Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə65/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   60   61   62   63   64   65   66   67   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
122                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
ilə  yerinə  yetirilmişdir  (Qrant  №EİF-2013-9(15)-
46/17/1). 
 
ƏDƏBİYYAT 
1
. www.isric.org/.../Report%202008_01_glada 
2. 
Mehdiyev A.Ş., Əzizov B.M., Bədəlova A.N. 
Məsafədən  zondlamanın  fiziki  əsasları.  Bakı  2014.  – 
311s. 
3. 
Amal Allbed, Lalit Kumar. Soil Salinity Map-
ping  and  Monitoring  in  Arid  and  Semi-Arid  Regions 
Using  Remote  Sensing  Technology:  A  Review  //  Ad-
vances  in  Remote  Sensing,  2013,  2,  pp.  373-385 
(doi:10.4236/ars.2013.24040). 
4. 
R.S. Dwivedi. Soil Resources Mapping: A Re-
mote Sensing Perspective //  Remote Sensing Reviews, 
Vol. 
20, 
No. 
2, 
2001, 
pp. 
89-122. 
(http://www.tandfonline.com/ 
doi/abs/10.1080/02757250109532430#.VZ1xrPmqqko) 
5. 
http://www.diss.fu-
berlin.de/diss/servlets/MCRFileNodeServlet/FUDISS_
derivate 
_00000 
0001672/04_wannakomolch4.pdf?hosts= 
6. 
Hamideh  Nouri,  Simon  Beecham,  Sharolyn 
Anderson and Pamela Nagler. High Spatial Resolution 
WorldView-2  Imagery  for  Mapping  NDVI  and  Its 
Relationship 
to 
Temporal 
Urban 
Landscape 
Evapotranspiration Factors // Remote Sensing, 2014, 6, 
580-602; doi:10.3390/rs6010580  
(http://www.mdpi.com/2072-4292/6/1/580) 
7. 
http://earthobservatory.nasa.gov/Features/MeasuringVe
getation/measuring_vegetation_4.php 
8. 
G.I.Metternicht, J.A.Zinck. Remote sensing of 
soil  salinity:  potentials  and  constraints  //  Remote  Sen-
sing  of  Environment,  Volume  85,  Issue  1,  25  April 
2003, Pages 1–20 
(http://www.sciencedirect.com/science/article/pii/S
0034425702001888). 
9. 
K.Verma,  R.K.  Saxena,  A.K.Barthwal  and 
S.N.Deshmukh.  Remote  Sensing  Technique  for  Map-
ping Salt Affected Soils // International Journal of Re-
mote Sensing, Vol. 15, No. 9, 1994, pp. 1901-1914. 
 (http://dx.doi.org/10.1080/01431169408954215) 
 
 
 
 
 
РАСЧЕТ РАЗЛИЧНЫХ ИНДЕКСОВ 
ОПРЕДЕЛЕНИЯ СТЕПЕНИ ЗАСОЛЕНИЯ НА 
ОСНОВЕ МУЛЬТИСПЕКТРАЛЬНЫХ 
КОСМИЧЕСКИХ СНИМКОВ 
А.И.Исмаилов, Х.Р.Исматова, 
Х.И.Абдуллаев, Аршад Яшар 
В  статье  рассмотрены  вопросы  изучения  засо-
ленных почв Кура-Араксинской низменности мето-
дом дистанционного зондирования (ДЗ), создания и 
применения  различных  вегетационных  индексов 
для  определения  степени  засоленности.  Подтверж-
дено,  что  при  изучении  состояния  засоления  почв 
методы ДЗ имеют целый ряд преимуществ по срав-
нению с традиционными методами. В процессе ис-
следования засоленных почв на основе данных ДЗ, в 
качестве  показателя  были  использованы  свойства 
галофитных  растений.  Показатели  были  получены 
посредством обработки математическими методами 
областей  мультиспектральных  изображений,  полу-
ченных со спутника Landsat-7. 
 
CALCULATİON OF VARİOUS İNDEXES 
FOR DEFİNİTİON OF SALİNİTY LEVEL OF 
THE SOİLS ON THE BASİS OF 
MULTİSPECTRAL COSMİC İMAGES 
A.I.Ismayilov, X.R.Ismatova, Kh.I.Abdullayev, 
Arshad Yashar 
The  article  is  dedicated  the  ways  of  researching  in 
soil  salinity  evaluation  of  the  Kur-Araz  lowlands  with 
the  Remote  Sensing  (RS)  techniques  and  applying  va-
rious  vegetal  indices  for  decision  salinity  degree.  The 
research results show that there are some advantages of 
the RS-based research in comparison with the traditional 
methods  of  determining  the  soil  salinization.  The  pro-
perties of the halophytic plants, which reflect salt cha-
racters in the salinized soils, have been used in the RS 
data-based research process. The halophytic plants have 
been used as a parameter for study of the salinity state 
with  the  Remote  Sensing  data.  These  parameters  have 
been  obtained  by  the  processing  of  the  multispectral 
images  got  from  Landsat-7  satellites,  using  mathema-
tical methods. 
 
  
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 123 
 
MARAQLI ELMİ MƏLUMATLAR 
Melvin K. Qoldstein 
“Nəçrl histori” jurnalı (ABŞ) 
QARDAŞLARIN ORTAQ ARVADI 
Yaxşı həyat istəyi Tibet qadınlarının çoxsunu qarıdıb qız qoyur.
Dəniz  səviyyəsindən  17000  fut  hündürlükdəki 
dağ  keçidində  yaklarını  qovan  Dorce  evə  tələs-
diyindən  yolda  yalnız  bircə  dəfə  dayanıb  dincini 
aldı. O, böyük qardaşları – Pema və Sonam ilə bir-
likdə yaxın günlərdə qonşu kənddən bir qızla evlə-
nəcəkdilər; toya hazırlıq işlərinə kömək etməli idi. 
Dorce,  Pema  və  Sonam  tibetlidirlər,  Nepalın 
şimal-qərbində, Tibet sərhədində 200 kvadrat mil 
sahəsi olan Lili kəndində yaşayırlar. Onların bağ-
lamaq istədikləri – antropoloji dildə qardaşlıq çox-
ərliyi adlanan – izdivac forması dünyanın ən nadir 
izdivac forması olub Tibet icmalarında adi hal sa-
yılır və onun kökü tarixin dərinliklərinə gedib çıxır. 
Tibetin  sosial  təbəqələrinin  çoxunda  bu,  ənənəvi 
olaraq  özünü  ideal  izdivac  və  ailə  forması  kimi 
göstərmişdir. 
Qardaşlıq çoxərliliyinin mexanizmi sadədir. İki, 
üç,  dörd  və  hətta  daha  çox  qardaş  bir  qadını  ev-
lərinə gətirib özlərinə arvad edirlər. İzdivac övlad-
ların valideynləri tərəfindən həyata keçirilir; qadı-
nın fikri, demək olar ki, nəzərə alınmır. Bu, müasir 
dövrdə  müəyyən  dəyişikliyə  uğrasa  da,  övladlar 
valideynin razılığı olmadan evlənə bilməzlər. Ev-
lənmə mərasimləri ailənin gəlirindən və regionların 
təbii şəraitindən asılı olaraq fərqlənir. Bir evdə ya-
şayan qardaşların hamısı bəy sayılsa da, bu vəzi-
fəni rəsmi olaraq ancaq böyük qardaş icra edir. Bu 
məsələdə qardaşların yaşı da önəm daşıyır; yaşı az 
olan qardaşlar evlənmə mərasimində fəal iştirak et-
mirlər, onlar evlilik həyatına 15 yaşından sonra qo-
şulurlar. Tibetli kişilər və qadınlar arasında ər-ar-
vad  kimi  cinsi  münasibətlərdə  narazılığa  təsadüf 
olunmur; qadın qardaşların hamısı ilə eyni cür rəf-
tar edir. 
Törəmələrə eyni münasibət bəslənilir. Uşaqla-
rın  bioloji  baxımdan  bu  və  ya  digər  qardaşa  aid 
olduğunu bildirməyə cəhd göstərilmir; qardaş hətta 
öz uşağı olduğunu bilsə  belə (məsələn, qadın ha-
milə qalarkən o biri qardaşlar evdən uzaqlarda ol-
salar  da),  ona  qarşı  «xüsusi»  istəyini  göstərmir. 
Uşaqlar da öz növbələrində atalarının kim olduğu-
nu bilsələr də, qardaşların hamısına ata kimi baxır 
və  onlara  eyni  hiss  bəsləyirlər.  Bəzi  regionlarda 
uşaqlar böyük qardaşa «ata», yerdə qalan qardaş-
lara isə «atamın qardaşı» deyə müraciət edirlər. La-
kin elə rayonlar da var ki, orada qardaşların hamı-
sına  «böyük»  və  «kiçik»  sözlərini  əlavə  etməklə 
eyni formada müraciət edilir. 
Yeganə izdivac forması kimi təknigahlılığa im-
kan  verən  bizim  cəmiyyətdən  fərqli  olaraq  Tibet 
icması müxtəlif izdivac növlərinə, o cümlədən tək-
nigahlılığa, çoxarvadlılığa və qardaşlıq çoxərliliyi-
nə icazə verir. Qardaşlıq çoxərliliyi və təknigahlılıq 
izdivacın  daha  geniş  yayılmış  formalarıdır.  Əgər 
birinci arvad sonsuz olarsa, onda çoxarvadlılığa da 
rast  gəlinir.  Qardaşlıq  çoxərliliyi  praktikası  geniş 
yayılsa da, qardaşların ortaq arvad almaları heç də 
məcburi  xarakter  daşımır.  Burada  seçmək  imkanı 
var və odur ki, Tibet icmasında boşanma nisbətən 
asan  və  sadə  yolla  həyata  keçirilir.  Məsələn,  qar-
daşlıq çoxərliliyi izdivacı qardaşlardan birini qane 
etməzsə  və  ayrılmaq  istərsə  o,  sadəcə  olaraq,  ata 
evini tərk edib özünə təzə ev-eşik qurur. Belə hal-
larda uşaqlar – ayrılan qardaş uşaqlardan birinin və 
ya bir neçəsinin əsl atası olduğunu bilsə belə – qar-
daş atalarla bərabər əsas evdə qalırlar. 
Tibetlilər qardaşlıq çoxərliliyinin üstünlüklərini 
materialist baxımından izah edirlər. Məsələn, mən 
Dorcedən  soruşanda  ki,  nə  üçün  o,  tək  deyil,  iki 
qardaşı ilə birlikdə evlənməyi qərara alır, o, bir an-
lığa fikrə getdi, sonra dedi: «Bu, ailə torpağının (və 
heyvanlarının) bölünməsinin qarşısını alır və yük-
sək həyat şəraitinə imkan yaradır». Sonra Dorcenin 
nişanlısına  sual  verdim:  “Ər  kimi  üç  qardaşla 
əlaqədə olmaq sənin üçün çətin deyilmi?!” O güldü 
və məntiqlə cavab verdi ki, bu, ailənin və torpağın 
parçalanmasına imkan vermir. Daha sonra o, əlavə 
etdi ki, üç ər həm onun özü və həm də uşaqlar üçün 
işləyərsə, maddi təminat daha yaxşı olar. 
Qərblilərə qeyri-adi görünsə də, tibetlilərin qar-
daşlıq çoxərliliyi bu və ya digər dərəcədə on doq-
quzuncu  əsrdə  İngiltərədə  qüvvədə  olan  ilkinlik 
hüququna uyğun gəlir. İlkinlik hüququna görə, bö-
yük  oğul  ailə  mülkiyyətinin  varisi  sayılırdı,  kiçik 
oğullar isə ata evini tərk etməli, özlərinə hərbidə, 
ruhani idarələrində iş axtarıb tapmalı idilər. İlkinlik 
hüququ ailə mülkiyyətini hər nəsildə yalnız bir nə-
fərə məxsus etməklə onun bölünməz qalmasına tə-
minat yaradırdı. Qardaşlıq çoxərliliyi də bu məq-
sədə  xidmət  edir,  bu,  başqa  yolla,  qardaşların  bir 
qadınla evlənməsi yolu ilə həyata keçirilir. 
Tibetlilər  əmindirlər  ki,  qardaşlıq  çoxərliliyi 
ailənin  parçalanmasının  qarşısını  alır.  Təknigahlı 
izdivac bağlamaqla da qardaşlar ailə mülkiyyətini 
bölməyə bilərlər, bu şərtlə ki, qardaşlar bərabər ya-


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə