Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə62/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   58   59   60   61   62   63   64   65   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
116                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
amillərdən  asılı  olaraq,  bitki  örtüyünün  yayılma-
sında kəskin fərqlərin olması üzə çıxır. Bu baxım-
dan mikrotoponimlərin təhlili əhəmiyyətlidir. Mə-
sələn, bunlara misal olaraq Güllü zəmi (Qəşəd k., 
Ağsu r-nu), Narlıq (Nüydi k., Şamaxı r-nu), Əncilli 
dağ  (Ərəbşalbaş  k.,  Qobustan  r-nu),  Əzgilli  dərə 
(Mədrəsə k., Şamaxı r-nu), Noxudlu yamac (Çaylı 
k., Şamaxı r-nu), Sumaqlı yamac (Bicov k., Ağsu 
r-nu), Sarımsaq dərəsi (Mədrəsə k., Şamaxı r-nu), 
Palıdlı  yamac,  Palıdlı  çökək  (Dağ  Bağırlı  k.,  Şa-
maxı r-nu), Gavalılı yamac (Ləngəbiz k., Ağsu r-
nu), Qovaqlı dərə (Meysəri k., Şamaxı r-nu), Saq-
qızlı təpə (Kərkənc k., Şamaxı r-nu), Yemişanlı ya-
mac  (Dağ  Bağırlı  k.,  Şamaxı  r-nu),  Kəndalaşlıq 
(Sabirli  k.,  Şamaxı  r-nu),  Əncirli  döş  (Poladlı  k., 
Qobustan r-nu), Bülbüllü arxac (Çilgəz yaylağı Şa-
maxı r-nu), Qarayovşanlı düz (Ərəbqədim k., Qo-
bustan r-nu), Narlıq dərəsi (Quşçu k., Şamaxı r-nu), 
Qaraqanlı çəm (Poladlı k., Qobustan r-nu), Soğanlı 
dərə (Bəklə k., Qobustan r-nu), Göyəmli dərə (Na-
bur  k.,  Qobustan  r-nu),  Narlıq  yalı  (Nardərən  k., 
Qobustan r-nu), Boyaqlı dərə (Poladlı k., Qobustan 
r-nu),  Boyaqlı  yamac  (İlanlı  k.,  Qobustan  r-nu), 
Dəlibəngli  yamac  (Dərəkənd  k.,  Qobustan  r-nu), 
Pəllimeşə (Şıxlar k., Qobustan r-nu), Qızılcıqlı də-
rə (Poladlı k., Qobustan r-nu), Boyaqlı dərə (Nuran 
k., Ağsu r-nu), Fındıqlı dərə (Quşəncə k., İsmayıllı 
r-nu),  Xırda  dəndəlik  (Diyallı  k.,  İsmayıllı  r-nu), 
Əncirli dərə (Kirk k., İsmayıllı r-nu), Əzgilli burun 
(Quşəncə k., İsmayıllı r-nu), Qırtışlı arxac (Qobus-
tan  qış  otlağı),  Kəngizli  döş  (Qobustan),  Çoğanlı  
döş  (Poladlı  k.,  Qobustan  r-nu)  və  s.  kimi  adları 
qeyd etmək olar.  
Beləliklə, tədqiq olunan ərazinin bu və ya digər 
fitonimik  mikrotoponimlərini  toplayıb  təhlil  et-
məklə  orada  mövcud  olmuş  landşaftların  inkişafı 
və tarixən landşaftda baş vermiş dəyişiklikləri iz-
ləmək mümkündür. Heyvanlar aləminin yayılması 
da  mikrotoponimlərdə  əksini  tapmışdır.  Müasir 
landşaftla yanaşı, tarixən ərazidə hakim olmuş keç-
miş iqlim, torpaq və bitki örtüyünün izini yaşadan 
zoonimik mikrotoponimlər də mövcuddur. Bu qrup 
zoonimik mikrotoponimlərin öyrənilməsi əhəmiy-
yətlidir.  Məsələn,  Ceyran  nohuru  (Quşçu  k.,  Şa-
maxı r-nu), Ceyran bulağı (Qobustan), Cüyür uçan 
(Quşəncə k., İsmayıllı r-nu), Çaqqal dərəsi (Kövlüc 
k., Ağsu r-nu), Keçili təpə (Gəraybəyli k., İsmayıllı 
r-nu), Bayquşlu qaya (Qobustan), Kəklikli döş (Po-
ladlı k., Qobustan r-nu), Qulunlu qaya (Bicov k., 
Ağsu r-nu), Pələngli dərə (Nardaran k., Qobustan 
r-nu), Donuzlu dərə (Mərəzəli k., Qobustan r-nu), 
Maral uçan döş (Poladlı k., Qobustan r-nu) və b. 
zoonimik mikrotoponimləri göstərmək olar. Belə-
liklə, fiziki-coğrafi şəraitlə bağlı mikrotoponimlə-
rin  öyrənilməsi  vasitəsilə  keçmiş  və  müasir  təbii 
hadisələri,  geoloji  prosesləri,  relyefdə,  iqlimdə, 
bitki  örtüyündə,  heyvanlar  aləmində  baş  vermiş 
dəyişiklikləri,  keçmiş  landşaftların  bərpası,  əhali-
nin  məskunlaşması,  təsərrüfatların  inkişaf  istiqa-
mətləri və gələcək prespektivləri və s. öyrənilməsi 
əhəmiyyətlidir. 
Cədvəl 1 
Tədqiq edilən ərazidə qeydə alınmış coğrafi adlar 
Batan dağ 
Doqquz dərə 
Tək kühül 
Kühül düzü 
Əyri dağ 
Kiçik tap 
Dəlmələr 
Qapcaqlar     
Donbalan dağ 
Çil dağ 
Göy qaya 
Qızıl burun 
Şiş dağ 
Qırmızı yal 
Qara taxta 
Sarıtorpaq zəmi 
Keçəl dağ 
Qara arxa 
Sarı təpə 
Qarayovşanlı düz 
Kəp dağ 
Ağ təpə 
Suqovuşan dərə 
Su dərəsi 
Quru dağ 
Quru nohur 
Çənlibel 
Yelliqaya 
Qotur dağ 
Mağaralı döş 
Saqqızlı təpə 
Boransız cülgə 
Dönən yer 
Ceyran nohuru 
Ceyran bulağı 
Qulunlu qaya 
Çat yer 
Bayquşlu qaya 
Cüyür uçan 
Donuzlu dərə 
Çömçə dərə 
Pələngli dərə 
Çaqqal dərəsi 
Maral uçan döş 
Bərk dərə 
Kəklikli döş 
Keçili təpə 
Bülbüllü arxac 
Təngə dərə 
Əncirli dağ 
Əzgilli dərə 
Sarımsaq dərəsi 
Quru dərə 
Qovaqlı dərə 
Narlıq dərəsi 
Soğanlı dərə 
Çöl dərəsi 
Boyaqlı dərə 
Göyəmli dərə 
Qızılcıqlı dərə 
Kühül dərəsi 
Fındıqlı dərə 
Əncilli dərə 
Boyaqlı yamac 
Kahalı döş dərəsi 
Dəlbəngli yamac 
Narlıq yalı 
Qarağanlı çəm 
Kəndalaşlıq 
Yemişanlı yamac 
Gavalılı yamac 
Palıdlı çökək 
Palıdlı yamac 
Sumaqlı yamac 
Noxudlu yamac 
Narlıq 
Güllü zəmi 
Pəlli meşə 
Əncirli döş 
Xırda dəndəlik 
Əzgilli burun 
Qırtışlı arxac 
Kəngizli döş 
Çoğanlı döş 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 117 
 
Nəticə. Tədqiq olunan ərazinin mikrotoponim-
lərinin tədqiqində “Batan dağ”, “Əyri dağ”, “Don-
balan  dağ”,  “Şişdağ”,  “Çat  yer”,  “Çaxnaq”,  “Da-
ban  təpə”,  “Kiçik  tap”,  “Keçəl  dağ”,  “Kəp  dağ”, 
“Dönmələr”,  “Qotur  dağ”,  “Quru  dərə”,  “Quru 
dağ”, Ağ təpə”, “Sarı təpə”, “Çənlibel”, “Kühül də-
rəsi”,  “Qara  taxta”,  eləcə  də  müxtəlif  bitki  adları 
(əzgilli,  alçalı),  “Ceyranlı  düz”,  “Çaqqallı  dərə”, 
“Keçili dağ”, “Qulunlu qaya” və b. mikrooronimlər 
araşdırılmış və onların tərkibində iştirak edən yerli 
xalq coğrafiya terminləri (batan, donbalan, şiş, çat, 
daban, tap, kəp, və b.) müəyyənləşdirilmişdir.  
ƏDƏBIYYAT 
1. 
Alıcanov  M.S.,  Bəndəliyev  N.S.  Azərbaycan 
ərazisində təbii şərait və landşaftla bağlı bəzi toponimlər 
haqqında.  Azərbaycan  onomastikasına  həsr  olunmuş 
VII elmi-nəzəri konfransın materialları. Bakı-1998. səh. 
94-96. 
2. 
Bəndəliyev N.S., Bəndəliyev V.N. Azərbaycan 
landşaft  toponimlərinin  yayılma  qanunauyğunluqları. 
Azərbaycan  onomastikası  problemlərinə  həsr  olunmuş 
VI elmi-nəzəri konfransın materialları. Bakı-1996. səh. 
92-93. 
3. 
Bəndəliyev N.S., Bəndəliyev V.N. Azərbaycan 
ərazisində relyef və təbii şəraitlə bağlı yerli xalq coğrafi 
terminləri haqqında (Böyük Qafqazın cənub-şərq yama-
cı timsalında). Azərbaycan Milli Elmlər Akademiyası-
nın Xəbərləri, Yer elmləri №2, 2007. səh. 88-92. 
4. 
Budaqov  B.Ə.  Türk  uluslarının  yer  yaddaşı. 
Bakı-1994, 271 s. 
5. 
Yüzbaşov  R.M.  Azərbaycanın  coğrafiya  ter-
minləri (tədqiqlər). Bakı-1966, 156 s. 
6. 
Mehrəliyev  E.Q.  Xalq  coğrafi  terminlərinin 
izahlı lüğəti. Bakı-1987, 80 s.  
7. 
Məmmədov N.G. Azərbaycanın yer adları. Ba-
kı-1993, 184 s.  
 
РОЛЬ ФИЗИКО-ГЕОГРАФИЧЕСКИХ 
ФАКТОРОВ В СОЗДАНИИ 
МИКРОТОПОНИМОВ  В ТЕРРИТОРИИ 
НАГОРНОГО ШИРВАНА 
В.Н.Бандалиев 
В статье рассказывается о скоплении микротопо-
нимов  на  территории  горного  Ширвана  (Шамахы, 
Исмайыллы,  Гобустан,  Агсу,  Гаджигабул).  Были  
исследованы 
некоторые 
микротопонимы 
на 
исследуемых территориях Чил даг, Батан даг, Тенге 
дере, Чанлибель, Маралучан дош, Чахнаг, Ахтарма, 
Пилпиле, Берк дере, Кеп даг, Кечел даг, Делмелер и 
т.д. Проведено изучение произошедших  в  прошлом 
и  настоящем  изменений  природных    явлений, 
геологических  процессов,  рельефа,    климата,  
флоры,  фауны,  направления развития ландшафта  в 
прошлом  и    перспектив  в  будущем    и.т.д.      пос-
редством  изучения  микротопонимов  в  физико-гео-
графических  условиях.  Была  составлена  схемати-
ческая карта скоплений микротопонимов в Горном 
Ширване и  охватывающих его территорий. 
 
THE ROLE OF THE PHYSICAL AND 
GEOGRAPHICAL FACTORS IN CREATION OF 
MICROTOPONYMS IN THE TERRITORY OF 
UPLAND SHIRVAN 
V.N.Bandaliyev 
The  microtoponyms  which  are  collected  from  Mo-
untainous  Shirvan  (region  of  Shamakhy,  Ismayilly, 
Gobustan, Aghsu, Haciqabul) are spoken in this article.  
Some microtoponyms of the studied areas – Chil dagh, 
Batan  dagh,  Tanga  dara,  Chanlibel,  Maraluchan  dosh, 
Chakhnag,  Akhtarma,  Pilpila,  Bark  dara,  Kap  dagh, 
Keçal dagh, Dalmalar and etc. are investigated. Natural 
events that occurred in the past and present through the 
study  of  microtoponyms  on  the  physical  and  geogra-
phical conditions, geological processes, changes that oc-
cured  in  the  flora  and  fauna,  climate,  relief,  the  resto-
ration of the landscapes, allocation of the population, de-
velopment direction of agriculture and future prospects 
are intended. The map scheme of the microtophonyms 
that are collected from Mountainous Shirvan and surro-
unding areas have been compiled. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə