Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   7   8   9   10   11   12   13   14   ...   67

 
 
34 
 
3.4. İtkilərin və bitməmiş istehsalın 
qiymətləndirilməsinin uçotu və kalkulyasiya obyektləri 
arasında bölüşdürülməsi 
 
İstehsalat  itkisi  qeyri-məhsuldar  xərclər  kateqoriyasına 
daxil  olmaqla  əmək  şəraitinin  pozulması,  istehsalın  təşkili  və 
texnologiyasının dəyişilməsi və digər səbəblərdən əmələ gəlir. 
Qeyri-məhsuldar  xərclərin  tərkibinə  eyni  zamanda  məhsul 
çıxdaşından,  boşdayanmalardan,  fövqəladə  hadisələrdən  və 
digər  planlaşdırılmayan  hadisələrdən  yaranan  itkilər  də 
daxildir. 
Keyfiyyəti  mövcud  standartlara,  texniki  şərtlərə  hüquqi 
və  fiziki  şəxslərlə  bağlanmış  müqavilələrə  uyğun  gəlməyən 
məhsul və yarımfabrikatlar çıxdaş hesab olunur. 
Məhsul  və  yarımfabrikatların  çıxdaş  olması  haqqında 
məlumat  nöqsan  (defekt)  cədvəlində,  məhsul  çıxımı  uçotu 
cədvəllərində əks etdirilir. 
1.  Döşək  hazırlayan  sexin  yay  (prujin)  blok  yığma 
sahəsində daxili son çıxdaşa yol verilmişdir. Son çıxdaş işçinin 
və  material  satan  təşkilatın  təqsiri  üzündən  əmələ  gəlmişdir. 
Çıxdaş edilmiş məhsulun maya dəyəri 14647 manat təşkil edir. 
İdarə  rəhbərinin  sərəncamına  görə  çıxdaşdan  yaranan  zərərin 
500 manatı işçidən alınmalıdır. Yaranan zərərin 3500 manatını 
malsatan təşkilat ödəməlidir. Çıxdaş düzəldilə bilməyən olduğu 
üçün çıxdaş edilmiş  yay (prujin) bloku  mümkün satış qiyməti 
ilə  (1000 manat)  anbara  mədaxil edilmişdir. Əməliyyat  jurnalı 
N6. 
2.  Yığma  sexində  yay  blok  yığma  sahəsində  döşək 
hazırlayarkən düzəldilə bilən daxili çıxdaş qeydə alınmışdır. 
Çıxdaşın 
düzəldilməsi 
üçün 
aşağıdakı 
xərclər 
çəkilmişdir: 
a) material – 3000 manat; 
b) əməkhaqqı – 1500 manat; 


 
 
35 
 
c) sosial ehtiyaclara ayırmalar – 462 manat. 
Yuxarıda  göstərilən  əməliyyatların  ikili  yazılışı  4  N-li 
cədvəldə verilmişdir. 
 
Əməliyyat jurnalı 
Cədvəl 4. 
 
Bitməmiş  istehsala  qismən  hazır  olan  istehsal  prosesinin 
bütün  əmliyyatları  və  mərhələlərini  keçməyən,  texniki 
sınaqdan  keçməyən  və  onlara  təhvil  verilməyən  məhsullar 
daxildir.  Bitməmiş  istehsala  hazır  olan  lakin  sifarişçilər 
tərəfindən  qəbul  edilməmiş  iş  və  xidmətlər,  öz  istehsalının 
yarımfabrikatlarının qalığı da daxil edilir. 
S/n 
Təsərrüfat 
əməliyyatları 
Müxabirləşən hesablar 
Məb-
ləğ 
man. 
Debet 
Kredit 

Çıxdaşın 
düzəldilməsinə 
material 
buraxılıb 
28. istehsal 
çıxdaşı 
201. 
material 
ehtiyatları 
3000 

Çıxdaşın 
düzəldilməsi 
üçün işçiyə 
əməkhaqqı 
hesablanıb 
28. istehsal 
çıxdaşı 
533 
1500 

Sosial 
sığortaya və 
sosial 
ehtiyaclara 
ayırmalar 
28. istehsal 
çıxdaşı 
522 
462 

Çıxdaşdan 
itkilər hazır 
məhsulun 
maya dəyərinə 
silinir 
202. əsas 
istehsalat 
28. 
istehsal 
çıxdaşı 
4962 


 
 
36 
 
Mühasibat  uçotunda  bitməmiş  istehsalda  məsrəflərin 
faktiki  qalığı  202  N-li  hesabın  debet  qalığı  kimi  xarakterizə 
olunur. Bitməmiş istehsal qalığının hərəkətinin operativ miqdar 
uçotu sexin dispeçer xidməti tərəfindən aparılır. Vergiqoymada 
cari ayın sonuna bitməmiş istehsal qalığı xammal və materialın 
hazır məhsulun sexlər üzrə qalıqları və hərəkəti haqqındakı ilk 
sənədlərin  məlumatlarına  əsasən  təyin  edilir.  Müəssisə 
tərəfindən müstəqim məsrəflərin bitməmiş istehsalla, cari ayın 
hazır məhsulu arasında bölüşdürülməsi müstəqil aparılır. 
Bitməmiş 
istehsal  qalığı  haqqında  informasiyanı 
inventarizasiya yolu ilə daha dəqiq əldə etmək olar. 
Bitməmiş istehsal qalıqları aşağıdakı kimi qiymətləndiri-
lə bilər: 
1. Fərdi istehsalda – faktiki məsrəflər üzrə
2. Kütləvi və seriyalı istehsalatlarda – normativ və faktiki 
istehsalat  maya  dəyəri  ilə:  məsrəflərin  müstəqim  maddələri 
üzrə,  faktiki  sərf  edilmiş  xammal,  material,  yarımfabrikatların 
faktiki dəyəri üzrə. 
 
MÖVZU 4. İSTEHSAL MƏSRƏFLƏRİNİN UÇOT 
İSTİQAMƏTLƏRİ VƏ TƏSNİFATININ MÜMKÜN 
VARİANTLARI. 
 
4.1. İstehsal məsrəflərinin ümumi istiqamətləri və təsnifatı 
 
İstehsal  məsrəfləri  uçotunun  istiqaməti  dedikdə  istehsal 
məsrəfləri  uçotunun  məqsədyönlülüyü  və  ayrıca  aparılmasını 
tələb  edən  bir  fəaliyyət  növü  başa  düşülür.  Sadə  dildə  desək 
əgər  mühasibat  informasiyası  istifadəçisi  məsrəflər  haqqında 
nəyi  isə  öyrənmək  istəyirsə,  o  “nəyi  isə”  uçotun  istiqaməti 
adlanır.  İstehsal  məsrəflərinin  uçotunun  istiqamətinə  misal 
olaraq  –  məhsulun  maya  dəyərinin  kalkulyasiyasını,  bankın 
müştərilərinə xidmətini, satış şöbəsinin saxlanılmasına çəkilən 


 
 
37 
 
xərcləri və  s.  göstərmək  olar. Məsrəflərin uçot  sistemi  istehsal 
məsrəfləri  haqqındakı  informasiyanı  iki  əsas  fəaliyyət  üçün 
toplayır. Uçot sistemi topladıqları məsrəfləri kateqoriyalar üzrə 
təsnifləşdirərək  işçi  qüvvəsini  məsrəflər,  materialların  dəyəri 
və  yaxud  üstəlik  xərclər  və  s.  müəyyən  etmiş  olduğu  bu 
kateqoriyaları uçot istiqamətləri üzrə bölüşdürür. 
İstehsal  məsrəflərinin  uçot  istiqaməti  üç  kateqoriyaya 
bölünür: 
1.  Ehtiyatları  qiymətləndirmək  üçün  məsrəflər  haqqında 
informasiya; 
2.  Qərar  qəbul  etmək  üçün  məsrəflər  haqqında  rəqəm 
məlumatları; 
3.  Nəzarət  və  tənzimləmə  üçün  məsrəflər  haqqında 
məlumat. 
Məsələn,  istismarda  olan  dəzgahın  saxlanılması  xərcləri 
istiqamət  hesab  olunur,  hansı  ki,  qeydiyyata  alınmış  rəqəm 
məlumatlarını  dəzgahın  saxlanılması  üçün,  gözlənilən  xərcləri 
müqayisə  etmək  üçün  uçotun  aparılması  zərurəti  yaradır.  Bu 
informasiya  qərar  qəbul  edilərkən  nəzərə  alınmalı  olan 
məsrəflər  kateqoriyasına  aid  edilir.  Buna  uyğun  olaraq 
müəssisənin  hər  hansı  bir  şöbəsinin  saxlanılmasına  çəkilən 
xərclər  “qeydiyyata  alınan  məlumatların  smeta  xərcləri  ilə 
müqayisə etmək üçün uçot aparmaq lazımdır” istiqamətinə aid 
edilir.  Bu  məlumatlar  nəzarət  və  tənzimləmə  üçün  zəruri  olan 
informasiyalar  kateqoriyasına  düşür.  Təcrübədə  uçotun 
istiqamətləri  daha  geniş  miqyasda  təhlil  edilə  bilər,  lakin 
çoxsaylı  mövcud  istiqamətlərlə  daha  hərtərəfli,  müfəssəl  tanış 
olmaq sonsuzluğa aparıb çıxara bilər. İndi yuxarıda ayrılmış üç 
böyük  kateqoriyalar  çərçivəsində  məsrəflərin  təsnifatının 
mümkün alternativ metodlarını nəzərdən keçirək. 
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə