Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə1/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   67


 
 

 
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 
BAKI BİZNES UNİVERSİTETİ 
 
X.C.ƏZİZOVA 
 
 
 
 
 
 
 
“Məhsulun maya dəyərinin kalkulyasiyasi” 
fənninin tədrisinə dair 
 
 
 
DƏRS VƏSAİTİ 
 
 
 
 
                                          Dərs     vəsaiti      Bakı    
                 Biznes  Universitetinin  
__.__.2016-cı  il tarixli  
 __    saylı     əmri     ilə  
təsdiq          edilmişdir. 
 
 
 
 
 
 
 
Bakı – 2016 


 
 

 
Dərs vəsaiti Bakı Biznes Universitetinin Elmi şurasının 
22 sentyabr 2016-cı il tarixli 01 saylı qərarı ilə təsdiq edilmiş-
dir. 
 
Elmi redaktor:       prof. İ.A.Məmmədov 
 
Rəyçilər:                 i.e.d., prof. İ.M.Abbasov 
i.f.d. A.S.Cabbarov 
ADİU-nun “Mühasibat uçotu  
və audit” kafedrasının müdiri: 
i.e.d., prof. S.M.Səbzəliyev 
ADİU-nun “Mühasibat uçotu  
və audit” kafedrasının müəllimi: 
i.e.d., prof. F.Ş.Hacıyev 
    
Əzizova X.C. 
“Məhsulun  maya  dəyərinin  kalkulyasiyası”  dərs  vəsaiti. 
Bakı – 2016. 
 
Dərs  vəsaitinin  qarşısında  duran  əsas  vəzifə  məhsulun 
maya dəyəri kalkulyasiyası ilə bağlı olan bütün işlərdə ənənəvi 
metodlardan fərqli olaraq bazar iqtisadiyyatının tələblərinə uy-
ğun olan  yeni metod və modellərin tətbiqindən ibarətdir. Fən-
nin mühasibat uçotunun digər növlərindən əsas fərqi məhsulun 
maya dəyərinin kalkulyasiyasını “Maya dəyəri – Mənfəət – Sa-
tış qiyməti” prinsipindən “Satış qiyməti – Maya dəyəri – Mən-
fəət” prinsipinə çevirməkdən və məhsulun maya dəyəri kalkul-
yasiyasına  istehsalın  həcminin  planlaşdırılması  zamanı  deyil 
məhsul  layihələndirilən  (proqnozlaşdırılan)  zaman  başlanılma-
sından ibarətdir.  
Dərs vəsaitində məhsulun maya dəyəri kalkulyasiyasının 
nəzəri əsasları, prinsipləri, vəzifələri təşkilati-praktik məsələlə-
ri və metod və modelləri şərh edilmişdir.  
Dərs  vəsaiti  təhsilin  bakalavr  səviyyəsində  “Mühasibat 
uçotu və audit” ixtisası üzrə təhsil alan tələbələr üçün yazılmış-
dır. Dərs vəsaitindən digər iqtisad yönümlü ixtisaslar üzrə təh-
sil alan tələbələr, magistrlər, mühasibat uçotunun nəzəri və təc-
rübi işləri ilə məşğul olan mütəxəssislər də istifadə edə bilərlər. 
Müəllifin  oxuculara  müraciəti:  Dərs  vəsaiti  Azərbaycan 
dilində ilk dəfə qələmə alındığı üçün səhvlərdən çox ehtimal ki
xali  deyil.  Nəzərinizə  çarpan  çatışmazlıqları  və  təkliflərinizi 
göstərilən ünvana göndərməyinizi xahiş edirəm. 
 
Əzizova.X.C., 2016 
Bakı Biznes Universiteti, 2016 


 
 

 
G İ Rİ Ş 
 
Rəqabətə əsaslanan iqtisadiyyat təsərrüfatın səmərəli ida-
rə  olunmasını, informasiya texnologiyaları və bütün  yeni mü-
tərəqqi  nailiyyətlərin  ardıcıl  və  aktiv  surətdə  tətbiqini  tələb 
edir. Belə bir şəraitdə mühasibat uçotunun, xüsusi ilə onun son 
illərdə inkişaf etmiş, dar ixtisaslaşmış bir sahəsi  olan “Məhsu-
lun  maya  dəyərinin  kalkulyasiyası”  kursunun  rolu  ölçüyə  gəl-
məz dərəcədə  artmışdır. İqtisadi  münasibətlərin  müasir inkişaf 
səviyyəsində yalnız istehsal məsrəflərinin alınan gəlirlərlə mü-
qayisə  edilməsi  tələb  olunmur,  eyni  zamanda  müəssisənin  is-
tehsal,  kommersiya  və  maliyyə  fəaliyyətinə  qoyulan  hər  bir 
manatın  səmərəli  istifadəsi  yollarının  aşkara  çıxarılması 
sahəsində aktiv axtarış aparılmalıdır. 
Mühasibat  uçotunun  ən  mühüm  sahələrindən  biri  də 
məhsulun  maya  dəyərinin  kalkulyasiyasıdır.  Kursun  adından 
göründüyü  kimi  kalkulyasiya  maya  dəyərinin  tərkibini, 
formalaşmasını,  onun  müxtəlif  əlamətlər  üzrə  təsnifatını,  uçot 
obyektlərinin,  məsuliyyət  mərkəzlərinin  təyin  edilməsi  kimi 
məsələləri də özündə ehtiva edir. Bu bir də onunla bağlıdır ki, 
kalkulyasiya  dedikdə  “Məhsul  vahidinin  maya  dəyərinin  xərc 
maddələri  üzrə  hesablanması”  başa  düşülür.  Ona  görə  də  dərs 
vəsaiti    yazılarkən  kalkulyasiyanın  iqtisadi  mahiyyətinin 
açıqlanması ilə yanaşı maya dəyərinin formalaşmasına da geniş 
yer  verilmişdir.  Sintetik  göstərici  olmaqla  məhsulun  maya 
dəyərində 
müəssisənin 
istehsal-təsərrüfat 
və 
maliyyə 
fəaliyyətinin  bütün  tərəfləri  əks  etdirilir.  Belə  ki,  müəssisənin 
əldə etdiyi mənfəətin həcmi və rentabellik səviyyəsi məhsulun 
maya  dəyəri  səviyyəsindən  asılıdır.  İstehsal  prosesində  əmək, 
material  və  maliyyə  resurslarından  nə  qədər  qənaətlə  istifadə 
edilərsə  istehsalın  səmərəlilik  səviyyəsi  də  bir  o  qədər  yüksək 
olacaqdır. 


 
 

 
Mühasibat uçotu sahəsində mövcud olan normativ-hüqu-
qi  sənədlərin,  proqramın  tələbləri  nəzərə  alınaraq  yazılmışdır.  
Dərs vəsaitində istehsal sferasının ayrı-ayrı sahələrində məsrəf-
lərin uçotunun  təşkilinin  və maya dəyəri kalkulyasiyasının xü-
susiyyətlərinə xüsusi yer verilmişdir. 
“Məhsulun  maya  dəyəri  kalkulyasiyası”nın  tədrisinin 
məqsədi  təhsilin  bakalavr  pilləsində  tələbələrdə  məsrəflərin 
uçotu  və  məhsulun  maya  dəyəri  kalkulyasiyasının  təşkili  və 
metodologiyası  üzrə  nəzəri  biliklərin  və  təcrübi  vərdişlərin 
aşılanmasından  ibarətdir.  Kursun  tədrisi  “Mühasibat  uçotu  və 
audit”  ixtisası  üzrə  təhsil  alan  tələbələr  üçün  nəzərdə 
tutulmuşdur. Bu ixtisas üzrə təhsil alan tələbələr kursun tədri-
sindən  aldıqları  bilik  nəticəsində  təsərrüfatı  səmərəli  idarə  et-
mək, səhvsiz qərar qəbul etmək və onların inkişaf təmayüllərini 
qabaqcadan görmək qabiliyyətinə malik olacaqdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə