Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə2/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   2   3   4   5   6   7   8   9   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
4                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
dendroloji  parka  bənzətmişdir.  Dəmirağac,  azat 
(yerli əhali "nil" ağacı deyir), şabalıdyarpaq palıd, 
şümşad, ipək akasiyası (güləbrişin), qaracöhrə, da-
naya  (sonuncu  ikisi,  demək  olar  ki,  məhv  olmuş-
dur) və s. Talış meşələrinin inciləridir. 
Bu meşələrin və ümumiyyətlə, regionun indiki 
vəziyyətini öyrənmək üçün  Lənkərançayın dərəsi 
boyunca uzanan Lənkəran-Lerik şose yolunun hər 
iki tərəfində yerləşən meşələrin müasir vəziyyətini 
öyrənməklə tədricən Zuvand çökəkliyinə yaxınla-
şırıq. 
 
Şəkil 1. Eroziyadan kökləri səthə çıxmış 
dəmirağac 
Zuvand  çökəkliyi  Talış  dağlarının  ortadağlıq 
hissəsində yerləşir. Çökəkliyin dibinin mütləq hün-
dürlüyü  1400-1450  m  olub,  qərbdən  və  cənub-
qərbdən Talış sıra dağları, şimaldan və cənub-şərq-
dən Peştəsər dağları ilə əhatə olunmuşdur. Ərazinin 
hər tərəfdən dağlarla əhatə olunması burada özünə-
məxsus atmosfer sirkulyasiyasının və istilik rejimi-
nin yaranmasına səbəb olmuşdur. İqlimi qışı müla-
yim,  yayı isti quru keçən yarımsəhra və quru çöl 
iqlimidir. Yağıntıların miqdarı 350-400 mm olub, 
əsasən ilin soyuq dövründə düşür. Torpaqları açıq 
dağ  şabalıdı  olub,  aşağıkeyfiyyətli  aqroistehsal 
qrupuna aiddir. Bitkiləri arid iqlim şəraitinə uyğun-
laşmış  seyrək    kserofit  kollardan  ibarət  müxtəlif-
otlu  bitki  qruplarıdır.  Bura  bir  sıra  endemik  bitki 
növlərinin  geniş  yayıldığı  ərazi  kimi  məşhurdur. 
Zuvand  çökəkliyinə  gedən  yol  Lənkarançayın  ən 
böyük qolu olan Qoncavuçayın Peştəsər silsiləsinin 
tufanogen süxurlarını kəsərək yaratdığı kanyonvarı 
dərəsindən  keçir.  Yerli  əhali  qeyri-adi  görünüşə 
malik bu kanyonu "Şeytan dərəsi" adlandırır (şəkil 
2). 
Kanyon dərəsi yamaclarının hündürlüyü 4-5 m, 
bəzən isə 7-8 m-ə çatır. Üzərindən salınmış körpü-
nün baş dayaqlarını çox möhkəm və aşınmaya da-
vamlı  təbii  qranitoidlərdən    ibarət  süxurlar  təşkil 
edir. Qonçavuçayın dörd kiçik qolu "Şeytan dərəsi" 
kanyonuna    şəlalə  kimi  tökülərək  onunla  birləşir. 
Kanyonun  suayrıcı  hissəsində  paleogen  vulkaniz-
minin  bu  günümüzə  çatmış  müxtəlif    görünüşlü 
qaya  çıxıntıları  qayalıq  dağ  kserofit  bozqır  land-
şaftlarını daha da cəlbedici edir. Suayrıcından Lən-
kərançay dərəsinin qeyri-adi vadisi çox aydın gö-
rünür.  Belə  mənzərəli  landşaftların  turizmə  cəlb 
edilməsi  və  turizm  marşurutlarına  salınması  çox 
vacibdir. 
 
Şəkil 2. Lənkarançayın qolu Qonçavuçayın "Şeytan 
dərəsi" 
Zuvandın  təmiz,  quru  və  yüngül  havasını  ud-
duqca adamda xoş bir əhvali-ruhiyyə yaranır. Bu-
radakı  əhalinin  uzun  ömürlülüyünün  bir  sirri  də, 
güman ki, elə bundadır. Görünür, böyük təbiətşü-
nas alim Həsən müəllimi bura bağlayan da bu ol-
muşdur. Lerik və Yardımlının ortadağlığının kse-
rofit  bozqırları  və  burada  vaxtilə  geniş  yayılmış 
arid seyrək meşə və kolluqları, Azərbaycanın digər 
yerlərində olduğu kimi, ən qədim yaşayış məskən-
lərindəndir.  Sonradan  antropogen  təsirlərlə  ərazi-
nin zəif dayanıqlı landşaftları deqredasiyaya uğra-
mış və  daha az məhsuldar dağ quru çöllərinə trans-
formasiya olunmuşdur. Landşaftın ekoloji potensi-
alının azalması əhalinin bu yerlərdən miqrasiyasını  
gücləndirmişdir.  Məhz  bu  səbəbdən  akademik 
H.Ə.Əliyev  bu rayonlarda iqtisadi dirçəlişi və eko-
loji tarazlığı təmin etmək üçün badam və qoz bağ-
larının, üzüm plantasiyalarının salınması məsələsi-
ni irəli sürmüşdür. İlk əvvəllər Zuvandda badamla 
yanaşı, qoz bağları da salınmışdır. Lakin qoz bağ-
ları baxımsızlıqdan məhv olmuş və bu günümüzə 
gəlib çatmamışdır.  
Zuvand çökəkliyindəki badam bağlarına çatan-
da ətraf oroqrafik temperatur inversiyasından əmə-
ləgəlmiş sıx dumana bürünmüşdü. Abşeronda ba-
dam ağacları təzəcə çiçək açmışdı. Zuvandda 1400 
m-dən yüksək dağlıq sahəsində də badam ağacının 
çiçəkləməsi çox maraqlı idi. Görünür, Həsən müəl-
lim yerli iqlim şəraitinin badam ağacı üçün əlverişli 
olduğunu  nəzərə  almışdı.  Tanış  olduğumuz  yerli 
qocaman  sakinlər  burada  badam  bağının  Həsən 
müəllimin təşəbbüsü və şəxsən iştirakı  ilə salınma 
tarixçəsini  həvəslə  bizə  danışdılar.  İlk  salındığı 
dövrdə badam bağının sahəsi 20 ha olmuşdur. Əv-
vəllər  kifayət  qədər  məhsul  verən  ağaclar  normal 
inkişaf  etmişdir.  Hazırda  baxımsızlıq  səbəbindən 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 5 
 
xeyli  sahədə  ağaclar  yanacaq  məqsədi  ilə  ya  kö-
kündən  kəsilmiş,  ya  da  əsas  budaqları  kəsilərək 
yöndəmsiz hala salınmışdır (şək. 3 və 4). Hazırda 
bağın  3  ha-ya  yaxın  sahəsi  nisbətən  salamat  qal-
mışdır. Bu da bizə 40 yaşlı badam ağaclarının Zu-
vandın özünəməxsus təbii ekoloji şəraitində inkişaf 
xüsusiyyətlərini  öyrənməyə  imkan  verir.  Qeyd 
edək ki, Zuvandın badam bağları Azərbaycanda ən 
hündürdə salınmış yeganə bağdır. Burada ağacların 
arasındakı  məsafə  5  m,  cərgələrarası isə  4  m-dir. 
Bəzi ağacların diametri hətta 30-35 sm, ən hündü-
rünün boyu isə 5 m-dən çoxdur.  
Böyük və Kiçik Qafqaz dağlarından fərqli ola-
raq, Talışın ortadağlıq qurşağının torpaq-iqlim şə-
raitinin badam, qoz  və üzüm bitkiçiliyi üçün əlve-
rişli olmasının əsas səbəbi burada hündürlüyə doğ-
ru landşaftların dəyişməsində inversiyanın baş ver-
məsi,  ərazinin  ortadağlığında  Talış,  Peştəsər  və 
Burovar silsilələri arasındakı Zuvand, Dıman, Yar-
dımlı və s. dağarası çökəkliklərin geniş sahə tutma-
sıdır. Bu da çökəkliklərə rütubtəli hava axınlarının 
təsirini xeyli zəiflədir. Nəticədə qeyd olunan dağ-
arası çökəkliyin özünəməxsus landşaft iqlim şəraiti 
əmələ  gəlir.  Apardığımız  tədqiqatlar  göstərmişdir 
ki, Azərbaycanın digər ərazilərindəki (Qonaqkənd, 
Xınalıq, Yerfi, Dəstəfur və s.) dağarası çökəkliklər 
də landşaft inversiyasına məruz qalmış və əlverişli 
təbii şəraitinə görə qədim məskunlaşma sahələri ol-
muşlar. 
 
Şəkil 3. Qorunan badam bağları 
 
Şəkil 4.  Pozulmuş badam bağları 
 Badamın tibbi-bioliji xüsusiyyətləri. Elmi ədə-
biyyatlarda badamın nəfəs yollarına xeyirli olduğu, 
insanı  kökəltdiyi  və  beyin  üçün  faydalı  olduğu 
qeyd edilir. Bundan başqa, bağırsaq yarasını, mədə 
pozğunluğunu və təngnəfəsliyi müalicə edir. Yetiş-
məmiş  badam  diş  kökünü  möhkəmlədir.  Badam 
yağı həm də quduz it dişləməsinə qarşı, mədə ağrısı 
və  quru  öskürək  üçün  xeyirlidir.  Badam  yağı  ilə 
onurğa sütununu yağlamaq qocalıqda belin əyilmə-
sinin qarşısını alır. Acı badam isə ağciyərə xeyirli-
dir.  Onu  bal  ilə  yemək  qaraciyərə  və  dalağa  dər-
mandır.  Yağı  üzdəki  ləkələri  aparır    və  s.  İnsana 
xeyrini saymaqla tükənməyən bu qeyri-adi meyvə 
ağacını kəsib yanacaq kimi istifadə etmək, sadəcə, 
günahdır.  Zuvanddakı  bağların  insan  qayğısına, 
onun isti nəfəsinə ehtiyacı vardır. Bağın yerləşdiyi 
ərazidə vaxtilə Zərinqala adlı kənd olmuşdur. Ke-
çən  əsrin  ikinci  yarısında, Sovetlərin  hakimiyyəti 
illərində bu kəndə də, Lerik və Yardımlı rayonları-
nın  yüksək  dağ  kəndlərində  olduğu  kimi,  "pers-
pektivsiz"  adı  qoyub,  əhalisini  Biləsuvar  rayonu 
ərazisinə  köçürmüşlər.  Bizə  məlum  oldu  ki,  indi 
zərinqalalılar və digər köçürülməyə məruz qalmış 
kəndlərin də əhalisi  öz keçmiş yurd yerlərinə qa-
yıtmaq və dədə-baba yurdlarını bərpa etmək istə-
yirlər. 
Ölkə əhalisinin qeyd olunan meyvəyə və onun 
tibbi-bioloji  keyfiyyətlərinə  olan  tələbatının  yerli 
istehsal hesabına ödənilməsi bu cür elmi-təcrübi iş-
lərin geniş tətbiqi ilə mümkündür. Lerikin Zuvand 
zonasında badam bağlarını genişləndirməklə həm 
torpaqları  eroziyadan  qorumuş,  həm  də  eko-
sistemllərin  təbii  ehtiyat  potensialını  artırmış  ola-
rıq.  Bu  sahədə  vətəndaşların,  fermerlərin  və  iş 
adamlarının  adi bir təşəbbüsünü də alqışlamaq və 
dəstəkləmək vacibdir. Biz, AMEA Coğrafiya İnsti-
tutu olaraq, bu sahədə dövlətimizin həyata keçirdi-
yi  sənaye-aqrar  islahatlarına  hər  cür  elmi  dəstək 
verməyə hazırıq. Coğrafiya İnstitutunda aparılmış 
elmi tədqiqat işlərinin nəticələri və kadr potensialı 
bu problemin həllinə kifayət qədər imkan verir.    
Yaxın  gələcəkdə  Coğrafiya  İnstitutunun  bir 
qrup əməkdaşı ömrünü Azərbaycan təbiətinin öy-
rənilməsinə,  yaxşılaşdırılmasına,  qorunmasına 
həsr  etmiş  böyük  vətəndaş  alim,  akademik 
H.Ə.Əliyevin canlı təbiət yadigarları olan Şabran, 
Siyəzən,  Giləzi,  Şamaxı,  Ağsu,  İsmayıllı  və  Yar-
dımlı ərazilərindəki badam-püstə bağlarını, Qalaal-
tı, Quba, Qusar, Naxçıvan ərazilərindəki və İsma-
yıllı-Zaqatala avtomobil yolu ətrafındakı qoz bağ-
larının  müasir  vəziyyətinin  öyrənilməsi  istiqamə-
tində elmi axtarışlarını davam etdirəcəklər.  
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə