Dərs vəSAİTİ Bakı


MÖVZU 1. MƏHSULUN MAYA DƏYƏRİNİN



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə2/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 

 
MÖVZU 1. MƏHSULUN MAYA DƏYƏRİNİN 
KALKULYASİYASININ  MAHİYYƏTİ VƏ NƏZƏRİ 
ƏSASLARI 
 
1.1. Məhsulun maya dəyərinin kalkulyasiyasının mahiyyəti 
və təyinatı. 
 
Kalkulyasiyanın  ilkin  mənası  –  məsrəflər  kompleksi  – 
kalkulyasiyalaşdırma – onların hesablanması prosesidir. Müasir 
təcrübədə kalkulyasiyalaşdırma özündə müəyyən hesablamalar 
sistemini  ehtiva  edir  ki,  burada  da  əsas  məqsəd  kalkulyasiya 
məcmu vahidinin maya dəyərini təyin etməkdən ibarətdir. Kal-
kulyasiya  vahidi  dedikdə  hazır  məhsulun  ayrı-ayrı  növləri, 
onun tərkib hissələri, satın alınan müxtəlif növ maddi qiymətli-
lər, yerinə yetirilmiş işlər və xidmətlər başa düşülür. Kalkulya-
siya  məlumatlarından  maya  dəyəri  planının  yerinə  yetirilməsi-
nin  qiymətləndirilməsində, innovasiyanın  iqtisadi səmərəliliyi-
nin  hesablanmasında,  bitməmiş  istehsala  məsrəflərin  məbləği-
nin müəyyən edilməsində, çıxdaşdan itkilərin hesablanmasında 
və  istehsal  və  satış  proseslərinin  üzərində  nəzarət  edilməsində 
istifadə edilir. 
Məhsul,  iş  və  xidmətlərin  kalkulyasiyasının  müəssisənin 
bütövlükdə  səmərəli  idarə  olunmasında,  ödəmə  qabiliyyətinin 
yüksəldilməsində    də  böyük  rolu  vardır.  Belə  ki,  idarəetmə 
uçotu mövqeyindən yanaşdıqda kalkulyasiya anlayışına – bu və 
ya  digər  hesabat  dövründə  istehsalın  səmərəli  idarə  olunması, 
plan  göstəricilərinin,  layihə  təkliflərinin,  qiymətlərin  iqtisadi 
cəhətdən əsaslandırılması məqsədi ilə müəssisənin və onun ay-
rı-ayrı  bölmələrinin  fəaliyyətinin  maliyyə  nəticələrinin  hesab-
lanması kimi nəzərdə tutmaq (baxmaq) olar. Geniş mənada kal-
kulyasiyalaşdırma  prosesi  məsrəflərin  kalkulyasiya  obyektləri-
nin məcmusu ilə tutuşdurularaq ölçülməsi deməkdir. Kalkulya-
siya  obyektlərinin  məcmusu  dedikdə  məhsul  və  onun  tərkib 


 
 

 
hissələri  ilə  yanaşı  tədarük  edilən  xammal,  materiallar,  yana-
caq, yarımfabrikatlar, təsərrüfat əşyaları və inventarlar, iş vax-
tının miqdarı (adam – saat, maşın saat) və s. başa düşülür. Məs-
rəflərin kalkulyasiya obyektlərinin qruplaşdırılmasının xüsusiy-
yəti  onların  istehsalın  xarakterindən  və  məhsulun  növlərindən 
asılı olmasıdır. 
Kalkulyasiya  hər  şeydən  əvvəl  məmulatın,  xidmət,  iş 
növlərinin    və  yaxud  tədbirlərin  maya  dəyərini  hesablamaq 
üçün tərtib edilir. Lakin kalkulyasiya obyektlərinin tətbiq sahə-
si əhəmiyyətli dərəcədə genişdir, belə ki, o eyni zamanda texni-
ki  tərəqqi  tədbirlərini  (istehsal  prosesinin  mexanikləşdirilməsi 
və avtomatlaşdırılması, avadanlığın yenidən qurulması və yeni-
ləşdirilməsi  və  s.),  investisiya  layihələri,  sosial-mədəni  tədbir-
ləri  də  özündə  əks  etdirməlidir.  Ümumi  qaydada  kalkulyasiya 
aşağıdakı kimi fərqləndirilir: 
1.  Məhsulun  (məmulat,  faydalı  qazıntılar),  maya  dəyəri-
nin kalkulyasiyası; 
2. Tədbirlərin (proseslərin, işlərin) kalkulyasiyası; 
3. Qiymətin kalkulyasiyası. 
Maya dəyərinin və qiymətin kalkulyasiyası məhsul vahi-
di  üzrə  hesablanır.  Qiymətin  kalkulyasiyasına  (kalkulyasiya 
obyektinə) mənfəət kəmiyyətinin hesablanması daxil edilir. İs-
tənilən kalkulyasiyanı hesablamağa başlamazdan  əvvəl kalkul-
yasiya  obyektini  və  həmin  obyektə  müstəqim  məsrəflərin  aid 
edilməsi  və  bir neçə  kalkulyasiya obyektləri üçün sərf  edilmiş 
ümumi xərclərin bölüşdürülməsi qaydalarını dəqiq təyin etmək 
lazımdır. 
Məhsul  və  xidmətin  maya  dəyərinin  kalkulyasiyası  kal-
kulyasiya hesablamaları sistemində aparıcı rol oynayır. Məsrəf-
lərin  bu  qruplaşdırılmasının  fərqləndirici  xüsusiyyəti  ondan 
ibarətdir  ki,  əksər  hallarda  bu  müxtəlif  hazırlıq  dərəcəsində 
olan müxtəlif növ məhsullarla bağlıdır. Birinci şərt cari hesabat 
dövrünün bütün xərclərinin müəyyən məmulatlara və xidmətlə-


 
 

 
rə və yaxud onların tərkib hissələrinə aid edilməsini tələb edir. 
Əgər bunu müstəqim yolla birbaşa aid etmək mümkün olmursa 
o  zaman  məsrəflər  şərti  bazisə  əsasən  proporsional  olaraq  bö-
lüşdürülür. Kalkulyasiyanın məqsədli təyinatını və xərclərin sə-
ciyyəvi  xüsusiyyətlərini  nəzərə  almaqla  müxtəlif istehsallar və 
məhsul  növlərinə  uyğun  olaraq  bölüşdürülmə  bazasının  təyin 
olunması metodiki baxımdan kalkulyasiyanın ən mürəkkəb və-
zifələrindən  biridir.  Müxtəlif  hazırlıq  mərhələsində  olan  məh-
sulların hazırlanmasına sərf olunan məsrəflərin hesablanmasına 
olan  tələbat  məhsulların,  onun  ayrı-ayrı  hissələrinin  və  əmtəə-
lik yarımfabrikatların maya dəyəri kalkulyasiyasının  və uçotun 
vahidliyi  tələbini  mütləq  şərt  kimi  irəli  sürür.  Bununla  da  son 
məhsulun  həcminin  müəyyən  edilməsi,  istehsal  məsrəflərinin 
icmal uçotunun    yarımfabrikatlı və  yaxud  yarımfabrikatsız va-
riantlarının  tətbiqi  metodlarından  asılı  olan  məhsulun  məcmu 
tərkibi üzrə məsrəflərin sistemləşdirilməsi qaydası təyin edilir. 
Kalkulyasiya hesablamaları zamanı məsrəflərin vaxta görə  ay-
rılması zəruriliyi xərclərin əmək vəsaitlərinin və istehsal alətlə-
rinin dəyərinin ödənilməsi, ehtiyatların silinməsi və  yaxud bö-
lüşdürüldüyü zaman meydana çıxır. Bu xərclər hesabat ayı ər-
zində məsrəflərin miqdar amilindən deyil, onların dəyər ifadə-
sində ödənilmə vaxtından asılıdır. Əksər hallarda bu məsrəflə-
rin əmələgəlməsi (formalaşması) vaxtı hesabat dövrünün uzun-
luğu  ilə  üst-üstə  düşmür  və  onlar  bərabər  qaydada  (məsələn, 
amortizasiya, icarə haqqı, təmir xərcləri) ya da ay ərzində bura-
xılan  məhsulun  miqdarına  mütənasib  olaraq  bölüşdürülür  (is-
tehsalın  mənimsənilməsi  xərcləri,  məzuniyyət  ödənişləri  üzrə 
ehtiyatlar, sosial ehtiyaclara ayrılmalar və s.). 
Xərclərin  hesabat  dövrləri  üzrə,  eyni  zamanda  hesabat 
dövrü  daxilində  ayrı-ayrı  məhsul  növləri  arasında  bölüşdürül-
məsi  məsrəflərin  iqtisadi  məzmunu,  onların  formalaşması 
(əmələgəlmə)  və  qruplaşdırılması  qanunauyğunluqları  ilə  şərt-
lənir.  Buna  görə  də  məsrəflərin  müxtəlif  məqsədlərlə  təsnifatı 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə