Dərs vəSAİTİ Bakı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/67
tarix27.03.2018
ölçüsü2,8 Kb.
#35191
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   67

 
 
45 
 
4.4. Qərarların qəbul edilməsi və planlaşdırma üçün 
məsrəflərin təsnifatı 
 
İstehsalatın uçotu sistemində istehsal edilmiş məhsul eh-
tiyatlarını və mənfəət alınmasını qiymətləndirmək üçün məhsu-
lun  faktiki  maya  dəyəri  kalkulyasiya  edilir.  İstehsalat  uçotu 
çərçivəsində  məlumatların  ənənəvi  qaydada  yığılması  sistemi 
məsrəflərin ayrı-ayrı məhsul növləri üzrə qruplaşdırır ki, bu da 
onların satılmış məhsulla, satılmamış məhsul arasında bölüşdü-
rülüməsi məqsədi ilə istifadə edilir. Bu qaydada toplanan infor-
masiya qərar qəbul etmək üçün istifadə edilə bilməz. 
Qərar  qəbul  edilməsi  və  planlaşdırma  üçün  məsrəflər  və 
gəlirlər aşağıdakı kimi təsnifləşdirilməlidir: 
1. İstehsalın həcminə nisbəti üzrə məsrəflərin dinamikası; 
2. Hesablamaya aid edilən və edilməyən məsrəflər və gə-
lirlər; 
3.  Qaytarılmayan  məsrəflər  və  yaxud  keçmiş  dövrün 
məsrəfləri; 
4. Aradan qaldırıla bilən və bilməyən məsrəflər
5. Qəbul edilmiş alternativ kurs nəticəsində hesaba alınan 
məsrəflər; 
6.  İnkrement  (artan)  və  marjinal  (mərhələ)  məsrəflər  və 
yaxud gəlirlər. 
İstehsal  fəaliyyətinin  səviyyəsi  dəyişilərkən  məsrəf  və 
gəlirlərin dinamikası haqqında qərar qəbul etmək üçün aşağıda-
kı suallara cavab tapılmalıdır: 
a)  gələn  il  üçün  istehsal  fəaliyyətini  nə  həcmdə  planlaş-
dırmaq lazımdır? 
b) satılan məhsulun miqdarını artırmaq üçün satış qiymə-
tini aşağı salmaq lazıdırmı? 
c) məhsul satışı ilə məşğul olan işçilərə əmək ödənişinin 
hansı forması tətbiq edilməlidir? 


 
 
46 
 
ç)  məhsul  istehsalını  artırmaq  üçün  əlavə  avadanlıq  al-
maq lazımdırmı? 
Adı çəkilən hər sual üzrə qərar qəbul etmək üçün müəssi-
sənin  rəhbəri  müxtəlif  fəaliyyət  variantları  üçün,  müxtəlif  sə-
viyyələrdə məsrəflər və  gəlirlər üzrə hesablama məlumatlarına 
malik olmalıdır. “Dəyişən”, “yarımdəyişən”, “sabit”, “yarımsa-
bit” anlayışları adətən istehsal fəaliyyətinin həcmi dəyişilən za-
man  məsrəflərin  hərəkətini  xarakterizə  etmək  üçün  tətbiq  edi-
lirlər.  Dəyişən  xərclər  istehsal  fəaliyyətinin  səviyyəsinə  (həc-
minə) mütənasib olaraq dəyişilirlər. Yəni istehsal fəaliyyətinin 
həcmi iki dəfə dəyişirsə, dəyişən xərclərin də məbləği iki dəfə 
artır. Deməli, dəyişən məsrəflərin məcmusu istehsalın həcmin-
dən  xətti  asılılığa  malikdir,  məhsul  vahidinə  düşən  dəyişən 
xərclər isə bütün hallarda sabit qalır. 
 
Sxem 4. 
 
A. Məcmu dəyişən məsrəflər               B. Məhsul vahidinə 
düşən dəyişən xərclər 
 
5000 
                                                   
4000                                                               
3000 
                
2000 
                
1000 
                
            
 
  100  200  300  400  500          100   200   300   400   500 
 
İstehsal fəaliyyətinin səviyyəsi (həcmi) 
Sabit məsrəflər istehsalının müxtəlif səviyyələri (həcmlə-
ri) üçün müəyyən dövr  ərzində  dəyişilməz qalırlar. Sabit məs-
rəflərə  misal  olaraq  müəssisənin  idarə  heyətinə  verilən  əmək 
haqqını, ümumzavod təyinatı əsas vəsaitlərə hesablanan amor-


 
 
47 
 
tizasiya  məbləği,  ümumzavod  təyinatlı  binaların  təmirinə    və 
saxlanılmasına sərf edilən məsrəflər və s. göstərmək olar. Sabit 
məsrəflərin dinamikasını 5-cı sxemdən görmək olar. 
 
Sabit məsrəflər  
Sxem 5. 
 
A. Məcmu sabit məsrəflər                     B. Məhsul vahidinə 
düşən sabit məsrəflər 
 
 
 
 
 
 
 
                       İstehsal fəaliyyətinin səviyyəsi    
                         
Təcrübə  göstərir  ki,  sabit  məsrəflər  istehsalın  bütün 
səviyyələrində eyni qalmırlar və pilləkənvari dəyişilirlər (sxem 
6)  
 
Sabit məsrəflər kateqoriyasına aid edilən məsrəflərin 
pilləkənvari artması. 
Sxem 6. 
 
Məcmu sabit məsrəflər 
 
 
 
 
 
 
İstehsal fəaliyyətinin səviyyəsi        
                                        


 
 
48 
 
Müəssisədə müəyyən bir qərarı işləyib hazırlayarkən ay-
dınlaşdırmaq lazımdır ki, hansı məsrəfin və yaxud gəlirin han-
sının bu problemə aidiyyəti var hansının yox. Qərar qəbul edi-
lərkən  hesablamaya  qəbul  edilən  məsrəf  və  gəlirlər  o  gələcək 
məsrəf  və  gəlirlərdir  ki,  onlar  qəbul  edilən  qərara  meyillidir. 
Məsrəflərin və gəlirlərin hesablanmasına qəbul edilməyən məs-
rəf və gəlirlər qəbul edilən qərardan asılı olmurlar. 
Müəssisə rəhbərliyi tərəfindən məsrəflərin uçotu və məh-
sulun  maya  dəyərinin  kalkulyasiya  probleminə  qərarlar  qəbul 
edərkən  nəzərə  alınmalı  olan  əsas  məsələlərdən  biri  də  aradan 
qaldırılmalı  olan  və  olmayan  məsrəflərdir.  Təcrübədə  bəzən 
“aradan  qaldırılmalı”  və  “qadırılmamalı”  anlayışları  əvəzinə 
“hesablamaya  qəbul  edilən  məsrəflər”  və  “hesablamaya  qəbul 
edilməyən  məsrəflər”  işlədilir.  Aradan  qaldırılmalı  olan  məs-
rəflər o məsrəflərdir ki, onlardan qaçmaq, yaxa qurtarmaq olar. 
Aradan qaldırmaq mümkün olmayan məsrəflər əksinə. 
İnkrement məsrəflər və gəlirlər dedikdə əlavə məhsul va-
hidi qruplarının hazırlanması və satışı nəticəsində yaranan əla-
və məsrəflər (gəlirlər) başa düşülür. 2-ci misalda verilən məlu-
matlara nəzər salaq. Misaldan göründüyü kimi sabit xərclər in-
krement məsrəflərə daxil ola bilər, olmaya da bilər. Əgər sabit 
xərclər  hər  hansısa  bir  qərarın  nəticəsində  dəyişilirsə  deməli 
onun əlavə artımı inkrement məsrəflər hesab olunacaq. Ona gö-
rə ki, əmtəə satışı ilə məşğul olan işçilərin əmək haqqının artı-
rılmasına  buraxılan  vəsait  inkrement  məsrəf  kimi  uçota  alına-
caqdır. 
Əgər qəbul  edilmiş qərar müddətində sabit xərclər dəyi-
şilmirsə,  deməli  inkrement  məsrəflər  sıfıra  bərabərdir.  İnkre-
ment məsrəflər və gəlirlər çox hallarda marjinal məsrəf və  gə-
lirlərlə oxşardır. Əsas fərq ondan ibarətdir ki, marjinal məsrəf-
lər  və  gəlirlər  özündə  məhsul  vahidinə  düşən  əlavə  gəlir  və 
məsrəfləri  ehtiva  edir.  İnkrement  məsrəflər  və  gəlirlər  də  öz 
mahiyyətinə görə əlavə məsrəflər (gəlirlər) hesab olunur, lakin 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə