Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   67

 
 
31 
 
Partiya üsulunun bir variantı kimi “Partiyalı biçmə üsulu” 
materialların  istifadəsinin  uçotu  üçün  tətbiq  edilir,  lakin  bu 
üsulda  kəsmə,  biçmə  (polad  təbəqələri  (vərəqləri),  dəri,  parça 
və  s.)  işləri  yerinə  yetirilir  ki,  bunun  üçün  “Mərkəzləşdirilmiş 
biçmə sahəsi” yaradılır. Bu üsulda materialların istehsalatda is-
tifadəsinin uçotu ilkin uçot sənədi kimi “Biçmə vərəqlərindən” 
və yaxud “Biçmə kartlarından” istifadə edilir. Biçmə vərəqində 
(biçmə kartında) materialında, nomenklatura nömrəsi, markası, 
ölçüsü,  qiyməti,  istehsalata  buraxılan  materialın  miqdarı,  isti-
fadə edilməyən material qalığı, anbara qaytarılmış materialların 
miqdarı,  hazır  məhsulun  miqdarı  və  növləri  kimi  rekvizitlər 
olur. İstehsal məsrəflərinin uçotu və məhsulun maya dəyərinin 
kalkulyasiyasının  normativ  metodunda  biçmə  kartında  həmçi-
nin materialların norma və faktiki buraxılan məhsul üzrə miq-
darı  məbləği  və  kənarlaşmanın  kodu  əks  etdirilir.  Buradan  da 
materiala  qənaət  edilməsi  və  yaxud  artıq  sərf  edilməsi  aşkara 
çıxarılır.  
İstehsalatda materiallardan istifadənin  uçotunun  inventar 
üsulundan o müəssisədə istifadə edilir ki, orada sənədləşdirmə 
üsulundan  istifadə  etmək  mümkün  olmur.  Bu  halda  mütəmadi 
olaraq  (hər  gün,  hər  həftə,  on  gündən  bir,  ayda  bir  dəfə) 
inventarlaşdırma aparılır. Ay ərzində istifadə edilmiş materialın 
miqdarını müəyyən  etmək üçün ayın  əvvəlində olan bitməmiş 
istehsal  qalığının  üzərinə  ay  ərzində  anbardan  əsas  istehsalata 
buraxılan  materialın  miqdarını  gəlmək  və  bitməmiş  istehsalın 
hesabat ayının axırına olan qalığını çıxmaq lazımdır. Material-
ların istehsalatda istifadəsinin uçotunun aparılmasının hansı va-
riantdan  istifadə  edilməsindən  asılı  olmayaraq  ilk  sənədlərə 
əsasən “Material sərfinin istehsal məsrəflərinin uçotu və məh-
sulun  (iş  və  xidmətin)  maya  dəyəri  kalkulyasiyası  obyektləri 
üzrə  bölüşdürülməsi”  cədvəli  tərtib  edilir.  Bunu  misal  ilə  izah 
etmək daha məqsədəuyğundur. 
Tərtib  edilən  işçi  cədvəlində  anbardan  ay  ərzində 
buraxılan  və  sərf  edilən  materiallar  haqqında  məlumatlar 
verilir. 
1.  A  məhsulunun  hazırlanması  üçün  –  201  N-li  hesabın 
müvafiq sub hesabında uçota alınan polad təbəqə 6 min, məblə-
ği 98450 manat, boya gilas rəngli (201) 71910 manat. 


 
 
32 
 
2. B məhsulunun istehsalı üçün (201 N-li hesabın müva-
fiq sub hesabı) – 42100 manat, boya (gilas) 54330 manat, boya 
Talisman (201/2), 60360 manat. 
3.  1  N-li  sexin  təsərrüfat  ehtiyacı  üçün,  polad  təbəqə  6 
min (hesab 201/2), 5425 manat, boya günəş (201/2), 2687 ma-
nat, boya Talisman (201/2), 3738 manat. 
Deməli, 1 N-li sexə buraxılan materialların dəyərində kə-
narlaşmalar bölüşdürülmüş və silinmişdir. 
1.  A  məhsulunun  istehsalı  üçün  –  polad  təbəqə  üzrə  6 
min  (kənarlaşma  hesabı),  4923  manat,  gilas  rəngli  (1012)  – 
3595 manat; 
2.  B  məhsulu  istehsalı  üçün  boya  (kənarlaşma  hesabı) 
2105  manat,  Günəş  boyası  (kənarlaşma  hesabı)  2717  manat, 
Talisman boyası (kənarlaşma hesabı) 3018 manat. 
3. 1 N-li sexin təsərrüfat ehtiyacını polad təbəqə üzrə (kə-
narlaşma hesabı) 271 manat, Günəş boyası (kənarlaşma hesabı) 
184 manat, Talisman boyası (kənarlaşma hesabı) 187 manat. 
Material xərclərinin bölüşdürülməsi cədvəli kalkulyasiya 
kartoçkasını və məhsulun maya dəyərinin kalkulyasiya obyekt-
ləri  üzrə  istehsal  məsrəflərinin  uçotu  kartoçkasını  tərtib  etmək 
üçün istifadə edilir. 
 
3.3. Əmək ödənişi üzrə məsrəflərin uçotu və kalkulyasiya 
obyektləri arasında bölüşdürülməsi. 
 
Maya dəyərinin idarə olunmasında məhsulun, məmulatın 
yarımfabrikatın  neçəyə  başa  gəlməsi  sualından  çox,  həmin 
məhsulların istehsalına nə qədər vaxt sərf edilmişdir sualına ca-
vab tapılması vacibdir. Ona görə ki, vaxt məsrəfi əmək məhsul-
darlığının  səviyyəsini  ölçməklə  yanaşı  əmək  ödənişinin  istə-
nilən  sistemində,  onun  ödənilməsi  kəmiyyətinə  təsir  edir.  Ona 
görə də bütün mühüm işlərə, texnoloji əməliyyatlara, istehsalat 
tapşırıqlarına  vaxt  normaları  təyin  edilir  və  faktiki  əmək  sərfi 
ilə  müqayisə  edilərək  kənarlaşmalar  aşkara  çıxarılır.  Material 
məsrəfləri  kimi  əmək  ödənişi  məsrəfləri  də  məsrəflərin  uçotu 
və  məhsulun  maya  dəyərinin  kalkulyasiya  obyektləri  arasında 
bölüşdürülür. 


 
 
33 
 
Əmək  ödənişinin  hesablanması  və  digər  lazım  olan  ilk 
sənədlərin  iş  vaxtının  uçot  tabeli,  məhsul  çıxımı haqqında  bil-
diriş,  görülən  iş  üzrə  naryadlar,  boşdayanma  haqqında  rəsmi 
sənədlər əsasında əmək ödənişi xərclərinin və sosial ehtiyaclar 
üzrə ayırmaların istehsal məsrəflərinin uçotu və məhsulun ma-
ya  dəyəri  kalkulyasiyası  obyektləri  arasında  bölüşdürülməsi 
cədvəli tərtib edilir. 
 
Bölüşdürülmə məbləği 264400 manat, 1 N-li sex 
 
Cədvəl 3. 
Hesabların 
debetinə 
Əmək ödənişi və sosial sığorta təyinatı 
üzrə işçi heyəti ilə hesablaşmalar 
He-
sab 
nöm-
rəsi 
Maddə-
nin 
sifariş 
nömrəsi 
533 
522/1 
522/2 
522/3 
522/4 
 
M  ə  b  l  ə  ğ 







202 

məhsul 
115400  25388 
3347 
5885 
2077 

məhsul 
103600  22792 
3004 
5284 
1685 
721 
Xidmət-
edici 
heyət 
24600 
5412 
713 
1255 
443 
Qulluq-
çular 
20800 
4576 
603 
1061 
374 
 
Yekun 
264400  58168 
7667 
13485 
4759 
 
Cəmi 
264400  58168 
7667 
13485 
4759 
 
Cədvəl tərtib edildi 5 iyul 2016. 
Rəqəm məlumatları müvafiq uçot registrlərində əks 
etdirilmişdir. 5 iyul 2016 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə