Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə1/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
  1   2   3   4   5   6   7   8   9   ...   68


AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu            Institute of Geography named after  acad. H.A.Aliyev, ANAS 
Azərbaycan Coğrafiya Cəmiyyəti                                                  Azerbaijan Geographical Society 
 
Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri 
 
COĞRAFİYA VƏ TƏBİİ 
RESURSLAR 
 
         
 
 
 
Proceedings of the Azerbaijan Geographical Society 
 
GEOGRAPHY AND 
NATURAL RESOURCES 
 
 
 
2017 
№1 (5) 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
2                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
 
BAŞ REDAKTOR: akademik Ramiz Məmmədov 
 
REDAKSİYA HEYƏTİ: 
c.e.d.,  prof.  Fərda  İmanov  (baş  redaktorun  müavini),  akademik  Qərib  Məmmədov,  akademik  Məmməd  Salmanov
c.e.d., prof. Tapdıq Həsənov, c.e.d. Zakir Eminov, c.e.d. Rəna Qaşqay, c.e.d. Hüseyn Xəlilov, c.e.d. Yaqub Qəribov
c.e.d.  Rza  Mahmudov,  c.ü.f.d.  Nazim  Bababəyli,  c.ü.f.d.  Məhərrəm  Həsənov,  c.ü.f.d.  Mirnuh  İsmayılov  (məsul 
katib), a.e.ü.f.d. Mətanət Əsgərova, p.e.ü.f.d. Oqtay Alxasov 
 
Redaktor: Zahid Əhmədov 
Buraxılışına məsul:  Mail Xəlilov  
Kompüter tərtibatçısı: Emil Cəbrayılov 
 
Jurnal AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda yığılmış və səhifələnmişdir. 
 
Redaksiyanın ünvanı: AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı ş., H.Cavid pr., 115 
Telefon: (+99412) 539 3376 
www.gsaz.az 
 
*** 
 
EDITOR-IN-CHIEF: academician Ramiz Mammadov 
 
EDITORIAL BOARD:  
Dr.  geog.,  prof.  Farda  İmanov  (deputy  of  editor-in-chief),  academician  Garib  Mammadov,  academician  Mammad 
Salmanov, dr. geog., prof.  Tapdyg Hassanov, dr. geog.  Zakir  Eminov, dr. geog.  Rena Gashgay, dr. geog.  Huseyn 
Khalilov, dr. geog. Yagub Garibov, dr. geog. Rza Mahmudov, PhD geog. Nazim Bababeyli, PhD geog. Maharram 
Hassanov, PhD geog. Mirnuh İsmayilov (executive secretary), PhD agr. sci. Matanat Askerova, PhD ped. sci. Ogtay 
Alkhasov 
 
Editor: Zahid Ahmadov 
Responsible for the issue: Mail Khalilov 
Computer designer: Emil Jabrayilov 
 
This journal has been composed at the Institute of Geography named after  acad. H.Aliyev, ANAS. 
 
Editorial address: Institute of Geography named after acad. H.Aliyev, ANAS, AZ 1143 Baku c. H.Javid ave. 115 
Phone: (+99412) 539 3376 
www.gsaz.az 
 
ISBN-978-9952-8032-5-9
 
 
 
 
________________________
 
--------------------------------------------- 
 
Çapa imzalanmışdır 15.05.2017 
Formatı 70x100 Tiraj-100 
 
       «AVROPA» nəşriyyatı, 2017 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 3 
 
AKADEMİK  H.Ə.ƏLİYEV - 110
 
ARİD DAĞ EKOSİSTEMLƏRİNİN QORUNMASI VƏ YAXŞILAŞDIRILMASININ ƏSAS 
YOLLARI ( Zuvandın badam bağlarının timsalında) 
R.M.Məmmədov, M.S.Həsənov, M.C.İsmayılov
Son  illər  Azər-
baycan  höküməti-
nin regionların so-
sial-iqtisadi  inki-
şafı  haqqında  qə-
bul  etdiyi  proq-
ram-layihələr regi-
onlarda infrastruk-
turun  əsaslı  şəkil-
də  yenidən  qurul-
masında,  əlverişli 
investisiya  şəraiti-
nin  yaradılmasın-
da mühüm rol oy-
nayır.  Azərbaycan 
Respublikasının 
Prezidenti cənab İ.H.Əliyev son çıxışlarında dünya 
iqtisadiyyatında baş verən yeni tendensiyaları nə-
zərə  alaraq  respublikamızın  davamlı  inkişafının 
əsas  strateji  məqamlarını−iqtisadiyyatın  neftdən 
asılılığının  azaldılmasını,  qeyri-neft  sektorunun 
daha da inkişaf etdirilməsini, idarəetmədə çevik və 
səmərəli  metodların  tətbiqini,  məmur-vətəndaş 
münasibətlərinin  mövcud  qanunlar  əsasında  qar-
şılıqlı fayda və hörmətə əsaslanmasının vacibliyini 
dəfələrlə  vurğulamışdır.  Cənab  Prezident  zəngin 
torpaq, iqlim şəraitinə malik respublikamızda iqti-
sadiyyatın  aqrar  bölməsinin  inkişaf  etdirilməsinə 
xüsusi önəm verir və ölkə əhalisinin bir sıra kənd 
təsərrüfatı  məhsullarına  olan  tələbatının  idxal  he-
sabına ödənilməsini yolverilməz hal kimi qiymət-
ləndirir. O göstərir ki, təbii şərait və ehtiyatlardan 
daha  səmərəli  istifadə  edərkən  ərazini  ekoloji  ba-
xımdan  qiymətləndirmək  olduqca  vacibdir.  Res-
publlikamızın  təbiətinin  qorunmasında,  yaranan 
ekoloji problemlərin həllində akademik Həsən Əli-
yevin misilsiz xidmətlərini nəzərə alaraq Prezident 
2017-ci  ildə  Azərbaycan  təbiətinin  böyük  dostu 
olmuş alimin 110 illik yubileyinin keçirilməsi ilə 
bağlı sərəncam imzalamışdır. Bunları nəzərə alaraq 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitu-
tunun  Elmi  Şurası respublikamızın  təbii  şərait  və 
təbii  ehtiyat  potensialının  düzgün  qiymətləndiril-
məsi və səmərəli istifadə edilməsi, həmçinin aka-
demik  H.Ə.Əliyevin  respublikamızda  ekoloji  şə-
raitin sağlamlaşdırılması üçün gördüyü işlərin elmi 
təhlilinin  aparılması  istiqmətində  bir  sıra  tədqiqat 
sahələri  müəyyənləşdirmiş  və  tədbirlər  planı  iş-
ləyib hazırlamışdır. Bu tədbirlərdən biri də vaxtilə 
Həsən  müəllimin  təşəbbüsü  ilə  salınmış  badam-
püstə  bağlarının  və  meşə  zolaqlarının  müasir  və-
ziyyətinin  öyrənilməsidir.  Keçən  əsrin  ikinci  ya-
rısında Coğrafiya İnstitutunun əməkdaşları akade-
mik H.Ə.Əliyevin rəhbərliyi altında Azərbaycanın 
arid ekosistemlərində fitomeliorasiya tədbirlərinin 
aparılması  və  aqrar  sektorun  inkişaf  etdirilməsi 
məqsədi  ilə  badam,  püstə, qoz  və  eldar  şamından 
ibarət  elmi-təcrübi  əhəmiyyətli  bağlar,  meşə-bağ-
lar və meşə zolaqları salınmasında yaxından iştirak 
etmişdir. Burada əsas məqsəd Şabran, Şamaxı, Si-
yəzən, Xızı, Lerik və Yardımlı rayonlarının, Abşe-
ron  və  Qobustanın,  Acınohur-Ceyrançölün  dağlıq 
hissəsindəki  zəif  məhsuldarlığa  və  antropogen 
təsirlərə qarşı yüksək həssaslığa malik arid ekosis-
temlərin  ekoloji  tarazlığını  artırmaq,  torpaq  ero-
ziyasının qarşısını almaq və onları kənd təsərrüfatı 
üçün rentabelli sahəyə çevirməklə davamlı inkişafa 
nail  olmaq  idi.  Belə  aqroekosistemlərdən  biri  də 
1976-cı ildə Həsən müəllimin bilavasitə rəhbərliyi 
ilə Lerik rayonunun Zuvand çökəkliyində, keçmiş 
Zərinqala  kəndinin  ərazisində  salınmış  badam 
bağlarıdır. 
Zuvand çökəkliyinə aparan yol Burovar silsilə-
sinin şərq ətəklərindən başlayır. Cənub-şərqdən şi-
mal-qərb istiqamətində uzanan Burovar silsiləsinin 
Xəzər dənizinə baxan şərq yamacları 3-cü geoloji 
dövrdən qalmış zəngin flora növləri ilə örtülmüş-
dür. Bu meşələr strukturunun mürəkkəbliyi, çoxya-
ruslu olması, bioloji müxtəlifliyi, tez-tez bir-birini 
əvəz edən zəngin meşə ekosistemləri ilə unikal bir 
təbiət abidəsidir. Ağac və kolların növ müxtəlifliyi-
nə görə İ.S.Səfərov Talışın meşə ekosistemlərinin 
Qafqazda yeganə olduğunu qeyd etmişdir. Burada-
kı ilkin strukturunu saxlamış meşələrin 1000 hek-
tarında da 32 ağac və kol növü qeydə alınmışdır ki, 
bu  da  nəinki  Qafqaz,  ümumilikdə    subtropik    və 
mülayim  enliklərin  meşə  ekosistemləri  üçün  tək-
rarsız zənginlikdir. Çox təəsüf ki, Lənkəran-Astara 
bölgəsinin ilkin meşə ekosistemlərinə hazırda yal-
nız Hirkan Dövlət Təbiət Qoruğunda rast gəlmək 
mümkündür. Qalan meşə sahələri isə ya təkrar tö-
rəmə meşələrdir, ya da antropogen təsirlərlə ciddi 
şəkildə pozulmuş meşələrdir (şəkil 1). 
Akademik  H.Ə.Əliyev  Talış meşələrini "Həyə-
can  təbili"  kitabında  təbii  botanika  bağına  və  ya 
Akademik H.Ə.Əliyev 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə