Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   67

 
 
38 
 
İstehsal məsrəflərinin uçot istiqamətləri və onların 
təsnifatının mümkün variantları 
Cədvəl 5. 
Uçotun istiqamətləri 
Təsnifatın mümkün 
variantları 
1. Məhsul ehtiyatlarının 
dəyərini müəyyən etmək 
üçün məsrəflər 
1. Hesabat dövrünün məsrəfləri 
və məhsulun maya dəyəri 
2. Məhsul istehsalında məsrəflə-
rin tərkibi 
3. Məsrəflərin sifariş və proses-
lər üzrə kalkulyasiyası 
2.  Qərar  qəbul  edilməsi 
üzrə istehsal məsrəfləri 
1. Məsrəflərin dinamikası 
2.  Gələcək  dövrün  məsrəfləri  və 
keçmiş dövrün məsrəfləri 
3.  Aradan  qaldırıla  bilən  və 
aradan  qaldırıla  bilməyən  məs-
rəflər 
4. Qaytarılmayan məsrəflər 
5.  Fəaliyyətin  alternativ  kursu-
nun qəbulu nəticələrində meyda-
na çıxan məsrəflər 
6. Mərhələ məsrəfləri 
3. Nəzarət və tənzimləmə 
üçün  sərf  edilən  məsrəf-
lər 
1. Tənzimlənən və tənzimlənmə-
yən məsrəflər 
2. Məsrəflərin dinamikası 
 
4.2. Hazır məhsul və mənfəətin maya dəyərinin təyin 
edilməsi üçün məsrəflərin təsnifatı 
 
İstehsal  edilən  məhsulun  və  alınan  mənfəətin  maya 
dəyərini  təyin  etmək  üçün  mütləq  gələn  və  keçən  məsrəfləri 
ayird  etmək  (fərqləndirmək)  lazımdır.  Gələn  məsrəflər  –  satın 
alınan  vəsaitlərdir,  resurslardır,  onlar  mövcuddur,  gələcəkdə 
gəlir  gətirəcəkləri  gözlənilir.  Bu  vəsaitlər  balansda  aktivlər 
adlandırılır. Əgər bu vəsaitlər (resurslar) gəlir almaq üçün sərf 


 
 
39 
 
edilibsə  və  gələcəkdə  gəlir  gətirmək  qabiliyyətini  itiribdirsə, 
onda  onlar  keçirlər  keçənlər  kateqoriyasına.  Məsələn,  yenidən 
satmaq  üçün  əmtəə  istehsalına  xərc  çəkilmişdir,  əgər  həmin 
mal  satılmayıbsa  anbarda  qalıbsa  ,  o,  balansda  gələn  vəsait 
kimi qeyd edilir. Əgər həmin mal satılıbsa gələn məsrəf keçən 
məsrəfə  aid  edilməlidir  ki,  bu  zaman  malın    satılması 
nəticəsində  smetada  sərf  edilmiş  məsrəf  kimi  əks  etdirilir.  Bu 
məsrəfləri  gəlirlə  müqayisə  etmək  lazımdır  ki,  mənfəət  aşkar 
etmək  mümkün  olsun.  Nəticə  etibarı  ilə  məsrəf  –  gəlir  əldə 
etmək  üçün  sərf  edilmiş  vəsaitdir.  Keçən  və  gələn  məsrəflər 
arasındakı fərqi 2-ci sxemdə göstərilmişdir. 
 
Gələn və gedən məsrəflər  
Sxem 2. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Birləşmiş  Krallıqda  Mühasibat  uçotu  üzrə  standartda 
1975-ci  ildə  ehtiyatların  və  bitməmiş  istehsalın  mühasibat 
uçotunun  standart  metodlarının  Bülitenin  birinci  variantına 
1988-ci  ildə  yenidən  baxılmışdır.  Bülitendə  qeyd  edilir  ki, 
istehsal  edilən  məhsul  ehtiyatlarını  qiymətləndirmək  üçün 
məhsulun  maya  dəyəri  kalkulyasiyasına  istehsal  məsrəfləri 
daxil  edilməlidir.  Ona  görə  də  hal-hazırda  mühasiblər  belə  bir 
Məsrəflər
 
Gələn
 
Gedən 
Balansda aktiv kimi qeyd 
edilir gələn hesabat 
dövrünün mənfəət və 
zərərlər hesabında xərclər 
kateqoriyasına keçirilir

Mənfəət və zərərlər 
hesabında cari hesabat 
dövrünün
 
xərci kimi qeyd 
edilir. 


 
 
40 
 
təsnifat  aparırlar:  məhsulun  maya  dəyərinə  daxil  edilən 
məsrəflər  və  gələcək  hesabat  dövrünün  məsrəfləri,  yəni 
məhsulun maya dəyərinə daxil edilməyən məsrəflər. Məhsulun 
maya dəyərinə o məsrəflər daxil edilir ki, onlar satın alınmış və 
yaxud  satılmaq  üçün  istehsal  edilmiş  məsrəflərə  aid  edilmiş 
olsun.  Hesabat  dövrünün  məsrəfləri  dedikdə  ehtiyatları 
qiymətləndirən  zaman  nəzərə  alınmayan  məsrəflər  başa 
düşülür. Deməli, hesabat dövrünün məsrəflərini və ehtiyatlarını 
qiymətləndirərkən  nəzərə  alınan  məsrəflərin  əlaqələndirilməsi 
barədə edilən təşəbbüslər aradan qaldırılmalıdır. 
Sənaye  müəssisələrində  bütün  məsrəflər  məhsulun  maya 
dəyərinə  daxil  edilir,  eyni  zamanda  qeyri-istehsal  xərcləri 
hesabat dövrünün məsrəflərinə aid edilir. Ticarət təşkilatlarında 
əmtəələr  satılmaq  üçün  satın  alınır.  Əmtəələrin  satın  alınması 
ilə bağlı olan xərclər onların maya dəyərinə daxil edilir, bütün 
qalan  xərclər  inzibati  xərclər,  ticarət  xərcləri  və  əmtəələrin 
satılması ilə əlaqədar olan xərclər hesabat dövrünün məsrəfləri 
hesab  edilir  və  satın  alınmış  malların  maya  dəyərinə  daxil 
edilmir. Sənaye müəssislərində hesabat dövrünün məsrəfləri və 
məhsulun  maya  dəyəri  haqqında  məlumatların  qeydiyyat 
qaydası 3-cü sxemdə verilmişdir. 
 
Hesabat dövrünün məsrəflərinin uçotu və məhsulun 
maya dəyəri sxemi  
Sxem 3. 
 
 
 
 
 
 
 
 
 
İstehsal 
məsrəf-
ləri 
Məhsulun 
maya 
dəyəri 
Qeyri-
istehsal 
xərcləri 
Dövrə aid 
edilən 
məsrəflər 
Balansda aktiv kimi qeyd 
edilir satıldıqdan sonra 
mənfəət və zərərlər xərc 
kateqoriyasına keçirilir. 
Xərc kimi cari hesabat 
dövrünün mənfəət və 
zərərlər hesabında uçota 
alınır. 


 
 
41 
 
4-cü sxemdən göründüyü kimi məhsulun maya dəyəri ilə 
hesabat dövrünün məsrəfləri arasındakı əsas fərq – onların qey-
diyyata alındıqları vaxt fərqidir  (bax: sxem  2.). 
Misal.1. Şirkət 1 dövrdə 100000 eyni vahid məhsul isteh-
sal edir. 
Məsrəflər aşağıdakı kimidir: 
İstehsalat məsrəfləri: 
əsas istehsal fəhlələrinin əməyi                              400000 
əsas elementlər                                                        200000 
istehsal üstəlik xərcləri                                           200000 
                                                                                800000 
Qeyri-istehsal xərcləri                                            300000 
 
1 dövrdə şirkət 50000 vahid məhsul satıb, 750000 manat, 
qalan 50000 vahid hesabat ayının axırına satılmamış qalır. He-
sabat ayının əvvəlinə hazır məhsul qalığı ehtiyat yoxdur. Mən-
fəət zərərlər hesabı 1 dövrün axırına aşağıdakı kimi olacaqdır. 
Məhsul satışından pul gəliri (50000 vahid) 750000 manat 
istehsal məsrəfləri (məhsulun maya dəyəri): 
əsas istehsal fəhlələrinin əməyi                              400000 
əsas material                                                           200000 
istehsal üstəlik xərcləri                                           200000 
                                                                                800000 
Çıxılsın hesabat dövrünün 
axırına ehtiyatın dəyəri                                           400000 
(50% və yaxud 50000 vahid) 
 
Satılmış məhsulun maya dəyəri                              400000 
(50% və yaxud 50000 vahid) 
 
Ümumi mənfəət                                                      350000 
 
Çıxılsın qeyri-istehsal xərcləri                                300000 
(hesabat dövrünün məsrəfləri) 
 
Xalis mənfəət                                                            50000 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə