Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə7/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   67

 
 
20 
 
Məhsulun  maya  dəyərinin  kalkulyasiyası  kursunun 
predmetinin  həyata  keçirilməsi  üçün  normativ,  mərhələ, 
proseslər,  sifariş  kimi  metodlardan,  ABC,  SİT,  Target  – 
Kosting  və  Kayzen  –  Kosting  kimi  modellərdən,  Standart  – 
Kosting və Direkt – Kosting kimi sistemlərdən istifadə edilir. 
Məhsulun (iş və xidmətlərin) maya dəyərinin kalkulyasi-
yası kursu öz işini “Müəssisənin iqtisadiyyatı”, “Planlaşdırma”, 
“Qiymətin əmələ gəlməsi”, “Statistika”, “İqtisadi təhlil”, “Mü-
hasibat  uçotunun  nəzəriyyəsi”,  “Maliyyə  uçotu”  və  xüsusilə 
“İdarəetmə uçotu” fənləri ilə qarşılıqlı əlaqədə qurur. 
 
2.2. Məhsulun maya dəyərinin kalkulyasiyasının obyektləri 
 
Məhsulun maya dəyərinin  kalkulyasiyası özündə məsrəf-
lərin,  onların  daşıyıcıları  üzrə  qruplaşdırılmasını  ehtiva  edir. 
Kalkulyasiyalaşdırmanın  obyekti  kimi  –  məsrəf  daşıyıcıları 
adətən  son  məhsul,  işlər  və  xidmətlər  çıxış  edirlər,  hansı  ki 
bunların istehsalı və satışı həmin müəssisənin fəaliyyətinin əsas 
məqsədi hesab olunur. Bunlara eyni zamanda məhsulun və ya-
rımfabrikatların ayrı-ayrı tərkib hissələrini, köməkçi və xidmət-
çi  istehsalatların  xidmətlərini  də  (əgər  onlar  kənara  satılırsa) 
aid etmək olar. 
Məhsullar maddi və qeyri-maddi (elektrik və istilik ener-
jisi,  nəqliyyat  xidməti,  təmir  işləri  və  s.)  şəkildə  olmaqla  iki 
yerə  ayrılır.  Buna  uyğun  olaraq  kalkulyasiyalaşdırma  obyekt-
lərini  fərdi  və  qrup  obyektlərinə  ayırmaq  olar.  Bir  kalkulya-
siyalaşdırma qrupuna eynicinsli  məmulatları və  xidmət  növlə-
rini  birləşdirmək  olar,  hansı  ki,  bunların  istehsalı  üçün  bir  və 
yaxud  eynicinsli  material  və  eyni  növ  avadanlıq  tələb  olunur. 
Hazır məhsul və yarımfabrikat buraxılışı ilə yanaşı sərf edilmiş 
vaxtın ölçü vahidi, əməktutumu, maşıntutumu və s. göstəricilər 
də kalkulyasiyalaşdırıla bilər. 


 
 
21 
 
Ayrı-ayrı  məhsul  növləri  vahidinin  maya  dəyərinin  he-
sablanması onların istehsal və satışının rentabelliyini, müəssisə 
üçün  faydalılıq  dərəcəsini  qiymətləndirməyə  imkan  verir  və 
qiymətəmələgəlmədə  düzgün  istiqamətlənməyə  imkan  verir. 
Maya dəyərinin kalkulyasiyasından məhsul buraxılışının həcmi 
və quruluşu haqqında qərarın əsaslandırılması, məhsulu özünün 
istehsal  etməsi  və  yaxud  kənardan  satın  alınması  probleminin 
həll  edilməsi,  qiymətin  ən  aşağı  həddinin  müəyyən  edilməsi 
kimi  işlərdə  istifadə  edilir.  Qüvvədə  olan  mövcud  qanunve-
riciliyə  uyğun  olaraq  xammal  və  material  ehtiyatları,  hazır 
məhsul  və  yarımfabrikatlar,  bitməmiş  istehsal  maliyyə 
hesabatları  tərtib  edilərkən  balansda  onların  satınalma 
qiymətləri  və  tam  maya  dəyəri  ilə  qiymətləndirilir.  Bu  rəqəm 
məlumatlarını  isə  yalnız  məhsul  vahidinin  və  bütövlükdə 
əmtəəlik  məhsul  buraxılışının  maya  dəyərinin  kalkulyasiyası 
əsasında hesablamaq olar. Əksəriyyət müəssisələr üçün məhsul 
vahidinin  maya  dəyərinin  kalkulyasiyalaşdırılması  işi  olduqca 
könüllülük  prinsipinə  əsaslanır  və  kommersiya  sirrinin 
predmeti  hesab  olunur.  Belə  ki,  müəssisə  kalkulyasiyanın 
obyektlərini,  metodunu  və  dövriliyini  özü  sərbəst  seçir. 
Alıcıların  fərdi  sifarişi  üzrə  məhsul  istehsal  edilirsə,  xüsusi 
təyinatlı  məmulatlar  üzrə  (məsələn,  hərbi  müddəti  xarakterli) 
kalkulyasiya  edilirsə  istehsala  müəssisə  məsrəflərin  tərkibi  və 
onların  hesablanması  metodu  barədə  sifarişçi  ilə  razılaşmalar 
aparır.  Bu  kateqoriya  sifarişlərin  qiymətini:  məmulatın  tam 
maya  dəyəri  üstəgəl  (+)  razılaşdırılmış  mənfəət  məbləği 
prinsipi  ilə  təyin  edilir.  Belə  məhsulların  kalkulyasiya  qaydası 
sifarişçi  təşkilatla  razılaşmaq  şərti  ilə  qüvvədə  olan  mövcud 
normativ-hüquqi sənədlərlə tənzimlənir. 
Məsrəfləri  məhsul,  iş 
və  xidmət  növləri  üzrə 
qruplaşdırarkən aşağıdakı iki əsas şərtə riayət etmək lazımdır: 
1.  Xərclər  vaxt  nöqteyi-nəzərdən  məhdudlaşdırılmalıdır, 
yəni müəyyən hesabat dövründə (ay, rüb, il) aid edilməlidir. 


 
 
22 
 
2.  Məsrəflər  birbaşa  və  dolayı  bölüşdürülmə  yolu  ilə 
məsrəf daşıyıcılarının konkret  növünə  və  yaxud qruplarına aid 
edilməlidir. 
Məsrəflərin  hesablanması  və  maya  dəyəri  kalkulyasiyası 
dövrü  nə  qədər  qısa  olarsa  məsrəflərin  hazır  məhsul  və 
bitməmiş istehsal arasında bölüşdürülərkən daha çox problem-
lər  ortaya  çıxa  bilər,  daha  çox  mümkün  ola  bilən  səhvlər 
buraxıla bilər. 
Kalkulyasiya  hesablamalarının  operativliyini  və  dəqiq-
liyini təmin etmək üçün aşağıdakı tələblərə əməl edilməlidir: 
1.  Müəssisədə  özündə  buraxılış  proqramına  daxil  olan 
bütün  detallar,  yarımfabrikatlar, məmulatlar və  işlər üzrə  miq-
dar (kəmiyyət) ölçüsündə məsrəf normalarını birləşdirən (ehti-
va edən) müştərək normativ təsərrüfatının işlənib hazırlanması 
2. Texniki və məxaric sənədləşdirmələrin sahmana salın-
mış yaxşı sistemi, istehsal və satış şərtlərinin dəyişilməsinin və 
müvafiq məsrəf normalarının vaxtında uçota alınması 
3.  İqtisadi  informasiyanın  müasir  avtomatlaşdırılmış  sis-
temə daxil edilməsinin işlənib hazırlanması. 
 
2.3. Kalkulyasiya obyektləri ilə uçot obyektlərinin qarşılıqlı 
əlaqəsi 
 
Məsrəflərin  uçotu  ilə  məhsulun  faktiki  maya  dəyərinin 
kalkulyasiyası  arasındakı  sıx  qarşılıqlı  əlaqə  və  qarşılıqlı 
asılılıq vardır. Bu bir tərəfdən onunla izah edilir ki, məhsulun 
maya  dəyərinin  hesablanmasının  əsasını  istehsal  məsrəflərinin 
mühasibat  uçotunun  rəqəm  məlumatları  təşkil  edir,  digər 
tərəfdən  məsrəflərin  uçotu  elə  təfsilatda  təşkil  edilir  ki,  maya 
dəyərinin  kalkulyasiyasını  ayırmaq  mümkün  olmur.  Kalkulya-
siya bir sıra ardıcıl hesablamalardan ibarətdir ki, bu da kalkul-
yasiya maddələri üzrə uçota alınan məsrəflərin məhdudlaşdırıl-
ması,  məsrəflərin  uçotu  və  məhsulun  maya  dəyəri  kalkulyasi-


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə