Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə4/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   67

 
 
11 
 
sablanır, ikincidə hər bir məhsul növü üzrə faktiki maya dəyəri 
hesablanır, üçüncüdə məhsul, iş və xidmət vahidinin maya də-
yəri hesablanır. 
Məhsulun  maya  dəyərinin  kalkulyasiyası  mürəkkəb  bir 
prosesdir  və  məsrəflərin  uçot  prosesi  ilə  növbələşir.  Məsələn, 
mərhələli  metod  şəraitində  əvvəlcə  birinci  mərhələnin  yarım-
fabrikatının maya dəyəri kalkulyasiyalaşdırılır və ikinci mərhə-
lənin  məsrəflərinə  köçürülür.  Yalnız  bundan  sonra  ikinci  mər-
hələnin məhsulunun maya dəyərinin kalkulyasiyasına başlamaq 
olar. Buna oxşar olaraq maşınqayırma zavodunda tökmə sexlə-
rində istehsal edilən tökmənin maya dəyərinin aralıq kalkulya-
siyası tərtib edilir. 
Sənayedə  məhsul  vahidinin  və  kalkulyasiya  obyektinin 
maya  dəyərinin  hesablanmasına  tətbiq  edilən  üsulların  bütün 
məcmusunu  6  üsulda  birləşdirmək  olar:  kalkulyasiyanın  nor-
mativ  üsulu,  məsrəflərin  cəmlənməsi  üsulu,  yanaşı  məhsullara 
sərf  edilən  məsrəflərin  çıxılması  üsulu,  məsrəflərin  mütənasib 
olaraq  bölüşdürülməsi  üsulu,  birbaşa  hesablama  üsulu,  kalkul-
yasiyanın kombinələşdirilməsi üsulu. 
Sənaye  müəssisəsinin  timsalında  bu  üsulların  hər  birinin 
qısa məzmununu və onların qarşılıqlı əlaqələrini nəzərdən keçi-
rək. 2  N-li sxem  kalkulyasiya üsullarının  təsnifatı və  qarşılıqlı 
əlaqələri haqqında daha geniş təsəvvür yaradır. 
Normativ  üsul məsrəflərin  uçotunun  məhsulun maya də-
yərinin kalkulyasiyasının tərkib hissəsidir. Bu üsulun tətbiqinin 
ilkin  şərti,  buraxılan  məhsul  vahidinin  normativ  maya  dəyəri-
nin  normativ  kalkulyasiyasının  tərtibi,  norma  və  normativlər-
dən  kənarlaşmaların  sənədləşdirilməsi  və  uçotu  hesab  olunur. 
Uçotun və kalkulyasiyanın normativ metodunun mahiyyəti 6-cı 
mövzuda  öyrəniləcəkdir.  Məsrəflərin  cəmlənməsi  üsulunda 
kalkulyasiya  obyektinin  və  yaxud  məhsul  vahidinin  maya  də-
yəri  məmulatın  ayrı-ayrı  hissələri  və  yaxud  onun  hazırlanma 
prosesləri müəyyən edilir. Bu üsul hər şeydən əvvəl elə istehsa-
latda tətbiq edilir ki, burada məsrəflərin uçotu mərhələlər üzrə 
aparılır.  Bu  üsuldan  kömür  şaxtalarında,  gəmiqayırmada,  bəzi 
maşınqayırma müəssisələrində istifadə olunur. 
Əlavə məhsula sərf edilən məsrəflərin çıxılması üsulunda 
kompleks  istehsalatda  alınan  məhsul  əsas  və  əlavə  məhsula 


 
 
12 
 
bölünür. Əsas məhsulun maya dəyərini hesablamaq üçün, əlavə 
məhsula kalkulyasiya tərtib edilmir, ona sərf edilən xərclər isə 
qabaqcadan  müəyyən  edilmiş  qiymətdə  məsrəflərdən  çıxılır. 
Bu  üsul  sənayenin  əlvan  metallurgiya,  neftayırma,  kimya  və 
digər  sahələrində  istifadə  edilir.  Məsrəflərin  mütənasib  bölüş-
dürülmə  üsulu  eyni  istehsalda  bir  neçə  növ  məhsul  istehsal 
edilən  zaman  məhsulun  maya  dəyərinin  kalkulyasiya  edilməsi 
üçün  və  yaxud  məsrəflərin  uçotu  eynicinsli  məmulat  qrupları 
üzrə aparıldığı halda (hansı ki məsrəfləri konkret növ məhsula 
aid etmək mümkün olmur ) istifadə edilir. 
Məsrəflərin  mütənasib  olaraq  bölüşdürülməsinə  dair 
tərkibində  bir  neçə  metal  olan  (polimetal)  filizin  zənginləşdi-
rilərkən metalın  maya dəyərinin  kalkulyasiyasını  misal  göstər-
mək olar. 
Məsələn:  laboratoriya  analizinə  görə  1  ton  filizin  tərki-
bində 20 kiloqram qurğuşun, 60 kiloqram sink və 80 kiloqram 
mis vardır. Belə olduğu halda 60% qurğuşun, 80% sink və 80% 
mis alınması nəzərdə tutulmuşdur. Filizin 1 kiloqramında olan 
qurğuşunun qiyməti 800 manat, sinkin qiyməti 600 manat, mi-
sin qiyməti 2000 manat. Zənginləşdirməyə çəkilən xərcin cəmi 
– 120000 manat; zənginləşdirilmiş filizin miqdarı – 1000 ton. 
Konsentratda  (qarışıq  filizdə)  olan  1  kiloqram  metalın 
maya dəyərini hesablamaq üçün aşağıdakı cədvəli tərtib edək: 
Birbaşa  hesablama  üsulu  daha  çox  sadədir,  dəqiqdir  və 
bu  üsulda  məmulata  və  kalkulyasiya  maddələri  üzrə  sərf 
edilmiş bütün xərclər buraxılmış məhsulun miqdarına bölünür. 
Bu  üsuldan  yalnız  bir  növ  və  yaxud  bir  neçə  növ  məhsul 
istehsal  edən  (əgər  məsrəflərin  uçotunu  ayrı-ayrı  məmulatlar 
üzrə  ayrılıqda  aparmaq  mümkündürsə)  müəssisələrdə  istifadə 
edilir. 
Məhsul  vahidinin  və  yaxud  obyektin  maya  dəyərini 
hesablamaq  üçün  kombinələşdirilmiş  üsuldan  o  vaxt  istifadə 
edilir ki, yuxarıda sadalanan üsulları ilə kalkulyasiyalaşdırmanı 
aparmaq mümkün olmasın. `Müvafiq olaraq kombinləşdirilmiş 
üsul bir neçə üsulun birləşdirilməsini özündə ehtiva edir. 


 
 
13 
 
1.4. Məsrəflərin uçotu ilə kalkulyasiyalaşdırmanın 
qarşılıqlı əlaqəsi 
 
Mühasibat uçotunun məlumatlarına əsasən məhsulun fak-
tiki maya dəyərinin kalkulyasiyasına tələblər istehsal məsrəflə-
rinin  uçotu  ilə  kalkulyasiyanın  sıx  əlaqədə  olmasını  qabaqca-
dan müəyyən  edir. Bununla  əlaqədar olaraq mərhələlərin ardı-
cıllığı meydana gəlir, yəni maya dəyərinin kalkulyasiyası isteh-
salat məsrəflərinin uçotu başa çatdıqdan sonra başlayır.  
İstehsal  məsrəflərinin uçotu  ilə məhsulun maya  dəyərinin kal-
kulyasiyası  arasındakı əlaqə və mərhələlərin ardıcıllığı 1 N-li 
sxemdə verilmişdir. Sxemdə yerinə yetirilən uçot işlərinin ardı-
cıllığı və məsrəflərin uçot və məhsulun maya dəyəri kalkulya-
siyası prosesinin mühüm mərhələləri göstərilmişdir. Bu mərhə-
lələrin sıx əlaqəli, onların qarşılıqlı asılılığını və bir-birinə olan 
təsirini  müəyyən  edir.  Bu  asılılıq  ona  görə  meydana  gəlir  ki, 
istehsalın xarakterindən, müəssisənin təşkilati strukturundan və 
buraxılan  məhsulun  nomenklaturasından    asılı  olaraq  məsrəf-
lərin uçot obyektlərinin seçilməsi kalkulyasiya obyektlərinin və 
kalkulyasiya vahidlərinin seçilməsi ilə qarşılıqlı əlaqədə həyata 
keçirilir.  
Sxemdə  istehsal  məsrəflərinin  uçotu  (mərhələ  1-13)  və 
məhsulun  maya  dəyəri  kalkulyasiyası  (mərhələ  14-17)  veril-
mişdir,  lakin, nəzərə almaq lazımdır ki, kalkulyasiyanın sada-
lanan  mərhələləri  əməliyyatların  bütün  məcmusunu  tam  əhatə 
etmir.  Əsas  istehsal  məhsullarının  maya  dəyərinin  kalkulyasi-
yasına  başlayanadək  məsrəfləri  bölüşdürmək  üçün  mütləq  kö-
məkçi  istehsalın  məhsullarının  maya  dəyərini  hesablamaq  la-
zımdır (mərhələ 5). İstehsal şəraitindən asılı olaraq maya dəyə-
ri  kalkulyasiyası  məmulatlarının  ardıcıllığı  dəyişilə  bilər.  Bir 
sıra bölmələrdə ola bilər ki, bölmələrin məhsulunun maya də-
yəri hesablanması (mərhələ 14) hər bir növ məmulat buraxılışı-
nın  maya dəyərinin kalkulyasiyası    (mərhələ 15), müəssisənin 
əmtəəlik məhsulunun faktiki maya dəyəri hesablandıqdan sonra 
aparılsın.


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə