Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə66/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   60   61   62   63   64   65   66   67   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
124                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
şayır və ailə torpağında birgə işləməyi davam et-
dirirlər. Bu barədə tibetlilərdən soruşarkən onların 
hamısı  bir  nəfər  kimi  cavab  verdilər  ki,  belə  ailə 
birliyi  sabit  olmur,  çünki  hər  ana  öz  uşaqlarının 
üzərində qayğılanır və ancaq onların uğur və əmin-
amanlığına maraq göstərir. Məsələn, tutaq ki, kiçik 
qardaşın  arvadından  üç  oğul,  böyük  qardaşın  ar-
vadından isə yalnız bir qız dünyaya gəlib. Belə olan 
halda kiçik qardaşın arvadı ailənin gələcək davam-
çıları  kimi  öz  oğulları  üçün  daha  çox  var-dövlət 
tələb  edə  bilər.  Beləliklə,  ayrı-ayrı  arvaddan  olan 
uşaqlar arasında varisliyə görə narazılıqlar yaranar. 
Tibetlilər hesab edirlər ki, arvadlar arasında yarana 
biləcək narazılıqlar kişilərə keçə bilər, bu da ailə-
nin  parçalanmasına  gətirib  çıxarar.  Odur  ki,  çox 
vaxt buna yol verilmir. 
Tibetlilər qardaşlıq çoxərliliyinin iqtisadi üstün-
lüyünü  görsələr  də,  onun  nəticəsi  kimi,  arvadın 
ortaq olmasını qiymətləndirmirlər. Hətta ortaya çı-
xan  bir  çox  problemi  bu  praktika  ilə  bağlayırlar. 
Məsələn,  səlahiyyət,  adətən,  böyük  qardaş  tə-
rəfindən həyata keçirildiyindən kiçik qardaşlar ailə 
daxilində durumların dəyişməsinə az ümid bəsləyir 
və subordinasiyanı gözləmək məcburiyyətində qa-
lırlar. Kiçik qardaşlar üsyankar və fərdiyyətçi olar-
larsa,  vahid  varisliyə  baxmayaraq,  araya  tez-tez 
gərginliklər və çətinliklər çıxır. 
Qardaşlıq çoxərliliyi hökm sürən ailələrdə əlavə 
gərginlik həm də cinsi əlaqə ilə bağlı yarana bilər. 
Gəlin, adətən, böyük qardaşla yatır. O biri qardaş-
ların da cinsi yaxınlığa haqqı var. Tibetdə həyat şə-
raiti elədir ki, maddi ehtiyac kişiləri tez-tez səyahət 
etmək  məcburiyyəti  qarşısında  qoyur,  bir  və  ya 
daha  çox  qardaşın  müvəqqəti  yoxluğu  cinsi  ya-
xınlığa  imkan  yaradır;  burada  başqa  növbələnmə 
praktikası da mövcuddur. Sevgidə və cinsi əlaqədə 
qadın qardaşlara (və ya əksinə) ideal surətdə eyni 
münasibət bəsləməlidir; lakin izdivacda olan tərəf-
lər arasında yaş fərqi böyük olarsa, bu ideallıqdan 
yayınmalar baş verir. 
Dorcenin  ailəsi  məhz  belə bir  potensial  vəziy-
yətlə üzləşmişdir. Onun on beş, böyük qardaşları-
nın isə iyirmi beş və iyirmi iki yaşı var. Təzə gəlin 
iyirmi  üç  yaşındadır.  Dorcedən  düz  səkkiz  yaş 
böyükdür.  Gəlin  yetkinlik  həddinə  çatmamış  ərə 
bəzən eyni sevgi hissini bəsləmir və yaxud, əksinə, 
cavan  cəlbedicidirsə,  gəlin  ona  böyük  istəklə  ya-
naşır. Bunun tərsi olan hallar da baş verir. Dorce 
kimi cavan həddi-buluğa çatanda arvadı ona «qo-
ca» görünərsə, o, öz yaşında olan və ya daha cavan 
qadına  üstünlük  verə  bilər.  Nəticədə,  gəlinin 
ortaqlığı  fikri  qəbul  edilməzsə  və  ya  bəyin  fərdi 
istəkləri  ortaya  çıxarsa,  ailədə  söz-söhbətə  səbəb 
ola bilər. Tibetdə qardaşlıq çoxərliliyinin saxlanıb 
davam etdirilməsinin iki səbəbi olduğu söylənilir: 
birincisi, tibetlilər arasında guya uşaqları öldürmə 
praktikası mövcuddur və odur ki, qadın azlığı çox-
ərlilik  izdivacı  məcburiyyətini  yaratmışdır;  ikin-
cisi,  Tibet  dəniz  səviyyəsindən  həddindən  artıq 
yüksəklikdə  yerləşir,  torpaqları  bərəkətsiz  və  iq-
limi çox sərtdir, xüsusi mexanizm yaradılmasa ti-
betlilər  acından  məhv  ola  bilərlər.  XVIII  əsrdə 
Tibetdə  yaşamış  bir  iezuit  missioneri  bunu  ikinci 
fikirlə  bağlayır:  «Bu  çox  iyrənc  adətin  bir  səbəbi 
torpağın  bərəkətsiz  olmasında  və  becərmək  üçün 
suyun  çatışmadığı  əkin  sahələrinin  azlığındadır. 
Qardaşların hamısı bərabər yaşayarsa, məhsul bəs 
edər,  onlar  ayrı-ayrılıqda  ailə  qurarlarsa,  dilənçi 
həddinə enərlər».  
Şərhlərin hər ikisi də səhvdir. Tibetdə qız uşaq-
larının öldürülməsi praktikası nəinki heç vaxt tət-
biq edilməmişdir, hətta Tibet icması qadınlara, qar-
daşları olmazsa, ailə mülkiyyətinə varislik hüququ 
verir. Belə hallarda qadın onun ailəsində yaşama-
ğa, familiyasını və bərabərliyi qəbul etməyə razılıq 
verən əri evinə buraxır. Məsələn, Limidə (1974-cü 
il) on beş–otuz beş yaş arasında 60 qadın və 53 kişi 
vardı və yaşlı qadınlardan çoxusu ərə getməmişdi. 
İkinci  fikir  də  səhvdir.  Düzdür,  Tibetin  iqlimi 
çox sərtdir, çoxərliliyin saxlanıb davam etdirilmə-
sində  ekoloji  faktorlar  önəmli  əhəmiyyət  daşıyır, 
lakin çoxərlilik heç də aclığın qarşısını almaq üçün 
vasitə  ola  bilməz.  Bu,  cəmiyyətin  kasıb  hissəsinə 
deyil, daha çox torpaq sahibi olan kəndli ailələrinə 
aiddir. 
Keçmiş cəmiyyətdə torpaqsız kasıb real olaraq 
xoş güzarana ümid bəsləyə bilməzdi. Torpağı, mal-
qarası az olan və ya heç olmayan ailələr kənd tə-
sərrüfatında çalışmaqla, günəmuzd, müxtəlif peşə-
lərdə və yaxud da qulluqçu işləməklə öz həyatlarını 
qura  bilərdilər.  Qardaşlar  çoxərlilik  izdivacına 
girib qazanclarını bir yerə yığmaqla ailənin gəlirini 
artıra bilərdilər; ancaq miras torpaq olmadığı halda 
çoxərliliyin  üstünlükləri  qardaşların  şəxsi  ailə 
həyatı qurmaq istəklərinə mane ola bilməzdi. Peşə-
kar və bacarıqlı cavan qardaş qazancını qardaşları 
ilə bölüşdürməyib ona tamamilə özü nəzarət etsə, 
daha yaxşı şəxsi həyat qura bilər… 
Qadınların xeyli hissəsinin ərə getməsi nəticə-
sində əhali artımının tənzimlənməsi (bunun da, öz 
növbəsində, təbii sərvətlərə təsiri azdır) qardaşlıq 
çoxərliliyinin  yaşarlılığına  səbəb  olan  önəmli 
alternativ  faktordur.  Lakin  ərə  getmiş  hər  qadına 
orta hesabla 2,35 kişi düşür, odur ki, uşaq doğa bi-
ləcək qadınların (iyirmi – qırx beş yaş) 31 faizinin 
ərə getməsi təəccüb doğurmur. Ərsiz qadınlar evdə  
qalır,  öz  təsərrüfatlarını  təşkil  edir,  ya  da  başqa 
ailələrdə  qulluqçu  işləyirlər.  Budda  rahibləri  ara-
sında da  xeyli  ərsiz  qadına  rast  gəlmək  olar.  Ərə 
getməmək heç də doğub-törəməkdən imtina etmək 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə