Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə64/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   60   61   62   63   64   65   66   67   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
120                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
 
 
            
a)                                                  b
Şəkil 1. Kür-Araz ovalığının Landsat-7 ETM+ tərəfindən 21 may 2015 tarixində çəkilmiş multispektral 
şəkil (a) və həmin şəkildən alınmış NDVI (b
     
 
a)                                                                  b)
 
     
 
      c)                                                              d
Şəkil 2. Kür-Araz ovalığının Landsat-7 ETM+ təsvirindən alınmış SAVI (a), NDSI (b), RVI (c) və BI 
(d) indeksləri 
NASA-nın  ERTS,  NOAA-nın  AVHRR  kimi 
Yerin ilk müşahidə aparatları YİQ və görünən dia-
pazonda məlumatlar əldə edir, onlar peyk təsvirlə-
rində  məkan  paylanmasını  müəyyən  etmək  üçün 
bitkilərin  əksetdirməsindəki  fərqlərdən  istifadə 
edirlər. NDVI landşaft örtüyünü yaradan bütün ka-
teqoriyalar – kolluqlar, otluqlar, meşə, su obyektlə-
ri və s. üçün yaradılmışdır [8]. 
NDVI aşağıdakı düsturla hesablanır: 
RED
NIR
RED
NIR
NDVI



  
(1) 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 121 
 
burada  NIR  -  yaxın  infraqırmızı,  RED  isə  qır-
mızı spektrdir. 
NDVI-nin  qiyməti  -1  və  +1  intervalında  qiy-
mətlər alır, amma -1

0 intervalında qiymətlər alan 
ərazilərə su, qar və buz örtüyü aid olur. Çılpaq qa-
yalıqlar,  qumluqlar  və  qarla  örtülmüş  sahələrdə 
NDVI-nin  qiyməti  0

0.1  intervalında  qiymətlər 
alır. Seyrək bitki örtüyünə malik olan otlaqlar və 
kolluqlarda NDVI 0.2

0.5 arasında dəyişir. NDVI-
nin  ən  yüksək  qiymət  aldığı  (təxminən  0.6

0.9) 
ərazilər tropik meşələrdir. Əldə edilmiş kosmik təs-
vir və ArcGİS 10.3 və Erdas 2011 proqramlarından 
və (1) düsturundan istifadə edərək ərazinin NDVI 
indeksi qurulmuşdur (şəkil 1). 
SAVI (Soil Adjusted Vegetation Index). Bitki 
örtüyü  40%-dən  az  olan  sahələrdə  torpaq  örtüyü 
çılpaqlaşır və qırmızı və YİQ oblastda işığın əkset-
məsinə vegetasiya indeksləri təsir edir. Burada əsas 
problem müxtəlif torpaq tiplərinin qırmızı və YİQ 
oblastda işığın əksetdirməsində fərqliliyin olması-
dır. SAVI bitki örtüyü zəif olduqda torpağın par-
laqlığını  korreksiya  etmək  üçün  NDVI-nin  modi-
fikasiyası kimi hazırlanır. 
SAVI-nin hesablanması NDVİ-də olduğu kimi-
dir, amma bura SBCF (Soil Brightness Correction 
Factor) də əlavə edilir: 


L
L
RED
NIR
RED
NIR
SAVI






1
  
(2) 
 
burada, - torpağın parlaqlığının korrektə fak-
torudur.  L-in  qiyməti  yaşıl  bitki  örtüyündən  asılı 
olaraq dəyişir, çılpaq torpaqlarda L=1, torpağın sət-
hi tamamilə bitki ilə örtüldüyü halda L=0 qiyməti 
alır. Bir çox hallarda L-in qiyməti 0.5 kimi götürü-
lür. Əgər L=0 olarsa, SAVI=NDVI bərabərliyi ödə-
nilir. 
SAVI-nin  hesablanmasında  L-in  qiymətinin 
müəyyənləşdirilməsi  çətin  olduğundan  MSAVI 
(Modified Soil Adjusted Vegetation Index) işlənil-
mişdir. MSAVI-nin hesablanması elə SAVI-də ol-
duğu kimidir: 



L
RED
NIR
L
RED
NIR
MSAVI





1
  
(3) 
SAVI və MSAVI-nin hesablanmasında fərq L-
in  qiymətinin  müəyyən  edilməsindədir.  Yuxarıda 
qeyd etdiyimiz kimi, SAVI-də L-in qiyməti əksər 
hallarda  0.5  götürülür.  MSAVI-nin  hesablanma-
sında  isə  L-in  qiymətinin  müəyyənləşdirilməsi 
üçün aşağıdakı düsturdan istifadə edilir: 

 

RED
NIR
RED
s
NIR
RED
NIR
s
L






2
 
     
(4) 
burada s - torpaq səthinin meyilliyidir.
 
EVI  (Enhanced  Vegetation  Index)  -  NDVI-
nin keyfiyyətinin artırılmış formasıdır [9]. 
EVI əsasən yüksək biokütləyə malik ərazilərin 
indeksləşdirilməsində  istifadə  edilir  və  burada 
atmosfer və digər təsirlər nəzərə alınır.  
EVI aşağıdakı düsturla hesablanır: 
L
M
C
RED
C
NIR
RED
NIR
G
EVI








2
1
  
(5) 
burada C1 və C2 aerozol müqavimətinin əmsa-
lıdır, - gain faktordur. 
NDVI əsasən xlorofilə həssasdır, EVI-ə isə ya-
şıl örtüyün struktur dəyişkliyinə həssas olur, həm-
çinin yaşıl örtüyün tipi və forması, bitki fizionomi-
yasını da bura daxil etmək olar. NDVI ilə EVI ara-
sındakı digər fərq qar örtüyü ilə bağlıdır, bu zaman 
NDVI-nin qiyməti azalır, EVI-nin qiyməti isə artır. 
Bu indekslərdən əlavə, NDSI (Normalized Dif-
ferential Salinity Index), RVI (Ratio Vegetation In-
dex), BI (Brightness Index) indekslərindən də isti-
fadə edilir. Bu indekslərin hesablanması aşağıdakı 
kimidir. 
NIR
RED
NIR
RED
NDSI



 
      (6) 
RED
NIR
RVI

 (7) 
2
2
NIR
RED
BI


    (8) 
Halofit bitkilər (duza davamlı bitkilər) torpaqda 
yüksək duz konsentrasiyasına davamlı olur və şo-
ran torpaqlarda inkişaf edə bilirlər. Baxmayaraq ki, 
halofit bitkilər bütün şoran ərazilərdə yayılıb, bəzi 
yerlərdə onları soran torpaqların MZ göstəricisi ki-
mi  müəyyən  etmək  olmur.  Məsələn,  Metternicht 
Boliviyada  halofit  bitkilərin  görünən  diapazonda 
yüksək  udulma  ilə  spektral  əksetmə  əyrisini  və 
YİQ  oblastda  yüksək  əksetməni  müəyyənləşdir-
mişdir, bu da xlorofillə zəngin bitkilərə xas əlamət-
dir. Əksinə olaraq, aşağı xlorofilə malik Cynodon-
dactylonun (barmaqvarı çayır) və həmçinin halofit-
lərin görünən və YİQ oblastda spektral  əksetməsi 
davamlı olaraq artır. Bu tədqiqatlar halofit bitkilə-
rin  şorlaşmış  ərazilərin  digərlərindən  ayrılması 
üçün göstərici kimi istifadə edilməsini təsdiq edir.  
Nəticə.  Təqdim  olunan  məqalədə  Kür-Araz 
ovalığı  torpaqlarının  şorlaşma  vəziyyətinin  öyrə-
nilməsində  MZ  verilənlərindən  istifadə  etməklə 
müxtəlif vegetasiya indekslərinin qurulması və tət-
biq edilməsi şərh olunmuşdur. Torpaqların şorlaş-
ma vəziyyətinin öyrənilməsində duza davamlı ha-
lofit  bitkilərin  multispektral  peyk  təsvirlərinin 
müxtəlif  oblastlarında  udma  və  əksolunmasına 
əsasən tədqiqat aparılmışdır. Tədqiqat nəticəsində 
torpaqların  sorlaşma  vəziyyətinin  öyrənlməsində 
MZ  üsulundan  və  CİS  texnologiyasından  istifa-
dənin üstün cəhətləri əyani şəkildə göstərilmişdir. 
Bu  iş  Azərbaycan  Respublikasının  Prezidenti 
yanında Elmin İnkişafı Fondunun maliyyə yardımı 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə