Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə60/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   56   57   58   59   60   61   62   63   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
112                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
обеспечения  транснациональных  коммуникацион-
ных проектов. Указано, что требования к точности 
геодезического обеспечения работ изменяются в за-
висимости от вида решаемой инженерной задачи и 
условий  измерения.  В  общем  случае  требования  к 
точности зависят от многочисленных факторов и ха-
рактеризуются средней квадратической и  предель-
ными ошибками. Как обычно, значения этих ошибок 
указываются в специальных нормативных докумен-
тах. Однако, существующие ныне нормативные до-
кументы подготовлены в советское время, и не пол-
ностью отвечают современным требованиям. С дру-
гой стороны, в этих документах нет раздела, касаю-
щегося  геодезического  обеспечения  трансмагис-
тральных коммунационных линий. Прокладывание 
транснациональных  коммуникационных  линий  в 
Азербайджане  является новым видом специальных 
работ,  и  поэтому  требуется  разработка  своеобраз-
ных  научных  и  методических  подходов  к  их  гео-
дезическому  обеспечению.   
В связи с этим в представленной статье рассмот-
рены критерии геодезического обеспечения, факто-
ры, влияющие на их точность, оценка точности ра-
бот геодезического обеспечения и другие задачи. А 
в конце статьи даны обобщенные требования к точ-
ности геодезического обеспечения.  
 
THE ACCURACY REQUIREMENTS OF THE 
GEODETIC SUPPORT TRANSNATIONAL 
COMMUNICATION PROJECTS 
M.H.Gojamanov, A.I.Ismailov 
In  this  paper  were  substantiated  and  described  the 
modern requirements for accuracy of the  geodetic sup-
port of the transnational communication projects. İt was 
noted that the requirements for accuracy of the  geodetic 
support of works change depending on the kind of solve 
the  engineering  tasks  and  measurement  conditions.  In 
general, the accuracy requirements depend on numerous 
factors and are characterized by mean square and limi-
ting errors. As usual, the values of these errors are spe-
cified  in  special  regulatory  documents.  However,  now 
existing  normative documents prepared during  the  So-
viet period, and do not fully meet modern requirements. 
On the other hand, in these documents there is no section 
relating  with  geodetic support to ensure transmagistral 
communation lines. The laying of transnational commu-
nication lines in Azerbaijan is a new specialized work, 
and this requires the development of original scientific 
and methodological approaches to its geodesic support.  
In  this  regard,  the  paper  presents  criteria  geodetic 
support, the factors influencing their accuracy, estima-
tion precision of the geodetic support and other tasks. At 
the end of the article summarized the requirements for 
precision geodetic support. 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 113 
 
TOPONİMİKA 
© V.N.Bəndəliyev
 
DAĞLIQ ŞİRVAN ƏRAZİSİNDƏ FİZİKİ-COĞRAFİ AMİLLƏRİN MİKROTOPONİMLƏRİN 
YARANMASINDA ROLU 
V.N.Bəndəliyev 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr., 115 
Məqalədə Dağlıq Şirvan (Şamaxı, İamyıllı, Qobustan, Ağsu, Hacıqabul rayonları)  ərazisindən 
toplanılmış mikrotoponimlərdən bəhs edilir. Tədqiq edilən ərazinin bəzi mikrotoponimləri: Çil dağ, 
Batan dağ, Təngə dərə, Çənlibel, Maraluçan döş, Çaxnaq, Axtarma, Pilpilə, Bərk dərə, Kəp dağ, 
Keçəl dağ, Dəlmələr və  s. araşdırılmışdır. Fiziki-coğrafi şəraitlə  bağlı  mikrotoponimlərin tədqiqi 
vasitəsilə  baş  vermiş  keçmiş  və  müasir  təbii  hadisələri,  geoloji prosesləri  relyefdə,  iqlimdə,  bitki 
örtüyündə,  heyvanlar  aləmində  yer  almış  dəyişiklikləri,  keçmiş  landşaftların  bərpası,  əhalinin 
məskunlaşması, təsərrüfatın inkişaf istiqamətləri, gələcək perspektivləri və s. öyrənilmişdir. Dağlıq 
Şirvan və onu əhatə edən ərazilərdən toplanmış mikrotoponimlərin xəritə-sxemi tərtib edilmişdir. 
Giriş. Dünyanın ən cavan və geotektonik pro-
seslərin daha fəal getdiyi ərazilərdən biri də Böyük 
Qafqaz  vilayətidir.  Azərbaycanın  Dağlıq  Şirvan 
regionu Böyük Qafqaz vilayətinin cənub-şərq his-
səsinə daxildir. Bu region geoloji hərəkətlərin fəal-
lığının nəticəsi olaraq müxtəlif relyef ünsürləri for-
malaşması  ilə  daha  zəngindir.  Ərazi  erozion  pro-
seslərin  daha  intensivliyi  ilə  səciyyələnir.  Qeyd 
edilən proseslər nəticəsində müxtəlif relyef forma-
ları yaranmış, ərazidə yüksəklik qurşaqlarının for-
malaşması ilə relyef formaları da dəyişikliyə məruz 
qalmışdır. Beləliklə, Dağlıq Şirvan ərazisində təbii 
xüsusiyyətlərin müxtəlifliyi özünü daha aydın gös-
tərməsi ərazidə şaquli zonallığın əmələ gəlməsinə 
şərait yaratmışdır. Bu da müxtəlif geoloji dövrlər 
ərzində relyefəmələgətirici qüvvələrin təsiri ilə for-
malaşmışdır. Bütün bu proseslər (istər daxili və is-
tərsə  də  xarici  qüvvələr)  Dağlıq  Şirvan  ərazisinin 
torpaq, bitki və heyvanlar aləmində müxtəlif dəyi-
şikliklərin  əmələgəlməsində  başlıca  amili  olmuş-
dur.  Ərazinin  təbii  xüsusiyyətlərinin  fərqləndirici 
amilləri  müxtəlif  fiziki-coğrafi  rayonların  yaran-
masına  səbəb  olmuşdur.  Belə  fiziki-coğrafi  sahə-
lərdən biri olan Dağlıq Şirvan ərazisinin keçmişdə 
və müasir zamanda baş vermiş geoloji proseslərin 
geomorfoloji xüsusiyyətləri və təbiətində yer almış 
dəyişikliklərin  araşdırıb  öyrənilməsində  başqa 
üsullarla yanaşı, mikrotoponimlərlə tədqiq edilmə-
si də əhəmiyyət kəsb edir.  
İşin əsas hissəsi. Mikrotoponimlərin daha diq-
qətlə  toplanılıb  tədqiqata  cəlb  edilməsi  ərazinin 
geoloji inkişaf tarixini, geomorfoloji xüsusiyyətlə-
rini,  landşaft  komponentlərini,  faydalı  qazıntıları, 
ərazidə  tarixən  məskunlaşmanı,  əhalinin  keçmiş 
məşğuliyyəti, sənətkarlıq xüsusiyyətləri və b. öyrə-
nilməsində qiymətli məxəz rolunu oynaya bilər. Bu 
baxımdan toplanılmış mikrotoponimlərə nəzər sal-
dıqda  ərazinin  geologiyası,  geomorfologiyası,  iq-
lim, torpaq, bitki örtüyü və heyvanlar aləminin əks-
olunması  diqqəti  cəlb  edir.  Məlum  olduğu  kimi, 
daxili (endogen) qüvvələrin törətdiyi proseslər nə-
ticəsində yer qabığında qalxıb-enmələr baş vermiş-
dir ki, bunun da nəticəsində yer qabığını təşkil edən 
layların vəziyyətinin müxtəlif şəkildə dəyişməsi və 
başqa hallar ərazidən qeydə alınmış mikrotoponim-
lərdə öz əksini tapmışdır. Məsələn, ərazidə topla-
nılmış mikrotoponimlər arasında daha maraqlı ad-
lardan  biri  Batan  dağının  adıdır.  Ərazini  diqqətlə 
nəzərdən  keçirdikdə  “Batan”  dağın,  doğrudan  da, 
yerə gömüldüyü, yəni Şirvan düzünə çevrildiyi tə-
rəfdən  böyük  bir  sahəni  əhatə  edən  yüksək  yayla 
formalı  relyeflə  tutulub  batırılması  diqqəti  cəlb 
edir. İlk baxışdan Ləngəbiz silsiləsinin davamı Kə-
maləddin  tirəsinin  ətəklərinə  məxsus  çox  da  yük-
sək olmayan “Batan” dağ mikrotoponiminin geolo-
ji cəhətdən onu qərb tərəfdən əhatə edən sahədən 
qədim  olması  görünməkdədir.  Mikrotoponimin 
“Batan” dağ adlanması oraya diqqəti artırır və da-
ğın sonrakı hər hansı proseslər nəticəsində batma-
sından  xəbər  verir.  “Batan”  dağ  ərazisini  və  onu 
əhatə edən sahələrin relyef xüsusiyyətlərini nəzər-
dən keçirdikdə, aydın olur ki, “Batan” dağın qərb 
tərəfində geniş bir sahədə qabarma olmuş, relyefdə 
kəskin iz qoymuşdur.  Bu proses nəticəsində, əslin-
də, “Batan” dağ çökməmiş, onun qeyd edilən qon-
şu sahəsi qalxaraq onu yerə batmış kimi göstərir. 
Bunun başlıca səbəblərindən birini yerin tektonik 
hərəkətləri  nəticəsində  yer  qabığını  təşkil  edən 
layların  qalxması-qabarması  və  ya  bununla  bağlı 
həmin sahədə hər hansı bir dövrdə vulkanagen pro-
seslərin getməsi ilə izah etmək olar. Onu da qeyd 
etmək  lazımdır  ki,  “Batan”  dağ  3-4  kiçik  tirədir. 
Daha maraqlısı isə “Batan” dağ tirələri arasındakı 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə