Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   67

 
 
52 
 
5.2. Məsrəflərin uçotunun və məhsulun maya dəyəri 
kalkulyasiyası metodlarının ümumi xarakteristikası
 
 
İstehsal prosesinin uçotunun sonuncu mərhələsi məsrəflə-
rin ayrı-ayrı məhsullar arasında bölüşdürülməsi və məhsul va-
hidinin  maya  dəyərinin  hesablanmasıdır.  İstehsalın  xarakterin-
dən,  texnoloji  xüsusiyyətindən,  tipindən,  növündən  və  istehsal 
edilən  məhsulların  müxtəlifliyindən  asılı  olaraq    məsrəflərin 
uçotu və məhsulun maya dəyəri kalkulyasiyasının müxtəlif me-
todlarından istifadə edilir. İstehsal məsrəflərinin uçotu və məh-
sulun  maya  dəyərinin  kalkulyasiyası  məsrəflərin  kalkulyasiya 
obyektləri  üzrə  (xərc  maddələri  göstərilməklə)  uçotu  və  həm 
bütövlükdə əmtəlik məhsulun, həm də ayrı-ayrı  məhsul növlə-
rinin maya dəyərinin hesablanmasını özündə ehtiva edir. 
Ümumiyyətlə  müxtəlif  ölkələrdə  fəaliyyət  göstərən 
müəssisə  və  təşkilatlarda  məsrəflərin  uçotunun  məhsulun  (iş, 
xidmətin)  maya  dəyərinin  hesablanmasının  və  bu  əsasda  ayrı-
ayrı məhsul növlərinin  maya dəyərinin kalkulyasiyasının sadə, 
proseslər,  mərhələ,  sifariş  və  normativ  metodlarından,  ABC, 
JİT,  Target  -  Kosting  və  Kayzen  –  Kosting  kimi  modellərdən 
və  nəhayət  Standart  –  Kosting,  Direkt  –  Kosting  kimi  sistem-
lərdən istifadə edilir. 
Məsrəflərin  uçotu  və  məhsulun  maya  dəyəri  kalkulyasi-
yası sadə istehsalatda (neft, kömür, filiz, qaz çıxarmada, istilik 
və elektrik enerjisi istehsalı  və  s.) mürəkkəb texnoloji  prosesli 
istehsalatlara  (metallurgiya,  maşınqayırma,  toxuculuq  və  s.) 
nisbətən çox mürəkkəb deyil. 
Əgər sadə məhsul istehsal edilirsə, yəni məhsul ayrı-ayrı 
hissələrdən, qovşaqlardan ibarət deyilsə, ona hazır məhsul kimi 
yalnız bir kalkulyasiya tərtib edilir. 
Əgər  məhsul  mürəkkəbdirsə,  o  zaman  hazır  məhsulun 
kalkulyasiyası  ilə  yanaşı  həmin  məhsulun  təkibinə  daxil  olan 
yarımfabrikatlar  (qovşaqlar,  hissələr  və  s.)  üçün  kalkulyasiya 


 
 
53 
 
tərtib edilir ki, bu son hazır məhsulun kalkulyasiyasını mürək-
kəbləşdirir. 
Sənaye  müəssisələrində  məhsulun  maya  dəyərinin  plan-
laşdırılması, uçotu və kalkulyasiyasına dair təlimatda  məsrəf-
lərin uçotu  məhsulun maya  dəyəri kalkulyasiyasının  dörd  əsas 
metodu (sifariş, mərhələ, normativ və sadə metod) nəzərdə tu-
tulmuşdur. 
İstənilən  metodun  tətbiqinin  ən  mühüm  şərtləri  aşağıda-
kılardır: 
a) material və əmək sərfi normalarının və istehsal vəsait-
lərinin  istifadəsi  normativlərinin,  idarəetmə  və  istehsalat  xid-
məti üzrə smetaların zəruriliyi
b)  qüvvədə  olan  normaların  dəyişilmələrinin  uçotunun 
təşkili; 
c) faktiki xərclərin normalardan kənarlaşmalarının uçotu-
nun təşkili. 
Məhsul vahidinə xammal, material və əmək sərfi norma-
larının dəyişilməsi yeni texnika və texnologiyanın tətbiqi, əmək 
və  istehsalın  təşkilinin  yaxşılaşdırılması  və  digər  tşəkilati-tex-
niki tədbirlərin həyata keçirilməsi ilə bağlıdır. Ona görə də təş-
kilat, texniki tədbirlərin yerinə  yetirilməsi  üzərində nəzarət  et-
mək və məsrəf normalarını faktiki məsrəflərlə müqayisə etmək 
məqsədilə normaların dəyişilməsi haqqındakı bildirişləri rəsmi-
ləşdirmək yolu ilə istifadədə olan normaları dəqiqləşdirmək və 
bu dəyişiklikləri uçota almaq lazımdır. Məsrəf normalarının ca-
ri  dəyişmələri  və  eləcə  də  tətbiq  olunan  normalar  müəssisənin 
müvafiq vəzifəli işçisi tərəfindən təsdiq edilməlidir. Normalar-
da  edilən  dəyişikliklər  barədə,  onlar  istifadəyə  verilənə  qədər 
sex  və  şöbələrə  xəbərdarlıq  edilməlidir.  Cari  məsrəf  normala-
rından  kənarlaşmaların  uçotu  maya  dəyərinin  aşağı  salınması 
ehtiyatlarının  aşkara  çıxarılması  və  istifadəyə  cəlb  edilməsi, 
eləcə də hesabat kalkulyasiyasının tərtib edilməsi üçün mühüm 
əhəmiyyətə malikdir. 


 
 
54 
 
Faktiki  məsrəflərin  normativlərinə,  normalarına  və  sme-
talarına  nəzarət  edilməsini  təmin  etmək  məqsədi  ilə  faktiki 
məsrəflərin uçotu cari mühasibat uçotunda normalar üzrə xərc-
ləri  və  normadan  kənarlaşmaların  uçotuna  bölünməlidir.  Bu 
uçotun  təşkili  istehsalın  təşkili  və  texnoloji  xüsusiyyətləri  və 
buraxılan  məhsulun  nomenklaturası  və  emal  mürəkkəbliyi  ilə 
bağlıdır. Ona görə də məsrəflərin cari normalardan kənarlaşma-
larının mühasibat  uçotu sənayenin  ayrı-ayrı sahələrində  sahəvi 
təlimatlara uyğun olaraq təşkil edilir. 
Cari  məsrəf  normalarından  kənarlaşmaların  uçotunun  ən 
çox geniş yayılmış və mütərəqqi üsullarından biri də normalar-
dan kənarlaşmalar, partiyalarla biçmə, eləcə  də analitik hesab-
lamalar  əsasında  faktiki  xərclərin  normalarla  müqayisəsi  və  s. 
əməliyyatların sənədləşdirilməsidir. Məsrəflərin uçotu və məh-
sulun  maya  dəyəri  kalkulyasiyasının  yuxarıda  sadalanan  me-
todları, 
modelləri 
və 
sistemlərindən 
vəsaitin 
digər 
mövzularında  daha  geniş  izah  edildiyinə  görə  burada  onlar 
haqqında bəhs edilməyəcək. 
Məsrəflərin  uçotu  və  məhsulun  maya  dəyəri  kalkulyasi-
yasının  sadə  və  yaxud  birmərhələli  metodunda  müstəqim  və 
qeyri-müstəqim xərclər bütün məhsulun kalkulyasiya maddələ-
ri üzrə aparılır. Bununla əlaqədar olaraq məhsul vahidinin ma-
ya  dəyəri  ay  ərzində  sərf  edilmiş  bütün  xərcləri  həmin  dövrdə 
istehsal edilmiş məhsulun cəmi miqdarına bölməklə hesablanır. 
Bu metod əsasən bir növ məhsul buraxan kütləvi istehsal müəs-
sisələrində  tətbiq  edilir.  Bu  istehsalatlarda  bitməmiş  istehsal 
qalığı çox cüzi miqdarda olur və  yaxud sabit (stabil) və yaxud 
da ki, heç olmur. 
 
5.3. Məsrəflərin uçotunun və məhsulun maya dəyəri 
kalkulyasiyasının proseslər üzrə metodu 
 
Məsrəflərin  uçotu  və  məhsulun  maya  dəyəri  kalkulyasi-
yasının proseslər üzrə metodu bir və  yaxud bir neçə növ məh-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə