Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə9/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   67

 
 
27 
 
Ödəmə stavkası (dərəcəsi) (məhsul vahidinə düşən marjinal 
gəlir), man. 
Cədvəl 2. 
 



Qiymət 
18 
20 
15 
Müstəqim məsrəflər 
12 
13 
11 
Ödəmə stavkası 



 
Marjinal kalkulyasiyada üstəlik xərclər konkret məmulat-
lar  və  xidmətlər  üzrə  bölüşdürülmür.  Onlar  ümumi  məbləğdə  
satılan məhsulun maya dəyərinə və yaxud müəssisənin təsərrü-
fat fəaliyyətinin maliyyə nəticələrinə silinir. 
 
MÖVZU 3. MƏSRƏFLƏRİN BÖLÜŞDÜRÜLMƏSİ 
BAZALARI VƏ ONLARIN 
KALKULYASİYA OBYEKTLƏRİ ARASINDA  
BÖLÜŞDÜRÜLMƏSİ. 
 
3.1. Məsrəflərin bölüşdürülmə bazaları və onların 
əsaslandırılması 
 
Qeyri-müstəqim  xərclərin  bölüşdürülməsi  üçün  baza 
(əsas) elə  dəyər və  miqdar vahidi olmalıdır ki,  onların  artması 
və yaxud azalması məsrəflərin dəyişilməsinə uyğun olsun.  
Bunlara:  sərf  edilmiş  xammalın,  materialın,  yanacağın 
miqdarını, emaldan keçirilmiş xammal və materialların dəyəri-
ni, xammal və materialların dəyəri daxil edilmədən emala sərf 
edilən  məsrəfləri,  hazır  məhsul  və  yarımfabrikatların  dəyərini, 
istehsal fəhlələrinin əmək haqqını, məhsul istehsalına sərf edi-
lən iş vaxtını, məhsul istehsalına sərf edilən maşın vaxtını, işlə-
yənlərin sayını, istehlak edilmiş bütün növ enerjinin miqdarını, 


 
 
28 
 
ayrı-ayrı  qurğuların  istehsal  gücünü,  ton  –  kilometri  və  s.  aid 
etmək olar. 
Hesablama  bazasını  seçərkən  və  əsaslandırarkən  ondan 
çıxış etmək lazımdır ki, istənilən halda qeyri-müstəqim komp-
leks xərclərin ümumi məbləğinin məhsul növləri üzrə bölüşdü-
rülməsinin  düzgün  üsulunu  tapmaq  olmur.  Bura  əsasən  maya 
dəyərinin  tərkibinə  keçmiş  və  gələcək  hesabat  dövrlərinin 
xərcləri daxildir ki, bu da kalkulyasiya vaxtının real məsrəfləri 
ilə əlaqəli deyil. 
Deməli,  qeyri-müstəqim  kompleks  xərclərin  bir  bazaya 
mütənasib  olaraq  bölüşdürülməsi  heç  vaxt  qüsursuz  olmaya-
caqdır. 
Kalkulyasiyanın  dəqiqliyini  yüksəltmək  üçün  çalışmaq 
lazımdır ki, məsrəflərin kompeksliliyi minimuma endirilsin və 
bu xərclərin hər bir məcmu fərdi bölüşdürülmə bazasına mütə-
nasib olaraq bölüşdürülsün. 
Kalkulyasiyalaşdırmanın  məzmunu,  tamlığı  və  dəqiqliyi 
kalkulyasiya hesablamalarından istifadə təyinatından və xarak-
terindən asılıdır. 
Layihə  -  smeta,  texniki,  plan,  normativ,  hesabat  və 
transfer  kalkulyasiyaları  bir-birindən  yalnız  təyinatına  görə 
deyil,  həmçinin  məsrəflərin  reallığa  yaxınlaşma  dərəcəsindən 
də asılıdır. Hesabat və transfer kalkulyasiyasından başqa bütün 
növ  kalkulyasiyalar  nəzərdə  tutulan  məsrəflərə  və  məhsul 
buraxılışı  həcminə  əsaslanırlar.  Onların  maya  dəyərindən 
kənarlaşma amplitudaları müxtəlif ola bilər. Layihə - smeta və 
texniki kalkulyasiya üçün bir qayda olaraq o plan və normativ 
kalkulyasiyalar  üçün  olduğundan  daha  yüksək  ola  bilər. 
Onların  əsas  təyinatı  planlaşdırılan  məhsulların  və  yaxud 
istismarda  olan  texnikanın  gələcəkdə  yeniləşdirilməsinin 
iqtisadi  faydalılığını  hesablamaqdan  ibarətdir.  İstehsalın 
konkret şəraitinin düzgün müəyyən edilməsi səbəbindən maya 


 
 
29 
 
dəyərinin  kalkulyasiyası  üçün  hesablama  parametrlərinin  ək-
səriyyəti təxmini olur. 
Plan  və  normativ  kalkulyasiyası  bu  və  ya  digər  məhsul 
növlərinin  istehsalının  qənaətliliyinə  nəzarət  olunmasına 
xidmət  edir. Başqa sözlə desək həmin məhsulların istehsalı  və 
satışına sərf edilən məsrəflərin etalonu rolunu oynayırlar. Onlar 
istehsal və satışın real şəraitini daha tam və müfəssəl nəzərə ala 
bilir  və  konkret  texnoloji  proseslərə  müstəqim  və  qeyri-
müstəqim xərclərin qabaqcadan müəyyən edilmiş normativlərə 
və smetalara əsaslanırlar. 
Faktiki  maya  dəyərinin  kalkulyasiyası  müəssisədə  iqti-
sadi hesablamaların aparılması sistemində xüsusi yer tutur. O, 
müəyyən  növ  məhsulun  istehsalına  və  satışına  çəkilən  həqiqi 
xərcləri  əks  etdirmək  qabiliyyətinə  malikdir.  Hesabat  kalkul-
yasiyası  istehsalın  təşkili  və  idarəedilməsi  üzrə  qəbul  edilən 
qərarların  faktiki  səmərəliliyini  qiymətləndirmək  üçün  baza 
rolunu  oynayır  və  maya  dəyəri  planının  yerinə  yetirilməsi  və 
onun aşağı salınması ehtiyatlarının aşkara çıxarılması üzərində 
nəzarət vasitəsidir. 
 
3.2. Material ehtiyatlarının uçotu üsulları və kalkulyasiya 
obyektləri arasında bölüşdürülməsi 
 
İstehsal edilən məhsulun (iş və xidmətin) maya dəyərində 
yüksək  xüsusi  çəkiyə  malik  olan  material  məsrəflərinə:  xam-
mal və  materiallar, satın alınmış  məmulatlar və yarımfabrikat-
lar,  kənar  təşkilatların  istehsal  xarakterli  xidmətləri,  texnoloji 
məqsəd  üçün  istifadə  edilən  yanacaq  və  elektrik  enerjisi  və  s. 
daxildir. 
İstehsal prosesində material resurslarının istehlakının uç-
otu aşağıdakı prinsiplərə riayət etməlidir: 
1.  İstehlak  edilən  material  resurslarının  düzgün  qiymət-
ləndirilməsi; 


 
 
30 
 
2.  Faktiki  material  sərfinin  mövcud  normalara  uyğunlu-
ğunu  müəyyən  etmək,  normadan  kənarlaşmaların  səbəblərini 
aydınlaşdırmaq; 
3. Material resursları məsrəflərinin uçot  ilə kalkulyasiya 
obyektləri arasında düzgün bölüşdürülməsi
4. İstehsalatda material resurslarının saxlanılması üzərin-
də nəzarət. 
Material  resursları  istehsalata  buraxılarkən  aşağıdakı 
üsullarla qiymətləndirilir: 
1. Hər bir material vahidinin maya dəyəri ilə
2. Orta maya dəyəri ilə
3. Material qiymətlərinin vaxta görə  birinci  alınan mate-
rialların maya dəyəri ilə. 
Material resurslarının qiymətləndirilməsi variantı müəssi-
sənin  özü  tərəfindən  müstəqil  olaraq  seçilir  və  müəssisənin 
uçot siyasətində təsdiq olunur. 
Materialların istehsalatda istifadəsinin uçotu sənədləşdir-
mə, partiyalı biçmə və inventar yolu ilə aparılır. Müəssisələr is-
tehsalın təşkili və texnoloji xüsusiyyətlərini nəzərə alaraq isteh-
sala  buraxılan  materialların  digər  üsullarını  işləyib  hazırlayıb 
tətbiq edə bilərlər. 
Sənədləşdirmə  metodunda  məhsula  sərf  edilən  xammal 
və əsas materiallara onların maya dəyərinə limit – yığma kart-
larının  (M-8 N-li forma) və Tələbnamə - qaimənin məlumatla-
rına əsasən daxil edilir. 
Materiallar  istehsalatda  emal  edilərkən  tullantılar  əmələ 
gəlir ki, bunlar da qaytarılan və qaytarılmayan olmaqla iki yerə 
bölünür.  Qaytarılan  tullantıların  dəyəri  məhsul  istehsalına  sərf 
edilən material məsrəflərini azaldır. Anbara qaytarılan tullantı-
lar  qaimə  ilə  rəsmiləşdirilir.  Qaytarılmış  tullantıların  dəyəri 
mümkün  istifadə  qiyməti  ilə  təyin  edilir  və  aşağıdakı  yazılışla 
rəsmiləşdirilir. 
Debet 201 “Sair materiallar” sub hesabı 
Kredit 202 “İstehsal məsrəfləri”. 
Partiya üsulunda uçot kartına əsasən hər bir tapşırıq üçün 
istehsalatın  müəyyən  miqdar  (partiya)  material  buraxılır.  Bu 
üsulun üstünlüyü ondan ibarətdir ki, istehsalata buraxılan parti-
yalar üzərində nəzarət etməyə imkan verir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə