I fəSİl kristalloqrafiyanin əsaslari



Yüklə 11,53 Mb.
səhifə1/36
tarix19.12.2023
ölçüsü11,53 Mb.
#150860
  1   2   3   4   5   6   7   8   9   ...   36
Kristalloqrafiya


I FƏSİL


KRİSTALLOQRAFİYANIN ƏSASLARI


Mineralogiyanı öyrənən hər bir şəxs mineralların fəza quru­luş­ları haqqında dərin biliyə malik olma­lıdır. Bunun üçün isə o, ilk növ­­bədə mineralların təyinində ge­niş tətbiq olunan morfoloji kristallo­qra­fiyanın əsaslarını bilməlidir”.
E. Vittaker, “Krystalloqraphy” . New York, 1981


KRİSTALLIK MADDƏ VƏ ONUN XASSƏLƏRİ

Geoloji proseslər nəticəsində yaranan minerallar kristallik maddə sayılırlar. Kristallik maddədə hissəciklər (atomlar,ionlar) fəzada müntəzəm həndəsi qaydada yerləşməklə yanaşı,həm də bütün istiqamətlərdə qanuni təkrar olunurlar. Kristallik maddədə mineralda müşahidə olunan morfoloji və fiziki xassələr, bila­vasitə,onun fəza quruluşunun təbiətindən irəli gəlir. Bununla əla­qədar olaraq kristallik maddələr aşağıdakı ümumi keyfiyyətlərlə səciyyələnirlər:




1. Bərk halda olma xüsusiyyəti.
Kristallik maddələr yalnız bərk halda olurlar. Maye və qaz ha­lında olan maddələr sabit və müntəzəm fəza quruluşuna malik ol­madıqları üçün kristallik ola bilməzlər. Lakin bir sıra bərk mad­dələr də vardır ki, müntəzəm quruluşda olmamaları səbəbindən kristallik adlanmırlar. Bunlara misal olaraq şüşəni,obsidianı gös­tərmək olar.


2. Anizotropluq xassəsi.
Bu xassəni kristallik maddənin fəza quruluşunun aydın təza­hürü kimi qəbul etmək lazımdır. Anizotrop maddələrdə fiziki xas­sənin qiyməti istiqamətin funksiyası olur. Başqa sözlə, anizotrop maddənin hər hansı fiziki xassəsinin qiyməti istiqamət­dən asılı olaraq dəyişir. Kristallik maddənin anizotropluq xassə­sini onun xarici görünüşündə aydın görmək olur. Belə ki, mad­dənin fəza quruluşunda hissəciklərin yerləşmə həndəsindən asılı olaraq onun böyümə sürəti də müxtəlif olur (şəkil 1).








Şəkil 2
Barit mineralının fəza quruluşunun ac müstəvisinə proyeksiyası və mükəmməl ayrılmanın istiqaməti

Şəkil 1
A-A istiqamətində inkişaf etmiş antimo­nit mineralının kristalı




Kristallik maddədə fiziki xassənin qiymətinin dəyişməsinin fəza quruluşundan asılılığı özünü onun ayrılma xüsusiyyətində də göstərir. Barit (BaSO4) mineralının kristallarında iki növ ayrıl­ma:{001} və {110} üzrə mükəmməl,{010} üzrə isə orta ayrılma müşahidə olunur. 2-ci şəkildə baritin fəza quruluşunun ac müstə­visinə proyeksiyası verilmişdir. Mineralda mükəmməl ayrılma baş verən istiqamət (001 istiqaməti) qırıq xətlərlə göstərilmişdir. Baritin quruluşunda zəif rabitənin də məhz bu istiqamətdə olduğunu şəkildən aydın görmək olur.


Anizotropluğu mineralların maqnit, elektrik, termik və digər xüsusiyyətlərində də görmək olar. Məsələn, hematitin (Fe3O3) mono­kris­talları bir istiqamətdə paramaqnit xas­səsini daşıdıqları halda, bu istiqamətə perpendikulyar müstəvidə dia­maqnit və ferro­maqnit olurlar.



Yüklə 11,53 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə