

Sprachkunde  mit  dem  Vater  Unserals  Sprachprobe  in  beynahe  funthundert 

Sprachen und Mundarten” (“Mithridates” və ya ”ata”  sözünün təxminən 500 dil 

və  şivədə  işlənməsi  ilə  bağlı  ümumi  dilçilik”)  adlı  tədqiqatı  əvvəlkilərdən 

onunla fərqlənirdi ki, burada hər bir dilə aid lüqətdən əlavə qrammatik məlumat 

da verilmişdi. 

Ə. Cəfəroğlu  tədqiqatının bu yerində Azərbaycan dilinin adının tarixən necə 

təhriflərə  məruz  qaldığını  oxucunun  diqqətinə  çatdırır.  Həm  İ.  Kr.  Adelunqun 

əsərində, həm də qardaşı oğlu F. Adelunqun tədqiqatında türk ləhcələri təsnifatı 

bəhsində  Azəri  ləhcəsindən  “Tourkmans”  (türkmanlar)  qövmləri  adı  altında 

bəhs edilirdi. İran Azəri ləhcəsi isə birincidə “Afschars” (Əfşarlar), ikincidə isə 

“Afschars,  en  Perse”  (“Əfşarlar  və  farslar”)

 

adı  ilə  təqdim  olunurdu.  Hər 



ikisində  də  müştərək  olaraq,  “Schirwan”  (Şirvan)  adı  altında  Qafqaz  Azəri 

ləhcəsini nəzərdə tuturdular. Palmbald Asiya türk qövmlərinin ləhcələrini təsnif 

edərkən  Azəri  ləhcəsini  ümumiyətlə  diqqətə  almamış  (“Geographisce  und 

Statistische Ephemeriden”, 1827. Band XXI, s.225-240 – “Coğrafi və statistik 

gündəliklər”, cild XXI ),

 

Hammer isə, Ə. Cəfəroğlunun yazdığı kimi, “tamamilə 



sələflərindən ayrılmış (“Bibliotheca italiana” (“Italyan kitabxanası”) Decembre, 

1825, s. 364-365), nə Azəri ləhcəsini və nə də Şimali Qafqaz türklərini nəzəri-

diqqətə  almamış  və  özünün  türk  ləhcələri  təsnifində  Qafqaza  aid  olmaq  üzrə 

ancaq  “Dağıstan”  kimi  məchul  təbir  altında  Qafqaz  türkcəsindən  bəhs 

eyləmişdir”  (6,  17).  Klaprot

 

“Asia



 

polуglotta”sına  (  “Asiya  poliqlotu”)  əlavə 

edilmiş  atlasda,    həmçinin  1832-ci  ildə  Parisdə  çap  etdirdiyi  “Voyage  au 

Caucase  et en Jeorgie” adlı digər əsərində Azəri ləhcəsindən “Qızılbaş ləhcəsi” 

kimi bəhs edir. 

Tədqiqatını davam etdirən Ə. Cəfəroğlu qeyd edir ki, “Qərbdə təqribən XIX 

əsrin  sonlarına  doğru  azərbaycan  ləhcəsi  də  elm  mövzusu  olmağa  başladı.  İlk 

olaraq  alman  alimlərindən  Radlovun  1893-cü  ildə  Sankt-Peterburqda  çıxmağa 

başlayan  məşhur  dördcildlik  “Versuch  einer  Wörterbuches  der Türk  Dialekte” 

(“Türk dialektləri lüğəti”) adlı lüğətində, Azəri ləhcəsnə aid digər lüğətlərində 

bu  ləhcənin  tədqiqinin  zəminini  hazırlamış  oldu”  (7,  36).  Alim  Radlovun 

lüğətinə aid belə izahat verir ki, buradakı  mindən artıq söz ümumi “Azəri” adı 

altında verilmişsə də, onun qənaətincə, əslində, onlar yalnız İran Azəri ləhcəsini 

ehtiva  edə  bilmişdir.Qeyd  edir  ki,  “  o  zamanlarda  Azərbaycan təbirinin ancaq 

İranın  bu  əyalətinə  aid  edildiyi  nəzəri-diqqətə  alınarsa,  artıq  bunda  tərəddüdə 

məhəl qalmaz” (7, 36). 

Vamberinin 1901-ci ildə Laydendə (Leiden)  “Alt Osmanische Sprachstudi-

en, mit einem Azerbaicanischen texte” (“Azərbaycan mətni əsasında qədim Os-

man dilləri haqqında”) adlı

  

əsərinə əlavə etdiyi mətni Avropada transkripsiyası 




“Azərbaycan  yurd  bilgisi”  jurnalında Azərbaycan-Avropa ədəbi əlaqələri... 

395 


verilmiş  ilk  Azəri  ləhcəsi  nümunəsi    hesab  edən  Ə.  Cəfəroğlu,  eyni  zamanda, 

mətnin  harada,    nə  zaman,  hansı  azərbaycanlının  dilindən  təsbit  edildiyinin 

göstərilməməsini  müəllifə  irad  tutur.  Foyun  1903-1904-cü  illərdə    Berlin 

Universitetinin Şərq İnstitutunun məcmuəsində çap olunmuş “Azerbaicanische 

dien  mit  einer  Charakteristik  des  Südtürkisehen”  (“Cənub  türkcəsinin  təhlili 

əsasında  Azərbaycan  dili  haqqında”)  adlı  tədqiqatını  “çox  qiymətli”  əsər 

adlandıran alim qeyd edir ki, müəllif həm Qafqaz, həm də İran Azəri ləhcəsini 

əhatə  etdiyinə  və  Azəri  ləhcəsini  də  bütün  Cəhub  türkcəsi  kimi  Göytürkcə  ilə 

sıx  əlaqədə  olduğunu  gəstərdiyinə  görə  tədqiqatı  “şayani-diqqətdir”.  Ə. 

Cəfəroğlu H. Ritterin 1921-ci ildə “İslam” məcmuəsinin XI cildində (Der İslam. 

Bd.  XI,  1921)    nəşr  olunmuş  “Azerbaidschanische  Texte  zur  nordpersischen 

Volkskunde” (“Şimali iranşünaslığa dair Azərbaycan mətnləri”) adlı əsərini  də 

yüksək  qiymətləndirərək  qeyd  edir  ki,  Şimali  İran  Azəri  şivəsinə  aid  təsbit 

etdiyi  mətn  böyük  əhəmiyyətə  malikdir.  Banq  haqqında  yazır  ki,  onun  bu 

ləhcəyə  təmas  edən  müstəqil  bir  tədqiqatı  olmasa  da,    elmi  dəyərlərini  daim 

mühafizə edəcək əsərlərində Azəri sözlərindən və qrammatik şəkillərindən bəhs  

etmişdir.  Jan  Deninin  ”Grammaire  de  la  langue  Turqe”  (“Türk  dilinin 

qrammatikası”, Paris, 1921) əsərindən bəhs edən alim yazır ki, Azəri ləhcəsinin 

tədqiqində  çox doğru görüşləri vardır. O. Çatskayanın “Gəncə şivəsini təsvirə 

çalışan” “Quatraine populaires de l’Azerbaycan” (“Azərbaycan xalq bayatıları”) 

adlı  əsərini  və  əsərə  müqəddimə  kimi  yazılmış  Dimitriyevin  bu  şivəyə  aid 

fonetik  tədqiqatını  (“Journal  Asiatique”  –  ”Asiya  jurnalı”,  1928)  səthi 

olmalarına  baxmayaraq,  yuxarıda  göstərilən  əsərləri  tamamlamağa  yararlı  bir 

araşdırma  adlandırır  (Ə.  Cəfəroğlunun  bu  tədqiqatlara  yazdığı  ayrıca  rəydən 

aşağıda bəhs edəcəyik). 

Böyük alim bu dəyərli tədqiqatını, yəqin ki, daxili bir qürur hissi keçirərək, 

öz əsərinə isnadla bitirir: ”Son on ilə doğru Azəri ləhcəsinə dair Qərbdə vücuda 

gətirilən tədqiqatlar arasında birisi də mənə aiddir. 1930 cu ildə həm ayrıca ki-

tabça  kimi,  həm  də  Berlin  Şərq  İnstitutunun  məcmuəsində  çap  olunmuş  “75 

Azerbaycanişe  Lieder  “Bayatı”  in  der  Mundart  von  Gence  nebst  einer 

sprachlichen Erkla erung” (“Gəncə şivəsində 75 azəri bayatısı və lisana aid bir 

müqəddimə”)  adlı  tədqiqatımda  mən  ana  şivəm  olan  Gəncə  şivəsinin  fonetik 

xüsusiyyətlərini təsbit etdim” (7, 37). 

Azərbaycan  xalqı,  Azərbaycan  dili,  ədəbiyyatı  və  mədəniyyəti  haqqında   

Qərb müəlliflərinin tədqiqatlarına dair  AJB-də dərc olunmuş digər icmalın mü-

əllifi alman professoru Q. Yeşkedir (G. Yaeschke). Q. Yeşke “Azərbaycan haq-

qında  almanca  nəşrlər”  adlı  məqaləsində  alman  dilində  Azərbaycan  tarixi  və 

mədəniyyətinə aid ədəbiyyatın olmadığını və bu tələbatın müəyyən qədər Hilal 

Münşinin  “Die Republik Aserbeidschan” (“Azərbaycan respublikası”) kitabı ilə 

ödənildiyini qeyd edəndən sonra Fridrix Bodenştedtdən (Friedrich Bodenstedt) 

başlayaraq    Adolf  Berje  (Adolf  Berge),  R,  Erkert  (R.    Erckert),  Karl  Foy,  M. 

Rikkli (M. Rickli), A. Virt (A. Wirth), Georq Buşan (Georg Buschan), A. Bihan 

(A. Byhan) və O. Q. Vezendonkun (O. G.  Wesendonk)

 

tədqiqatlarının şərhinə 




396 

 Altuntac Məmmədova 

keçir.  F.  Bodenştedtin  “Mirzə  Şəfinin  şeirlərini  almancaya  tərcümə  etməsilə 

şöhrət qazandığını” (“Mirzə Şəfinin şərqiləri”, Berlin, 1851) qeyd edəndən son-

ra onun Berlində 1855-ci ildə iki dəfə çap olunmuş “Die Völker des Kaukasus 

und ihre Freiheitskaempfe gegen die Russen” (“Qafqaz xalqları və onların Rusi-

yaya  qarşı azadlıq  mübarizələri”)

 

kitabında Qafqaz türklərinə həsr etdiyi fəsil-



dən bəhs edir. Göstərir ki, “Bu əsərində müəllif Qafqazdakı səyahətləri zamanı 

etdiyi  müşahidələr  nəticəsində  topladığı  faktlara  istinadən  təsbit  edir  ki,  ruslar 

tərəfindən hamısına əbləhcəsinə “tatar” ismi verilən Qafqaz türkləri danışdıqları 

dilin adına yalnız “türkcə” deyirlər. Müəllif, eyni zamanda, qeyd edir ki, Qafqaz 

türklərinin  lisanı  ilə  İstanbul  türkcəsi  arasında  həm  qrammatik,  həm  də  lüğət 

tərkibi  etibarilə  heyrət  ediləcək  dərəcədə  böyük  bir  yaxınlıq  və  bənzəmə  var-

dır.” (11, 27). 

Q. Yeşke  Adolf Berjenin 1868-ci ildə Leypsiqdə nəşr olunmuş “Dichtungen 

transkaukasischer Saenger des 18, und19. Jahrhunderts in Azerbaidschanischer 

Mundart”  (“XVIII-XIX  əsrlər  Cənubi  Qafqaz  nəğməkarlarının  Azərbaycan 

şivəsindəki  şeirləri”)  adlı  kitabından,  bu  kitaba  yazdığı  müqəddimədən  bəhs 

edir,  nəşrin  Azərbaycan-Almaniya  ədəbi  əlaqələrinin  təşəkkülü  baxımından 

böyük əhəmiyyətə malik olduğunu nəzərə çatdırır. 

Q. Yeşke R.  Erkkertin 1887-ci ildə Leypsiqdə nəşr olunmuş “Der Kaukasus 

und seine Völker” (“Qafqaz və onun xalqları”) adlı tədqiqatından   bəhs edər-

kən,  onun  bu  fikirlərini  xüsusilə  diqqətə  çatdırır  ki,  azərilər  kübar  və  olduqca 

xarakterli  adamlardır,  sədaqət  və  etimad  kimi  məziyyətlərdə  üstündürlər, 

Azərbaycanda danışılan türkcə məntiq və mükəmməlliyə malik olduğunu bəyan 

edir  və  bu  türkcəyə  “tatarca”  və  yaxud  daha  da  dərin  həqarət  əlaməti  olaraq 

“turko-tatarca” ismi verilməsi böyük bir yanlışlıqdır. 

Ə. Cəfəroğlu kimi Q. Yeşke də Karl Foyun Berlində iki dəfə (1903, 1904) 

çap olunmuş

 

“Azerbaicanische studien mit einer Charakteristik des Südtürkise-



hen”

 

(“Cənub türkcəsinin təhlili əsasında Azərbaycan dili haqqında”) adlı əsəri-



ni yüksək qiymətləndirərək yazır ki, Vamberi və Radlovun açdığı cığırdan sonra 

Avropa  alimlərindən  məhz  Foy  birinci  olaraq  Azəri  türklərinin  dili  haqqında 

sistematik  bir  əsər  qələmə  almışdır.  Foy  bilxassə  Göytürkcənin  (əsl  türkcənin) 

bügünkü cənubi türklərin  ləhcələri ilə olduqca sıx bir rabitədə olduğunu qeyd 

edir.  Foy,  eyni  zamanda,  təsbit  edir  ki,  azərbaycanlılar  öz  lisanlarına  “türkü” 

adını verirlər. Q. Yeşke nəzərə çatdırır ki,  Foy yazılarında, həmçinin, azərbay-

canlıların ədəbiyyatından da  bəhs etmiş və bu nəticəyə gəlmişdir ki, Avropada-

kı yanlış fikrin ziddinə olaraq bu ədəbiyyat son dərəcə geniş və mükəmməldir. 

M. Rikkli, A. Virt, Georq Buşan,

 

A. Bihan və O.



 

Q.  Vezendonkun

 

tədqiqat-



ları üzərində də dayanan Q. Yeşke də icmalını əslində Ə. Cəfəroğlunun əsərinə 

istinadla bitirərək, onun “75 Azerbaycanişe Lieder “Bayatı” in der Mundart von 

Gence nebst einer sprachlichen Erklaerung” (“Gəncə şivəsində 75 azəri bayatısı 

və lisana aid bir müqəddimə”) adlı əsərini dərin elmi tədqiqat kimi  qiymətlən-

dirir və əlavə edir ki, müəllifinin gəncəli olması bu əsərin dəyərini daha da yük-

səldir. 



“Azərbaycan  yurd  bilgisi”  jurnalında Azərbaycan-Avropa ədəbi əlaqələri... 

397 


Sonda  Q.  Yeşke  mötəbər  tədqiqatçı  hesab  eləmədiyi  Kiyev  yəhudisi  Leo 

Noissimbaumun  (Leo  Noussimbaum)  “Əssəd  Bəy”  adı  altında  1930-1931-ci 

illərdə buraxdığı “şayani-təəssüf” olan “Oel und Blut im Orient” (“ Şərqdə neft 

və  qan”)  və  “Der Kaukasus.  Seine  Berge,  Völker  und  Gesschichte”  (“Qafqaz. 

Onun  dağları,  xalqları  və  tarixi”)  kitablarında  Azərbaycan  xalqının  tarixi  və 

mədəniyyətinə  aid  iftiralarına    cavab  verərək  qeyd  edir  ki,  Noissimbaum 

“əsərlərində  o  qədər  vəhşi  bir  fantaziya  büruzə  vermişdir  ki,  sadəcə  bundan 

dolayı  bu  adam  mötəbər  bir  müəllif  olaraq  hesab  edilməz.  Nə  yaxşı  ki,  həm 

nüfuz sahibi olan bir çox alman ziyalısı və həm də alman mətbuatı bu əsərləri 

dərin  nifrətlə  qarşıladı.  Almaniyada  baş  verən  milli  inqilabın  sevindirici  bir 

cəhəti də budur ki, belə rəzil əsərlər üçün bu gün intişar olunmaq imkanı artıq 

qalmamışdır” (11, 31). 

Həm Ə. Cəfəroğlunun, həm də Q. Yeşkenin tədqiqat xarakterli bu icmalları 

bu gün də elmi əhəmiyyətini itirməmişdir. 

Ə. Cəfəroğlunun Banq-Kaup haqqında yazdığı məqalə onun türk xalqları ilə  

ədəbi  əlaqələrin  yaradlcıları  olan  insanlara  necə  hörmət  və  məhəbbətlə 

yanaşdığını  göstərir.  Ə.  Cəfəroğlu  1926-cı  ildə  Berlin  Şərq  İnstitutunun  Türk 

Seminarında iki ay Banqın tələbəsi olmuşdu və məqaləsində omu fəxrlə “ustad” 

adlandıraraq  yazırdı:  “Özünəməxsus  müqayisəli  türk  ləhcələri  araştırması 

məktəbi quran  və bu sahədə türkiyyatın bəlkə ən böyük tədqiqatçı ustadı olan 

Banq...  bütün  türk  ləhcələrini  bir  ölçüdə  tutan,  bir  gözlə  görən  və  nəhayət  bir 

qəlblə  sevən  yeganə  türkoloqdur.  O,  araştırmalarında  türk  dili  ləhcələrinin 

hamısına  birdən  təmas  edərdi;  zahirən  tədqiq  etdiyi  mövzu  ilə  heç  bir  əlaqəsi 

olmadığı  zənn  edilən  bir  ləhcəni  o  qədər  əzizləyər  və  ruhuna  nüfuz  edərdi  ki, 

nəticədə,  ustadın  kəckin  zəkası  sayəsində  ləhcələr  arasındakı  bağlar  meydana 

çıxmış  olurdu.  Elmi  qədər  qəlbi  də  türk  aşiqi  idi...Bir  dəfə  mənə  “siz  türklər 

dünyanın ən gözəl və ən zəngin dilinə maliksiniz” söyləməkdən özünü saxlaya 

bilməmişdi” (4, 9). Məqalədə Banqın

 

“Avesta” haqqındakı dəyərli əsərindən, 13 



il ərzində yorulmadan və usanmadan Göytürkcəni tədqiq etməsindən, əski türk 

say  sisteminin  həqiqi  sistemini  meydana  qoymasından  və  s.  tədqiqatlarından 

bəhs edilir. 

Məqaləyə əlavə edilmiş biblioqrafiyada Banqın türk dillərinə aid 50 əsərinin 

adı  verilmişdir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  böyük  türkoloq  alim  bu 

əsərlərində Azərbaycan dilinin də fonetik və qramatik xüsusiyyətlərindən bəhs 

etmişdi. 

 

 

2.  “Təhlil və tənqidlər” guşəsi 

 

AYB-nin “Təhlil və tənqidlər” guşəsində çap etdiyi yazılarında Ə. Cəfəroğlu 



həm  təqdir,  həm  də  tənqid    edəndə  təəssübkeş  azərbaycanlı  kimi  çıxış  edirdi. 

Jurnalın  6-7-ci  nömrəsində  (bəzən  iki  nömrəsi  birləşdirilmiş  halda  buraxılırdı)  

Hilal Münşinin “Die Republik Aserbeidschan” (Berlin, 1930, 64 s.) kitabı haq-



398 

 Altuntac Məmmədova 

qında yazırdı: “Azərbaycan cümhuriyyətinin təşəkkülündən bu günə qədər Av-

ropa dillərində bu mövzuya doğrudan-doğruya təmas edən əsərin yox dərəcəsin-

də olduğunu söyləsək, mübaliğə etməmiş olarıq. Hilal Münşi bəy bu nüvə əsəri 

ilə,  ilk  olaraq,  Almaniya  mühitinə  Azərbaycanı  tanıtmağa  çalışmışdır.  Əsər 

Azərbaycan tarixi və həyatının hər bir nöqtəsinə təmas etmiş və bilxaccə Azər-

baycanı Avropa mühitinə olduqca çirkin bir şəkildə tanıtmaq istəyən, “Min bir 

gecə”ni  andıran  “Öl  und  Blut  im  Orient”  əsərinin  müəllifi  –    əslən  yəhudi,  is-

mən türk olan Əssəd bəyin xətalarını həqiqi vaqiələrlə təshihə çalışmışdır... Hi-

lal bəy Azərbaycanın fikir həyatında rolları olduqca böyük olan Azəri mətbuat, 

teatr    xadimlərini  bir-bir  tədqiqata  cəlb  etmişdir...  İlk  vücuda  gətirdiyi  bu  əsər 

hamı üçün anlaşılan olduğundan alman mühitini Azərbaycan həyatı ilə tanış edə 

biləcək bir mahiyyətdədir. Bu nöqtədən  “Die Republik Aserbeidschan”ın arzu 

edilən məqsədə varmış olması təqdirə layiqdir” (3, 53). 

“Təhlil və tənqidlər” güşəsində dərc edilmiş yazılarda diqqəti cəlb edən bir 

cəhət də budur ki, Ə. Cəfəroğlu AYB-nin nəşrindən əvvəlki illərdə yazılmasına 

baxmayaraq,  Azərbaycanın    və  azərbaycanlıların  heysiyyətinə  toxunan,  elmi 

yanlışlığa yol verən hər hansı bir məqaləyə cavab verməyi, gec də olsa,  zəruri 

sayırdı.  O.  Çatskayanın  bir  əsəri  (O.  Chatskaya.  “Quatraine  populaires  de 

l’Azerbaidjan.  Avec introduction de N. K. Dimitriyev.” “Journal Asiatique”. T. 

CCXII. № 2. Avril-Juin. Paris 1928, s.228-265 – O. Çatskaya. “Azərbaycan ba-

yatıları. Ön sözü N. K. Dimitriyevindir” “Asiya jurnalı”, c. CCXII, №2, aprel-

iyun, Paris, 1928, s.228-265) və bu əsərə müqəddimə kimi yazılmış Dimitriye-

vin tədqiqatı haqqında dərc etdiyi rəyi misal göstərmək olar. Ə. Cəfəroğlu yazır-

dı: “Təxminən bir əsrdən bəri Şərqi və o cümlədən türkləri tədqiq edən “Journal 

Asiatique” (“Asiya jurnalı”) kimi elmi və ciddi bir məcmuədə “Chansons popu-

laairesTatares” – “Tatar xalq şərqiləri” sərlövhəsi altında Azəri türklərini “tatar” 

deyə  tanıtmaq,  çox  təəssüf  ki,  əski  rus  təbirini  xatırlatmaqdadır.  Anadolu  qar-

daşlarından ayırmaq üçün ruslar tərəfindən zorla azərilər mühitinə idxal edilən 

bu təbir artıq bir daha tələffüz edilməmək üzrə türk mühitindən tamamilə qalx-

mış və alim adlanan madam Çatskayaların və Dimitriyevlərin bunu xatırlatma-

larına ehtiyac qalmamışdır” (8, 48). 

Bu da əlamətdardır ki, yalnız doğma xalqının nüfuzuna aid iradını bildirən-

dən sonra elmi şərhə keçir. Qeyd edir ki, Çatskayanın məqaləsi Gəncə ləhcəsini 

təsvir edən 76 bayatıdan ibarətdir. Sırf şəxsi tələffüzlər əsasında transkripsiyası 

verilmiş bu bayatılardan bir qismi Gəncə mahalına, bir qismi də şəhərin özünə 

aiddir.  Bu  üzdən  eyni  sözün  tələffüzü  biri  digərindən  fərqli  olaraq  yazılmışdır 

ki, bu da bir dərəcəyə qədər fonetik nöqteyi-nəzərindən bəzi şübhələr doğurma-

mış deyildir. Müəllifin Azəri ləhcəsinə nə dərəcədə bələd olduğunu bilməyirik. 

Ancaq  tədqiqatı  istifadəyə  yararlıdır.  Dimitriyevin  tədqiqatına  verdiyi  qiymət 

isə belədir ki, o, Gəncə ləhcəsinin əsas nöqtələrini fonetik cəhətdən aydınlaşdır-

mağa çalışmışsa da, fəqət səthidir. 



“Azərbaycan  yurd  bilgisi”  jurnalında Azərbaycan-Avropa ədəbi əlaqələri... 

399 


“Təhlil və tənqidlər” guşəsində dərc olunmuş digər yazılarda da Azərbaycan 

dilinə və ədəbiyyatına, mədəniyyətinə aid məqalə və tədqiqatlara bu cür obyek-

tiv elmi münasibət göstərilməsi səciyyəvidir. 

AYB-də dərc olunmuş yuxarıdakı materialların şərhindən  belə nəticəyə gəl-

mək olar ki, Azərbaycan-Avropa ədəbi əlaqələri məsələsi jurnalın daim diqqət 

yetirdiyi mövzulardan olmuş və onun fəaliyyətinin əsas istiqamətlərindən birini 

təşkil etmişdir. 

 

 



ƏDƏBİYYAT 

 

1.

 



Caferoğlu A. İ. Birkaç söz // Azerbaycan yurt bilgisi, 1932, № 1, s. 3-4 

2.

 



Caferoğlu A. İ. Bir teşekkür // Azerbaycan yurt bilgisi, 1932, № 8-9, s. 56 

3.

 



Caferoğlu A. İ. Hilal Münşi: Die Republik Aserbeidshan // Azerbaycan yurt bilgisi, 1932, № 6-7, s. 53 

4.

 



Caferoğlu A. İ. Profesör Bang-Kaup // Azerbaycan yurt bilgisi, 1934, № 33-34, s. 9-15 

5.

 



Caferoğlu A. İ. Şarkta ve Qarpta Azeri lehcesi tetkikleri-I // Azerbaycan yurt bilgisi, 1934, № 27, s. 16-22 

6.

 



Caferoğlu A. İ. Şarkta ve Qarpta Azeri lehcesi tetkikleri-II // Azerbaycan yurt bilgisi, 1934, № 28, s. 16-

21 


7.

 

Caferoğlu A. İ. Şarkta ve Qarpta Azeri lehcesi tetkikleri-IV //Azerbaycan yurt bilgisi, 1934, № 30, s. 33-



38 

8.

 



Caferoğlu A. İ. O. Chatskaya: Quatraine populaires de L’Azerbaidjan // Azerbaycan yurt bilgisi, 1932, № 

11, s. 48 

9.

 

Quliyev  V.  M.  Gedənlərin  qayıtması.  Ş.  A.    Həsənovanın  “Mühacirət    irsimizdən  səhifələr”  (Bakı: 



Maarif, 1995, 152 s.) kitabına yazdığı müqəddimə. 

10.


 

Tahirli A. H. Azərbaycan mühacirət mətbuatı: 2 hissədə, I hissə, Bakı: Qapp-poliqraf, 2002,158 s. 

11.

 

Yaeschke G. Azerbaycan hakkında almanca neşriyattan // Azerbaycan yurt bilgisi, 1934, № 25, s. 27-31 



 

 

Summary 



 

THE PROBLEM OF LITERARY RELATIONS BETWEEN 

AZERBAIJAN AND EUROPE IN “AZERBAIJAN YURD BILGISI” 

(“LEARNING ABOUT AZERBAIJAN”) 

 

Altuntaj MAMMADOVA 

(Azerbaijan National Academy of Sciences) 

 

The role of  the journal “Azerbaijan Yurd Bilgisi” (“Learning about Azerbaijan”), which was  

published in 1932-1934  in Turkey, in the development of the  literary relations between Azerbai-

jan and Europe is dealt in the article. The founder and  the editor-in-chief  of the journal  was A. 

Jafaroglu,  a  great    representative  of  the  Azerbaijan  literary  criticism  of  migration,  a  famous 

world-wide turkologist of the  20th century. Various articles on this subject (most of which were 

written by A. Jafaroglu) are researched and their importance are shown. The Author comes to the 

conclusion  that  the  articles  published  in  “Azerbaijan  Yurd  Bilgisi”  have  still  not  lost  their 

importance. 

 

Key  words: Turkologist Ahmed Jafaroglu; The journal of “Azerbaijan Yurd Bilgisi” (“Lear-



ning about Azerbaijan”); The Azerbaijan language; The Azerbaijan Literature; Literary relations 

between Azerbaijan and Europe.



 

Yüklə 282,1 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə