Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə61/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   57   58   59   60   61   62   63   64   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
114                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
dərələrin  Bağlı  dərə  adlandırılmasıdır.  Bağlı 
dərələr  “Batan”  dağ  tirələri  arasında  yerləşir. 
Sonrakı  dövrlərdə  qabarma  və  ya  püskürmə 
nəticəsində  qalxmış  sahə  dərələrin  qabağını  kəsir 
və buna görə də həmin dərələr bağlı dərələr adlanır. 
Ümumiyyətlə,  yer  qabığı  daimi  davam  edən 
tektonik  hərəkətlərin  və  xarici  qüvvələrin  təsirinə 
məruz qalması nəticəsində bir sıra relyef formaları 
əmələ  gəlmişdir  ki,  bunlar  da  özünü  qeyd  edilən 
mikrotoponimlərdə  təzahür  etdirməkdədir.  Məsə-
lən, Əyri dağ (Yekəxana k., Qobustan r-nu), Çax-
naq (Şamaxı r-nu), Donbalan dağ (Kövlüc k., Ağsu 
r-nu),  Şiş  dağ  (Poladlı  k., Qobustan  r-nu),  Dönən 
yer (Dağ Kolanı k., Qobustan r-nu), Çat yeri (Cəm-
cəmli k., Qobustan r-nu), Çat yer (Quşçu k., Şama-
xı r-nu), Çömçə dərə (Bicov k., Ağsu r-nu) və b. 
qeyd etmək olar. Bütün bu mikrotoponimlərin təh-
lili göstərir ki, burada yer qabığı fəaldır. Bunun nə-
ticəsində yer üzərində əmələ gəlmiş çatlar çaxnaq 
relyef  formasını,  sürüşmələr-axmalar,  dönmələr, 
axtarma və  vulkan püskürmələri və başqa amillər 
müxtəlif relyef formalarını yaratmışdır. Əyri dağın 
adına gəldikdə isə, elə düşünmək olar ki, dağın gö-
rünüşü əyri formadadır. Əslində, bu coğrafi obyekt 
kiçik şiş təpədir. Əyri dağ adı ilə onun forması, yə-
ni geomorfologiyası təzad təşkil edir. Bu isə bizdən 
daha diqqətli olmağı, düzgün nəticə çıxarmağı tə-
ləb edir. Lakin bu baxımdan Əyri dağın geoloji qu-
ruluşu maraq doğurur. Əyri dağ çox yuyulub aşın-
mış,  qədim  suxurlar  isə  açılaraq  çılpaqlaşmışdır. 
Əlbəttə, bu, arid iqlim üçün xarakterik və səciyyə-
vidir. Bizi maraqlandıran isə dağ adının əyri adlan-
dırılmasıdır. Buna görə dağı (əslində, təpəni) təşkil 
edən lay dəstələrinə, onu təşkil edən süxurlara diq-
qət  yetirdikdə,  lay  dəstələrinin  pozulmadan,  adə-
tən,  normal  vəziyyətdə  üfüqi  istiqamətdə  yataraq 
formalaşdığı  halda,  hansı  dövrdəsə  gedən  geoloji 
proses nəticəsində lay dəstələrinin şaquli vəziyyət 
alaraq  adını  birtərəfli  əyilməsindən  götürmüşdür. 
Deməli,  burada  təpəyə  Əyri  dağ  adının  verilməsi 
onun formasına görə deyil, onu təşkil edən layların 
yatım formasına uyğun olaraq verilməsi daha inan-
dırıcıdır.  Bu  da,  eyni  zamanda,  xalqın  müdrikli-
yindən xəbər verir. Eyni zamanda, Daban təpə və 
Kiçik tap adları da maraqlıdır. Daban təpə (Bəndə-
liyev  N.S.  2009)  Qobustan  rayonunun  ərazisin-
dədir. Bu kiçik təpə dağın aşağı ayağında yerləşir. 
Buna görə də oxşatma olaraq adlandırılmışdır. Ki-
çik  tap  terrasvarı  düzən  sahələrdə  hündürlükdür. 
Dağətəyi və düzənliklərdə kiçik müsbət relyef for-
masıdır. Tap dağ ətəyi və dağ üstündə terraslararası 
düzənlik [5], tap termini su çıxmayan düzən yerdə 
təpə, düzənlik, dağ döşündə və s. [7], çayda çıxıntı 
konusunun yaratdığı səki [6] və s. mənalarda gös-
tərilir. Əslində, tap müsbət relyef formasıdır. Tap 
termini  özünü  tapan  sözündə  əksini  tapmış  olur. 
Burada  çox  kiçik  müsbət  relyef  formasından  söz 
getməsi qeyd edilməlidir. 
Tədqiq olunan regionda geomorfoloji amillərin 
də relyefin dəyişərək formalaşmasında rolu mikro-
toponimlərdə  əks  olunmaqdadır.  Məsələn,  Azər-
baycanda olan palçıq vulkanlarından çoxu bu rayo-
nun payına düşür. Bu səbəbdən də ərazinin relye-
fində iz  qoymuş  proseslər mikrotoponimlərdə  ax-
tarma, pilpilə və s. adlarla yaşaması qeyd edilməli-
dir. 
 
 
 
Şəkil 1. Dağlıq Şirvan və onu əhatə edən ərazilərdən qeydə alınmış bəzi mikrooronimlərin xəritə-sxemi 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 115 
 
Məlum olduğu kimi, yerin geomorfoloji qurulu-
şunun formalaşmasında xarici qüvvələrin (axar su-
ların, küləyin və s.), aşınmaların və həm də bunlar-
la yanaşı, süxurların tərkibinin, layların yatım xü-
susiyyətinin də rolu az deyildir. Məsələn, Doqquz 
dərə, Bərk dərə, Keçəl dağ, Kəp dağ, Təngə dərə, 
Çil dağ, Dəlmələr, Qapçaqlar, Kirbit dağı mikroto-
ponimlərini qeyd  etmək  olar.  Qeyd  edilən  mikro-
adlardan məlum olur ki, relyefin formalaşmasında 
daxili və xarici amillərlə yanaşı, süxurların tərkibi-
nin  də  rolu  vardır.  Məsələn,  Kəp  dağ  [1]  toponi-
mini  nəzərdən  keçirək:  Kəp  dağ  Poladlı  kəndinin 
qərb tərəfindədir. Buradakı dağın şərq tərəfə baxan 
yamacı dik sıldırımdır. Yumşaq əhəngdaşından və 
başqa  yumşaq  süxurlardan  təşkil  olunduğundan 
güclü fiziki aşınma prosesi getmişdir. Yağış suları 
yeraltı mağaralar (yalançı karst) əmələ gətirmişdir 
ki, bu mağaralar qıflar şəklində yer səthinə açılır. 
Belə relyef formaları olan ərazidə heyvanların ota-
rılması təhlükəlidir. Ümumiyyətlə, relyefdəki kəp-
kirəbənzər formaya görə Kəp dağ adı verilmişdir. 
Qotur dağda güclü fiziki aşınma prosesinin getməsi 
dağın adında bitki örtüyünün kasıblığı özünü gös-
tərir. Çil dağ – farsca qırx dağ deməkdir [4]. Dağda 
fiziki aşınma qüvvətli getdiyindən, dağın üzərində 
daşlı sahələrdə bitki örtüyü zəifdir. Elə buna görə 
də xarici görünüşünə uyğun Çil dağ adlandırmışlar 
[1,2]. Tədqiq olunan ərazidə mikrotoponimlər vasi-
təsilə geoloji dövrləri və süxurların mənşəyini ət-
raflı müəyyən etməyə imkan yaranmış olur: məsə-
lən, Ağ təpə, Sarı təpə, Göy qaya, Qızıl burun, Qır-
mızı yal və b. Buradakı mikrotoponimlər, əslində, 
oronimi  təşkil  edən  süxurların  rəngini  bildirir. 
Lakin  qeyd  edilən  rəngləri  bildirən  adların  elmi 
tədqiqi müvafiq süxurların tərkibini və əmələ gəl-
diyi geoloji dövrləri öyrənməkdə əhəmiyyətə ma-
likdir. Ağ təpə və b. bu qəbildən olan coğrafi ob-
yektlərin  təbaşir  dövrü  çöküntüləri  süxurları  ilə 
bağlı olmasını izah etməyə imkan verir.  
Tədqiq  olunan  ərazinin  relyefi,  geomorfoloji 
quruluşu, hündürlük səviyyəsinin cənuba doğru al-
çalması  özünü  iqlim  elementlərinin  formalaşma-
sında göstərərək mikrotoponimlərdə əks olunmaq-
dadır. Bu, həm də Azərbaycan ərazisində iqlim xü-
susiyyətlərinin  yayılması  ilə  bağlı  olaraq  tədqiq 
olunan Dağlıq Şirvan regionunda cənuba və qərbə 
doğru  iqlimin  aridləşməsi  özünü  mikrotoponim-
lərdə göstərir. Məsələn, Quru dərə (Qəşəd k., Ağsu 
r-nu), Quru nohur, Boransız cülgə (Qobustan r-nu), 
Quru dağ (Xiləmilli k., Qobustan r-nu), Çöl dərəsi 
(Xınıslı k., Şamaxı r-nu), Çənlibel, Yelli qaya (Dağ 
Kolanı  k.,  Qobustan  r-nu)  və  b.  mikrotoponimlər 
ərazinin iqlimi haqqında təsəvvür yaradır.  
Yuxarıda  qeyd  olunduğu  kimi,  ərazinin  relyef 
müxtəlifliyi şaquli zonallıq üzrə hündürlük səviy-
yəsindən asılı olaraq nəzərə çarpır. Bu da relyefin 
əmələgəlməsinə və onun tədricən dəyişikliyə uğra-
masına səbəb olan endogen və ekzogen qüvvələrin 
nəticəsidir. Bu da ərazidə iqlim ünsürlərinin forma-
laşmasına təsir edərək su mənbələrinin yayılmasın-
da özünü göstərməkdədir. Dağlıq Şirvan ərazisində 
su obyektlərinin yayılması və onların yer üzərində 
gördüyü  işlər  bir  çox  mikrotoponimlərdə  əksini 
tapmışdır.  Məsələn,  Su  dərəsi,  Su  qovuşan  dərə 
(Çarhan k., Şamaxı r-nu), Kahalıdöş dərəsi (Poladlı 
k., Qobustan r-nu), Kühül düzü (Nardərən k., Qo-
bustan  r-nu),  Kühül  dərəsi  (Ləngəbiz  k.,  Ağsu  r-
nu), Mağaralı döş (Yekəxana k., Qobustan r-nu) [3] 
və s. qeyd etmək olar. Burada axar suların fəaliy-
yəti  nəticəsində  relyefdə  müxtəlif  dəyişikliklərin 
getdiyi  aydınlaşır.  Axar  suların  fəaliyyəti  nəticə-
sində yumşaq əhəngdaşlı süxurlarda yeraltı boşluq-
ların  əmələ  gəlməsi  Kahalı  döş  dərəsi,  Kəp  dağ, 
Mağaralı döş, Tək Kühül və s. mikrotoponimlərdə 
əks olunmaqdadır. Belə relyef formaları inkişaf et-
miş ərazilərdə heyvandarlığa, kənd təsərrüfatına zi-
yan verə bilir və başqa tikinti işlərinin aparılmasın-
da təhlükəli hesab edilir. Bu baxımdan mikrotopo-
nimlərin öyrənilmə əhəmiyyəti böyükdür.  
Axar  suların  mikrotoponimlərdə  əksolunması 
ərazinin iqlimindən, yağıntıların səviyyəsindən və 
xüsusiyyətlərindən  məlumatlar  verir.  Məsələn, 
Axan su dərəsi, Su qovuşan dərə adlarında dərələ-
rin sululuğundan xəbər verir. Məlum olduğu kimi, 
hər hansı bir ərazinin torpaq və bitki örtüyünün for-
malaşıb  yayılmasında  ərazinin  relyefi,  relyefin 
hündürlük səviyyəsi, yerləşmə istiqaməti və s. ilə 
əlaqədar  olaraq  iqlimlə,  iqlim  qurşaqları  ilə  sıx 
bağlıdır. Eləcə də torpaq və bitki örtüyünün müxtə-
lifliyini  ərazidən  toplanılmış  mikrotoponimlərdən 
aydın görmək olur. Belə ki, ərazinin torpaq və bitki 
örtüyü  şaquli  zonallıq  və  üfüqi  zonallıq  üzrə  də-
yişir. Bu da heyvanlar aləminin yayılmasına şərait 
yaradır. Məsələn, Qara torpaq zəmi (Qızmeydan k., 
Şamaxı r-nu), Qara arxa (Quşçu k., Şamaxı r-nu), 
Qara taxta (Yekəxana k., Qobustan r-nu), Sarı tor-
paqlı  zəmi  (Ərəbqədim  k.,  Qobustan  r-nu)  və  b. 
qeyd etmək olar. Ümumiyyətlə, mikrotoponimlərin 
tədqiqi  nəticəsində  Dağlıq  Şirvan  ərazisində  tor-
paqların tipini aydınlaşdırmağı asanlaşdırmış olu-
ruq. Məsələn, Qara torpaq zəmi adında ərazinin son 
dövrlərdə meşə altından çıxması, ərazinin iqlimin-
də  baş  vermiş  aridləşmənin  nəticəsi  olaraq  land-
şaftdakı dəyişkənlik öz əksini tapmışdır. Yəni meşə 
landşaftlarının çöl landşaftı ilə əvəz olunmasından 
xəbər verir. Sarı torpaqlı, Qırmızı torpaq adlı mik-
rotoponimlərdə  torpaqların  üzvi  və  mineral  mad-
dələrlə  zənginliyi  aydın  olur.  Bütün  qeyd  edilən 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə