Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   4   5   6   7   8   9   10   11   ...   67

 
 
23 
 
yasının aparılma metodikasında və texnikasında olan bütün bu 
fərqlərin  olmasına  baxmayaraq  bütövlükdə  iqtisadi  nöqteyi-
nəzərdən  onlar “məsrəflər – buraxılış – nəticə” prinsipinə əsas-
lanırlar. Hər iki proses maya dəyərinin idarə olunması, yəni is-
tehsalın səmərəliliyinin müəyyən edilməsinə, bütün növ resurs-
lardan istifadə üzərində nəzarətə, ehtiyatların aşkara çıxarılma-
sı və  istifadəsi kimi vəzifələrin həllinə yönəldilir. Onların qar-
şılıqlı əlaqələri bir də onda özünü göstərir ki, məsrəflərin uçot 
obyektlərinin  seçilməsi  kalkulyasiya  obyektlərinin  və  kalkul-
yasiya vahidlərinin seçilməsi ilə əlaqəli surətdə həyata keçirilir. 
Təcrübədə  məsrəflərin  uçot  obyekti  ilə  kalkulyasiya 
obyektləri çox vaxt üst-üstə düşür, eyni olur. Bu halda məhsul 
vahidinin  maya  dəyərini  hesablamaq  üçün  məsrəflərin  ümumi  
məbləğini məhsulun miqdarına bölmək lazımdır. Onlar üst-üstə 
düşmədiyi halda kalkulyasiya obyekti vahidinin maya dəyərini 
təyin etmək üçün uçot obyektləri üzrə məsrəfləri cəmləmək və 
alınan nəticəni məhsulun miqdarına bölmək lazımdır. 
Məhsulun  maya  dəyərinin  hesablanmasında  ən  mühüm 
məsələlərdən  biri  də  kalkulyasiya  vahidlərinin  düzgün  müəy-
yən  edilməsidir.  Kalkulyasiya  vahidi  dedikdə  kalkulyasiya-
laşdırma  ölçüsü  başa  düşülür.  Bunlara  şərti  vahid,  cinsi  (na-
tural)  vahid,  şərti-cinsi  vahid,  istismar  vahidi,  iş  vahidi,  vaxt 
vahidi və s. daxildir. 
İstehsal  məsrəflərini  tam  aşkara  çıxarmaq  və  istehsalın 
təşkili  və  texnoloji  xüsusiyyətini  nəzərə  almaqla  məhsulun 
ayrı-  ayrı  növlərinin  maya  dəyərinin  müəyyən  edilməsində 
məsrəflərin  uçot  obyektləri  ilə  kalkulyasiya  obyektlərinin 
düzgün  təyin  olunması  həlledici  rol  oynayır.  Məsrəflərin  uçot 
obyekti  dedikdə  -  xərclərin  baş  verdiyi  ayrı-ayrı  yerlər  başa 
düşülür  ki,  bunlara  da  ayrı-ayrı  sexlər,  istehsalatlar,  sahələr, 
aqreqatlar,  fazalar,  mərhələlər,  axın  xətləri,  məsuliyyət 
mərkəzləri və s. başa düşülür. 


 
 
24 
 
Kalkulyasiya  obyektlərində  istehsal  edilən  ayrı-ayrı  növ 
məhsullar,  yerinə  yetirilən  iş  və  xidmət  növləri  və  yaxud 
onların eynicinsli qrupları daxildir. Məsrəflərin uçotunun tələb 
olunan  səviyyədə  təşkilinin  əsas  şərtlərindən  biri  də  material, 
əmək  və  maliyyə  resurslarının  düzgün  normalaşdırılması  və 
onlardan səmərəli istifadə olunmasıdır. İstehsal prosesində sərf 
edilən  faktiki  məsrəflərlə  müəyyən  edilmiş  normalar,  nor-
mativlər,  smetalar  və  tapşırıqlarla  müqayisə  edilmək  kənarlaş-
malar aşkara çıxarılır. 
Qarşıya  qoyulan  tələblərə  yalnız  mütərəqqi,  texniki  cə-
hətdən  əsaslandırılmış,  daha  doğrusu  elmin,  texnikanın,  isteh-
salın  və  əməyin  təşkilinin  müasir  inkişaf  səviyyəsini  özündə 
əks etdirən normalar cavab verə bilər. Ən mühüm əhəmiyyətə 
malik olan material  resurslarının şərti  və əmək məsrəfləri nor-
maları və qeyri-müstəqim xərclərin smetasıdır. Material resurs-
ları  normaları  dedikdə  konkret  növ  məhsul  buraxılışı  üçün  la-
zım olan xammalın, materialın, yarımfabrikatın və digər əmək 
əşyalarının miqdarı başa düşülür. 
 
2.4. Məhsulun maya dəyəri kalkulyasiyasının ümumi 
növləri 
 
İdarəetmə üçün kalkulyasiya hesablama məlumatlarından 
istifadəsi kalkulyasiya növlərindən də asılıdır. 
Maddi istehsal sahələrində məhsulun maya dəyəri kalkul-
yasiyasının müxtəlifliyini aşağıda təsnifat kimi təsəvvür etmək 
olar. 
1. Tərtib olunma vaxtından asılı olaraq: 
a) məhsulun istehsalı, hazırlanması və buraxılışına qədər: 

 smeta (layihə-smeta) kalkulyasiyası; 

 plan kalkulyasiyası; 

 normativ kalkulyasiya. 


 
 
25 
 
b) məhsul istehsalı, məmulat, iş və xidmət satışı başa çat-
dıqdan sonra: 

 hesabat, faktiki kalkulyasiya

 transfer (daxili) kalkulyasiyası. 
2. Məsrəflərin kalkulyasiya hesablamalarına daxil edilmə 
tamlığından asılı olaraq: 

 birbaşa məsrəflər əsasında kalkulyasiya

 sex maya dəyərinin kalkulyasiyası; 

  istehsalçı  müəssisənin  məhsullarının  tam  maya  dəyəri-
nin kalkulyasiyası; 

 şirkətlərin məhsulunun koksolidə edilmiş maya dəyəri-
nin kalkulyasiyası. 
3.  Xərclərin  və  kalkulyasiya  hesablamalarının  müfəssəl-
ləşdirilmə dərəcəsindən asılı olaraq: 

  komulyativ  (məsrəf  maddələrinin  müfəssəl  açıqlanma-
ması) kalkulyasiya; 

 elektiv (müfəssəl açıqlanmış) kalkulyasiya. 
4. Kalkulyasiya obyektlərindən asılı olaraq: 

  məmulat  və  yarımfabrikatların  maya  dəyərinin  kalkul-
yasiyası; 

 iş və xidmətlərin maya dəyərinin kalkulyasiyası. 
5.  Məsrəflərin  əhatə  etmə  dövrünün  uzunluğundan  asılı 
olaraq: 

 məhsulun maya dəyərinin illik kalkulyasiyası; 

 rüblük kalkulyasiya; 

 aylıq kalkulyasiya; 

 məhsulun maya dəyərinin operativ (hər həftə, hər gün) 
kalkulyasiyası. 
Kalkulyasiya  bütün  məsrəflərə  müstəqim,  qeyri-müstə-
qim və yaxud məsrəflərin bir hissəsinə əsasən (birbaşa, dəyişən 
xərclər) hesablana bilər. Tam kalkulyasiya sistemi qeyri-müstə-
qim  xərclərin  də  məhsul  vahidinin  maya  dəyərinə  daxil  edil-


 
 
26 
 
məsini  nəzərdə  tutur.  Qeyri-müstəqim  xərclər  məsrəflərin 
formalaşdığı  yerlər və məsuliyyət  mərkəzləri üzrə qruplaşdırı-
lır, sonra isə müəyyən edilmiş, bazaya mütənasib olaraq məmu-
lat, iş və xidmətlər üzrə bölüşdürülür.  
Qeyri-müstəqim  xərclərin  bölüşdürülmə  bazası  dedikdə 
aşağıdakılar başa düşülür: 

 müstəqim əmək məsrəfləri, adam-saatla

 istehsal fəhlələrinin əmək haqqı; 

 avadanlığın iş vaxtı maşın-saatla; 

 istehsal edilmiş məhsulun həcmi. 
Məhdudlaşdırılmış  maya  dəyəri  kalkulyasiyası  (marjinal 
kalkulyasiya) hər bir məmulat, xidmət və bütövlükdə müəssisə 
üzrə  ödəmə  stavkasını  (dərəcəsini)  hesablamaq  üçün  müəyyən 
edilir. Bunun üçün: 

 hər bir məsrəf yerlərində məhsul növləri üzrə müstəqim 
məsrəfləri uçota almaq (cədvəl 1); 

  məsrəf  yerləri  üzrə  hər  bir  məmulat  üçün  müstəqim 
xərcləri hesablamaq (cədvəl 1); 

 satış qiyməti ilə müstəqim məsrəflər arasındakı fərq ki-
mi  hər  bir  məhsul  növü  üzrə  ödəmə  stavkasını  təyin  etmək 
(cədvəl 2); 
 
Məmulatlar və məsrəf yerləri üzrə müstəqim xərclərman. 
Cədvəl 1.  
Məmulatlar 
Məsrəf yerləri 
yekun 

II 
III 




12 




13 




11 
yekun 
12 

15 
36 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə