Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
17 
 
maksimum  həddi  müəyyənləşdirilib.  Məsələn  maşın  və 
avadanlıqlar üzrə köhnəlmə normaları həmin avadanlığın qalıq 
dəyərinin  25  faizindən  artıq  ola  bilməz.  Əmək  haqqı  xərcləri 
material  xərcləri,  social  ayırmalar  və  bu  kimi  xərclər 
məhdudlaşdırılmır.  
Beləliklə,  maya  dəyərinə  daxil  edilən  xərclərin  hüquqi 
tənzimənməsi  heçdə  müəssisələrdə  maya  dəyərinin  düzgün 
hesablanmasına  deyil  vergiyə  cəlb  olunan  mənfəətin  düzgün 
hesablanmasına  əsaslanır.  Bu  isə  müasir  şəraitdə  təsərrüfat 
subyektlərində  məhsulun  maya  dəyərinin  kalkulyasiyasının 
hesablanmasına  bazaar  iqtisadiyyatının  tələblərinə  əsasən 
sərbəstliin verilməsi şərtləndirir. Bu baxımdan hər bir müəəsisə 
rəhbəri vergi  məcəlləsinin tələbləini  nəzərə almaqla idarəetmə 
uçotu  səviyyəsində  maya  dəyərinin  hesablanması,  xərclərin 
təsnifatı,  üstəlik  xərclərin  bölüşdürülməsi,  bölgü  bazası  və  bu 
kimi məsələləri əhatə edən elmi əsaslandırılmış uçot siyasətini 
hazırlanmasını təmin etməlidir.  
 
MÖVZU 2. MƏHSULUN MAYA DƏYƏRİNİN 
KALKULYASİYASI KURSUNUN PREDMETİ VƏ 
OBYEKTLƏRİ 
 
2.1 Məhsulun maya dəyərinin kalkulyasiyası fənninin 
predmeti. 
 
İstehsal  müəssisələrinin  idarə  edilməsi  dedikdə,  əsasən, 
qarşıya  konkret  vəzifələrin  qoyulması,  optimal  qərarların 
qəbulu  və  nəzarətin  təşkili,  cari  tənzimləmə  və  təsərrüfat 
fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi başa düşülür. Bü-
tün bu sadalanan vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi 
üçün idarəetmə  lazımi  informasiyalarla təmin edilməlidir.  Əks 
təqdirdə, müasir bazar və rəqabət şəraitində müəssisə öz fəaliy-
yətinə  son  qoya  bilər.  Müəssisənin  informasiya  sistemi  çox 


 
 
18 
 
mürəkkəb, çoxşaxəli və çətin idarə olunan bir sahədir. Hər şey-
dən  əvvəl  onu  qeyd  edək  ki,  informasiya  sistemi  bir-biri  ilə 
qarşılıqlı  asılılıqda  konstruktiv,  texnoloji  və  iqtisadi  informa-
siya olmaqla üç altsistemə ayrılır. Yeri gəlmişkən qeyd edək ki, 
idarəetmə  qərarlarının  qəbul  edilməsində  iqtisadi  informasiya 
öz həcminə və mahiyyətinə görə bütün bu altsistemlərin arasın-
da  yüksək xüsusi çəkiyə  malikdir. Onu  da qeyd edək ki,  iqti-
sadi  informasiya özü də -  plan, normativ (normalar, normativ-
lər,  tarif  dərəcələri,  qiymət  kataloqları  və  s.),  uçot  (mühasibat 
uçotu, statistik və operativ uçot) və sair informasiyalara  (audit 
yoxlamalarının  materialları,  digər  təşkilatlarla  işgüzar  ya-
zışmalar)  ayrılır.  İqtisadi  informasiyanın  ümumi  məcmusunda 
mühasibat uçotu informasiyanın 60 faizini təşkil edir. 
Bütövlükdə  mühasibat  uçotu  mühasibat  uçotunun 
nəzəriyyəsi,  maliyyə  uçotu  və  idarəetmə  (istehsalat)  uçotu 
olmaqla  üç  yerə  ayrılır.  Lakin  bazar  münasibətlərinin  istehsal 
müəssisələrinin  qarşısında  qoymuş  olduğu  vəzifə  və  tələblər 
mühasibat  uçotu  elminin  daha  da  dərinləşməsinə,  onun  şaquli 
və üfüqi  istiqamətdə  inkişafının  irəliləməsini tələb edir. Başqa 
sözlə desək sadaladığımız üç növ mühasibat uçotu idarəedicilə-
ri yenə də istənilən səviyyədə lazımi informasiya ilə təmin edə 
bilmir. Fikrimizcə elə bu səbəbdən də mühasibat uçotunun yeni 
bir şaxəsi  olmaqla “Məhsulun maya dəyərinin kalkulyasiyası” 
kursu  meydana  gəlmişdir.  Yuxarıda  adı  çəkilən  üç  növ  mü-
hasibat uçotunun hər birində ayrı-ayrılıqda özlərinin predmetlə-
ri (yəni öyrəndiyi sahələr) və öz predmetlərini öyrənmək üçün 
tətbiq  etdikləri  metodları  vardır.  Lakin  “Məhsulun  maya 
dəyərinin  kalkulyasiyası”  kursuna  dair  nəzərdən  keçirdiyimiz 
ədəbiyyatlarda kursun predmetinin adı çəkilmir. Ədəbiyyatlar-
da kursun obyektləri və həmin obyektləri öyrənmək üçün tətbiq 
edilmiş olan metod və sistemlər  haqqında olduqca geniş fikir-
lər,  arqumentlər  və  şərhlər  vardır.  Amma  ayrıca  heç  olmasa 
yığcam formada olsa da kursun predmetinə toxunulmur. 


 
 
19 
 
İdarəetmə uçotu bütövlükdə istehsalatın uçotundan (məs-
rəflərin, məhsul çıxımının maya dəyərinin və s.)  bəhs etməklə 
idarəetmə qərarlarının qəbulu üçün lazım olan informasiyaların 
toplanması,  işlənilib  hazırlanması  və  idarədaxili  rəhbərliyə 
çatdırılması ilə məşğul olur. 
Məhsulun  maya  dəyərinin  kalkulyasiyası  idarəetmə 
uçotunun  daha  xüsusiləşmiş,  ixtisaslaşmış  bir  sahəsidir  ki,  bu 
da  müəssisənin  istehsal  təsərrüfat  fəaliyyətindəki  rolu  nəzərə 
alınmaqla xüsusi bir elm sahəsi kimi formalaşmışdır.  
Mövcud ədəbiyyatlarda  kalkulyasiya və  yaxud kalkulya-
siyalaşdırma anlayışları və onlara verilən tələblərdə  də müxtə-
liflik nəzərə çarpır. 
Bəzi müəlliflər “Məhsul vahidinin maya dəyərinin hesab-
lanması”na kalkulyasiya deyilir kimi tərif verir. Bu kalkulyasi-
yanın  tərifi  deyil, elə  məhsul vahidinin  maya dəyərinin hesab-
lanmasıdır. 
Məhsul (iş, xidmət) vahidinin maya dəyərinin xərc mad-
dələri üzrə hesablanmasına kalkulyasiya deyilir. Kalkulyasiya-
laşdırma  dedikdə  məsrəflərin  onların  daşıyıcıları  (sex,  axın, 
briqada,  məsuliyyət  mərkəzi,  mərhələlər,  sifarişlər,  proseslər) 
üzrə qruplaşdırılması başa düşülür. 
Kalkulyasiyalaşdırmanın öyrəndiyi obyektlərə məsrəf da-
şıyıcılarının (məhsul, iş, xidmət), istehsal edilən məhsulların və 
yarımfabrikatların, köməkçi  və  xidmətedici  istehsalatların xid-
mətlərinin tərkib hissələrinin, məsrəflərin uçotu və məhsul va-
hidinin  maya  dəyərinin  kalkulyasiyası  metodlarının  və  model-
lərinin  seçilməsi,  kalkulyasiya  obyektlərinin  fərdi  və  qrup  ob-
yektlərinə  ayrılması,  birbaşa  və  dolayı  bölüşdürülmə  üsulları-
nın  müəyyən  edilməsi,  smeta,  plan,  faktiki,  normativ,  aylıq, 
rüblük  kalkulyasiyaların  tərtibi,  marjinal  kalkulyasiyanın  he-
sablanması və s. daxildir. Bütün bu sadalanan obyektlərin məc-
musu “Məhsulun maya dəyərinin kalkulyasiyası”nın predmeti-
ni təşkil edir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə