Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə68/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   60   61   62   63   64   65   66   67   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
126                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
arasında  baş  verən  yeniliklər  heç  də  təəccüb  do-
ğurmur.  Tibetdə  hakimiyyət  hind,  Çin  və  Nepal 
liderlərinə  məxsusdur  və  onların  səyi  nəticəsində 
ənənəvi  təsərrüfat  formaları  öz  əhəmiyyətini  itir-
məyə  başlamışdır.  Bu  ölkələrdə  fəaliyyət  sahəsi 
kimi turizmin inkişafı və dövlət idarələrində yeni iş 
yerlərinin  açılması  çoxərliliyin  əsaslarını  tədricən 
dağıtmaqdadır;  ola  bilsin  ki,  növbəti  nəsildə  bu 
izdivac forması öz ömrünü başa vursun
 
İngilis dilindən çevirəni: Zahid Əhmədov 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 127 
 
YUBİLEYLƏR VƏ TƏDBİRLƏR 
 
ELBRUS ƏLİZADƏNIN XATİRƏSINƏ HƏSR OLUNMUŞ YUBİLEY YIĞINCAĞI 
Martın 29-da Azərbaycan coğrafiya elminin in-
kişafında böyük xidmətləri olan, Dövlət mükafatı 
laureatı,  AMEA-nın  müxbir  üzvü,  coğrafiya  üzrə 
elmlər doktoru, professor Elbrus Əlizadənin xatirə-
sinə həsr olunmuş “Azərbaycanın dağ geosistemlə-
ri: problemlər və perspektivlər”  mövzusunda elmi-
praktiki konfrans keçirildi. 
Əvvəlcə  alimin  xatirəsi  bir  dəqiqəlik  sükutla 
yad edildi. 
İclası  giriş  sözü  ilə  açan  AMEA  akademik 
H.Əliyev  adına  Coğrafiya  İnstitutunun  direktoru, 
akademik  Ramiz Məmmədov alimin həyatı, onun 
elmi, pedaqoji  və elmi-təşkilati fəaliyyəti haqqında 
məlumat verdi. Bildirdi ki, Elbrus Əlizadə coğra-
fiya elminin əsl cəfakeşi, tədqiqatçısı kimi tanınır-
dı. O, haqlı olaraq, görkəmli akademiklər H.Ə.Əli-
yev və B.Ə.Budaqovun, professorlar M.A.Müseyi-
bov, N.Ş.Şirinov, A.A.Mikayılovun çox layiqli da-
vamçısı hesab edilirdi. Onun həyat  yoluna nəzər 
saldıqda  inanmaq  olmurdu  ki,  bir  adam  bu  qədər 
işin öhdəsindən gələ bilər. E.Əlizadə tədris etdiyi 
fənlərin ən mürəkkəb məsələlərini sadə dillə, tələ-
bələrin bilik səviyyəsinə uyğun izah etməklə öz ye-
tirmələrinin sevimlisinə çevrilmişdi. O, tələbələrini 
həvəsləndirir, elmə həvəsi olanları Elmlər Akade-
miyasına  dəvət  edir,  elmi  tədqiqat  işlərinə  istiqa-
mətləndirirdi.  İnstitut  rəhbəri  E.Əlizadənin  qısa, 
lakin  mənalı,  zəhmət  dolu  həyatının  hər  bir  gənc 
üçün  nümunə  ola  biləcəyini  qeyd  etdi,  lakin  belə 
tez  həyatdan  köçməsinə  kədərlə  təəssüfləndiyini 
bildirdi. 
AMEA Yer Elmləri Bölməsinin akademik-kati-
bi,  akademik  Fəxrəddin  Qədirov  çıxış  edərək  El-
brus Əlizadənin çox səmimi, sözünə və əməlinə sa-
diq, yüksək savada, ensiklopedik biliyə malik bir 
insan olduğunu diqqətə çatdırdı. Bildirdi ki, günün 
istənilən  vaxtında  ona  müraciət  edilirdisə,  həmin 
andaca məsələ öz həllini tapırdı.  Bütün bu xüsusiy-
yətlər Elbrus müəllimi Yer Elmləri Bölməsinin se-
vimli  və  savadlı  üzvünə  çevirmişdi.  E.Əlizadə 
AMEA-nın müxbir üzvü seçilərkən büro üzvlərinin 
hamısı ona müsbət səs vermişdilər. Deməli, o hələ 
müxbir üzv olmaqdan əvvəl də böyük elmi nüfuza 
malik idi. 
E.Əlizadənin rəhbəri olduğu şöbənin əməkdaş-
ları tərəfindən onun 60 illik yubileyinə sürpriz kimi 
nəzərdə tutulmuş, lakin ölümündən sonra xatirəsi-
nə ithaf olunmuş videofilm  nümayiş olundu.   
Sonra c.ü.f.d., dosent Mirnuh İsmayılov profes-
sor E.K.Əlizadənin elmi tədqiqat işlərinin əsas isti-
qamətləri  və  nəticələri  haqqında  məruzə  ilə  çıxış 
etdi. Qeyd etdi ki, E.Əlizadə coğrafiya elminin ən 
perspektivli istiqamətlərindən biri olan dağlıq əra-
zilər    relyefinin  kosmik  şəkillərin    deşifrlənməsi 
materialları əsasında morfostruktur təhlili problemi 
üzrə tədqiqatlar aparmış və ölkəmizdən kənarda da 
yüksək  qiymətləndirilən  elmi-nəzəri  və  elmi-me-
todiki nəticələr əldə etmişdir. O, ölkəmizdə ilk dəfə 
olaraq morfostruktur təhlil istiqamətinə “xətti mor-
fostruktur” və “morfostruktur düyünü” anlayışları-
nı gətirmiş və onların dağlıq ölkələrin morfostruk-
tur quruluşundakı əhəmiyyətlərini elmi-nəzəri cə-
hətdən əsaslandırmışdır. 
Elbrus Əlizadə elmi tədqiqatla yanaşı, geniş pe-
daqoji fəaliyyətlə də məşğul idi. Bu barədə coğra-
fiya üzrə elmlər doktoru, professor Fərda İmanov 
“Professor E.K.Əlizadənin ali və orta məktəblərdə 
coğrafiya  fənninin  tədrisində  və  təbliğində  rolu” 
mövzusunda məruzə ilə çıxış etdi. O həmçinin dos-
tunu bir alim, bir insan kimi çox yüksək xarakterizə 
edərək, onu nəhəng bir aysberqlə müqayisə etdi və 
dedi  ki,  əgər  onun  elmi,  biliyi  aysberqin  görünən 
tərəfidirsə, ürəyi, xasiyyəti görünməyən hissəsidir. 
Bildirdi ki, Elbrus Əlizadə coğrafiya elminə böyük 
töhfələr vermiş görkəmli alimdir. 
Sonra BDU-nun dosenti Nərminə Seyfullayeva, 
alimin tələbəlik dostu, Bakı Kartoqrafiya Fabriki-
nin direktoru Müqabil Bayramov, AMEA Geologi-
ya  və  Geofizika  İnstitutunun  şöbə  müdiri,  akade-
mik Arif İsmayılzadə, ADPU-nun kafedra müdiri, 
dosent Oqtay Alxasov, Coğrafiya İnstitutunun apa-
rıcı  elmi  işçisi,  c.ü.f.d.  Mahirə  Abbasova,  BDU-
nun kafedra müdiri, professor Tapdıq Həsənov  və 
başqaları E.Əlizadə  haqqında xatirələrini söylədi-
lər, onun  müsbət insani keyfiyyətlərini, yüksək el-
mi  potensialını,  savadını,  iş  qabiliyyətini  xüsusi 
vurğuladılar. 
Tədbirin sonunda mərhumun həyat yoldaşı, ins-
titutun  aparıcı  elmi  işçisi,  c.ü.f.d.  Sevil  Quliyeva 
E.Əlizadə  haqqında  kövrək  xatirələrini  danışdı, 
onun haqqında xoş sözlər söyləyən, xatirəsini əziz 
tutan  hər bir iştirakçıya, eləcə də göstərdiyi  diq-
qətə  və  qayğıya  görə  institut  rəhbərliyinə  ailəsi 
adından dərin minnətdarlığını bildirdi.
Xanım Rzazadə,  
ACC-nin mətbuat katibi.  
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
128                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
AKADEMİK R.MƏMMƏDOVUN GƏNC ALİM VƏ MÜTƏXƏSSİSLƏRLƏ GÖRÜŞÜ 
 
Fevralın 24-də AMEA akademik H.Əliyev adı-
na Coğrafiya İnstitutunda akademik Ramiz Məm-
mədovun gənc alim və mütəxəssislərlə görüşü ke-
çirildi. 
Görüşün  əsas  məqsədi  institut  rəhbərliyinin 
gənclərin elmi fəaliyyətinin vəziyyəti və  problem-
ləri ilə yaxından tanış olmaq və lazım gələrsə,  yar-
dımçı olmaqdan ibarət idi. 
 
Direktor bu görüşə bütün ciddiliyi və tələbkarlı-
ğı ilə yanaşdı. Tədbirdə  iştirak edən hər bir gənc 
əməkdaşı  bir-bir  ayağa  qaldıraraq  hansı  mövzu 
üzərində  işlədikləri,  işin  hansı  mərhələdə  olduğu, 
çöl-tədqiqat işlərində iştirakları, beynəlxalq və ya 
yerli elmi jurnallarda məqalələrinin çapı, hansı el-
mi  kitabları oxuduqları və s. ilə maraqlandı, onları  
gördükləri işlər barədə qısa hesabat verməyə dəvət 
etdi. 
Akademik  nisbətən passiv gəncləri bir ata kimi 
danlayaraq, onlardan daha yüksək nəticələr gözlə-
diyini söylədi. Cavan mütəxəssis kimi özünün işə 
böyük  həvəslə  başladığı  illərdə  Xəzər  dənizində 
apardığı  tədqiqatlarından  nümunələr gətirdi. Ra-
miz müəllim qasırğanın törətdiyi təhlükələrə, soyu-
ğa, aclığa sinə gərərək 28 gün tək-tənha, azuqəsiz 
dənizin ortasında qalmağa, yaxud növbəti dəfə, gə-
midəki nasazlığı aradan qaldırmaq üçün ətrafdakı-
ların etirazına məhəl qoymadan 8 dərəcə soyuq su-
ya baş vuraraq orada bir neçə dəqiqə keçirməsinə 
baxmayaraq,  “O  həyatı  məmnuniyyətlə  yenidən 
yaşayardım”  – dedi, “Çünki mən həmin günlərdə 
özümü gənc bir tədqiqatçı kimi sübut edə bildim, 
düzgün yol seçdiyimi təsdiq etdim”. 
İnstitut rəhbəri  bildirdi ki, elmdə nailiyyət əldə 
etmək üçün onu sevməli, işinin vurğunu olmalısan. 
O anlatdı ki, vaxtını səmərəsiz keçirən, mütaliədən 
qaçan, öz dilindən başqa heç bir xarici dil bilmə-
yən,  işinin  nəticəsi  olmayan,  passiv  gənclər  elmə 
lazım  deyil.  Ramiz  müəllim  işinə  can  yandıran, 
onun öhdəsindən uğurla gələn, elmi  ədəbiyyat və 
jurnalları daim izləyən, ekspedisiyalara - təcrübi iş-
lərə can atan, məqalələr çap etdirən  fəal, perspek-
tivli  gənclərə böyük diqqət və qayğı  ilə yanaşdığı-
nı  nümayiş  etdirdi,    lazım  olan  köməyi  onlardan 
əsirgəməyəcəyinə inam yaratdı.   
Gənclər onların elmi fəaliyyətinin daim nəzarət 
altında olduğunu, eləcə də ehtiyac olan zaman rəh-
bərliyə  müraciət  edə  biləcəklərini  dərk  edərək 
üzərlərinə düşən məsuliyyəti daha da artırmağın və 
əsas  qüvvənin  elmə  yönəldilməsinin    vacibliyini  
dərindən anladılar  ki, bu da gələcəkdə  daha yaxşı 
və səmərəli işləmələri üçün onlarda böyük əminlik 
yaratdı.
 
Xanım Rzazadə, 
ACC-nin mətbuat katibi. 
 
   
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 129 
 
MÜNDƏRİCAT 
Məmmədov R.M., İsmayılov M.C., Həsənov M.S. - Arid dağ ekosistemlərinin qorunması və  
yaxşılaşdırılmasının əsas yolları ( Zuvandın Badam bağları timsalında).................................................................3 
Geomorfologiya 
Tanrıverdiyev X.K., Qasımov C.Y. - Şərqi Kür depressiyasının ekogeomorfoloji şəraitinə təsir edən 
morfometrik amillərin təhlili....................................................................................................................................6 
Tarixazər S.Ə., Cəbrayılova Y.T. - Ekogeomorfoloji risklərin müəyyən edilməsi və  
klassifikasiyasının bəzi məsələləri..........................................................................................................................13 
Ələkbərova S.O., Məmmədov S.Q., Həmidova Z.Ə., İsmayılova L.A. - Selli çay hövzələrində əhali  
məskunlaşmasına sel təhlükəsi təsirinin qiymətləndirilməsi (Kişçay-Dəmiraparançay hövzələrinin timsalında)...21 
Səfərov A.S., Məmmədova T.A. - Cənub-Şərqi Şirvan düzənliyi və ətraf ərazilərin morfostrukturlarının 
 əsas xüsusiyyətləri..................................................................................................................................................28 
Fətəliyev R.Ə., Tağıyeva Y.N., Əliyev A.İ. - Geoloji  və arxeoloji xronologiyaların müqayisəli təhlili haqqında......32 
Landşaftşünaslıq 
Rüstəmov Q.İ., İsayev A.N. - Şirvan düzü aqrolandşaftlarının geokimyəvi şəraitinin insan sağlamlığına  
təsiri və onların  yaxşılaşdırılması yolları...............................................................................................................36 
Xudeynatova Ə.Q. - Şirvan düzü gətirmə konusları və konuslararası çökəklikləri  landşaftlarının   
diferensiasiya xüsusiyyətləri............................................................................................................................. ......43 
Hidrologiya 
Mustafabəyli H.L.,  Rəhimov Y.R. - Şin və Kiş çayları hövzələrində təhlükəli sel hadisələrinin  
(03.07.2016-cı ildə) yaranma səbəbləri..................................................................................................... .............49 
Ənsərova A.H. - Su anbarları ekosistemlərinin fitobakterioplanktonun vegetasiya xüsusiyyətləri...........................54 
Torpaq coğrafiyası 
Quliyev İ.Ə., Yaqubov Q.Ş. - Ceyrançöl massivinin cənub-qərb Küryanı düzənliyi torpaqlarının  
təsərrüfat əhəmiyyəti .............................................................................................................................................59 
Ekocoğrafiya 
Eyyubova Z.İ. -  Kiçik Qafqazin şimal-şərq yamacı texnogen landşaftlarının ekogeokimyəvi  
xüsusiyyətləri (Daşkəsən və Gədəbəy rayonları timsalında)..................................................................................65 
Məlikov A.Ə. - Lənkəran təbii vilayətində çay hövzələrinin ekocoğrafi vəziyyətinin qiymətləndirilməsi.................71 
İmamverdiyev N.S. - Abşeron iqtisadi rayonunda külək elektrik stansiyalarının qurulması üçün  
əlverişli yer seçimi..................................................................................................................................................77 
Əmrahov E.Ə. - Günəş elektrik stansiyalarının qurulması üçün əlverişli yer seçimində coğrafi  
informasiya sistemlərinin (CİS) tətbiqi...................................................................................................................83 
İnsan coğrafiyası 
Əyyubov N.H. - Azərbaycan Respublikasının qlobal sosial-iqtisadi-siyasi dəyişmələrə  
uyğunlaşmasının bəzi iqtisadi-coğrafi məsələləri..................................................................................................89 
İsmayılova E.Ə. - Gəncə-Qazax iqtisadi-coğrafi rayonunun mədəni turizm imkanları.............................................94 
Xəzər dənizi 
Əliyev Ə.S., Mirzəyev F.Ə. - Xəzər dənizinin Azərbaycan sektorunda külək-dalğa rejiminin gəmilərin  
hərəkətinə təsirinin qiymətləndirilməsi.................................................................................................................98 
Həsənli L.A. - Xəzər dənizinin Azərbaycan sahil zonasında meteoroloji parametrlərin müqayisəli analizi...........102 
Kartoqrafiya 
Qocamanov M.H., İsmayılov Ə.İ. - Transmilli kommunikasiya layihələrinin geodeziya təminatına  
qoyulan dəqiqlik tələbləri....................................................................................................................................107 
Toponimika 
Bəndəliyev V.N. - Dağliq Şirvan ərazisində fiziki-coğrafi amillərin mikrotoponimlərin yaranmasinda rolu.........113 
Metodika 
İsmayılov A.İ., İsmətova X.R., Abdullayev X.İ., Ərşad Yaşar - Multispektral kosmik təsvirlərin emalı  
əsasında şorlaşmış torpaqların müəyyən edilməsi üçün müxtəlif indekslərin hesablanması...................................118 
Maraqlı elmi məlumatlar 
Melvin K. Qoldstein – Qardaşların ortaq arvadı.....................................................................................................123 
Yubileylər və tədbirlər 
Elbrus Əlizadənin xatirəsinə həsr olunmuş yubiley yığıncağı.................................................................................127 
Akademik R.Məmmədovun gənc alim və mütəxəssislərlə görüşü..........................................................................128 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
130                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
CONTENTS 
Mammadov R.M., Ismayılov M.C., Hasanov M.S. – The main ways of  protection of arid mountain  
ecosystems (on the pattern of Zuvand almond gardens) ………………………………………………….….….3 
Geomorphology 
Tanriverdiyev Kh.K., Gasimov J.Y. - Analysis of morphometric factors affecting on the ecogeomorfologic 
conditions of the Eastern Kur depression..............................................................................................................6 
Tarikhazer S.A., Jabrayilova Ya.T. - Some questions the definition and classification  
ecogeomorphological risk....................................................................................................................................13 
Alakbarova S.O., Mammadov S.G., Hamidova Z.A., Ismayilova  L.A. - Evalution the influence of  
mudstreamdanger in setting of population in the basins of mudstream bearing rivers  
(on the pattern of Kishchay-Damiraparanchay basins)........................................................................................21 
Safarov A.S., Mammadova T.A. - Main features of morphostructures of the South-Eastern Shirvan plain  
and adjoining territories.......................................................................................................................................28 
Fataliyev R.A., Tagieva E.N., Aliyev A.I. - On a comparative analysis of geological and  
archaeological chronologies............................................................................................................................. ....32 
Landscape sciences 
Rustamov G.I., Isayev A.N. - The impact of agricultural landscapes geochemical conditions on human  
health and ways to improve them........................................................................................................................36 
Khudeynatova A.G. - Features of differentiation of landscapes of the Shirvan lowland in the area  
of cones and lowlands between cones.................................................................................................................43 
Hidrology 
Mustafabeyli H.L., Rahimov Y.R. - The cause of creation of flooding events in the basins  of Shin and  
Kish rivers (in 03.07.2016)................................................................................................................... ..............49 
Ansarova A.G. - Vegetation features of phyto-bacterioplankton in different water reservoirs ecosystems...........54 
Soil geography 
Guliyev I.A., Yagubov G.Sh. - Economic importance the mapping of soils of south-western kurside  
plain of the Jeyranchol massiv.............................................................................................................................59 
Ecogeography 
Eyyubova Z.I. - Environmental and geochemical characteristics of technogenic landscape systems  
in the north-eastern slope of the Lesser Caucasus (on the pattern of Dashkasan and Gadabay districts)...........65 
Malikov A.A. - Assessment of the ecogeographic state of river basins in the Lankaran natural area.....................71 
Imamverdiyev N.S. - Optimum location choice the use of wind energy in the Absheron economic region..........77 
Amrahov E.A. - Using Geographical İnformation System (gis) for optimal site selection on establishment  
of solar power plants............................................................................................................................................83 
Human geography 
Ayyubov N.H. - Some issues of adaptation of the republic of Azerbaijan to global socioeconomic and  
political changes..................................................................................................................................................89 
Ismayilova E.A. - The cultural tourism potential of Ganja-Gazakh economical-geographical region...................94 
Caspian Sea 
Aliyev A.S., Mirzayev F.A. - Estimation of wind-wave regime influence on ships traffic in the Absheron  
sector of the Caspian Sea.....................................................................................................................................98 
Hasanli L.A. - Comparative analysis of metrological parameters in the Azerbaijan coast of the Caspian sea......102 
Cartography 
Gojamanov M.H., Ismailov A.I. - The accuracy requirements of the geodetic support transnational  
communication projects....................................................................................................................................107 
Toponymy 
Bandaliyev V.N. - The role of physical and geographical factors in creation of microtoponyms  
in the territory of Upland Shirvan.....................................................................................................................113 
Methods 
Ismayilov A.I., Ismatova X.R., Abdullayev Kh.I., Arshad Yashar - Calculation of various indexes  
for definition of salinity level of the soils on the basis of multispectral cosmic images..................................118 
İnteresting scientific informatons 
Melvin K.G. – Brothers share a wife.....................................................................................................................123 
Anniversaries and events 
Anniversary meeting held in memory of Elbrus Aliyev.......................................................................... ...............127 
Academician R.Mammadov’s meeting with young scientists and especialists......................................................128 
 
 
 

Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə