Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   67

 
 
49 
 
məhsul  vahidinin  bütün  qruplarının  istehsal  həcminin  artması-
nın nəticəsidir. 
Misal 2. 
Satışdan pul gəliri: 
Hər 1  ədədinin qiyməti  20 manat   olmaqla 500000  ədəd 
mal satılmışdır 1000000 manat. 
Ticarət xərcləri: 
Reklam xərcləri                                                       100000 man. 
Əmtəə satışı ilə məşğul olan işçilərin əməkhaqqı     80000 man. 
Satıcıların ezamiyyət xərcləri                                    50000 man. 
Ticarət binasının icarə pulu                                       10000 man. 
Rəhbərlik gələn il yeni satış ərazisi yaratmaq istəyir. Ona 
görə də reklam xərcinin 30% artırılması və əlavə olaraq isə sa-
tıcılar  qəbul  edilməlidir,  əmək  haqqı  15000  manat,  ezamiyyət 
xərcləri 10%  artırılacaq, yeni ərazidə 100000 ədəd məhsul sa-
tılması planlaşdırılır, təqribən hər bir ədəd məhsul vahidinə də-
yişən xərclər 5 manat olacaqdır. 
Qeyd edilnələri nəzərə almaqla şirkətin  yeni satış ərazisi 
açması lazıdırmı? Bu baxımdan təhlil işləri aparmaq üçün rəh-
bərliyə aşağıdakı informasiyalar təqdim edilir. 
 
Cari              Proqnozlaşdırılan       İnkrement  
məsrəflər             məsrəflər               məsrəflər 
1. Satış pulu 
(satışdan gəlir)          1000000            1200000                      20000 
 
2. Reklam xərcləri    100000              130000                       30000         
 
3. Satışla məşğul 
    olan işçilərin          80000               95000                          15000 
      əməkhaqqı 
 
4. Ezamiyyə xərci      50000               55000                          5000 
  
5. İcarə haqqı             10000               10000 
 
6. Dəyişən istehsal      
    xərcləri                 250000 490000 300000 590000 50000 100000 


 
 
50 
 
Yeni satış bazarının meydana gəlməsi nəticəsində gözlə-
nilən inkrement məsrəflər və gəlirlər göstərilən hesablamaların 
sonuncu  sütunlarında  verilmişdir.  Məsrəflərin  əlavə  artımının 
təhlili aşağıdakı sxem üzrə aparıla bilər. 
 
                                                     (manat)                     (manat) 
1. İnkrement gəlirlər                                                         200000 
2. İnkrement məsrəflər: 
a) reklam xərci                      30000 
b) əməkhaqqı                        15000 
c) ezamiyyət xərci                  5000 
ç) istehsalat məsrəfləri               50000                        100000 
3. İnkrement mənfəət                                                       100000 
  
1) Satışdan cari gəlirlər 500000 ədədi, 1 ədədin qiyməti-
nə 
(1 
ədədin  qiyməti  20  manat)  vurmaqla  alınır 
(500000x20=100000  m.).  Proqnozlaşdırılan  məbləğ  60000x20 
=120000man. 
2)  Cari  dəyişən  istehsalat  məsrəfləri  məhsulun  1  vahidi-
nin  qiyməti  5man.x50000=250000  manat,  proqnozlaşdırılan 
dəyişən məsrəflər 60000x5=300000 manat təşkil edir. 
 
MÖVZU 5. MƏSRƏFLƏRİN UÇOTUNUN VƏ MAYA 
DƏYƏRİ KALKULYASİYASININ METODLARI 
 
5.1. Məsrəflərin uçotunun və maya dəyəri kalkulyasiyasının 
sahəvi və təşkilati aspektləri 
 
Məhsulun  maya  dəyərinin  uçotu  və  kalkulyasiyasının 
üsullarının müxtəlifliyi bir sıra amillərlə bağlıdır ki, bunları da 
əsasən  sahəvi  xüsusiyyəti  və  təşkilati  əsas  olmaqla  iki  qrupa 
bölmək  olar.  Məsrəflərin  uçotunun  və  məhsulun  maya  dəyəri 
kalkulyasiyasının  sahəvi  xüsusiyyəti  istehsal  edilən  məhsulun, 


 
 
51 
 
yerinə yetirilən işlərin və göstərilən xidmətlərin nomenklatura-
sında istehsalatın və tətbiq edilən texnologiyanın xarakterindən 
asılıdır.  Bütün  bu  amillər  daim  dəyişməyə  meyillidirlər.  Ona 
görə də onlar hər ay uçotun təşkilinə məsrəflərin uçot obyektlə-
rinin və məhsulun maya dəyəri kslkulyasiyasının obyektlərinin 
seçilməsinə müyyən təsir göstərirlər. 
Məsrəflərin  uçotu  və  maya  dəyəri  kalkulyasiyasının  təş-
kilati əsasları müəssisə tərəfindən formalaşır və ona görə də da-
ha “çevik” hesab olunurlar. 
Təşkilati əsaslara aşağıdakılar daxildir: 
1.  İstehsalatın  uçotunun  və  müəssisənin  bölmələrinin 
struktur  fəaliyyətinin  inkişaf  səviyyəsi,  uçotun  məsrəflərinin 
əmələgəlmə  yerləri,  məsuliyyət  mərkəzləri,  onun  daha  da  də-
rinləşdirilməsi  (briqadalara  qədər,  işçi  yerlərinə  qədər)  müfəs-
səlləşdirilməsindən  asılı  olaraq  məsrəflərin  analitik  uçot  dərə-
cələri də dəyişilir
2.  Maya  dəyəri  üzərində  nəzarət  etmək  üçün  qəbul  edil-
miş üsullar. Bir çox müəssisələrdə istehsalın gedişində mövcud 
normalardan  kənarlaşmaların  sənədləşdirilməsinin  mütərəqqi 
üsulları  tətbiq  edilir.  Bu  kənarlaşmaların  səbəblərinin  operativ 
qaydada aşkara çıxarılmasına köməklik edir və neqativ (mənfi) 
nəticələrin qarşısının alınması məqsədilə onlara təsir edir
3.  İnzibati  idarə  heyətini,  sahibkarları,  təsisçiləri,  səhm-
darları  qərar  qəbul  etmək  üçün  informasiya  ilə  təmin  olunma 
dərəcəsi. Bu informasiyaların tamlığı onun təqdim olunma döv-
rünün  qısaldılması  məhsulun  maya  dəyərinin  formalaşması 
prosesini  idarəetmə  səviyyəsinin  (təsirinin)  imkanlarını  geniş-
ləndirir.  Bununla  da  istehsal  uçotunun  və  onun  əmək  tutumu-
nun müfəssəlləşmə dərəcəsi azalır və yaxud da çoxalır. 
Bir  sıra  müəssisələr  uçot  prosesində  əmək  təminatının 
azalmış  yolu  ilə  gedirlər  ki,  bu  da  bir  qayda  olaraq  məhsulun 
istehsalı  prosesində  məsrəflər  üzərində  nəzarəti  zəiflədir  və 
idarəetmənin məhsulun maya dəyərinə təsirini aşağı salır.
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə