Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə67/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   60   61   62   63   64   65   66   67   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 125 
 
demək  deyildir.  Ölçülü-biçili  kəbinsiz  əlaqələrə 
icazə  verilir  və  faktiki  olaraq  Lili  kəndində  yaşlı 
ərsiz qadınların yarısının bir və ya daha çox uşağı 
vardır. Onlar məvacib almaqla, ya da satmaq üçün 
paltar,  adyal  toxumaqla  uşaqlarını  tək  ana  kimi 
böyüdüb boya-başa çatdırırlar. Ərli qadınlarla mü-
qayisədə ərsiz qadınların törəmələrinin sayı azdır; 
orta  hesabla  hər  qadına  0,7  uşaq düşürsə,  ərli  qa-
dınlara – fərqi yoxdur, istər çoxərli, istər təknigah-
lı,  istərsə  də  çoxarvadlı  olsun  –  bu  rəqəm  3,3-ə 
çatır.  Çoxərlilik  əhali  artımını  tənzimləsə  də, 
tibetlilər buna heç də şüurlu surətdə əməl etmirlər. 
Əgər qardaşlıq çoxərliliyinin saxlanılıb davam 
etdirilməsi  nə  qadın  azlığı,  nə  də  ac  qalmaq  qor-
xusu ilə bağlı deyilsə, bəs onda qardaşları, xüsusən 
də cavan qardaşları izdivacın bu formasını seçmə-
yə  məcbur  edən  səbəb  nədir?  Torpaq  sahibi  olan 
ailədə cavan qardaşı bu yolu seçməyə təhrik edən 
əsas  səbəb  yaxşı  həyat,  yaşamaq  istəyidir.  Çox-
ərlilik izdivacı ona sakit və yüksək həyat səviyyəsi 
təklif edir; o, ailənin yalnız torpaq və mal-qarasına 
deyil, həm də pal-paltarına, daş-qaşına, xalçalarına, 
yəhər və atlarına sahib olur. Bundan başqa, bütün 
məsuliyyət bir «atanın» üzərinə düşmədiyindən o, 
daha az işləyəcək və daha çox asudəlik qazanacaq-
dır. Tibetli qardaşlar üçün bu məsələyə münasibət-
də söhbət təknigahlığa məxsus şəxsi azadlığı sosial 
nüfuza malik çoxərli ailənin real və ya potensial iq-
tisadi  təminatına,  var-dövlətinə  dəyişməkdən  ge-
dir. 
Çoxərlilik  izdivacı  ilə  razılaşmayan  və  ayrıca 
evlənmək  fikrinə  düşən  qardaş  bir  sıra  əlverişsiz 
şəraitlə üzləşməli olur. Tibet regionlarının əksəriy-
yətində qardaşların nəzəri baxımdan öz ailələrinin 
mülkiyyətində  hüquqi  payları  olsa  da,  həqiqətdə 
torpağın  kiçik  hissələrə  bölünməsinə  qarşı  güclü 
müqavimət göstərilir. Ümumiyyətlə, ailəni təkidlə 
tərk etmək istəyən cavan qardaşa ancaq balaca bir 
torpaq parçası verilir. Cavan qardaş torpaq payını 
məhkəmə  yolu  ilə  genişləndirmək  istərsə,  ailənin 
qalan üzvləri öz imkan və güclərindən istifadə edə-
rək  bu  cəhdin  qarşısını  inadla  almağa  çalışırlar. 
Bundan başqa, cavan qardaş hətta evdən də gözünü 
çəkməli olur; mebel, qab-qacaq kimi daşınar əm-
lakdan ancaq minimum pay götürə bilər. Beləliklə, 
öz müstəqil həyatını qurmaq istəyən qardaş maddi 
təminat və yaxşı həyat üçün mirasa deyil, ancaq və 
ancaq öz əməyinə arxayın olmalıdır. 
Xam torpaq hesabına yeni sahələrin əldə edil-
məsi  də  mümkün  deyildir.  Tibetdə  əhalinin  əsas 
hissəsi əkin torpaqlarının qıt olduğu yüksəkliklərdə 
(12000 fut hündürlükdə) məskunlaşmışdır. Məsə-
lən,  Dorcenin  yaşadığı  kənddə  kənd  təsərrüfatı 
üçün  yararlı  olan  ərazi  12900  fut  hündürlükdən 
başlayıb ta 13300 futa qədər uzanır. Bu yüksəklik-
dən yuxarıda erkən düşən şaxta və qar əsas məhsul 
sayılan arpa bitkisini sıradan çıxarır. Daha sonra bu 
yerlərdə  yağışın  miqdarı  azdır,  suvarma  üçün  isə 
elə  bir  mənbə  yoxdur.  Nəhayət,  istifadəsiz  xeyli 
torpaq sahələrinə də rast gəlinir, lakin onlar da həd-
dindən artıq yüksək, ya da arid ərazilərdə yerləşir. 
Kənd  təsərrüfatına  yararlı  olan  istifadəsiz  tor-
paqlara həyat vermək üçün sahələri təmizləmək və 
suvarmaya  tab  gətirəcək  terraslar  qurmaq  lazım 
gəlir; bu, ağır və üzücü bir işdir. Sahəni qayalardan 
təmizləmək  üçün  yeri  ən  azı  iki,  iki  fut  yarım 
dərinlikdə qazımaq tələb olunur. Lakin bu yolla ki-
fayət qədər əkin sahəsi əldə etmək mümkün deyil-
dir. 
Əkin  sahələri  məhdud  olduğundan  tibetlilərin 
yaşayışı daha çox heyvandarlıq təsərrüfatlarından 
asılıdır. Tibetli fermerlər qaramal, yak, keçi, qoyun 
saxlayır,  onları  yüksək  ərazilərdə  otarır,  bu  yolla 
yun,  süd,  yağ,  ət  və  dəri  istehsal  edirlər.  Bu  sər-
vətləri əldə etmək üçün çoban-naxırçılar bütün gü-
nü  heyvanlara  qulluq  etməli  olurlar.  Dorce  kimi 
cavan qardaş təknikahlı izdivac formasını seçərsə, 
eyni  vaxtda  həm  torpağa  və  həm  də  mal-qaraya 
qulluq etməkdə çətinliklə qarşılaşar. 
Ənənəvi Tibet cəmiyyətində qardaşlıq çoxərlili-
yinin  qərinələrdən  üzü  bu  yana  saxlanılıb  davam 
etdirilməsini doğuran daha ciddi səbəblər olmuşdur 
– bu, haradasa, Avropadakı təhkimçilik hüququna 
oxşar quldarlıq irsiyyəti ilə bağlıdır. Kəndlilər za-
dəganların,  monastırların  və  hökumətin  əlində 
cəmlənmiş  iki  mülkiyyətdən  asılı  idilər.  Yaşayış-
larını təmin etmək üçün onlara torpaq sahələrindən 
istifadə  etməyə  icazə  verilirdi.  Kəndlilər  bunun 
əvəzini vergi vermək və ağalarına icbari işləməklə 
ödəməli  idilər.  Ən  çətini  icbari  iş  idi.  Belə  ki, 
kəndli ailəsinin bir üzvü ilin çox hissəsini, xüsusən 
də  məhsul  yığını  dövrü  ağa  üçün  işləməli  olurdu. 
Torpağın çatışmadığı, eyni vaxtda həm əkinçilik və 
həm  də  maldarlıqla  məşğul  olmağa  ekoloji  gər-
ginliyin  imkan  vermədiyi  şəraitdə  belə  məcburi 
əmək  çoxərli  ailələrin  təşəkkülünə  səbəb  olurdu. 
Çoxərli  ailə  yaşlılar  arasında  iqtisadi  səmərəliliyi 
artıran  daxili  əmək  bölgüsünə  imkan  verirdi. 
Məsələn, arvad ailənin əkin sahələrində çalışarkən 
qardaşların biri ağanın evində işləyirdi, digəri hey-
vanlara baxırdı və üçüncüsü isə tüccarlıqla məşğul 
olurdu. 
İctimai  elmlərlə  məşğul  olan  alimlər  başqala-
rının  tibetlilərin  çoxərliliyi  haqqındakı  fikirlərini 
diqqətdən yayındırmağa çalışsalar da, onların şərh-
ləri həqiqətə çox yaxındır. Adət-ənənə siyasi və iq-
tisadi həyatda baş verən dəyişikliklərə çox həssas-
dır və odur ki, Tibet ərazilərində yaşayan icmalar 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə