Coğrafiya və təbii resurslar, №1, 2017 (5)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə14/68
tarix08.04.2018
ölçüsü5,19 Kb.
#36734
1   ...   10   11   12   13   14   15   16   17   ...   68

Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 27 
 
15. Будагов Б.А., Сафаров С.Г. Селевые явления 
на 
южным 
склоне 
Большого 
Кавказа 
и 
гидрометеорологицеские факторы их формирования 
// Известия РАН, серия географическая. Баку: 2010, 
№ 2, с. 116-121. 
16.  Ələkbərova  S.O.  Azərbaycan  Respublikasının 
təsərrüfatına  sel  hadisəsinin  təsirinin  iqtisadi-coğrafi 
tədqiqi  //  Coğrafiya  elm.  üzrə  fəsəfə  doktoru  .....    dis. 
avtorefeat, Bakı 2012, s. 24. 
17. Mahmudov R.N. Azərbaycanın sel təhlükəli çay-
larının kataloqu. Bakı: 2008, 106 s. 
18. Mərdanov İ.E. Böyük Qafqazın cənub yamacın-
da sellərin inkişafının geomorfoloji şəraiti (Azərbaycan 
SSR ərazisində). Bakı: 1978, Elm, 77 s. 
19. Mərdanov İ.E., Quluzadə V.Ə. Böyük Qafqazın 
cənub yamacında ekzodinamik proseslərin ekoloji mü-
hitə təsiri / Şəki-Zaqatala bölgəsinin təbii dağıdıcı hadi-
sələri və regionun inkişafının ekocoğrafi problemlərinə 
həsr olunmuş elmi-praktik konfransın materialları. Şəki: 
2005, s. 61-63  
20. Каталог селеопасных рек на территориях Се-
верного Кавказа и Закавказья. Тбилиси 1969, с. 191-
199 
 
Bu iş Azərbaycan Respublikasının Prezidenti yanın-
da Elmin İnkişafı Fondunun maliyyə yardımı ilə yerinə 
yetirilmişdir  –  Qrant  №  EİF/GAM-3-2014-6(21)-
24/13/2. 
 
ОЦЕНКА ВЛИЯНИЯ СЕЛЕВОЙ  
OПАСНОСТИ НА РАССЕЛЕНИЕ 
НАСЕЛЕНИЯ В БАССЕЙНАХ СЕЛЕНОСНЫХ 
РЕК (на примере бассейна рек Кишчай-
Дамирапаранчай) 
С.О.Алекперова, С.Г.Мамедов, 
З.А.Гамидова, Л.А.Исмаилова  
В статье детально исследованы селевые процес-
сы,  происходящие  в  междуречье  бассейнов  рек 
Кишчай  и  Дамирапаранчай,  проведен  сравнитель-
ный анализ статистических данных, при помощи ме-
тода картирования изучено влияние селей на хозяй-
ственную деятельность региона, на основе полевых 
исследований была установлена степень опасности 
селей в ареалах расселения населения. Для изучения 
ущерба,  наносимого  селями  на  хозяйственные  от-
расли, был применен метод дистанционного зонди-
рования и ГИС технологий, а также с учетом уровня 
экономической  напряженности  и  др.  параметров 
проведено  оценивание  по  принципу  бассейнового 
анализа.  
   
EVALUATİON THE İNFLUENCE OF 
MUDSTREAM DANGER İN SETTLİNG OF 
POPULATİON İN THE BASİNS OF 
MUDSTREAM BEARİNG RİVERS (on the pattern 
of Kishchay-Damiraparanchay basins) 
S.O.Alakbarova, S.G.Mammadov, 
Z.A.Hamidova, L.A.Ismayilova  
The  mudstream  processes  taking  place  in  the 
interriver  basins  of  Kishchay  and  Damiraparan  rivers 
were studied in detail, made a comparative analysis of 
statistic data by the help of mapping method, examined 
the influence of mudstreams on economic activity of the 
region.  The  level  of  mudstream  danger  in  the  areas  of 
population settling was determined on the basis of field 
researches. The remote sensing method and GIS techno-
logy  were  applied  for  studying  of  danger  caused  by 
mudstreams  in  the  economic  branches.  The  evaluation 
on the principle of basin analysis was carried out taking 
into account of economic tension level and other para-
meters as well. 
 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №1, 2017 (5) 
28                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
© A.S.Səfərov, T.A.Məmmədova
 
CƏNUB-ŞƏRQİ ŞİRVAN DÜZƏNLİYİ VƏ ƏTRAF ƏRAZİLƏRİN 
MORFOSTRUKTURLARININ ƏSAS XÜSUSİYYƏTLƏRİ 
A.S.Səfərov, T.A.Məmmədova 
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu 
AZ 1143, Bakı ş., H.Cavid pr. 115 
Relyefin yer səthində fiziki-coğrafi və ya təbii komponentlərin məkanda paylanmasında əsas rol 
oynaması və eyni zamanda, ən vacib təbii ehtiyyatlardan biri kimi səciyyələndirilməsi ilə yanaşı, 
onun  mühitəmələgətirmə  funksiyası  daşıması  və  bu  funksiyaya  ekoloji  geomorfologiyanın  əsas 
paradiqmalarından  biri  kimi  baxılması  tədqiq  olunan  ərazinin  relyefini  mürəkkəbləşdirən 
morfostrukturların  ekoloji  amil  baxımından    tədqiqinin  mühüm  əhəmiyyət  kəsb  etməsinə  dəlalət 
edir.  Burada  relyefin  ekologiyanın  (o  cümlədən  ekogeomorfologiyanın)  tədqiqat  obyektinin--
ekosistemin biosenozla yanaşı, qeyri-orqanik komponentinin özülünü təmsil edən biotopun əsasını 
təşkil  etməsi  onların  ekogeomorfoloji  istiqamətdə  tədqiqinin  aktuallığını  xeyli  zəruri  edir.  Bu 
baxımdan  morfostrukturların  mürəkkəb  litoloji-struktur  özülü  və  morfoloji  xüsusiyyətləri  (statik 
amillər)  və  onun  təkamülünü  şərtləndirən  endogen  və  ekzogen  proseslər  (dinamiki  amillər)  ətraf 
mühitin ekoloji şəraitinin müasir vəziyyətinə və eləcə də dəyişilməsi xarakterinə güclü təsir göstərir. 
Tədqiq  olunan  Cənub-Şərqi  Şirvan  düzü  və 
onun ətrafları Azərbaycan Respublikası ərazisinin 
geomorfoloji  rayonlaşdırılması  sxeminə  əsasən 
Cənubi Qafqaz depressiyası əyalətinin Kür çökək-
liyi vilayəti daxilindəki Kür-Araz yarımvilayətinin 
Cənub-Şərqi Şirvan geomorfoloji rayonunu və ona 
bitişik sahələri əhatə edir (1). Azərbaycanın tekto-
nik rayonlaşdırılması sxeminə görə isə o, Kür dağ-
arası çökəkliyinin Aşağı Kür meqazonasının yastı-
dibli əyilmələrlə bir-birindən ayrılan üç antiklinal 
qalxma zonasından təşkil olunmuş və şimalda Şa-
maxı-Qobustan, cənub-qərbdə Muğan tektonik zo-
naları  arasında  yerləşən  Şirvan  tektonik  zonasına 
uyğun gəlir (6). O, şimalda Ələt tirəsi və Hərami 
silsiləsi, cənubda Salyan düzü, qərb və şərqdə isə, 
müvafiq olaraq, Kür çayının dərəsi və Xəzər dənizi 
ilə əhatələnir (şəkil). 
Ərazinin tektonik  özülünü təşkil  edən  Pirsaat-
Hamamdağ, Qalamadın-Mişovdağ-Bəndovan, Gü-
rovdağ-Neftçala  antiklinal  və  onların  arasındakı 
Nəvahi və Kürsəngi (Qarqalı) sinklinal zonalarını 
mürəkkəbləşdirən strukturların müxtəlifliyi [7] ki-
mi endogen amillərlə yanaşı, təbii şəraitinin özünə-
məxsusluğu ilə əlaqədar olaraq ərazinin relyefi də 
kifayət qədər mürəkkəb səciyyə daşıyır. Onun rel-
yefinin bu və ya digər xüsusiyyətləri müxtəlif vaxt-
larda  müxtəlif  tədqiqatçılardan  V.R.Volobuyev 
[3,4],  V.R.Volobuyev, N.Ş.Şirinov[5],  Ə.V.Məm-
mədov, M.A.Müseyibov, N.Ş.Şirinov [8],  N.S.Şi-
rinov  [13,14],  N.Ş.Şirinov,  X.K.Tanrıverdiyev, 
A.S.Səfərov [15], X.K.Tanrıverdiyev, A.S.Səfərov 
[12] və başqaları, xüsusilə də A.S.Səfərov [9,10,11 
və s.] tərəfindən öyrənilmişdir. 
Tədqiq olunan ərazinin relyefi və eləcə də onun 
litoloji-struktur  özülü,  əsasən,  Pliosen-Dördüncü 
dövrdə formalaşdığından, ərazidə arid-denudasion 
proseslərin intensiv təzahürünə baxmayaraq, relyef 
formalarının  tektonik  strukturlarla  əlaqəsi  səthdə 
kəskin əksolunması ilə səciyyələnir. 
 
Şəkil 1. Cənub-Şərqi Şirvan düzü və ətraf 
ərazilərin morfostruktur sxemi 
Burada ərazinin şimal sərhədini təşkil edən Cə-
nub-Şərqi Qafqaz yarımvilayətinin Qobustan geo-
morfoloji rayonuna daxil olan Ələt silsiləsi (tirəsi) 
pliosenin gil, qum, qumdaşı və əhəngdaşılarından, 
qismən də Dördüncü dövrün silsiləsinin yamacına 
kəsilmiş abrazion-akkumulyativ terrasların səthini 
örtən subakval çöküntülərindən təşkil olunmuş və 
güclü  dislokasiyaya  uğramış  Daşüz-Əmirvan  və 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə